İblis (lən) kimlərə bata bilmir...?
Oxunub: 2498
16 Oct 2017 | 10:08
İblis (lən) kimlərə bata bilmir...?

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-səfər əyyamının bir hissəsi artıq arxada qalmışdır və insanların dünyagörüşündən asılı olaraq, onların bu günlərdən bəhrələnmək imkanları da müxtəlif olmuşdur. Kimisi heç bu məqama diqqət yetirməmiş, gündəlik qayğılarının burulğanında dövr etməklə kifayətlənmişdir, kimisi isə durumuna nəzər salmış, Kərbəla salnaməsini müxtəlif müstəvilərdən təhlil edərək, ruhi-mənəvi islahatlara cəhd etmişdir, kimisi də böyük mənəvi yüksəliş əldə etmiş, axirətini zənginləşdirmiş, İlahi vəzifəsinə yenidən yanaşmışdır. Uca Allahdan duamız budur ki, cəmi insanları mənəvi yüksəlişlərə doğru yönəltsin və işlərinə müvəffəqiyyət əta etsin!

 

 

 

Fitnə nədən başladı

Kərbəla vaqiəsi insanlara bir çox şeyi öyrədir və bunların arasında ən mühüm nöqtə odur ki, ümmət, camiə, toplum özünü fitnələrədən qoruyub saxlamalıdır. Mahiyyətcə, Kərbəla faciəsinin yer almasının səbəbi, Həzrət Peyğəmbərin (s) dünyasının dəyişdikdən sonra ümmətin fitnələrə sinə gərməməsi, İlahi seçimə sayğı ilə yanaşmamasıdır.

 

Ümumilikdə götürsək, fitnələr ”“ insan toplumunun üzləşə biləcəyi ən böyük təhlükədir. Fitnə həm təsir qoyma baxımından, həm təsirin dərinliyi və çətin aradan qalxması baxımından, həm də zərbənin gözlənilməz və buna görə də, xüsusilə sarsıdıcı xarakterə malik olması baxımından daha təhlükəli xarakterilə səciyyələnir. Zira, xarici təhlükə nə qədər güclü və əzici ola bilsə də, əks təsir doğurma xüsusiyyətinə malikdir və toplumu birləşdirərək, müdafiə olunma durumuna yönəldir. Amma fitnə - sırf daxili bir şeydir və bu səbəbdən də, onu aradan aparmağın, ondan müdafiə olmağın yolları son dərəcədə çətin olur; belə ki, bir sıra hallarda fitnələr hətta məhvedici səciyyə də daşıyır.

 

Tarixə nəzər salaq. Yazmağı-oxumağı bacaranların sayı barmaqla hesablanacaq qədər məhdud olan Ərəbistan yarımadasında durum birdən-birə köklü surətdə dəyişir. Rəsuli-Əkrəmin (s) və ixlaslı səhabələrinin misilsiz əziyyəti və zəhməti sayəsində nəcib bir İlahi təlim yayılmağa başlayır. İllər ötür və onlarla müsəlmandan ibarət olan kiçik bir qrup, yüzminlərin camiəsinə çevrilir. Yer üzündə yeni bir sivailizasiya meydana gəlir.

 

Həzrət Rəsulallahın (s) dəvəti sayəsində hisslərin tərbiyəsində əsil bir vücüdi təkamül baş verir, böyük sayda insan İlahi dəyərlərə, fitrətindən gələn əxlaq və mənəviyyatına sahib çıxır, cahanda yeni bir estetika və gözəllik duyğularının anlamının nuru şölələnir.

Lakin, qısa bir müddət keçir və vəziyyət birdən-birə dəyişilir. Müsəlmanlar əldə etdikləri uğur və nailiyyətlərin böyük bir hissəsini itirirlər. Səbəbi də sadədir və üzdədir ”“ ümmət daxilində müəyyən ünsürlər tərəfindən ”“ əsasən ən axırıncı məqamda İslamı «qəbul edən» Məkkə əyanlarının və düzgünlük, bərabərlik, ədalət kimi prinsiplər üzərində bərqərar olan icmanı imperiya kimi görmək istəyən nadanların hesabına daxildə gizlədilən fitnə-fəsad planları gözərməyə başladı, sonra genişlənib, vüsət alıb alova çevrildi, sonrakı mərhələdə bidətlər rəsmiləşdi və fitnə üstün gəldi.

Bu proseslərin mahiyyətini dərk edib, səbəblərini təhlil etmək - günümüz üçün də fitnələrdən müdafiə olunma mexanizmlərinin qurulmasına xeyli yardım edər.

 

Kimlərə iblis (lən) bata bilmir?

Ümumiyyətlə, hər bir fitnə əvvəlcə fərd səviyyəsində baş verir, yalnız sonradan qruplaşır, firqələşir, təşəkkül tapmış olur. Odur ki, bir an da olsun süstlük bilməyən lənətlik iblisin insanı haqq yoldan sapdırmaqda, bəşər nəsli ilə düşmənçiliyində güzəşti, keçəcəyi yoxdur.

 

Bəs iblisin kimə gücü çatmır?

İmam Cəfər Sadiqdən (ə) nəql olunan hədisdə bu mətləb gözəl surətdə açıqlanmışdır: «İblis dedi: 5 kəs var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar:

(birincisi) xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalananlardır;

(ikincisi) gecə-gündüz Allaha çox təsbih deyən;

(üçüncüsü) özü üçün bəyəndiyi şeyi mömin qardaşı üçün də bəyənən;

(dördüncüsü) başına müsibət gəldikdə səbrsizlik etməyən;

(beşincisi) Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir.

Ancaq qalan bütün insanlar mənim ovcumun içindədirlər».

 

Əslində, sadalanmış bu beş qrupun kimliyini, necəliyini insan anlasa, nicat durumuna gəlib çata bilər, lənətlik şeytanın şərindən amanda qala bilər. Əvvəla, insanın yalnız Allaha tapınmağı istənilir. İnsanın yalnız Allaha sığınmağı, bütün işlərdə Ona arxalanmağı tövsiyə edilir. Bununla yanaşı, ixlaslı durumun gözəllikləri təqdir edilir. İnsan edə bilər ki, çoxlu-çoxlu gözəl işlər yerinə yetirsin, amma niyyətində azacıq qarışıq olsa ”“ məsələn, bir balaca özünü göstərmək kimi ”“ əməlinin dəyəri itmiş olur. Və əksinə - insan kiçik bir əməl yerinə yetirə bilər, amma bu zaman niyyəti tam xalis olsa ”“ qədərinə baxmadan, əməli Allah dərgahında çox qiymətli hesab ediləndir.

 

Hədisdə digər amanda qalan qrup kimi gecə-gündüz Allah zikrini edənlər, Allahı xatırlayanlar göstərilmişdir. Bunlar səhər də, axşam da, pis günlərində də, yaxşı günlərində də - hər bir zaman haradan gəldiklərini, harada olduqlarını və haraya gedəcəklərini bir an da belə olsun, unutmayırlar.

 

Bu sifətlərin ”“ təvəkkül və ixlasın, Allah zikrinin vəhdəti insana nə verir? Xalis niyyətlə Rəbbinə bağlı olan və Rəbbini bir an da olsa unutmayan insan, öz yaradılışının, mövcudiyyətinin, öz təyinatının fəlsəfəsini tam olaraq anlayır və insan olaraq öz vəzifəsini hər zaman həyata keçirir. Rəbbi ilə olmayan insan isə, qəlbində bir boşluq yaradır və lənətlik şeytan bu zəiflikdən istifadə edərək, insanın daxilinə yol tapa bilir.

 

Çətinlikdə səbir edənlər

Mübarək hədisdə vurğulanır ki, özünə rəva bilmədiyini digərinə rəva bilmək ”“ lənətlik iblisin daxil olduğu qapılardandır. Yalnız özünə qıydığını digərinə qıyan insan, mənəvi və əxlaqi durumunun kamilliyini təzahır edir və iblisin qarşısında sipər çəkir.

 

Daha sonra diqqətçəkən məqam ”“ insanın həyati sınaq və imtahanlar zamanı təzahır etdirdiyi durumdur. Mahiyyətcə, insanın sınaqlar qarşısında depressiv duruma düşməsi, sınması ”“ onun təvəkkülünün, nəticə etibarilə, imanının zəifliyinə dəlalət edir. Deməli, məhz buradan iblis insana yol tapa bilir, onu çətinliklərin və məşəqqətlərin qarşısında geri çəkilməyə, öz vicdanı və məsləkini sınaqlar qarşısında qurban verməyə sürükləyir. Amma insan çətinliyə düşdükdə, vəziyyətdən çıxmaq üçün var gücünü sərf edib, qalanında da Allaha pənah aparsa ”“ iblisin burada axtaracığı bir şey yoxdur.

 

Deməli, çətinliklər insanın həqiqi durumunu büruzə verən bir katalizator rolunu oynayır - iman əhlində mövcud olan durum bir qədər də xalisləşir və əksinə - şəkk-şübhə içində olanın ruhiyyəsi daha da acınacaqlı vəziyyətə düşür.

 

Qismət olan ruzi ilə kifayətlənmək məsələsi də çox önəmlidir. Lənətlik iblisin insana təsir edə bildiyi mövzulardan biri də naşükürlükdür. İslam insanı çalışqanlığa, halal yolla dövlətlənməyə təşviq edir, lakin, eyni zamanda mal-dövlət dalınca qaçmağın hədəfə çevrilməsini də çox pisləyir. Burada sağlam özünütənqidlə - öz tənbəlliyindən, səriştəsizliyindən giley-güzar etməklə ruzidən naşükürlüyü fərqləndirmək lazımdır. Dinimizin nəzərində məqbul olan model budur ki, insan dolanışığı üçün əlindən gələni edir, sonrasını da Allahına təvəkkül edir. İlahi məsləhət necə olsa, bunu şükür-nemətliklə qarşılamalıdır.

 

Bir də önəmli odur ki, bəzən insan ruzinin nə olduğunu unuda bilir. Axı ruzi ”“ Allah tərəfindən qismət edilən bir şeydir. İnsan, əlbəttə, özünü aldada bilər, onun-bunun malını çapıb-talaya, rüşvət ala, haqq basa bilər, bu işlərini «qismətimdir», «ruzimdir» deyərək pərdələməyə çalışar ”“ amma bundan mahiyyət dəyişməyəcək ki! Şeytana (lən) uyaraq harama sürüklənən insanın əldə etdiyinin «ruzi» anlayışı ilə heç bir ümumiliyi yoxdur.

 

Əqidəni necə qorumalı?

Rəsuli-Əkrəm (s) məhz fitnələrin ümmətə edə biləcəkləri təsirilər barədə daima ehtiyatlanmışdı. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: Â«Həqiqətən, sizin üçün çətinliyin fitnəsindən daha çox, xoşluğun fitnəsindən qorxuram. Siz çətinliyin fitnəsinə düşdünüz və səbir etdiniz. Ancaq dünya şirin və gözoxşayandır».

 

Dinimiz dünyanın aldadacı cazibərdarlığı barədə iman əhlinə xəbərdarlıq edir. Çətinlik və sınaqlar bir çoxlarını bərkitdiyi zaman, firavanlıq şəraitində insanda unutqanlığa və xudpəsəndliyə, təkəbbürə, cılızlıq kimi xislətlərə qarşı qəlbi zəiflik yarana bilir, intriqalara doğru meyillənmə əmələ gəlir.

Vaxtilə öz cazibəsilə dünyaları fəth edən İslam sivilizasiyası, «xəlifə» adlandırılan şahənşah qəsbkarların Peyğəmbərin (s) tövsiyələrinə xəyanət etməsi nəticəsində əsaslı şəkildə deformasiyaya uğramaq təhlükəsi ilə üz-üzə qaldı. İş o yerə çatdı ki, qısa bir zamanda ümmətin böyük bir hissəsi həqiqi müsəlmanlıqdan çox-çox uzaq düşmüş, İmamların (ə) təqib olunmasına, şəhid edilməsinə belə laqeyd münasibət bəslənməyədək tənəzzülə uğramışdı. Bu əlaqədə Həzrət Peyğəmbərdən (s) nəql edirlər: Â«Məndən sonra fitnələr ümmətimi zülmət gecələrtək bürüyəcək. Elə fitnələr ki, onun təsirindən insan gecə mömin olar, gündüz isə kafir, gündüz mömin olar, gecə isə kafir. Camaat öz dinini azacıq dünya malına satar».

