“Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmalıdır”
Oxunub: 2402
22 Sep 2017 | 10:11
“Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmalıdır”

“Ali Məhkəmənin səlahiyytinin artırılmasına ehtiyac var”

 

Son illər Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayətlərin sayında artım müşahidə edilməkdədir. Hansı ki, Avropa Məhkəməsi ayrı-ayrı vətəndaşların dövlətimizə qarşı iddialarının böyük əksəriyyətini təmin edib, Azərbaycan məhkəmələrinin qərarlarını ləğv edərək ölkəmiz qarşısında müxtəlif miqdarda təzminat öhdəlikləri qoyub.

Moderator.az getdikcə genişlənməkdə olan məlum tendensiyaya, onun həlli yollarına aydınlıq gətirmək üçün tanınmış hüquqşünas, sabiq polis rəisi Şəmsəddin Əliyevə müraciət edib:

 

-Şəmsəddin bəy, öncə bilmək istərdik ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrası bizim üçün nə dərəcədə mütləqdir? Doğrudanmı bu qərarların hamısını qeyd-şərtsiz icra etməliyik?

 

-Avropa Məhkəməsinin qərarlarının icrası bizim üçün mütləq deyil. Lakin hələ ki, Avropa Məhkəməsinin qərarlarının Avropa Şurasına üzv olan hansısa dövlətlər tərəfindən yerinə yetirilməməsi təcrübəsinə də rast gəlinmir. Icranın yubanması  və yaxud icra olunmaması halları isə var və hələ çox olacaq.( Rusiyada belə hallara daha çox rast gəlinir.)  Məsələ bundadır ki, biz Avropa Məhkəməsinin qərarlarını icra etməyə  bilərik. Bunun üçün  bir məsuliyyət ,tənbeh  yoxdur.

Insan hüquq və azadlıqlarının müdafiəsi 1950-ci ilin noyabr ayında Romada qəbul edilən konvensiya ilə tənzimlənir. Avropa İnsan Hüquqları Məhkəməsi də bu konvensiyadan bəhrələnərək yaranıb. Azərbaycan da artıq bu konvensiyanı tanımış, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı öhdəliyə imza atmışdır. Ancaq gəlin bir az düşünək, madam ki, belədir, onda Sovet İttifaqı ilə Avropa Şurası arasında nə fərq oldu? Biz birindən qurtulduq, SSRİ Ali Məhkəməsi, SSRİ Nazirlər Kabineti, SSRİ Ali Sovetindən canımız qurtardı. Müstəqil dövlətimizi yaratdıq. Indi isə başqa bir ittifaqın əlində girinc qalmışıq. Niyə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycün üçün üstün hüquqi qüvvəyə malik olmalıdır? Avropa insan hüquqları məhkəməsinin qərarları keçmiş SSRİ Ali Məhkəməsinin qərarlarının icrasını xatırladır.Avropa SSRİ-nin bir az başqa tərəfidir. Ayrıca valyutası, icra və güc strukturları, parlamenti və s.var

Təbii hakimlərimiz arasında naqis qərarlar qəbul edən hakimlər də var.Onlar intizam qaydasında tənbeh də olunurlar. Amma vəziyyət dəyişmir. Avropaya şikayətlər səngimir.(təsəvvür edin vətəndaş öz dövlətini Avropa məhkəməsinə verir.Bu həm vətəndaş üçün ,həm də hakim üçün başucalığı gətirmir. Düşünmək lazımdır nə edək) Şikayətlər bəzi hakimlərin təcrübəsizliyindən, nəzəri baxımdan hazırlıqsızlıqlarından və s.-dən irəli gələ bilər. Çünki hakimlik peşəsi çox çətin peşədir. Hakimin doğru qərar verməsi üçün hüquqi bilikləri tam, dolğun şəkildə bilməsi lazımdır. Hakim vəzifəsi həm də ona görə müqəddəs sayılır ki, bu qərarlar Azərbaycan dövlətinin adından qəbul edilir. Buna görə də məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün hüquqi, fiziki şəxslər üçün məcburidir. Onların icra edilməməsi məsuliyyət yaradır.

 

-Sizcə məlum məsələ konstitusiyada hansı şəkildə tənzimlənir? Bu barədə ölkə konstitusiyasında nə isə varmı?

 

-Ölkə konstitusiyasında belə bir müddəa var ki, daxili qanunlarla beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, o zaman bizim tərəfdar çıxdığımız beynəlxalq müqavilələr tətbiq edilir.  Lakin düşünürəm ki, belə bir ifadənin konstitusiyamızda yer alması xalqımızın iradəsinə uyğun deyil. Qanunlarımız kifayət qədər təkmildir. Zaman-zaman lazımi dəyişiliklər əlavələr aparılır.Konstitusiyamızın 151-ci maddəsində ehtiva edilən həmin maddənin çıxarılmasının vaxtı çatıb. Avropa məhkəmələrinin qərarları milli qanunvericiliyə zidd olmadığı hallarda qəbul edilə bilər. Bu baxımdan artıq biz Avropa İnsan Hüquqları Məhkəməsinin yuristikasından  çıxmaq barədə düşünməliyik.  

 

-Avropa Məhkəməsinin qərarları nə dərəcədə obyektivdir? Sizcə bu qərarlarda siyasi çalar, siyasi maraqlar mövcuddurmu?

 

-Avropa Məhkəməsinin qərarlarından bir çox hallarda bəzi dövlətlələrə,eyni zamanda Azərbaycana qarşı da  siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycan dövlətindən şikayət edən Azərbaycan vətəndaşının tələbi təmin olunur,amma həmin qərardan narazı qalan tərəfin şikayət etmək hüququna imkan verilmir.Belə məhkəmə olar? Burada yalnız siyasi məqsəd güdülür. Bu, onu göstərir ki, Avropa Məhkəməsi hüququn bərabərlik prinsipinə əməl etmir.

 

-Sizcə müraciətlərə 4-5 il ərzində baxılmasının özü nə dərəcədə məntiqlidir?

 

-Məhkəmələrin heç birində hər hansı bir işi 4-5 il icraatda saxlamaq məsələsi yoxdur. Avropa Məhkəməsində isə işə bəzən 6 ildən sonra baxırlar. Bu qədər müddətmi olar? Bizdə isə istər CPM-nə, istər MPM-ə, istər məhkəmələr və hakimlər haqqında qanunlarda bu müddət lokonik şəkildə öz əksini tapıb. Məsələn, orada dəqiq göstərilir ki, məhkəmə qərardadlarından 10 gün müddətində şikayət vermək olar.

Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, Avropa Məhkəməsinin qərarından şikayət vermək mümkün deyil. Niyə? Məsələn, tutaq ki, dövlət  vətəndaşın idiasını təmin edən Avropa Məhkəməsinin qərarından şikayət etmək istəyir. Ona belə bir imkan verilmir. Bu, hüquqi məntiqə ziddir.

 

-Necə hesab edirsiniz, Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrasından imtina etməlidirmi?

 

-Rusiya prezidenti Vladimir Putin hələ 2014-cü ildə Dövlət Dumasındakı çıxışı zamanı bildirmişdi ki, Rusiya Avropa Məhkəməsi yuristikasından çıxmağa qərar verməlidir. Bunun üçün zaman yetişib.RF-nın İstintaq komitəsinin sədri ,hüquq elmləri doktoru Aleksandr Bastrıkin ölkə konstitusiyasından “beynəlxalq normalar Rusiya hüquq sisteminin ayrılmaz tərkib hissəsidir”müddəasının çıxarəlmasının zəruriliyini gündəmə gətirmişdir. Bu o deməkdir ki, bu barədə sadəcə biz düşünmürük. Bu cür düşünən dövlətlər çoxdur. Avropa ölkələrinin çoxunda İngiltərə,AFR,İtaliya və digər dövlətlər Avropa Məhkəməsinin qərarlarını qəbul etmirlər. Oradakı hakimlər işi oxumurlar. Sadəcə, məruzəçilər bu müraciətlərin tərcümə olunmuş variantını oxuyur, hakimlər də tərcümə əsasında işə baxırlar. Onlar bəzən kor-koranə qərar qəbuledirlər. Çünki bilirlər ki, onların qərarlarından şikayət vermək mümkün olmayacaq.

Avropa məhkəməsinin tərkibi uzun müddətdir ki, erməni işğalçıların vandalizmi və Azərbaycan xalqına qarşı soyqırımı nəticəsində miyard manatlarla-xarici valyuta ilə dəyən maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciətlərə sayğısızlıq göstərir, hərbi xuntanın cinayət məsuliyyətinə cəlb olunması üçün tribunalların təşkilində maraqlı deyil. Milyonlarla insanların pozulmuş və təcavüzə məruz qalmış hüquqlarının bərpası barədə niyə düşünmürlər? Köçəryanlar, Sarkisyanlar beynəlxalq hərbi məhkəmələrdə Nürinqberq, Ruanda və Haaqa hərbi məhkəmələrinə xas tərzdə cavab verməlidirlər. Amma biz,bunu görmürük, Avropa isə görmək istəmir.

İnsan hüquq və azadlıqlarının əsl müdafiəsi və bariz nümunəsi budur.

 

-Şəmsəddin bəy, sizcə Avropa Məhkəməsinə ünvanlanan şikayətlərin sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

 

-Avropa Məhkəməsinə şikayətlərin getməməsi üçün məhkəmələrlə bağlı islaharlar bir az da təkmilləşməlidir. Hakim peşəsinə layiq olmayan şəxslər bu vəzifədən kənarlaşdırılmalıdır.Daha çox dövlət universitetlərini,nüfuzlu ali məktəbləri bitirən hüquqşünaslara üstünlük verilməlidir.Yerliçilik,qohumluq və digər maraq doğuran prinsiplərdən çəkinmək lazımdır. Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinə nəzarət etsə də, bu nəzarət qənaətbəxş deyil. Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə nəzarət baxımından səlahiyyəti artırılmalıdır. Bu gün Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək onu yenidən baxılması üçün geri qaytarır. Apellyasiya Məhkəməsi isə yenə də eyni qərar çıxardır. Onda bunun nəyi Ali Məhkəmə oldu?

Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinin aktlarından çıxardığı qərarlaırn icrası məcburi xarakter daşımalıdır. Bu qərarlar sözsüz icraya yönəlməlidir. Əgər Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını təkrar baxılması üçün geri qaytarıbsa, artıq məsələyə əvvəlkindən fərqli şəkildə baxılmalıdır.

Məhkəmə-Hüquq Şurasından öncə hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə Ali Məhkəmə baxırdı. Indi  Məhkəmə-Hüquq Şurasına həvalə edilmişdir. Ali Məhkəmənin burda heç bir rolu yoxdur. Ona görə də Ali Məhkəmənin qəbul etdiyi qərarları Apelyyasiya Məhkəmələri qulaqardına vururlar. Çünki onların tənbeh edilməsi ilə bağlı səlahiyyət Ali Məhkəmədən alınaraq Məhkəmə-Hüquq Şurasına verilib. Məhkəmə-Hüquq Şurasının tərkibində isə elə  şəxslər var ki, onlar toxunulmazlıq hüququna malik deyillər. Halbuki, Məhkəmə-Hüquq Şurasına daxil olan şəxslərər ”“ hakimlərə, vəkillər və s. qanun toxunulmazlıq hüququ verir. Ölkə konstitusiyasında  isə  qeyd edilir ki, toxunulmazlıq hüququ yalnız hakimlərə, millət vəkillərinə, ombudsmana, baş prokurora, baş nazirə və prezidentə verilir. Burada başqa personalar yoxdur. Orada demir ki, Məhkəmə-Hüquq Şurasına daxil olan bütün şəxslər toxunulmazlıq hüququna malikdirlər. Burada da bir boşluq var. Bu məsələlərə yenidən baxmağa ehtiyac var. Hesab edirəm ki, Ali Məhkəmənin səlahiyyətinina artırılmasına ehtiyac var. Çünki Respublika Ali Məhkəməsində kifayət qədər peşəkarlığı, nəzəri və hüquqi erudiyasına görə fərqlənən hüquqşünaslar var. Bu, mənim sübyektiv mülahizələrimdir.

 

-Sizcə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar zamanın tələbinə cavab verirmi?

 

-Cəmiyyət dəyişdikcə hüquq sahələrində də dəyişikliyə zərurət yaranır, cinayətlərin də növləri dəyişir. 25 il bundan qabaq bir dələduzluq faktı vardısa, indi 4 mindən çox dələduzluq faktı qeydyyata alınır. Korrupsiya, insan alveri cinayətləri var. 25 il bundan qabaq isə bu cinayət növlərindən söhbət belə gedə bilməzdi. Deməli, biz də dəyişən cəmiyyətə uyğun şəkildə dəyişməli, bu islahatları məlum dəyişikliklərin ruhuna uyğun şəkildə həyata keçirməliyik. Niyə bizim məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə şikayət olunmalıdır? Bu, ağrılı bir haldır. Bunun olmaması üçün ciddi islahatlar həyata keçirməliyik. Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda birmənalı şəkildə realizə edilməsi bir növ ölkəmizin, habelə oxşar münasibətə məruz qalan digər dövlətlərin daxili işinə qarışmaq deməkdir. Beynəlxalq hüququn 10 prinsipi var. Oradakı mühüm prinsiplərdən biri də dövlətlərin daxili işlərinə müdaxilə etməyin yasaqlanmasıdır. Bu, qəti şəkildə qadağan olunur. Lakin Avropa Məhkəməsi hərəkətləri ilə  bu prinsipləri pozur.

 

-Məhkəmə sistemində hansı yeniliyin tətbiqini bu gün üçün zəruri hesab edirsiniz?

 

Mən hakim deyiləm,amma hesab edirəm ki,məhkəmələrin fəaliyyətinə nəzarəti məhkəmə hüquq şurası yox,Ali məhkəmə həyata keçirməlidir.Diqqət yetirin,hakimlərin ştat üzrə say tərkibini Məhkəmə hüquq şurası müəyyən edir.Hüquqi məntiqə sığmır. Ali Məhkəməyə əlavə səlahiyyətlər verilməlidir. Ali Məhkəmə Avropa Məhkəməsinə gedən hər bir işi dərindən öyrənməli, əgər orada doğrudan da hakim səhlənkarlığı , naqisliyə aparan yol varsa, o zaman həmin hakimin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmalıdır.

Hakimlər öz vəzifələrinə başlamazdan öncə vətənə sədaqət ruhunda and içirlər. Bu, konstitusyon vəzifədir. Vətənə sədaqətsizlik gösərməyin özü cinayət məsuliyyəti yaradır. Əgər hakim andına sadiq qalmayıbsa, şəxsi maraqlarına, dost-qohum maraqlarına üstünlük  veribsə, ictimai marağa dirsək göstəribsə, dövlətin ona etibar etdiyi yüksək vəzifəyə dönük çıxıbsa, belə hakimləri vəzifədə saxlamaq olmaz. Bunu aşkar etmək isə o qədər də çətin deyil. Korrupsiya hallarının, eyni zamanda arzuolunmaz qərarların qarşısını almaq üçün hakimlərin sosial durumunda ciddi dəyişikliklər edilməli, əmək haqları beş dəfə artmalı, mənzil, avtonəqliyyat vasitələrilə təmin olunmalı, dəftərxana ləvazimatlarını belə kənardan almamalıdır. Bir sözlə, hakimin heç nəyə ehtiyacı olmamalıdır. O, zabitəli və elit həyat sürməlidir. Belə olarsa, bizim hakimlərin işlərində prosesual qüsurlar da az olar.

Hər bir hakim alturist vətəndaş olmalıdır. Hakim öz şəxsi maraqlarına  üstünlük verə bilməz. Yalnız ictimai və dövlət maraqlarını üstün tutmalıdır. Hakim öz qərarlarını dövlətin adından verir. Əgər hakim bu məsuliyyəti dərk edərsə, onu heç bir şəkildə ələ almaq olmaz. Çünki bir hakimin ələ alınması dövlətin məhkəmə sisteminə vurulan ən ağır zərbədir.

 

Seymur Əliyev

 

Oxşar xəbərlər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA 
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 20:47
Anadan şanslı doğulan bürclər
27 Mar 2024 | 21:16
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar 2024 | 20:51
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
27 Mar 2024 | 20:44
Azərbaycanda ticarət mərkəzləri, "Mall"lar necə mühafizə olunur? / AÇIQLAMA 
27 Mar 2024 | 21:14
BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb