Xəbər lenti
21/02/2018 [13:37]:
Bakı Slavyan Universiteti tarixi yubileylər ərəfəsində
21/02/2018 [13:36]:
Cümhuriyyət parlamentində bahalaşmaya qarşı üsyan: ”Buğda gah qalxır, gah düşür”
21/02/2018 [13:32]:
ABŞ səfiri: "Münaqişənin həllinə sadiqik"
21/02/2018 [13:30]:
Sosial şəbəkələrdə bu bu tip statusları qətiyyən paylaşmayın - 5 MƏSƏLƏ
21/02/2018 [13:29]:
Devalvasiyanın 3-cü İLİ: Azərbaycanın qazandıqları və itirdikləri
21/02/2018 [13:13]:
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21/02/2018 [12:58]:
ADP prezident seçkiləri ilə bağlı bəyənat yaydı
21/02/2018 [12:53]:
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi: Prezident təcili...
21/02/2018 [12:50]:
Oğuz Gəncləri ilə deputatın daha bir görüşü baş tutdu
21/02/2018 [12:50]:
Ukraynanın borcu 2 trilyona qalxdı
21/02/2018 [12:41]:
Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı oldu - FOTOLAR
21/02/2018 [12:39]:
İlham Əliyev İranın müdafiə naziri ilə görüşdü
21/02/2018 [12:38]:
Tarkan kökəlib bu hala düşdü - Foto
21/02/2018 [12:37]:
DİM imtahanda iştirak edən və uğur qazananların yaş intervalını açıqladı
21/02/2018 [12:36]:
“Bu, Fransanı ciddi narahat etməlidir” - XİN-dən açıqlama
21/02/2018 [12:34]:
Həcc ziyarəti üçün bəzi şərtlər dəyişdirildi
21/02/2018 [12:24]:
Azərbaycan sərhədlərində MÜHARİBƏ BAŞLAYIR – Ağ Ev tarixini ELAN ETDİ
21/02/2018 [12:20]:
Azərbaycan bu şəxsi beynəlxalq axtarışa verdi
21/02/2018 [12:10]:
23 mindən çox şəxsin Prezident təqaüdü artırılıb
21/02/2018 [12:09]:
Tehranda yenə iğtişaş, yeni eyni koordinat...
21/02/2018 [12:01]:
Abituriyentlər üçün layihə – “Bir günlük tələbə”
21/02/2018 [11:59]:
Ceki Çandan azərbaycanlı məşhura hədiyyə...
21/02/2018 [11:42]:
“Bütün səhiyyə ocaqlarında infeksiyalarla mübarizə gücləndirilməlidir”
21/02/2018 [11:40]:
Ərdoğana təhdid: "Akşənər 300 siyasətçini topladı"
21/02/2018 [11:38]:
Əsəd öz xalqını bombalayır - 24 saatda 20 uşaq...+Video
21/02/2018 [11:28]:
Təqaüdlərin artımı üçün 1.9 milyon manat ayrılacaq
21/02/2018 [11:09]:
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirdi
21/02/2018 [11:05]:
"Türkiyəsiz Suriyanın gələcək dizaynı mümkün deyil..." - Ermənişünas alim
21/02/2018 [11:00]:
Türkiyədə saxta professor həbs edildi: Azərbaycan Universitetini "bitirib"
21/02/2018 [10:58]:
Tənzilə Rüstəmxanlı müğənni kürəkəni haqda: "Qızımı ona vermək istəmirdim"
21/02/2018 [10:56]:
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
21/02/2018 [10:54]:
“Survivor”dan uzaqlaşdırıldı - Vəziyyəti ağırdır
21/02/2018 [10:51]:
Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq - Ərəstun Oruclu yazır
21/02/2018 [10:41]:
Azərbaycanda çay məcrasından çıxdı - Evlər təhlükədə
21/02/2018 [10:24]:
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
21/02/2018 [10:20]:
Paytaxtın bəzi yollarında sürət həddi endirilib - Yağışa görə
21/02/2018 [10:17]:
Qadın iynələri udaraq intihara cəhd edib -Əri ona xəyanət etdiyi üçün
21/02/2018 [10:17]:
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
21/02/2018 [10:13]:
Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var – FOTO
21/02/2018 [10:11]:
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
21/02/2018 [10:09]:
Xocalıdan gələn səs... - VİDEO
21/02/2018 [10:06]:
Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı
21/02/2018 [10:03]:
Polisdən əməliyyat - 58 nəfər tutuldu
21/02/2018 [09:59]:
Avro və rubl manata nisbətdə dəyər itirdi
21/02/2018 [09:58]:
Xərçəng şişlərinin özünüməhvetmə mexanizmi aşkarlandı
21/02/2018 [09:52]:
Suriya konflikti böyük maraqlara ev sahibliyi edir - TƏHLİL
21/02/2018 [09:51]:
Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi
21/02/2018 [09:47]:
”Budur sizin Ağdam, budur sizin Ağdam! Ha haha ha...” - VİDEO
21/02/2018 [09:22]:
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyət barədə - Açıqlama
21/02/2018 [09:18]:
Bakı işğalçını yeni rəqabət müstəvisinə çəkir -İQTİSADİ SAVAŞ
21/02/2018 [09:16]:
İranın müdafiə naziri Bakıda -Generalın səfərinin mümkün səbəbləri
21/02/2018 [09:14]:
ATƏT məşhur təşkilatını seçkiyə görə Azərbaycana göndərir
21/02/2018 [09:12]:
“Laz Ziya”nın qızı “Meral”ın son halı... - FOTOLAR
21/02/2018 [09:06]:
“Alpinistlərin tapılmaması qeyri–peşəkarlıqdır” -Türkiyənin FHN-də işləyən azərbaycanlı xanım
21/02/2018 [09:02]:
“Ermənilər təxribatlar törədə, hətta hücuma keçə bilər” - Polkovnik
21/02/2018 [09:00]:
Lənkəran sakini həyətindən yenot tutub - FOTO
21/02/2018 [08:59]:
Tələbə kreditləri haqda yeni təklif
21/02/2018 [08:57]:
Afrinə girmək istəyən terroçular geri çəkildi
21/02/2018 [08:54]:
"Sakinlər yeniden Mosulu tərk edirlər" - BMT
21/02/2018 [08:40]:
Azərbaycanda yeni qurum yaradıldı - Akif Əlizadə sədr oldu
21/02/2018 [08:38]:
Əli İnsanov həbsdən azad olunacaq? - Ölkədən gedəcək
21/02/2018 [00:26]:
Bürclər - 21 FEVRAL
21/02/2018 [00:25]:
ABŞ-da daha bir orta məktəbdə atışma baş verib
21/02/2018 [00:04]:
Bütün dərdlərin dərmanı sevişməkmiş... - Alimlər 7 populyar mifi alt-üst etdilər...
21/02/2018 [00:04]:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu dəyişdi
21/02/2018 [00:01]:
Bakıda 49 manata dönər satılır - VİDEO
20/02/2018 [23:59]:
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradıldı
20/02/2018 [23:54]:
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı
20/02/2018 [23:40]:
İranda təyyarənin qəzaya uğradığı ərazidən 45 nəfərin cəsədi aşkarlandı
20/02/2018 [23:40]:
Bərdədə 3 otaqlı ev yandı
20/02/2018 [23:22]:
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə...
20/02/2018 [22:59]:
Kılıçdaroğlu: "Türkiyədə Xocalını unutmayıblar"
20/02/2018 [22:58]:
İranda təyyarə qəzasında ölən 30 nəfərin meyiti tapıldı
20/02/2018 [22:53]:
Azərbaycanda iki dərmanın satışı qadağan edildi
20/02/2018 [22:35]:
Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb
20/02/2018 [22:13]:
Avropa ABŞ-la müharibə planını HAZIRLAYIR
20/02/2018 [21:49]:
Müəllimə 20 şagirdi ilə dəfələrlə əlaqədə olduğu üçün həbs edildi - FOTOLAR
20/02/2018 [21:45]:
Çexiya Azərbaycanda yük maşınları yığacaq
20/02/2018 [21:38]:
Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi - Prezident dəyişiklikləri təsdiqlədi
20/02/2018 [21:33]:
Quraqlıq başladı, yırtıcı heyvanlar kəndlərə hücum etdi
Bütün arxiv bir sırada
26/06/2017 [11:41] - Müsahibə - ( 6911 dəfə baxılıb)

“Hərbçilərimizin sağlamlığının keşiyində dayanmaq şərəfdir”

Natiq Əliyev: “Eyniylə, vətəni qorumaq kimi!”


Hərbi təbabətin xüsusiyyəti hərbi qulluqda olan vətəndaşın sağlamlığının qorunub saxlanılmasına qayğı göstərməkdir. Onun nəzəri əsası tibb elmi olsa da, qoşunların şəxsi heyətinin spesifik şəraiti, döyüş travmaları və müharibə dövrü xəstəliklərinin özünəməxsusluğu, eləcə də qoşunların təşkilati quruluşunun xüsusiyyətləri mülki səhiyyədəki qayda və tələblərdən tamamilə fərqlənir. Hərbi hissə həkimi müalicə-təxliyə, sanitariya-gigiyenik və əks-epidemik tədbirləri eyni vaxtda yerinə yetirir və ondan yüksək peşəkarlıq tələb olunur.

Bu fikirləri Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev AZƏRTAC-ın müxbirinə müsahibəsi zamanı bildirib.

Azərbaycan Ordusunun çox güclü səhiyyəyə malik olduğunu söyləyən Tibb Baş İdarəsinin rəisi deyib: Hərbi hissələrin tibb xidməti öz işini birbaşa döyüş mövqeyində yerinə yetirir, yaralılara və xəstələrə tibbi yardımın göstərilməsində, onların axtarışında, toplanmasında, döyüş sahəsindən çıxarılmasında və təxliyə olunmasında iştirak edir. Yaralıların həyatının xilası ilk tibbi yardım xidmətinin vaxtında göstərilməsindən çox asılıdır.

Erməni silahlı birləşmələrinin torpaqlarımızı işğal altında saxlaması, təxribat məqsədilə qoşunların təmas xəttində atəşkəsi pozması hərbi qulluqçularımızın odlu silahdan yaralanmasına səbəb olur. Onlara vaxtında və keyfiyyətli tibbi yardımın göstərilməsi üçün həkimlərin, xüsusilə də cərrahların nəzəri və praktiki cəhətdən yüksək hazırlığına nail olmağa çalışırıq. Bunun üçün kurslar təşkil edir, konfrans və simpoziumlar keçirilir.

 

Ordumuz kimi hərbi səhiyyəmiz də çox güclüdür

 

-Natiq müəllim, son vaxtlar tibb xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində hansı yeniliklər var?

 

-Şəxsi heyətin sağlamlığına göstərilən qayğı, tibb xidmətinin maddi-texniki bazasının yenilənməsi sahəsində görülən tədbirlər hərbi qulluqçuların sağlamlığının qorunmasında vacib rol oynayır. Qeyd etməliyəm ki, hərbi hissələrdə müasir tələblərə cavab verən onlarla tibb məntəqəsi tikilib və onların hamısı yeni avadanlıqlarla təchiz olunub. Bir sıra tibb müəssisələri əsaslı təmirdən sonra ən qabaqcıl tibbi avadanlıqlarla təchiz edilən yeni binalara köçürülüb. Hərbi qulluqçular üçün Goradil Hərbi İstirahət Evinin bazasında Mərkəzi Hərbi Sanatoriya yaradılıb. Mərkəzi Stomatoloji Poliklinika, Mərkəzi Tibb Anbarı təmir olunaraq müasir qurğu və cihazlarla təchiz edilib. 2015-ci ildə Mərdəkandakı İstirahət Evi təmirdən sonra istifadəyə verilib.

Cəbhə bölgəsində yerləşən hospitallardan birinin Səyyar Tibb Qrupunun cərrahiyyə və terapiya bölmələri yeni təmir olunmuş binaya köçürülüb, əməliyyat bloku genişləndirilib, əlavə cərrahi masalar qoyulub, reanimasiya palatalarının sayı artırılıb, yaralılara ixtisaslaşmış tibbi yardım göstərilməsi üçün hər cür şərait yaradılıb. Ələt, Naxçıvan və Gəncədə isə yeni hospitallarının tikintisi davam etdirilir.

Yaralı və xəstələrin döyüş mövqelərindən təxliyəsi üçün 2015-ci ildə 40 ədəd, 2016-cı ildə 50 ədəd tibbi avtomobil, 3 ədəd “Mersedes” markalı ambulans cəbhə bölgələrində yerləşən hospitallara, tibbi hərbi hissə və müəssisələrə, hərbi hissələrin tibb məntəqələrinə paylanılıb. Ön xətdə yerləşmiş bütün hərbi hissələr zirehli ambulanslarla təmin olunub.

Qadın hərbi qulluqçulara və hərbi qulluqçuların ailə üzvlərinə mama-ginekoloji xidmətin göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında mama-ginekologiya bölməsi fəaliyyətə başlayıb. Bölmə ən yeni tibbi cihaz və avadanlıqlarla təchiz olunub. Müasir tələblərə cavab verən tibbi avadanlıqlar alınaraq tibbi hərbi hissə və müəssisələrdə istismara verilib.

 

Mobil qurumlar xidmətin ən prioritet istiqamətlərindən biridir

 

-Bəs mobil qurumlarda vəziyyət necədir?

 

-Hərbi qulluqçulara keyfiyyətli tibbi yardımın göstərilməsini, yüksək texnologiyalı və çevik tibbi qurumlara, tibbi təminat təşkilatlarına malik olmağı prioritet vəzifələrdən biri hesab edirik. Ona görə də cəbhəyanı bölgələrdə olan hərbi hospitallar müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş mobil bölmələrlə təmin edilib. Şəxsi heyətə mobil tibbi xidmətin göstərilməsi üçün tibbi hissə və müəssisələrdə laboratoriya və stomatoloji kabinetlər fəaliyyət göstərir. Alınan səyyar rentgen kabinetlər şəxsi heyətin flüoroqrafik müayinəsində və ağciyər xəstəliklərinin vaxtında aşkar olunmasında çox böyük rol oynayır.

 

Tibbi kadrların hazırlığını yüksəltmək üçün beynəlxalq əməkdaşlıqdan istifadə olunur

 

-Natiq müəllim, tibb xidməti üçün kadrlar necə hazırlanır?

 

-Kadrların hazırlanması işində Tibb Universitetinin hərbi tibb fakültəsi çox əhəmiyyətli rol oynayır. İki il əvvəl fakültənin yeni inzibati binasının açılışı olub və burada çox gözəl təlim bazası formalaşdırılıb, ən müasir standartlara cavab verən Simulyasiya Mərkəzi yaradılıb. Görülən tədbirlər nəticəsində son illərin məzunu olan həkim və feldşerlərin bilik səviyyəsi əvvəlki illərdəkindən daha yüksəkdir. Keçən il 2 uzman, 7 rezident, hərbi tibb fakültəsini bitirmiş 61 tibb xidməti leytenantı, 48 feldşer hərbi hissələrdə və müalicə müəssisələrində fəaliyyətə başlayıb. Altı hərbi həkim rezidenturaya qəbul olunub. Hazırda 26 kursant və 15 uzman Gülhanə Tədris və Tədqiqat Xəstəxanasında təhsil alır.

Hərbi hissə və müalicə müəssisələrində xidmət edən həkimlərin peşə səviyyəsinin artırılması üçün də tədbirlər görülür. Onlar ölkəmizdə və dünyanın inkişaf etmiş dövlətlərində ixtisasartırma və təkmilləşmə kurslarına göndərilir, hər il onlarla həkim kurslarda, müxtəlif mövzulara həsr olunmuş elmi-praktik konfranslarda iştirak edir. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kursant və rezidentlərin yüksək səviyyədə hazırlanması üçün bütün imkanlar yaradılıb.

Nazirliyin müalicə müəssisələrində göstərilən tibbi yardımın səviyyəsi və aparılan müalicə kadrların yüksək peşəkarlığından xəbər verir. Baş Klinik Hospitalın kardiocərrahiyə şöbəsində yüzlərlə açıq və qapalı ürək əməliyyatları yerinə yetirilib. Hospitalda göz əməliyyatları da çox uğurla aparılır.

Qardaş Türkiyə Respublikasının səhiyyə müəssisələri ilə geniş əlaqələrimiz var. Bundan başqa Gürcüstan, Belarus, Ukrayna, Almaniya, Fransa, İran, Koreya və digər ölkələrin tibb xidmətləri ilə əlaqələr qurulur. Hərbi həkimlərimizin digər ölkələrdəki həmkarları ilə təcrübə mübadiləsini genişləndirmək və onların peşə bacarıqlarını inkişaf etdirib yüksək səviyyəyə çatdırmaq başlıca məqsədlərimizdən biridir.

 

Aprel hadisələri zamanı hərbi həkimlər yüksək hazırlıq nümayiş etdiriblər

 

-Aprel döyüşləri hərbi səhiyyədə hansı nəticələr çıxarmağa imkan verdi?

 

-2016-cı ilin aprelində aparılan əməliyyatlar zamanı tibb xidmətinin yüksək səviyyədə təşkil olunması, yaralıların müalicə müəssisələrinə təxliyəsi, birləşmiş və mobil hospitallarda, eləcə də Baş Klinik Hospitalda aparılan cərrahi əməliyyatların səviyyəsi rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. Həmin dövrdə göstərilən yüksək tibbi xidmətə görə ölkə Prezidenti, müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi fərqlənən tibb xidməti hərbi qulluqçularını mükafatlandırıblar.

Aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həkimlər haqqında deyib: “Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Prezident və mən hospitallarda, xəstəxanalarda olduq. O zaman yaralanmış, xəsarət almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün hazırdırlar”.

 

Hərbi qulluqçulara yüksək səviyyədə tibbi yardım göstərilir

 

-Müdafiə Nazirliyində hərbi qulluqçulara tibbi yardımın göstərilməsi necə qurulur?

 

-Hazırda Müdafiə Nazirliyinin tibb xidmətində tibbi yardımın göstərilməsi, ixtisaslı tibbi yardım və müalicə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təşkil olunur. Ötən illər ərzində hospitalın maddi-texniki bazası, müalicə-diaqnostika imkanları, kadr potensialı dəfələrlə artıb, Baş Klinik Hospital regionun ən böyük hərbi tibb müəssisəsinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi “Bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır” sözləri bugünkü reallığı əks etdirir.

Ali Baş Komandan İlham Əliyev Baş Klinik Hospitalın 2-ci müalicə korpusunun açılışında deyib: “Bu bina və burada quraşdırılmış avadanlıq əlbəttə ki, dünya səviyyəsindədir. Dünyanın aparıcı klinikalarında olan şərait və texniki təchizat burada var. Burada çalışan mütəxəssislər də böyük peşəkarlığa malikdir. Xarici klinikalarda təlim keçmişlər. Görürəm ki, burada işləyənlərin əksəriyyəti gənclərdir. Bu da məni çox sevindirir. Çünki indi dünyada tibb elmi o qədər sürətlə inkişaf edir ki, bu inkişafı daim izləmək lazımdır”.

Hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 6 şöbə, 39 müalicə-diaqnostika bölməsi fəaliyyət göstərir. Bölmələr tibb heyəti ilə komplektləşdirilib, beynəlxalq standartlara cavab verən cihaz və avadanlıqlarla təchiz edilib. Dörd blokun 10 əməliyyat otağında eyni vaxtda 19 cərrahi əməliyyat aparmaq mümkündür. Ürək-damar şöbəsində, göz xəstəlikləri bölməsində quraşdırılan avadanlıqlar mürəkkəb əməliyyatların aparılmasına imkan verir. 36 otaqda yerləşən laboratoriya şöbəsində olan ən müasir cihazlarla genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki analizlər aparmaq mümkündür. Radiologiya bölməsində flüoroqrafiya, rentgen müayinə, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiya cihazları quraşdırılıb. Video-müşahidə otağında olan monitorlar vasitəsi ilə əməliyyat zallarından görüntülər nümayiş etdirilir, xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar həmin əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilirlər.

Hərbi tibb elminin inkişafı üçün Baş Klinik Hospitalda ciddi işlər görülüb. Silahlı Qüvvələrimizin inkişaf etmiş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq sahəsində apardığı uğurlu işlər şübhəsiz ki, hərbi səhiyyənin inkişafına müsbət təsir göstərir. Onlarla hərbçi həkim hər il müxtəlif xarici ölkələrdə, o cümlədən Yaponiya, Fransa, İngiltərə, Türkiyə və Hollandiyada keçirilən elmi simpozium və beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə qazanırlar.

Baş Klinik Hospital həm də güclü elm mərkəzidir. Hazırda hospitalda tibb üzrə 8 fəlsəfə doktoru, əksər tibbi ixtisaslar üzrə baş mütəxəssislər çalışır. Hərbi tibbi müəssisənin müasir elmi-texniki bazası daha geniş araşdırmalar aparmağa imkan verir.

Hərbi qulluqçuların sağlamlığının qorunması üçün qarşıya qoyulan vəzifələrin yüksək peşəkarlıq və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlardan lazımınca istifadə ediləcəkdir. Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, onun müdafiəçisinin sağlamlığı keşiyində dayanmaq da şərəflidir.

 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Bizim Quran qarşısındakı 7 vəzifəmiz...
Aqil Abbas: "Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün"
Fotoqrafçı pozğun çıxdı, toy günü kabusa döndü - FOTOLAR
Göygöldə fen almağa gedib, taksiylə qaçan gəlin tapıldı - Açıqlaması şoka saldı
Lavrovdan Türkiyəyə yeni TƏKLİF: “Bəşər Əsədlə…”
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Kriminal
Lənkəranski atasının qatilini məhkəmədə hansı sözə görə güllələmişdi?- İyirmi bir yaşlı gəncin beş illik qisas arzusu...
Kriminal
İsrailin yeni “paytaxt”ında 11 FAHİŞƏXANA AŞKARLANDI...
Dünya
17 illik dostluq 17 bıçaq zərbəsi ilə sona çatdı...
Dünya
Kobra qanı içib canlı ilan yedilər - FOTOLAR
Ədəbiyyat
"Maddi imkanım olsaydı, atamla bağlı çox işlər görərdim"- Xalq şairinin qızı
Həftənin ən çox oxunanları
ABŞ ordusunun rus əsgərlərini darmadağın etdiyinin görüntüləri yayıldı - ŞOK VİDEO
Talışinski Bakıya zəng vuraraq Rövşənin həbs edilməsini istəyir - Lənkəranskiyə qənim kəsilmiş qadın
Lənkəranski Allahşükür Paşazadəyə yazdığı məktubunda nə istəyirdi?- İstintaq materialları...
"And olsun Allaha, əgər kürd olsaydım, kürdlüyümlə fəxr edərdim, amma...”
“Monte Melkonyan məni maşına mindirib bilmədiyim bir evə gətirdi...” - Səkkiz gün erməni əsirliyində...
İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: "Qarabağı...”
Dəhşət: Müəllim və şagirdi maşında sevişərkən yaxalandı - VİDEO
Lütlənən qız-gəlinlərimizlə fəxr etməliyikmi?..
Bir qadın eyni vaxtda 3-4 kişi ilə yaşasa?...- Uşaqların atası kim olacaq?!.
Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin