“Zərdüşt Əlizadə əsassız addım atdı...”- Ayaz Mütəllibov
Cəmiyyət
Oxunub: 7193
09 Sep 2017 | 19:51
“Zərdüşt Əlizadə əsassız addım atdı...”-  Ayaz Mütəllibov
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Moderator.az -ın rus versiyasına müsahibə verib. Müsahibənin ən maraqlı məqamlarını nəzərinizə çatdırırıq: 

-Ayaz müəllim, 26 il əvvəl, 1991-ci ilin bu günlərində öz suverenliyini elan etmiş Azərbaycan hökuməti və xalqı respublikada ilk prezident seçkiləri keçirilmişdi. Azərbaycanda ilk dövlət başçısı seçkilərindən əvvəl hansı siyasi vəziyyət hökm sürürdü?

-Bilirsiniz, bu seçkilər keçmiş SSRİ məkanında ilk demokratik islahatlar zamanı baş tutdu. Və həmin islahatlar nəticəsində gələcək siyasi quruluşların dünya demokratik normalarına yaxınlaşmış prototipləri formalaşdı. Lakin təəssüf ki, bu cəhdlər başlanğıcdaca boşa çıxdı. Çünki Mixail Qorbaçovun Sovet İttifaqına daxili və xarici siyasətdə verdiyi azadlıq yanlış anlaşıldı.Və bütün İttifaqın siyasi quruluşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulan islahat prosesi açıq-aydın xaos və anarxiyaya çevrilərək bütün norma və qaydaların pozulması ilə nəticələndi.  Çünki bu yeniliklər bütün hakimiyyət orqanlarının normal fəaliyyətini təmin edəcək normativ aktlar olmadığı bir şəraitdə həyata keçirilirdi. Nəticədə Azərbaycanda da demokratik dəyişikliklərə heç cür uyğun gəlməyən bu cür  sapmalar ortaya çıxdı. Və ən qorxulusu o idi ki, bir çox sosialist respublikalarında olduğu kimi, Azərbaycanda da siyasi sistemin islahatları sınaqlar və səhv yollarla və ən əsası, qanunların pozulması sayəsində həyata keçirilirdi. Köhnə qanunlar artıq işləmirdi, yeni qanunlar isə yox idi. Və “demokratik islahatlar” adlandırılan bu qanunsuzluq  ona gətirdi ki, “demokratiya” sözünün özü bir növ təhqiramiz ifadəyə çevrildi.  Düzdü, demokratiya anlayışı özü-özlüyündə postsovet məkanında baş verən xaotik hadisə və proseslərə görə “günahkar” deyildi. Xüsusilə, söhbət millətlərarası münasibətlərdən  gedir. Fəqət, bu və ya digər ambisiyalarla silahlanmış adamlar dəstəsi özlərini “demokrat” adlandırır,  bütün qalanlar isə sanki bolşevik sxemi ilə “demokratiyanın düşmənləri” elan edilirdi. Yəni xalq demokratiyanı bu cür anlamağa başlayırdı. Beləliklə, Sovet İttifaqının sərt totalitar sisteminin bu cür eybəcər transformasiyası xaos və millətlərarası qarşıdurmalara gətirib çıxardı... 

“Mən bizim  “demokrat”lara deyirdim ki, siz bolşeviklərdən də betər davranırsınız...”

Və belə bir çətin, mürəkkəb keçid dövrü  mənim taleyimə düşdü. Bu, bir tərəfdən, məni bir şəxsiyyət  kimi yetişdirib yüksəltdi. Digər tərəfdən isə Azərbaycan cəmiyyətindəki mənasız qarşıdurmalar nəticəsində məni çökürtdü. O zaman bu “demokrat”lara  deyirdim ki, məsələ hakimiyyətdə deyil, mən hakimiyyətə  can atmamışam. “İqtidar hər kəs üçün çox böyük bir yükdür. Amma belə bir qismət bizim taleyimizə düşübsə,  gəlin, bu çətinlikləri bir yerdə dəf edək. Bilirsiniz, siz gəncsiniz, çoxunuzun hələ otuz yaşı da yoxdur ”“ sizin üçün hər şey irəlidədir...” Amma təəssüf ki, onlar məni eşitmədilər. Onlara merkantillik, hakimiyyət hərisliyi, yıxıb-dağıtmaq həvəsi hakim oldu.  Nəticədə demokratik dəyişikliklər bolşevikcəsinə dəyişikliklərə çevrildi. Yadınızda, ötən əsrin əvvəllərində bolşeviklər hakimiyyətə gəlmək üçün nələr edirdilər? Hər cür hiyləyə əl atırdılar; rus torpaqlarını təslim etdilər, zavod və fabrikləri dağıtdılar, tətillər qaldırdılar. Mən  bizim “demokrat”lara deyirdim ki, siz neobolşeviklərsiniz, siz bolşeviklərdən daha betər davranırsınız...

“Seçkilər tam demokratik şəkildə keçirildi ...”

-Bəs bu vəziyyətdə seçkilər necə keçirildi?

- Belə çətin və mürəkkəb vəziyyətə baxmayaraq Azərbaycanda ilk prezident seçkiləri tam demokratik şəkildə keçirildi. Və hətta seçkilərdə iştirak edən bir çox qonaqlar Sovet İttifaqının tarixində ilk dəfə Azərbaycanda seçkilərin belə uğurla keçirildiyini bildirirdilər... Amma təəssüf ki, Azərbaycan Xalq Cəbhəsi  mənimlə birgə ümumxalq seçkilərinə getmək əvəzinə, Azərbaycanın taleyi üçün bu əhəmiyyətli tədbiri  boykot etmək qərarına gəldi. Məqsəd sonra guya seçkilərin qeyri-legitim olduğunu bəyan etmək və  gələcəkdə qanuni prezidenti  güc yolu ilə devirmək üçün “əsas” qazanmaq idi. Bax, cəbhəçi “demokratlar” belə formulla hakimiyyətə gəlməyi planlaşdırırdılar... 

“Prosesləri küçə, qaragüruh idarə edirdi...”

Və belə bir amansız  ziddiyyətləri gördükdə anladım ki, Azərbaycanın Qarabağ qarşıdurması nəticəsində daha da gərginləşmiş daxili siyasi vəziyyəti  mənim sivil şəkildə demokratik islahatlar aparmaq üçün bütün cəhdlərimi məhv edəcək. Və o anda mən dəstək ala bilməyəcəm. Çünki prosesləri küçə, qaragüruh idarə edirdi. Və bu, mənə Azərbaycandakı xüsusi situasiyanı, ermənilərlə münaqişəni də nəzərə almaqla  elə mövqe, elə davranış  tərzi formalaşdırmağa imkan vermədi ki, bu, bizim xarici siyasəti də uğurla həyata keçirməyimizə şərait yaratsın...  

“...Söz verirəm ki, Azərbaycanın super demokratik rəhbəri olacağam...”

Mən AXC liderlərinə deyirdim ki, bizim üçün hakimiyyət vacib deyil, bizim üçün Azərbaycanın ərazi bütövlüyüdür. Bu- ən əsasıdır. Qarabağ münaqişəsini  ölkənin ərazi bütövlüyü çərçivəsində həll etməyə nail  olacağım təqdirdə söz verirəm ki, Azərbaycanın super demokratik rəhbəri olacağam. Əlbəttə, əgər siz mənə etibar etsəniz... Və  o halda bu gərgin vəziyyətdən birlikdə çıxacağıq. Amma təəssüf ki, bu iş alınmadı. Buna görə çox üzüldüm... 

O halda mərhum prezident Heydər Əliyevin sərt, “dəmir” əlinə ehtiyac yarandı. Çünki başqa bir halda Azərbaycan çökəcəkdi. Çünki AXC dövründə hakimiyyət küçələrdə idi. Bax belə... 

“ASDP  öz namizədini sonadək dəstəkləsə idi... “

-Yaxşı, bəs necə oldu  ki, seçkiyə tam alternativsiz getdiniz? Axı bu, avtoritarizmin göstəricisi hesab olunur”¦

-Buna “demokrat”lar bilərəkdən şərait yaratdı. Əvvəla, dediyim kimi, AXC özü seçkiləri boykoy etdi. Sonra da alternativ olaraq Sosial-Demokrat Partiyası Zərdüşt Əlizadənin(AXC-nin əsasını qoyanlardan biri olub- S.L.) namizədliyini irəli sürdü. Z.Əlizadə namizəd kimi KİV-də bir neçə dəfə çıxış etdi. Fəqət, seçki ərəfəsində gözlənilmədən namizədliyini geri çəkdi. Hesab edirəm ki, ASDP-nin Zərdüşt Əlizadənin bu addımı əsassız idi. Sosial-demokratlar artıq seçkilərə getməyi qərara almışdılarsa, sonadək getməli idilər. Özü də ki, mənim ideoloji prinsiplərim social-demokratların ideologiyasına tam uyğun gəlirdi. Mən indi də özümü sosial-demokratik düşüncənin tərəfdarı hesab edirəm. Ancaq Zərdüşt Əlizadə kənara çəkildi. O getdi və mən namizəd kimi tək qaldım. Fəqət, başqa yol yox idi ”“ irəli getmək lazım idi”¦

Bu minvalla Xalq Cəbhəsi, ümumiyyətlə, seçkilərə qatılmadı. ASDP üzvləri isə seçici kimi iştirak etdilər. Ancaq son anda onların namizədi kənara çəkildi. Əgər ASDP sonacan öz namizədlərini saxlayıb ona dəstək versə idi, o halda bütün dünyaya arxayın və rəsmi şəkildə bəyan etmək olardı ki, Azərbaycanda qanuni, legitim hakimiyyət dəyişikliyi baş tutub.

-Bəs Zərdüşt Əlizadə hansı səbəbdən namizədliyini geri çəkdi?

-Bilirsiz, mən onunla şəxsən danışmadım. Bu haqda ASDP-nin bəzi üzvləri ilə danışdım. Onlar belə izahat verdilər:“Biz seçkilərdə qalib gəlməyəcəyimizi bilirdik. Lakin bu bir şans  idi. Ondan yararlanaraq əhali arasında təşviqat işləri apardıq, sosial demokratiyanın dəyərlərini insanlara çatdırdıq. Və bununla bizim işimiz sona çatdı... “

“Tamerlan Qarayevə güvənirdim ...”

- Xalq Cəbhəsinin keçmiş fəal liderlərindən olan Arif Hacılı müsahibələrindən birində söyləyir ki, biz ilk prezident seçkilərində  o vaxt Ali Sovet sədrinin müavini və AXC Ali Məclisinin sədri olan Tamerlan Qarayevin namizədliyini irəli sürmək istəyirdik.. Lakin bir çox silahdaşlarımız və T.Qarayev özü seçkiləri boykot etməyi üstün tutdu. Amma biz namizədimizlə seçkilərə getsəydik, udacaqdıq ...

-Tamerlan Qarayevin namizədliyini şəxsən bəyan etmədiyini xatırlayıram. Amma o, bunu edə bilərdi. O da var ki, Tamerlan Qarayevi, demək olar ki, mən Azərbaycan Ali Sovetinin sədr müavini vəzifəsinə təklif etmişdim. Və açığını deyim ki, mən Tamerlan Qarayevə  güvənirdim və o, bunu bilirdi. O, sadəcə, yanıma gəlməli və  deməli idi ki, Ayaz Niyazoviç, biz namizədliyimizi vermək istəyirik. Özü də həmin dövrdə o, AXC Məclisinin sədri, Divan üzvü idi. Lakin o, bunu etmədi; AXC-nin partiya prinsipinə tabe oldu və seçkilərin boykot edilməsində iştirak etdi.  Ancaq mən ona da qəti  əminəm ki, hətta əgər “demokrat”lar seçkilərə öz namizədləri ilə getsəydilər belə, onların qələbə çalması haqda heç söz açmağa dəyməzdi. Və onlar özləri də bunu dəqiq bilirdilər...

“Böyük əksəriyyət Mütəllibova  səs vermişdi ...”

- O dövrkü müxalifətin Sizə qarşı ittiham kimi irəli sürdüyü arqumentlərdən biri də o idi ki,   ilk prezident seçkilərində səs nəticələri həddindən artıq şişirdilmişdi: 98.5 faiz ...  

- Bütün bunlar boş sözlərdir. Hakimiyyət tərəfindən seçki prosesinə heç bir təzyiq olmadı. Və böyük, kütləvi əksəriyyət o dövrdə mübahisəsiz nüfuza malik olan Mütəllibova səs vermişdi. Və onu məğlub edə bilməzdilər. Məhz buna görə də Xalq Cəbhəsi boykot taktikasını seçdi ...

-Ayaz müəllim, yenicə suverenliyini bəyan etmiş, hələ SSRİ tərkibindən  çıxmamış  Azərbaycandakı ilk prezident seçkilərinə  Rusiya, ABŞ, İran və s. tərəfindən hər hansı müdaxilə edilmədi ki? 

(Davamı var)

Sultan Laçın
Oxşar xəbərlər
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"