 

Çox acınacaqlı məqama toxunulur mübarək hədisdə. Böyük-böyük sərvətlər ələ keçirib vicdanının ayaq altına atanlar bir yana, bir çoxları azacıq tör-töküntüyə görə zatlarını, əqidələrini hərraca qoyurlar. Günümüz də əfsus ki, belə nümunələrlə boldur. Hətta əqidəsini satmağının müqabilində insana dünyaları versələr də, xəyanət etdiyi təqdirdə uduzmuşlardan olur, çünki Mütəal Allah dünyanı keçid xarakterli bir məkan qərar vermişdir və müvəqqəti 10-15 illik «firavanlığa» xatir əbədi zillətə düşmək ”“ ən azı ağılsızlıqdır.

 

İblisin vəs-vəsələrinə təslim olaraq, əqidəsini azacıq mal müqabilində tapdamamaq üçün, insan haradan gəldiyi, harada olduğu və haraya gedəcəyi barədə düşünməli, ötəri mövzuların bataqlıqtək özünə çəkə bilən təhlükəsindən qorunmalıdır. İnsan unutmamalıdır ki, Allah Təala onu azad yaradıb və azadəliyini heç nəyə qurban verməməlidir.

 

Qaranlıqları yaran insanlar

Buna rəğmən, elə qrup insanlar var ki, dənizdə mayak tək insan toplumunun yolunu işıqlandırır, fitnələri əridirlər. Peyğəmbəri-Əkrəm (s) belələri barədə buyurmuşdur: Â«Xoş olsun muxlislərin halına! Onlar doğru yolun çırağıdırlar və hər bir qaranlıq fitnə onlardan götürülür».

İxlaslı insanlara nəinki iblis lənətlik bir şey edə bilir, onlar özlərini qorumaqla yanaşı, digərləri üçün də həqiqi yolu göstərir, fitnələrin aradan getməsinə vasitəçi olurlar.

 

Eyni zamanda, dinimiz həqiqi elmin də fitnənin qarşısını alan möhkəm bir amil olduğunu vurğulayır. Həzrət Peyğəmbərdən (s) nəql edirlər: Â«Tezliklə elə fitnələr meydana çıxacaq ki, onun təsirindən insan gecədən səhərə imanlı kimi çıxacaq və gündüzünü kafir kimi axşama çatdıracaq. Yalnız Allah Təalanın elmlə diri saxladığı şəxslərdən başqa».

Cahil qəlblər fitnə üçün ən münbit zəmin olduğu halda, dinimizin elmlənmək barədə tövsiyələrinə riayət edən insan, bu mərəzlərə sinə gərmək iqtidarında olur.

 

Digər bir hədisdə Həzrət Rəsulullahdan (s) nəql edirlər: Â«Bilin ki, hər kim təqva yolunu tutsa, Allah onun üçün fitnələrdən çıxış yolu və qaranlıqlarda işıq yaradar».

Dinimiz bildirir ki, təqva yolunu tutan - günah və eybəcərliklərdən çəkinən və gözəlliklərə doğru can atan insan fitnə burulğanında boğulmaz, mütləq nicat yolunu tapar. Allah Təala cəmi insanları təqva yolunu seçənlərdən qərar versin, inşəallah!

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-Beytlə (ə) birgə qərar ver!

Allahım, ümmətin qarşısında duran problemlərin həllini, xəstələrin şəfa tapmasını, insanların fitənələrdən amanda qalmasını, elmlənməsini, ixlaslı duruma gəlməsini nəsib et!

Allahım, işğal altında olan torpaqların, ilk növbədə Qarabağ və Qüdsün azad olmasını inayət et!

Allahım, 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!(Deyerler.org)

 

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Oxşar xəbərlər
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"