“Öz millətimizdən olan kiminsə belə bir şərəfsizlik etməsinə inanmıram”
Oxunub: 1522
16 Oct 2017 | 10:06
“Öz millətimizdən olan kiminsə belə bir şərəfsizlik etməsinə inanmıram”

Moderator.az xəbər verir ki, nəğməkar şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Yeni Müsavat”ın qonağı olub. 

Müsahibəni təqdim edirik:


- Sizin son şeirlərinizi izləyirəm, nəsə kədər hissi var...

- Yox, onlar yeni yazdığım şeirlər deyil. Sadəcə, oxucularım həmin şeirləri sevir və mesaj yazırlar ki, onları yenidən  Facebook-da paylaşım. Oxucuların xahişini nəzərə alıb, “Olmadı”, “Səbrim tükənib” və digər şeirlərimi yenidən təqdim edirəm. Oxucuların hamısı şeirlərimi bəyənir, bildirirlər ki, “sanki bizim dilimizdən yazıbsan”. Bəziləri isə yazır ki, “Allah ruzini versin”, mənə təskinlik verirlər (gülümsəyir). Mən də  dedim ki, “şükür ki, ruzidən şikayətim yoxdur”.

- Bəli, bu şeiriniz çox sevilir: “Ruzi atlı olub, mən də piyada...”

- Bir gənc isə yazmışdı ki, “Ruzi məndə raketdir”. Mən də çox pis oldum. Yazdım ki, “Ay əziz dostlar, bu şeirdə mən özümü nəzərdə tutmamışam. Burada ümumi olaraq xalqın dərdini yazmağa çalışmışam”. Ümumiyyətlə, şeirdə kədər və pərişanlıq motivləri olmalıdır da.

- Oxucuları qınamaq olmur. Çünki gizlin deyil ki, hazırda əksər şairlər şeirdə təsvir olunan durumdadırlar.

- Ümumiyyətlə, Füzuli də cəmi 40 tümən pulla dolanıb. M.Ə.Sabir isə Balaxanıda Azərbaycan və fars dilindən dərs deyirmiş. 10 tümən isə qəzetlərdən alırmış. Şeirlərini piyada yol gedərək təqdim edirmiş. Xətirlərinə dəyməsin, kabinetdə oturan, gözəl həyat şəraiti sürən şairlər kifayət qədər tarixdə qalmır, sevilmirlər.

- Bəs bu gün şairlərimizin qayğısına kim qalmalıdır?

- Dövlət şairlərin qayğısına qalır. Bu da sovet dövründən qalma bir ənənədir. Xaricdə nəinki  belə bir ənənə, heç yazıçılar birliyi də yoxdur. Amma yaxşı ki, bir çox şairlər AYB-də, onun ədəbi orqanlarında işləyirlər. Onlar maaş alır, bəziləri isə prezident təqaüdünə layiq görülür.

- Yəni AYB-dən yarıyan şairlər var...

- Bəli, bəli. Bəzi şairlər deyinirlər, amma mən həmişə qeyd edirəm ki, yaxşı ki, birliyin 1800-ə qədər üzvü var. Onların da təxminən 300-ə qədəri şair və yazıçıdır, eləsi də var ki, birliyə elə-belə üzv olub. Məsələn, bizdə akademiyada bəziləri var ki, ədəbiyyatşünas kimi birliyə keçiblər, amma onların ədəbiyyata heç dəxli yoxdur. “Salam əleyküm”ə quruma üzv olublar. Onları çıxsaq, bir çox qələm dostlarımız qurumdan dolanır. Mən burda pis bir şey görmürəm. Anar müəllim heç olmasa, 100 adamı dolandırırsa, sağ olsun.

- AYB ilə bağlı son qalmaqaldan kənarda qaldız, bir mövqe bildirmədiz.

- Çünki həmin qalmaqal o qədər boş bir şey idi ki, ona münasibət bildirməyi özümə rəva bilmədim. Bilirsiz ki, mən həmişə olaylara münasibət bildirmişəm. Amma bu məsələdə özümü kənarda saxladım. Bu olayda bir tərəfdə böyük yazıçımız Anar, digər tərəfdə isə uzun illərdir ki, Bakının meri olan Abutalıbov dayanırdı. İstəməzdim bu cür iki böyük insan bu qalmaqalda olsun. Yaxşı ki, tez də səngiyib, bitdi. Mən heç bir tərəfdə günah görmürəm. Hacıbala Abutalıbov əgər çılğınlıq göstərdisə, bu da vətənpərvərlikdən irəli gəlirdi. O, şairlərə məxsus bir çılğınlıq etdi, onu başa düşmək olar. Anar müəllim isə hər şeyə izahat verdi ki, məsələ deyildiyi kimi deyil. Həm bir faktı da qeyd edim, onların hər iksi mənim rəhbərimdir. Belə ki, Anar müəllim AYB-də sədrimdir, Bakı Şəhər İcra Hakimiyyətində isə mən dini komissiyanın üzvüyəm. Sözün düzü, elə buna görə də olaya reaksiya vermədim. Onlardan maaş, filan almıram. Sadəcə dedim ki, iki rəhbərim bir-birini “qırır”, mən də gözləmə mövqeyində olum (gülümsəyir).

“Firdovsi dərsliklərimizdən çıxarılmalıdır, çünki türkləri təhqir edib”

- Son günlərdə mədəniyyət terrorunun şahidi olduq. Dərsliklərdə “böyük Ermənistan xəritəsi” aşkarlandı, dahi Nizami fars şairi kimi təqdim olundu. Sizcə bütün bunlar bir təsadüf idimi, yoxsa düşmən artıq içimizə doğru irəliləməyə başlayıb?

- Mən şəxsən həmin xəritə qalmaqalını təsadüf hesab edirəm. İnanmıram ki, bizim təhsil nazirliyimiz belə bir şey etsin. Qalmaqalla bağlı adı çəkilən Əsədov var idi, onun bir qardaşı mənim tələbəm olub. O biri qardaşı isə alimdir. Onlar çox vətənpərvər insanlardır. Üstəlik, dərsliyin həmin hissəsini başqa müəlliflər yazıb, amma önə Əsədovu veriblər və hamı da düşür üstünə. Ola bilər ki, problem mətbəədədir, orada bir  düşmən əli var. Düşmənin əli olduğunda inanıram, amma azərbaycanlıların, öz millətimizdən olan kiminsə belə bir şərəfsizlik etməsinə inanmıram.

Nizami ilə bağlı məsələyə gəldikdə isə, qeyd edim ki, Nizamini birbaşa fars şairi kimi təqdim etməyiblər. Qeyd olunub ki, “Fars ədəbiyyatının görkəmli nümayəndəsi”. Cümlənin quruluşunu səhv qurublar. Mənim qələm, alim həmkarlarım da başlayırlar tez bunu böyütməyə. Nizami türk şairidir və bu elmi faktlarla təsdiq edilib. Beləliklə, Nizami Gəncəvi türk ruhlu, milliyyətli, fars qələmli şairdir. Əsərlərində də türklüyü sübut olunub. Görünən dağa bələdçi nəyə gərək? Xaqani Şirvani də farsca yazıb. Amma görürsüz, heç onunla işləri yoxdur. Çünki Xaqani böyük şairdir, amma Nizami ola bilməz. Füzuli isə 3 dildə, ərəb, fars, türkcə yazıb. Əgər təkcə farsca yazsaydı, onu da fars şairi adlandıracaqdılar. Fars ədəbiyyatının çox görkəmli nümayəndələri var. Doğrudur, Firdovsi bizim türkləri təhqir edib. Ona görə də Sabir Rüstəmxanlı çox gözəl təklif irəli sürdü ki, Firdovsi bizim dərsliklərdən çıxarılmalıdır. Məsələn, Puşkin Sovet dövründən Ermənistanda tədris olunmur. Yəqin ki, bilirsiz, öz şeirində erməniləri təhqir etmişdi... Beləliklə, mənə elə gəlir ki, farsların Nizamiyə ehtiyacı yoxdur. Çünki onların böyük şairləri var. Əgər xarici ölkələrin birində Nizaminin türkcə olan əlyazmaları tapılsa, hər şey əla olardı.

- Elə bir əlyazmaları varmı?

- Deyirlər var, amma tapılmır. Bəlkə də müəyyən qüvvələr bunu bilərəkdən gizlədir.

- Sizi nəğməkar şair kimi tanıyırıq. Amma son vaxtlar sanki şeirdən bir qədər uzaqlaşmısız? Yaradıcılığınızda nə kimi yeniliklər var? Əvvəlki kimi müğənnilərlə işləyirsizmi?

- İndi daha çox elmi fəaliyyətə üstünlük vermişəm. Əvvəllər, gəncliyimdə bəstəkarlarla çox işləyirdim. Hazırda bəstəkar Nailə Mirməmmədli ilə 2-3 aydan bir görüşüb, mahnı yazdırırıq. Həmçinin Elçin İmanovla, Rauf Məmmədovla da hərdənbir birgə işləyirik. Amma yəni, o qədər də nəğməkar şeirlər yazmıram. Hazırda bir çox yeni elmi kitablarım işıq üzü görüb. Onlardan “Elmi ədəbi portretlər”i qeyd edə bilərəm. Kitabda M.H.Şəhriyar, Hüseyn Cavid, Mirzə İbrahimov, Ə. Vahid, Pişəvəri və digər Cənubi Azərbaycan yazarları haqda yazmışam. Həmçinin “Ədəbiyyatşünaslıq+” kitabım işıq üzü görüb.

Belə ki, ötən ilin 29 oktyabrında “Ədəbiyyatşünaslıq+” Yaradıcılıq Birliyi yaranıb. Kitabımda birlik üzvlərinin ədəbi-bədii materialları toplanıb. Artıq 3-cü kitabımı hazırlayıram. Kitab “Cənub Azərbaycan şeiri antologiyası” adlanır. 600 səhifəlik kitabda 19-cu əsrdən bu günə qədər olan  şairlərin əsərlərini tərtib etmişik.

- Belə çıxır ki, şeiri bir xeyli kənara qoymusuz.

- Hə. Amma hərdən təbim gəlir, yazıram. Məsələn, o gün oğlum Hüseynin 18 yaşına bir şeir həsr etdim.

- Şeiri oxudum. Amma maraqlı gəldi, bəs qızınız Almaxanıma şeir həsr etmisiz? Övladlarınız arasında ayrı-seçkilik etmirsiz ki? (zarafatla)

- Uşaqlıqda ikisinə də mahnı həsr etmişəm. Hətta xalq artisti Sabir Əliyev həmin mahnıları oxuyub. Almaxanıma uşaqlıqda çox şeirlər həsr etmişəm. Hətta kitablarımda da çıxıb. Amma  indi ona şeir yazmıram. Çünki indi ona o qədər şeir yazılır ki, mənim yazmağıma ehtiyac olmur. Yusif Nəğməkar ona poema kimi böyük və gözəl bir şeir yazıb. Hətta şeir “Ədəbiyyat” qəzetində dərc olunub.  Moskvada yaşayan şair Əşrəf Hüseynli də Almaxanıma şeir həsr edib və Moskvada saytların birində dərc olunub. İlqar Telman, Fəxrəddin Meydanlı və sairə şairlər ona şeirlər həsr ediblər. Deyərdim ki, 3-4 aydan sonra həmin şeirləri bir araya toplasaq, bir kitab çap etmək olar.

- Və beləliklə Almaxanımın şöhrəti sizi üstələməyə başlayıb (zarafatla).

- (gülür) Mən artıq kölgədə qalmışam. İndi məni görənlər deyir “Almaxanımın atası”. 5-6 ayda təmənnasız olaraq 7 Avropa, 4 Amerika kanalı hər gün Almaxanımın ifalarını verir. İranlılar onları çəkib mənə göndərirlər.

- Bəli, güneylilər onu xüsusən sevirlər.

- İranda Almaxanımın oxuduğu “Raftam ke raftam” mahnısı bütün hər yerdə, taksilərdə səsləndirilir.

- Xeyli sayda giley var ki, niyə uşaqlara aid şeirlər yazılmır? Bağçalarda, məktəblərdə sovet dönəmindən qalan uşaq şeirləri tədris olunur.

- Yox, uşaq şeirləri yazılır. Lakin xətirlərinə dəyməsin, onlarda, sadəcə olaraq, alınmır. Bir məsələni də qeyd edim ki, onların təbliğatı da çox zəifdir. Məsələn, hərdən qarşıma çox gözəl uşaq şeirləri çıxır, amma uşaq onu öyrənmək istəmir. Ümumilikdə isə uşaq ədəbiyyatına maraq yoxdur. Hazırda da kompüter, internet texnologiyaları əsridir, uşaqlar artıq 4-5 yaşlarından telefonla oynayır. Həmin uşaq sizcə, uşaq şeirinə maraq göstərərmi? Zəmanə dəyişdi...

- Bəs sizin uşaq şeirləriniz varmı?

- Bəli. Hətta “Əlifba” şeirimə Ramiz Mirişli musiqi yazmışdı. Neçə min tirajla həmin mahnı dərc olundu, bütün məktəblərə paylanıldı. Sonradan dedilər ki, məktəblərdə əlifba bayramlarında uşaqlar onu oxuyurlar. Amma xalq onu Abdulla Şaiq, Sabirin şeirləri kimi əzbər bilmir.

- “Çoxluq içində təkəm, Necə tənhayam, təkəm”... Bu qədər çoxluq içində özünüzü niyə tənha hiss edirsiz?

- Mənim xarakterim belədir, həmişə darıxıram, təkəm, tənhayam. Sonradan bunun səbəbini tapdım, çünki biz bu dünyada qonağıq, ədəbi dünya “oradır”. Ona görə darıxıram.

- Hakimiyyət son vaxtlarda televiziya ilə bağlı siyasətini dəyişməyə başlayıb.

- Hakimiyyət düz edir. Kanallarda aparıcılar dilimizin ədəbi normalarına riayət etmir, rus sözləri, küçə jarqonları işlədirlər. Deyərdim ki, dəyişiklik üçün hələ bir az gecikib.

- Şou-biznes, əyləncəli verilişlər də sıxışdırılır, çıxarılır.

- Onlar hədlərini aşmışdılar. 3-4 fonoqramaları var, nə alim, nə məmur sayırdılar. Elə bilirdilər ki, dünya onlarındır. Bir ara deyirdilər ki, “alimlərin soyuducuları boşdur”. Amma bir söz deyim, səsi olmayıb ortaya düşənlər, bir ilə toylara ancaq “küftə-bozbaş”a gedəcək, acından öləcəklər. Çünki axı sənət yoxdur.

- Elə indidən toysuzluqdan şikayətlənilər... Sağlamlığınız nə yerdədir? Bundan əvvəl 4 dəfə əməliyyat keçirmişdiz.

- Biz az soyuqlamadan əziyyət çəkirəm, onu da təbii üsullarla yoluna qoyuruq. İmkan olsa, Ərdəbilə, müalicəyə gedəcəyəm. Həkimlərimiz yaxşıdır, amma onlara etibar etmirəm. Çünki oğluma bu yaxınlarda elə bir səhv diaqnoz qoymuşdular ki, yaxşı ki, anası ilə mən ölmədim. Böyrəyindəki adi bir problem şişirdilmişdi. Yaxşı həkimlərimiz də var. Məsələn, Tatarıstandan bir dostum mənə zəng edib dedi ki, nəvəsini Bakıya göz həkiminin yanına gətirəcək. Sevindim ki, xaricdən ölkəmizə həkimlərimizin yanına gəlirlər. Amma Baba Pünhan demiş “it günündə olan” həkimlərimiz də var (gülümsəyir).

- Sonda Vüqar bəyin arzularını eşitmək istərdik

- Arzular o qədər çoxdur ki, onların həyata keçməyinə ömür imkan verməz. Doğrudur, arzularımız artıq şablonlaşıb. Amma xalqımıza, millətimizə can sağlığı arzulayıram. Ümid edirik ki, işğal olunmuş torpaqlarımız bir gün geri qayıdacaq... “
Oxşar xəbərlər
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:33
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
18 Apr 2024 | 12:39
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
18 Apr 2024 | 12:30
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 12:33
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
18 Apr 2024 | 12:39
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
18 Apr 2024 | 12:30
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI