Xəbər lenti
23/07/2019 [21:58]:
Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı
23/07/2019 [21:48]:
Medal qazanan qız güləşçimiz: "Anamı məyus edə bilməzdim"
23/07/2019 [21:46]:
Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat
23/07/2019 [21:25]:
Bu şəkil Kim Çenin gizli silahını ortaya çıxardı - FOTO
23/07/2019 [21:21]:
Azərbaycanda “Tarla günü” keçiriləcək
23/07/2019 [21:18]:
İnstaqramdan ən çox pul qazanan məşhurlar - Siyahı
23/07/2019 [21:11]:
Masaj etdirən hamilə model öldü
23/07/2019 [20:56]:
Pakistan Əfqanıstandakı barışa dəstək verə bilər
23/07/2019 [20:50]:
Rusiyada yanğında 4 nəfər öldü
23/07/2019 [20:49]:
ABŞ bunu da etdi: Miqrantlar sürətli şəkildə deport edilir
23/07/2019 [20:47]:
Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB
23/07/2019 [20:44]:
Böyük Britaniya fırtınalara məruz qalacaq - Rus senator
23/07/2019 [20:33]:
Ermənilər Rəşidə Behbudovaya hücum etdi - VİDEO
23/07/2019 [20:33]:
Saç düzümünə görə ölkədə populyar olan keçmiş xarici işlər naziri baş nazir oldu...
23/07/2019 [20:31]:
I Avropa Oyunlarının iştirakçısı öldü
23/07/2019 [20:29]:
Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - FOTO
23/07/2019 [20:26]:
Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar
23/07/2019 [20:23]:
Bakıda qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
23/07/2019 [20:14]:
Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?
23/07/2019 [20:00]:
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
23/07/2019 [19:57]:
Hərbi hissədə tədbir keçirilib - VİDEO
23/07/2019 [19:47]:
Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı
23/07/2019 [19:44]:
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olundu
23/07/2019 [19:42]:
Aktrisanın geyimi tənqid olundu: “Evdəki yataq dəstinə bürünüb”
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
23/07/2019 [16:38]:
Kamal Abdulla: "Tam azad vəzifə yoxdur, vəzifə insanı qəfəsə salır" - MÜSAHİBƏ
23/07/2019 [16:32]:
Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi
23/07/2019 [16:29]:
Venesuela işıqsız qaldı, ölkədə qeyri-iş günü elan olundu
23/07/2019 [16:17]:
Uşaqları oğurlayıb dilənçi edirlər - Keçmiş polis rəisi
23/07/2019 [16:10]:
"Hesab etmirəm ki, ölüm hökmünün bərpa edilməsi cinayətlərin qarşısını ala bilər..."
23/07/2019 [16:08]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı
23/07/2019 [16:05]:
Güclü külək Bakıda üç ağacı aşırdı
23/07/2019 [16:03]:
Boris Conson Britaniyanın yeni Baş naziri seçildi
23/07/2019 [16:01]:
Məleykə Abbaszadə: "Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir"
23/07/2019 [15:59]:
Aygün Mahmudova: "Öləndə məni bu xalla tapacaqlar"
23/07/2019 [15:31]:
Şirvanın su təchizatı yaxşılaşdırılır
23/07/2019 [15:23]:
Bakıda bu yollar bağlanır - Sürücülərin diqqətinə!
23/07/2019 [15:13]:
Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət etdi
23/07/2019 [15:11]:
İyul ayında 8 qida zəhərlənməsi qeydə alındı
23/07/2019 [15:09]:
ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
23/07/2019 [15:07]:
Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:59]:
QAT BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirdi
23/07/2019 [14:56]:
Tibb bacıları bu gün səhərdən  tətilə başladı 
23/07/2019 [14:54]:
Rövşən Rzayev vətəndaşları qəbul edib
23/07/2019 [14:48]:
"Son illərdə bizdə mükafatları sağa-sola paylayır və gözdən salırlar, ona görə də..."
23/07/2019 [14:43]:
“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları
Bütün arxiv bir sırada
17/08/2017 [10:18] - Köşə - ( 2091 dəfə baxılıb)

Biz hansı dillə danışırıq...?

Tural Səfərov

Milli Televiziya və Radio Şurası bu ilin iyun-iyul aylarında teleradio proqramlarının monitorinqinin nəticələrini açıqladı.
  
“Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində AZTV-dən başqa 6 ümumrespublika televiziya yayımçısında ”“ İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV-də yayımlanan verilişlərin dili monitorinqə cəlb olunmuşdu.
  
Monitorinq nəticəsində ortaya çıxdı ki,  telekanallarda ədəbi dil normaları dilin bütün səviyyələri üzrə ”“ istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur.
  
Şuranın hesabatında göstərilən faktlardan aydın olur ki, televiziya aparıcıları efirdə Azərbaycan ədəbi dilinin qaydalarına əməl etmirlər.
  
Şuranın monitorinqinin nəticələri kütləvi informasiya vasitələrində geniş işıqlandırıldığından bu yazıda həmin faktları təkrar  sadalamırıq. Bilirik ki, teleradio aparıcıları hər gün efirdə ədəbi dilin norma və qaydalarını kobud şəkildə pozurlar. Milli Televiziya və Radio Şurası  buraxılan nöqsanların kiçik bir hissəsini açıqlayıb.
  
Bəs bu nöqsanlar nədən qaynaqlanır? Aparıcılar ədəbi dilin normalarını niyə pozurlar? 
  
Televiziya aparıcılarının əksəriyyəti kifayət qədər peşəkar və təcrübəli kadrlardır. Hər halda onlar hansı sözün necə tələffüz olunduğunu bilməmiş deyillər. Fikrimizcə, bu problem aparıcıların efirə hazırlıqsız çıxmasından qaynaqlanır. Bəzən şahidi oluruq ki, aparıcı proqramın qonağı haqqında məlumatlı deyil. Proqramın qonağının gah adını, gah da vəzifəsini səhv deyən aparıcılara da rast gəlmişik.
 Heç kimin haqqı yoxdur ki, Azərbaycan ədəbi dilinin normalarını istədiyi kimi pozsun, hansı sözü necə istəsə elə də tələffüz etsin. Dili qoruyub yaşatmaq onun daşıyıcısı olan hər kəsin borcudur: ilk növbədə isə jurnalistlərin və aparıcıların. Bu baxımdan KİV-lərin üzərinə mühüm vəzifələr düşür. Çünki hər kəs - uşaq da, böyük də doğru məlumatı KİV-lərdən öyrənəcəyinə inanır. Vaxtilə qarşılaşdığım bir hadisəni oxucularla bölüşmək lap yerinə düşər. 

Altı il bundan əvvəlin söhbətidir. “Şərq qapısı” qəzetinə yenicə baş redaktor təyin olunmuşdum. Bir gün Naxçıvanın tanınmış ziyalılarından biri ilə görüşdük. Dedi ki, xahiş edirəm Azərbaycan dilinin qanunlarına ciddi əməl edin. Övladlarımız qəzeti oxuyandam, televizora baxandan sonra onlara hansısa sözün düzgün yazılmadığını və yaxud düzgün tələffüz olunmadığını izah etmək çətin olur. Deyirlər ki, qəzetdə yazılıbsa, televiziyada səsləndirilibsə deməli  düzdür. 
  
Göründüyü kimi televiziyalar ana dilimizin qorunması və təbliğində çox mühüm funksiyanı yerinə yetirir.
  
Ana dilimizin inkişafı, tədqiqi və işləklik arealının genişlənməsi ilə əlaqədar ölkəmizdə çoxsaylı dövlət sənədləri imzalanmışdır. Onlardan biri də 2013-cü il aprel ayının 9-da imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır. Bu sərəncam ana dilindən istər yazılı, istərsə də şifahi şəkildə düzgün istifadəyə, onun tətbiqi və inkişafı kimi vacib məsələlərin həllinə yönəlmiş mühüm dövlət sənədidir. Sözügedən dövlət proqramında bir sıra vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrdən biri də mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsidir. Həmin mexanizmlər nədən ibarətdir, bu sahədə hansı işlər görülüb? Bu suala növbəti yazımızda cavab tapmağa çalışacağıq.
  Qayıdaq  televiziyalarda adəbi dilin pozulması məsələsinə. Yuxarıda adını çəkdiyimiz dövlət proqramının icrasına dair tədbirlər planında televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi,teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil olunması Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası və Təhsil Nazirliyinə tapşırılıb. Bu sahədə görülən işlər barədə də növbəti yazıda ətraflı bəhs edəcəyik. Ancaq bu yazıda cavab tapmaq istədiyimiz  suallar odur ki, televiziyalardakı bədii şuralar nə işlə məşğuldurlar? Axı ölkə rəhbərinin imzaladığı sərəncamla qəbul olunmuş dövlət proqramının icrasına dair tədbirlər planında dil və nitq mədəniyyətinin qorunması bu bədii şuralara həvalə edilib.Teleradiolardakı bədii şuralara kimlər rəhbərlik edir? Onlar ədəbi dilimizin qorunmasına niyə biganə yanaşırlar? Aparıcıların efirdə ana dilimizin qaydalarını kobud şəkildə pozmasına niyə göz yumurlar? Fikrimcə bu sahədəki problemin həlli bu sualların cavabındadır. 
  
Bu məsələlərin həlli baxımından qarşıya qoyulan  vəzifələrin icrasını qeyd-şərtsiz həyata keçirmək həm də hər bir vətəndaşın, necə deyərlər, boynunun borcu olmalıdır. 

Mən hələ görməmişəm ki, hansısa dilçi alim mətbuatda çıxış edib belə aparıcıları tənqid eləsin. Söhbət ümümi söz deməkdən getmir. Dilçi alimlərimiz televiziyalarda efirə verilən proqramları diqqətlə izləsə və onun monitorinqini aparıb öz fikrini desə, bu, işə öz töhfəsini verər. Mən hələ rast gəlməmişəm ki, hansısa tamaşaçı ədəbi dilin normalarını pozan aparıcı barədə sosial şəbəkələrdə öz fikrini ifadə eləsin. Ana dilinin qorunması təkcə Milli Televiziya və Radio Şurasının işi deyil. Azərbaycan dili milli dövlətçiliyimizin başlıca rəmzlərindən biridir. Onu qorumaq hər birimizin borcudur. Mətbuatımızda, bəzi televiziya kanallarımızda işlənən ingilis və rus sözlərini, ifadələri, cümlələri eşitdikcə şüurumuzda belə bir sual formalaşır ki, “Əkinçi”nin, “Molla Nəsrəddin”in, “Həyat”ın, “Açıq söz”ün xələfləri tamaşaçılarla, dinləyicilərlə, oxucularla, ümumən Azərbaycan xalqı ilə hansı dildə danışırlar?

loading...
loading...
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
Məşhur avtomobil markası yarım milyon avtomobilini geri çağırdı - SƏBƏB
25 il sonra yenidən çəkilən film hasilat rekordu qırdı - MARAQLI
Diribaş Samux sakini evinə girən oğrunu yaxalayaraq polisə təhvil verdi - MARAQLI...
"Yaşlı qadınlarla birlikdə olaraq həftəyə 8 min funt sterlinq qazanıram" - QALMAQALLI ETİRAF
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)