Xəbər lenti
21/02/2018 [13:37]:
Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində
21/02/2018 [13:36]:
Cümhuriyyət parlamentində bahalaşmaya qarşı üsyan: ”Buğda gah qalxır, gah düşür”
21/02/2018 [13:32]:
ABŞ səfiri: "Münaqişənin həllinə sadiqik"
21/02/2018 [13:30]:
Sosial şəbəkələrdə bu bu tip statusları qətiyyən paylaşmayın - 5 MƏSƏLƏ
21/02/2018 [13:29]:
Devalvasiyanın 3-cü İLİ: Azərbaycanın qazandıqları və itirdikləri
21/02/2018 [13:13]:
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21/02/2018 [12:58]:
ADP prezident seçkiləri ilə bağlı bəyənat yaydı
21/02/2018 [12:53]:
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...
21/02/2018 [12:50]:
Oğuz Gəncləri ilə deputatın daha bir görüşü baş tutdu
21/02/2018 [12:50]:
Ukraynanın borcu 2 trilyona qalxdı
21/02/2018 [12:41]:
Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı oldu - FOTOLAR
21/02/2018 [12:39]:
İlham Əliyev İranın müdafiə naziri ilə görüşdü
21/02/2018 [12:38]:
Tarkan kökəlib bu hala düşdü - Foto
21/02/2018 [12:37]:
DİM imtahanda iştirak edən və uğur qazananların yaş intervalını açıqladı
21/02/2018 [12:36]:
“Bu, Fransanı ciddi narahat etməlidir” - XİN-dən açıqlama
21/02/2018 [12:34]:
Həcc ziyarəti üçün bəzi şərtlər dəyişdirildi
21/02/2018 [12:24]:
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
21/02/2018 [12:20]:
Azərbaycan bu şəxsi beynəlxalq axtarışa verdi
21/02/2018 [12:10]:
23 mindən çox şəxsin Prezident təqaüdü artırılıb
21/02/2018 [12:09]:
Tehranda yenə iğtişaş, yeni eyni koordinat...
21/02/2018 [12:01]:
Abituriyentlər üçün layihə – “Bir günlük tələbə”
21/02/2018 [11:59]:
Ceki Çandan azərbaycanlı məşhura hədiyyə...
21/02/2018 [11:42]:
“Bütün səhiyyə ocaqlarında infeksiyalarla mübarizə gücləndirilməlidir”
21/02/2018 [11:40]:
Ərdoğana təhdid: "Akşənər 300 siyasətçini topladı"
21/02/2018 [11:38]:
Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video
21/02/2018 [11:28]:
Təqaüdlərin artımı üçün 1.9 milyon manat ayrılacaq
21/02/2018 [11:09]:
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirdi
21/02/2018 [11:05]:
"Türkiyəsiz Suriyanın gələcək dizaynı mümkün deyil..." - Ermənişünas alim
21/02/2018 [11:00]:
Türkiyədə saxta professor həbs edildi: Azərbaycan Universitetini "bitirib"
21/02/2018 [10:58]:
Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"
21/02/2018 [10:56]:
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
21/02/2018 [10:54]:
“Survivor”dan uzaqlaşdırıldı - Vəziyyəti ağırdır
21/02/2018 [10:51]:
Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq - Ərəstun Oruclu yazır
21/02/2018 [10:41]:
Azərbaycanda çay məcrasından çıxdı - Evlər təhlükədə
21/02/2018 [10:24]:
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
21/02/2018 [10:20]:
Paytaxtın bəzi yollarında sürət həddi endirilib - Yağışa görə
21/02/2018 [10:17]:
Qadın iynələri udaraq intihara cəhd edib -Əri ona xəyanət etdiyi üçün
21/02/2018 [10:17]:
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
21/02/2018 [10:13]:
Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO
21/02/2018 [10:11]:
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
21/02/2018 [10:09]:
Xocalıdan gələn səs... - VİDEO
21/02/2018 [10:06]:
Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı
21/02/2018 [10:03]:
Polisdən əməliyyat - 58 nəfər tutuldu
21/02/2018 [09:59]:
Avro və rubl manata nisbətdə dəyər itirdi
21/02/2018 [09:58]:
Xərçəng şişlərinin özünüməhvetmə mexanizmi aşkarlandı
21/02/2018 [09:52]:
Suriya konflikti böyük maraqlara ev sahibliyi edir - TƏHLİL
21/02/2018 [09:51]:
Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi
21/02/2018 [09:47]:
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
21/02/2018 [09:22]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyət barədə - Açıqlama
21/02/2018 [09:18]:
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir -İQTİSADİ SAVAŞ
21/02/2018 [09:16]:
İranın müdafiə naziri Bakıda -Generalın səfərinin mümkün səbəbləri
21/02/2018 [09:14]:
ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir
21/02/2018 [09:12]:
“Laz Ziya”nın qızı “Meral”ın son halı... - FOTOLAR
21/02/2018 [09:06]:
“Alpinistlərin tapılmaması qeyri–peşəkarlıqdır” -Türkiyənin FHN-də işləyən azərbaycanlı xanım
21/02/2018 [09:02]:
“Ermənilər təxribatlar törədə, hətta hücuma keçə bilər” - Polkovnik
21/02/2018 [09:00]:
Lənkəran sakini həyətindən yenot tutub - FOTO
21/02/2018 [08:59]:
Tələbə kreditləri haqda yeni təklif
21/02/2018 [08:57]:
Afrinə girmək istəyən terroçular geri çəkildi
21/02/2018 [08:54]:
"Sakinlər yeniden Mosulu tərk edirlər" - BMT
21/02/2018 [08:40]:
Azərbaycanda yeni qurum yaradıldı - Akif Əlizadə sədr oldu
21/02/2018 [08:38]:
Əli İnsanov həbsdən azad olunacaq? - Ölkədən gedəcək
21/02/2018 [00:26]:
Bürclər - 21 FEVRAL
21/02/2018 [00:25]:
ABŞ-da daha bir orta məktəbdə atışma baş verib
21/02/2018 [00:04]:
Bütün dərdlərin dərmanı sevişməkmiş... - Alimlər 7 populyar mifi alt-üst etdilər...
21/02/2018 [00:04]:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu dəyişdi
21/02/2018 [00:01]:
Bakıda 49 manata dönər satılır - VİDEO
20/02/2018 [23:59]:
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradıldı
20/02/2018 [23:54]:
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı
20/02/2018 [23:40]:
İranda təyyarənin qəzaya uğradığı ərazidən 45 nəfərin cəsədi aşkarlandı
20/02/2018 [23:40]:
Bərdədə 3 otaqlı ev yandı
20/02/2018 [23:22]:
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə...
20/02/2018 [22:59]:
Kılıçdaroğlu: "Türkiyədə Xocalını unutmayıblar"
20/02/2018 [22:58]:
İranda təyyarə qəzasında ölən 30 nəfərin meyiti tapıldı
20/02/2018 [22:53]:
Azərbaycanda iki dərmanın satışı qadağan edildi
20/02/2018 [22:35]:
Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb
20/02/2018 [22:13]:
Avropa ABŞ-la müharibə planını HAZIRLAYIR
20/02/2018 [21:49]:
Müəllimə 20 şagirdi ilə dəfələrlə əlaqədə olduğu üçün həbs edildi - FOTOLAR
20/02/2018 [21:45]:
Çexiya Azərbaycanda yük maşınları yığacaq
20/02/2018 [21:38]:
Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi - Prezident dəyişiklikləri təsdiqlədi
20/02/2018 [21:33]:
Quraqlıq başladı, yırtıcı heyvanlar kəndlərə hücum etdi
Bütün arxiv bir sırada
21/08/2017 [22:15] - İqtisadiyyat - ( 2410 dəfə baxılıb)

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirildi - FOTOLAR



Moderator.az xəbər verir ki, avqustun 21-də bir gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfrans keçirilib. 


Konfransda müvafiq dövlət qurumları, ali təhsil və elmi tədqiqat müəssisələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlər iştirak ediblər. Tədbirdə kənd təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, ixracın düzgün formalaşdırılması və Azərbaycan kəndlilərinin istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara çıxarılması, rəqabət qabiliyyətli və ixracyönümlü kənd təsərrüfatı mallarının istehsalına dövlət dəstəyi məsələləri haqda çıxışlar dinlənilib.

Bildirilib ki, dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində mühüm nailiyyətlər əldə olunub, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub. Belə ki, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına nail olmaq üçün fermerlərə dövlət tərəfindən dəstək verilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” aqrar sektorda istehsalın artırılması, kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı problemlərin həllinə nail olunması, bu sahənin ixrac imkanlarının gücləndirilməsi üçün dövlət tərəfindən ciddi dəstək verilməsini nəzərdə tutur. Bu dəstəyin mühüm formalarından biri də respublikamızın ayrı-ayrı bölgələrində aqroparkların yaradılması prosesinin sürətləndirilməsidir.

Konfransda “Şəmkir Aqroparkı” ilə bağlı təqdimat nümayiş etdirilib. Sonra konfrans iştirakçıları təməli 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə qoyulan «Şəmkir Aqroparkı»nın Logistika Mərkəzində yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Şəmkir rayonunda yaradılan aqroparkda respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika ”“ məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.

Mütəxəssislərin yekdil qənaətinə görə, regionlarda belə arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, proqressiv metodların geniş tətbiqində, istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparkların yaradılması və inkişafı fermerlərə məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik fərdi istehsalçı səviyyəsindən genişmiqyaslı aqrar sənaye istehsalına keçidin, xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq.

“Şəmkir Aqroparkı” bu baxımdan Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırımasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək.

Beynəlxalq konfrans tədbirdə iştirak edən yerli və xarici şirkətlərin məhsullarının sərgi-nümayişi ilə davam edib. «Şəmkir Aqroparkı»nın Logistika Mərkəzinin ərazisində təşkil olunmuş kənd təsərrüfatı sərgisində beynəlxalq standartlara cavab verən istixana avadanlıqları, gübrə (torpaq və suda həll olunan) və dərmanlar, pestisidlər, şitil, ting və toxumlar, suvarma sistemləri, kənd təsərrüfatı sahəsində istifadə olunan traktor, maşın, mexanizm və bu kimi digər texnika nümayiş etdirilib. Sərgiyə Azərbaycan, Türkiyə, İtaliya, Hollandiya, Çin və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları qatılıblar.

Sonra Rusiya Federasiyasının “Evroxim” şirkəti tərəfindən Gəncə-Qazax iqtisadi zonasına həsr olunmuş “Məhsul gübrənin törəməsidir” adlı beynəlxalq seminar keçirilib. Seminarda aqrar sektorun qarşısında məsələlərlə bağlı geniş müzakirələr aparılıb. Bildirilib ki, bitkiçilik məhsullarının istehsalının artırılması məqsədilə adıçəkilən sahənin gübrəyə və bitki mühafizəsi vasitələrinə olan tələbatının ödənilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublikanın müxtəlif bölgələrində gübrə və bitki mühafizəsi vasitələrinin topdan və pərakəndə satış şəbəkələrinin yaradılması, aqrokimyəvi, bitki mühafizəsi, karantin və toxumçuluq xidmətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.

Konfrans “AzAqroMarket” MMC-nin texniki dəstəyi ilə keçirilib.

 

Əlavə məlumat:

 

“Şəmkir Aqroparkı” barədə arayış

Ölkəmizdə aqroparkların və onların tərkibinə daxil olan müxtəlif mərkəzlərin tikintisi və məhsul bazalarının yaradılması istiqamətində daha bir addım kimi ölkə Prezidenti İlham Əliyevin xeyir-duası və iştirakı ilə 2014-cü ildə Şəmkir rayonunda “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin təməli qoyulub. Aqroparka 8604 hektar, o cümlədən, Könüllü kənd ərazisində 604 hektar, “Ceyrançöl” massivində isə 8000 hektar müvafiq torpaq sahəsi ayrılıb.

Aqroparkın “Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində görülən işlər

İri taxılçılıq, bitkiçilık,və meyvəçilik təsərrüfatını özündə birləşdirən aqroparkın ərazisində kənd təsərrüfatının inkişafına xidmət edəcək 8.000 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfat daxili su xəttlərinin çəkilməsi təmin edilib.

Ərazidə lazımi infrastrukturun yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli sərancamlarına əsasən, dövlət büdcəsindən 3.200.000 manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları lizinq yolu ilə alınıb, ümumi tutumu 15.000.000 m³ olan 3 ədəd su tutar inşa edilib, sahəsi 2.016 m² olan anbar hazırlanıb. Ərazidə 16.000 kVa gücündə elektrik yarımstansiya və 6 ədəd transformator quraşdırılaraq ümumilikdə 35 km elektrik xətti çəkilib. 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, həmçinin 1000 hektar torpaq sahəsində ABŞ-ın “Lindsay” şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pivot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb.

Bütün bunlar məhsuldarlığa müsbət təsir göstərib. Nəticədə pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14.000 ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.

“Ceyrançöl”də 35 nəfər daimi, 200 nəfər mövsümü işlə təmin olunub. Sahəsi 260 m² olan 9 otaqdan ibarət 2 mərtəbəli ofis binası tikilib.

Ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək məqsədilə, Aqroparkda mövcud 1.000 hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2.000 hektar, 2018-ci ildə 1.600 hektar olmaqla, ümumilikdə 4.600 hektara çatdırılması planlaşdırılır. Bu ilin payızında 3.000 hektar pivolatı sahəyə taxıl əkilməsi və 15.000 ton məhsul istehsalı, 2018-cil ildə isə 3.000 hektar qarğıdalı əkilməsi və 30.000 ton məhsul götürülməsi nəzərdə tutulur.

İntensiv bağçılığın yaradılması məqsədilə isə 2.400 hektarda damlama suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36.000 ton məhsul istehsal olunacaq. Pivotaltı sahəyə gələcəkdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək. Sözügedən məhsulların saxlanılması üçün 30.000 tonluq taxıl-anbar kompleksinin qurulması, 10.000 tonluq kartof saxlama-soyuducu kamerasının yaradılması nəzərdə tutulur.

8.000 hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təssərrüfatı texnika və avadanlıqlarının alınması da planlaşdırılır. Nəticədə 5.000 daimi, 1.500 mövsümü iş yeri yaradılacaq, əlavə olaraq təsərrüfatdaxili yollar çəkiləcək.

“Ceyrançöl”də salınacaq bağçılıq təsərrüfatının məhsulları təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində emal ediləcək, həmin məhsulların satışı və ixracı məhz buradan təmin olunacaq.

Aqroparkın Könüllü kənd ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şıtilçılık üçün nəzərdə tutulub.

Aqroparkda həyata keçirilən bütün bu işlər ölkəmizdə kənd təsrrüfatının ÜDM-də pay nisbətini artıtırmağa və əhalinin yerli və keyfiyyətli məhsullarla təmin etməyə xidmət edəcək.

“Şəmkir Aqroparkı”nın Logistika Mərkəzində görülən işlər

Fəaliyyətə başlayan Logistika Mərkəzinin ərazisi 12,3 hektardır. Logistika Mərkəzinin ümümi ölçüləri, uzunluğu 254 metr, eni 141 metr, hündürlüyü 14,60 metrdir.

İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. Burada Fransanın “Maf Roda” şirkətinin meyvələri ölçüsünə, rənginə, zədəliyinə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibirli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur.

Burada İtaliyanın “Isolcell” şirkətinə məxsusus tutumu 24.000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kameraları quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin olunur.

İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsul yola sala bilən 1 terminal mövcuddur.

“Şəmkir Aqroparkı”nın Logistka Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş labaratoriya vardır. Burada meyvə və tərəvəzlərin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır.

Logistik Mərkəzdə meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu saxlama kameralarında saxlanılması müasir standartlara uyğun mühüm texnoloji proseslərdən keçirilərək aparılır. Bu zaman laboratoriya təhlilləri nəzərə alınır, sonra məhsul xüsusi hidroşoklama qurğusundan keçirilir. Nəticədə məhsulun çeşidlənməsi və qablaşdırılması zamanı, həmçinin, soyuducu kamerada temperatur fərqində zədə alması minimuma endirilir. Mərkəzdə regionda yetişdirilən xurmanın alıcılıq qabiliyyətini aşağı salan xüsusi dadın aradan qaldırılmasını təmin edən “determing room” qurğusu (sutkada gücü 1 ton olan) da var.

Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” kommersiya bankının müafiq strukturları fəaliyyət göstərəcək.

Aqroparkın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25,0 meqavat gücündə elektrik stansiyası tikilib, 1 saatda buraxılışı 18.000 m³ olan 9 km qaz xətti, 48 portluq 22 km fibrooptik rabitə xətti çəkilib. Hazırda 11 km uzunluğunda dəmiryolu xəttinin çəkilməsi də layihələndirilir.

“Şəmkir Aqropark”ın Logistika Mərkəzində tam gücü ilə fəaliyyət göstərdiyi halda 274 nəfərin işləməsi nəzərdə tutulur. Hazırda burada 179 nəfər çalışır. Orta əmək haqqı 600 AZN-dir.

Mərkəzdə sahəsi 2.600 m² olan ofis binası, konfrans zalı, qarderob və yeməkxana işçilərin istifadəsinə verilib.

Mərkəzin ərazisində geniş abadlıq işləri aparılıb, 25.000 m2 sənaye sahəsinə yaşıl ot örtüyü, 50.000 m2 sahəyə asfalt döşənib.

Mərkəzin ərazisində avtodayanacaq (o cümlədən, 25 TİR tipli yük avtomobillərinin dayana biləcəyi TIR PARK), helikopter meydançası, qazanxana və 45 kv-lıq yarımstansiya tikilib.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
Fotoqrafçı pozğun çıxdı, toy günü kabusa döndü - FOTOLAR
Göygöldə fen almağa gedib, taksiylə qaçan gəlin tapıldı - Açıqlaması şoka saldı
Lavrovdan Türkiyəyə yeni TƏKLİF: “Bəşər Əsədlə…”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Kriminal
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
Kriminal
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
Dünya
17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...
Dünya
Kobra qanı içib canlı ilan yedilər - FOTOLAR
Ədəbiyyat
"Maddi imkanım olsaydı, atamla bağlı çox işlər görərdim"- Xalq şairinin qızı
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Bir qadın eyni vaxtda 3-4 kişi ilə yaşasa?...- Uşaqların atası kim olacaq?!.
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin