Xəbər lenti
24/07/2019 [00:47]:
Dadaşovun ailəsinə ömürlük yardım ediləcək
24/07/2019 [00:45]:
Göyçayda canavarlar həyətə hücum etdi - FOTO
24/07/2019 [00:42]:
Görmə qabiliyyətini itirənlərə ümidverici xəbər - MARAQLI
24/07/2019 [00:42]:
Nərimanovda zəncirvari qəza: “Subaru” “Hyundai” və “Mercedes”ə çırpıldı - FOTO
24/07/2019 [00:38]:
Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurdu
24/07/2019 [00:27]:
İki qardaş 18 saat fasilə ilə öldü - FOTO
23/07/2019 [23:53]:
ABŞ donanaması İrana məxsus ikinci PUA-nı vurdu - İddia
23/07/2019 [23:47]:
Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
23/07/2019 [23:41]:
Cəlilabad sakini bıçaqlandı
23/07/2019 [23:28]:
Qurbağa bəsləyən qadın görənləri heyrətə gətirir - MARAQLI
23/07/2019 [23:28]:
Ledi Qaqanın anası: “Həmişə günah kişilərdə olur”
23/07/2019 [23:12]:
"Həm kişilərə, həm də qadınlara marağım var, hər iki cinsdən olan birini sevə bilərəm"
23/07/2019 [23:05]:
Rusiyada Putinin kortejini "partlatmaq" istəyiblər
23/07/2019 [22:59]:
Yüz otuz iki kənddə son üç ayda qız uşağı doğulmayıb - MARAQLI...
23/07/2019 [22:55]:
Qurban Qurbanov: "Bunu sabahkı oyun haqda demək olmaz"
23/07/2019 [22:34]:
Polis məmuru ürəyi dayanan körpəni həyata qaytardı - İBRƏTAMİZ...+ VİDEO
23/07/2019 [22:30]:
Türkiyədə turist avtobusu aşıb - 20 yaralı
23/07/2019 [22:27]:
Yanacaq tankeri qəzaya uğradı: Ölənlər var
23/07/2019 [22:24]:
Senat Mark Esperi Pentaqon rəhbəri kimi təsdiq etdi
23/07/2019 [22:14]:
Başqa qadına baxan sevgilisinin başında noutbuk qırdı - VİDEO
23/07/2019 [22:09]:
Rusiyanın baş rəqqası da Qarabağa gəldi...-FOTO
23/07/2019 [21:58]:
Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı
23/07/2019 [21:48]:
Medal qazanan qız güləşçimiz: "Anamı məyus edə bilməzdim"
23/07/2019 [21:46]:
Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat
23/07/2019 [21:25]:
Bu şəkil Kim Çenin gizli silahını ortaya çıxardı - FOTO
23/07/2019 [21:21]:
Azərbaycanda “Tarla günü” keçiriləcək
23/07/2019 [21:18]:
İnstaqramdan ən çox pul qazanan məşhurlar - Siyahı
23/07/2019 [21:11]:
Masaj etdirən hamilə model öldü
23/07/2019 [20:56]:
Pakistan Əfqanıstandakı barışa dəstək verə bilər
23/07/2019 [20:50]:
Rusiyada yanğında 4 nəfər öldü
23/07/2019 [20:49]:
ABŞ bunu da etdi: Miqrantlar sürətli şəkildə deport edilir
23/07/2019 [20:47]:
Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB
23/07/2019 [20:44]:
Böyük Britaniya fırtınalara məruz qalacaq - Rus senator
23/07/2019 [20:33]:
Ermənilər Rəşidə Behbudovaya hücum etdi - VİDEO
23/07/2019 [20:33]:
Saç düzümünə görə ölkədə populyar olan keçmiş xarici işlər naziri baş nazir oldu...
23/07/2019 [20:31]:
I Avropa Oyunlarının iştirakçısı öldü
23/07/2019 [20:29]:
Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - FOTO
23/07/2019 [20:26]:
Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar
23/07/2019 [20:23]:
Bakıda qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
23/07/2019 [20:14]:
Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?
23/07/2019 [20:00]:
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
23/07/2019 [19:57]:
Hərbi hissədə tədbir keçirilib - VİDEO
23/07/2019 [19:47]:
Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı
23/07/2019 [19:44]:
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olundu
23/07/2019 [19:42]:
Aktrisanın geyimi tənqid olundu: “Evdəki yataq dəstinə bürünüb”
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
Bütün arxiv bir sırada
26/07/2017 [10:43] - Köşə - ( 5776 dəfə baxılıb)

Erməni suda asan əriyəcək şəkər deyil...

Eluca Atalı


"Ermənilər Bakıya yenidən qayıdırlar" deyirlər, ermənilər Bakıdan getmişdimi? -sizlərdən sual edirəm.
Yadınızdadırsa, təqribən 15 il bundan öncə mərkəzi tele kanalımızda "Bakıda 30 min erməni gəlnimiz var!" - zarafatyana bir söz deyildi, sözarası deyilən bu doğrunu yalanlayan oldumu? Kimisi gerçəkdən, kimisi də ürəyində bunun doğruluğunu təsdiqlədi. Mənsə "Tiqranizm Xocalıda" kitabımda bərk gedən siyasətçinin ermənilər haqqındakı statistikasını bu formada bədiləşdirdim:

"Rori Patriks: Rori Patriks, qəzetçi, İngiltərənin "Frant layn news" telekompaniyası. Dünya insan haqları çərçivəsindən  Xocalı¬dakı olaylara baxsaq, bu günaha heç cürə haqq qazandırmaq müm¬kün deyil. Xocalıdan sonra Bakıdakı 30 min erməni gəlinin tale¬yindən qorxmursunuz?
Serj Sarkisyan: Yox!
Rori Patriks: Nədən?
Serj Sarkisyan: Türk kişisinin namusu izin verməz milli məsələni şəxsi ailəyə köçürə.
Rori Patriks: Əminsiniz?
Serj Sarkisyan: Hə. Türkdə ailə inam qalasıdır. Türk vicdanı yol verməz ailə dağılsın.
Rori Patriks: Sizin sözünüzdən belə qənaətə gəlmək olur ki, Xocalı bütünlüklə türk mənəviyyatına hesablanmış qanlı bir olaydır?
Serj Sarkisyan: Bu olaya hər kəs öz nöqteyi-nəzərindən yanaşa bilər."

Otuz min gəlnın doğub-törəmə qabiliyyətini nəzərə alsaq, Bakıda ermənilərin sayının artıq doxsan mindən aşağı yox, yuxarı olduğunu təxmin etməliyik. Düşünürəm, bu mövzunu burdaca buraxsaq, yaxşı olar, çünki türk ailəcanlılığına hesablanmış məsələyə adət-ənənəmizdən kənar naxış vuracaq qədər gücə malik deyilik. Nə heyif ki, o gəlinlərin qarın məhsulu olan övladlar türk adı ilə bəslənir.

"Tarix faktla yox, fəhmlə öyrənilməlidir!" deyir Asif Ata. Niyə fəhmlə? Çünki tarixə fəhmin gözü ilə baxanda öz kimliyini unutmursan, amma tarixin öyrənilməsində faktı da inkar etmirik. Fakt tarix içində yol getməkdən ötrü bir əsadır onu öyrənən üçün. Elə bu yerdəcə keçək tariximizin yüz il əvvəlki dövrünə, yəni yeni tariximizin başlanğıcına.

1918-ci il mart ayının 29-31 arası daşnaklar Bakı kommunistlərinə başçılıq edən Stepan Şaumyanın rəhbərliyi ilə birləşib cəmi üç gün ərzində paytaxtda 10 mindən artıq türkü qanına qəltan etdilər. O zamankı Fövqəladə Hallar Komissiyasının sənədlərini oxuyanda görürük ki, 1992-ci ildə Xocalıda törədilənlərin eynisi mart qırğınında olub: yeni doğulan körpənin süngüyə keçirilməsi, iki qonşunun şaqqalanıb öz həyətlərində asılması, insanların hamamlarda qaynar qazanda bişirilməsi, ayaqlarından asılıb işgəncə ilə öldürülməsi və s. Erməni istedadı işgəncə növü icad etməkdə mahir usta olduğunu ən yeni tariximizin qanlı səhifəsi olduğu Xocalıdan hər kəsə bəlli olduğu üçün bu siyahını uzatmadan keçəcəm söhbətimin canına. Aprelin 1-də 36-cı SİLAHLI (oxucum, silahlı kəlməsini böyük hərflərlə yazdığıma diqqət et!!!) Türküstan polku Bakıya girdiyi an ermənilərə silahı yerə qoymaq əmri verir. Ermənilər tərkisilah olurlar. Nədən? Çünki erməni fiziki gücdən qorxandır, çünki ona cavab verəcək silahlı hərbiçini qarşısında gördü. Özündən zəifi əyən, özündən güclüyə əyilmək prinsipi ilə yaşayan erməni, türkü silahlı görən kimi yırtıcı canavar cildindən quzu simasına girir.  Erməni "ziyalıları" türk ağsaqqallarının ayağına gedib, Bakını qıran daşnaklar idi, qırıb Bakıdan çıxdılar deyirlər. Və türklərin onlara qarşı silah işlətməmələri üçün yalvar-yaxar edirlər. Amma Fövqəladə Hallar Komissiyasının rəylərində sübut olunur ki, erməni "ziyalıları" da qapı-qapı gəzib birbaşa bu qırğında iştirak ediblər və hətta 1 apreldən sonra rus, yahudi, gürcü, alman kimi Bakı sakinlərinin ölümdən qorumaq məqsədi ilə evlərində gizlətdikləri türklərin öz evinə döndükləri zaman qarşılarını kəsib təhqir edir və hədələyirdilər. Bütün bunlardan xəbərsiz türk ağsaqqalları erməni "ziyalıları" ilə birgə Bakıdakı türk məhəllələrin gəzib əllərindəki mis qazanı dəmir kəpkirlə döyərək türkləri ermənilərə qarşı silah işlətməməyə, sakitliyə dəvət edirdilər. Bu hadisəni ümumiləşdirib belə nəticəyə gəlməliyik: türk mərhəməti erməniləri xilas etdi!

Bəs, ermənilərin dediyi: "Bakını qıran ermənilər yox, daşnaklar idi, qırıb Bakıdan getdilər" fikrinə nə dərəcədə inanmaq olar? Fitrətən sərmayəçi, pulçu, mənfəətpərəst, fürsətçi, bütün bunlarla yanaşı amansızlıq və xəyanətkarlığı bir vücudda birləşdirən erməni, Bakıda hər növ imkan eldə etdiyi halda, Bakıdakı münbit şəraiti qoyub hara getdi? Buna inanmaq sadəlövhlük və axmaqlıq deyilmi? 1918-ci ildə Bakı şəhər meri erməni idi, Bakı Neft Qurultayinin sədri erməni idi, xırda və böyük şirkətlərin sahibləri ermənilər idi. Bu minvalla buqələmun daşnaklar mahiyyətlərini dərinliklərində gizlətmək şərti ilə raket sürətiylə  türk, rus, yahudi ad və soy adlarını üzərlərinə alıb paytaxtin mərkəzində yerləşdilər. Yalnız kosmetik dəyişikliklər onları ölümdən xilas etdi. İki il sonra Azərbaycan Demokratik Respublakasını 11-ci Qırmızı devirdi. Yəni, həyasız, türk dilində qırmızı sözü həm də həyasız mənasın verir. Bizim üzdən iraq, yaltaq sovet tarixçilərimiz onları xilaskar kimi mədh etməkdən ötrü qızıl səviyyəsinə qaldırmışdılar. 1990-cı il 20 yanvardan sonra məlum oldu ki, üzərinə qızıl suyu çəkilmiş mis kimidir bu ordu, necə ki mis paslananda paxırı üzə çıxır, 20 yanvarda Bakını qıran ordunun əsl siması üzə çıxdı, maskası çırıldı. Bizim tarixçilərin dediyi xilaskarlıq harda sübut olunurdu? Demokratik dövlətimizi işğal edib imperiyaya qatmaqlamı? Bu səbəbdən deyirəm, tariximizə fəhmin gözü ilə baxmağı bacarmalıyıq!  1920-ci il aprel ayında ordu Bakıya girərkən milli qüvvələrin tutulub aradan götürülməsi üçün Bakının bütün iç-üzünə bələd olan ermənilər əllərindən gələn canfəşanlığı edirlər. Say-seçmə milli təfəkkürlü aydınlarımızın rus qırmağına keçməsindən ötrü tilovdakı soxulcan roluna qədər girməyi bacarırlar. Bu haqda geniş məlumatı faktlar və hadisələr şəklində o zaman Dəmir yol prokurolu işləmiş, rus qırmağına keçmiş siyasi mühacir Əziz Alpoudun "Həyatımın hekayətləri" xatirə romanından oxuya bilərsiniz.

1918-ci il qırğının mayası hardan gəlirdi? Bu ermənin təkbaşına çıxartdığı qərar idimi? Yox!!!
 
Yusif Akçuranın Atatürkün göstərişi ilə yazdığı "Türkçülüyün tarixi"  kitabında Bakının türklərdən təmizlənməsi məsələsini belə şərh edir: "Hələ 1907-ci ildə Sank-Peterburuqda qoyulmuş bir gizli iclasda Bakının taleyi həll olunurdu. İclasın qərarına görə Bakıdakı tatarlar paytaxtdan uzaqlaşdırılıb, yerinə qeyri-türklər yerləşdirilməlidir." O zaman Lenin başda olmaqla ruslar bizi tatar sayırdı, tük adına qısqandıqları üçün, guya bizim türk olduğumuzu danmaqla bizim kimliyimizi dəyişəcəkdilər! Sonralar bu siyasət Leninin əziz xələfi Stalinin də karına gəldi, öldüyü günə qədər bizi tatar cildində görüb bəzən monqol-tatar etiketini də üstümüzə yapışdırmaqdan ar etmədilər.

1907-ci ildəki iclasın qərarını əlinə münbit imkan düşən kimi Stepan Şaumyan daşnaklarla birgə 11 il sonra gerçəkləşdirdi. Fitrətən fürsətçı olan ermənilər şəraitdən bəhrələnməkdə usta olduqlarını bir daha mart qırğını zamanı sübut etdilər. Əslində bu qırğın onların planı üzrə Bakını türkdən təmizləməyə qədər gedib çıxmalı idi, lakin bu mənfur niyyətin qabağın alan Bakıya gözlənilmədən girən 36-cı silahlı Türküstan polku oldu. Bununla da qırğın olayı 1990-cı il 20 yanvara qədər donduruldu. Amma yenə tarix təkrar olundu, həm də əvvəlki kimi faciə formasında. 10 mindən artıq qanına qəltan edilmiş Bakı sakinin əsas hissəsi Çəmbərə kəndlilər idi və yadınızdadırsa Bakıdakı Dagüstü park həmin kəndin xarabalığı üzərində salınıb üzərinə isə Kirovun irəliyə uzadılmış əli ilə qoyulmuş heykəli vardı. 20 yanvar şəhidləri üçün həmin yer məzarlıq kimi qazılanda saysız-hesabsız kəllə sümüklərinin çıxdığının göz şahidi olduq. Bu bakını 3 gündə qırıb "getmiş" daşnakların əl işlərinin bariz nümünəsi idi yaxın keçmişimizin alt qatında daşlaşmağa macal tapmamış şumlanıb üzə çıxdı.

İndi isə keçək beynimizi şumlayıb türk mərhəmətinə, qonaqpərvərliyinə hesablanıb ora insaf toxumu səpməklə məşğul olan son ictimai olaylardan birinə. Kadr belə başlanır: əli yanında  "Bakıdakı doğma küçəsində gəzən Erik Xaçaturov" adlı bir kişinin Bakı küçələrində azad gəzə-gəzə açıq səmaya baxdığı nümayiş etdirilir. Tv aparıcının şərhindən məlum olur ki, bu Bakı üçün qəribsəmiş keçmiş Bakı sakini ( bu kişini 30 min erməni gəlnimizin məhsulu saymayın, onlar Bakıdan çıxmayıblar, içimizdədirlər. Bakıya dönən 1918-ci il daşnakizmdən kommunizmə bir gecədə sıçrayışla hoppanan Bakı sakinlərindəndir!!!) şəhərə qayıdır. Onun qayıdışın ata-anasının qəbrini Kəlbəcərdə ziyarət üçün yurduna gedərkən tutulan  Şahbaz Quliyev və Dilqəm Əsgərovla müqayisə edirəm. Gizlin gedərkən 25 il zindan həbsi alan və üstəgəl saysız işgəncəyə məruz qalan soydaşlarımız öz dədə-baba yurdlarında girov götürürlürlər.  O gündən bu günə qədər prezident səviyyəsində neçə-neçə beynəlxalq təşkilatın Ermənistanla danışıq aparmasına baxmayaraq, hələ də yurddaşlarımız erməni zindanında çürüməkdədirlər. Bəs, bu erməni Bakıya hansı yolla gəlir və üstəlik qeyd edir ki, istəyirəm mənim balalarım da gəlib Bakını görsünlər. Burda ləyaqətimə toxunan CBC tv-nın çalışanları  Gülay Yermarqızı, Orxan Məmmədov, Coşqun Rzayev,  İlkin Mehdiyev, Fuad Kərimov, Mehriban Qasımovanın bu videonu Qarabağ olaylarına işarə vurmadan, Xocalı kimi milli ünvanımıza ləkə olan ləyaqət məsələmizə toxunmadan ermənin Bakıya gəlişini sensasiyalı bir xəbər kimi vermələridir.

Qeyd: Gələcək məqaləmin annonsu: "Shaumyanovsk, Naftalan, Azerbaijan" adlı məkan internet səhifələrinə hardan ötürülür?


loading...
loading...
Görmə qabiliyyətini itirənlərə ümidverici xəbər - MARAQLI
İki qardaş 18 saat fasilə ilə öldü - FOTO
Robot-insan seksi yeni bir sahə yaratdı: "Erobotik"
Qurbağa bəsləyən qadın görənləri heyrətə gətirir - MARAQLI
"Həm kişilərə, həm də qadınlara marağım var, hər iki cinsdən olan birini sevə bilərəm"
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)