“Rusiya Ərdoğanı Səddamın gününə düşməkdən xilas etdi...”- Siyasi analitik
Oxunub: 15569
24 Jun 2017 | 14:32
“Rusiya Ərdoğanı Səddamın gününə düşməkdən xilas etdi...”- Siyasi analitik
Moderator.az-ın əməkdaşı tanınmış siyasi analitik, “Qarabağ tələsi” kitabının müəllifi Tahir Cəfərli ilə Rusiya lideri V.Putin və ABŞ prezidenti D.Trampın Ukrayna, Yaxın Şərq və ayrıca Azərbaycanla bağlı siyasətini müxtəlif aspektləri ətrafında söhbətləşib.

(Müsahibənin əvvəli ilə bu linkdə tanış ola bilərsiniz: //www.moderator.az/news/182353.html).

-Tahir müəllim, Rusiyanın inkişafı Azərbaycan üçün də təhlükədirmi? 

-Əlbəttə ki. Putinin Avrasiya İttifaqı elə keçmiş imperiyanın bərpası deyilsə, bəs nədir? Ancaq indiki dövrdə Rusiya heç vaxt keçmiş sovet respublikalarını öz tərkibinə qata bilməz, onları yalnız iqtisadi inteqrasiyaya vadar edə bilər... 

“Putin keçmiş sovet respublikalarında kənd təsərrüfatının inkişafına təkan verdi...”

-Necə? Hansı yollarla? 

- Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi ilk ayları xatırlayaq.  Rusiya kənd təsərrüfatı mallarına möhtac qalmışdı. Nə baş verdi? Putin keçmiş respublikalarla olan qapılarını açdı və həmin ölkələrin kənd təsərrüfatları Rusiya bazarlarını Avropadan gəlməyən mallar ilə doldurdular. Bu isə keçmiş sovet respublikalarında da kənd təsərrüfatının inkişafına, eyni zamanda Rusiyanın özünün də inkişafına təkan verdi. Bu minvalla Rusiya keçmiş respublikalarının kənd təsərrüfatının Rusiyaya  inteqrasiyasını təmin etdi. Siz elə bilirsiniz ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü tədbirlər bununla bağlı deyil?.. 

-Hər halda məntiq belə deyir... Azərbaycan kəndlisi həmişə mallarını Rusiyaya aparıb...
 “O, əlini Ərdoğanın çiynindən götürsə...”

-Putinin digər ən böyük xidməti Türkiyəni öz müttəfiqinə çevirməsidir. Bu gün Putin əlini Ərdoğanın çiynindən götürsə,  o, bir gün də hakimiyyətdə və salamat qala bilməz. FETO-çular iki dəqiqədə onu aradan götürərlər. İndi məlum olur ki, nurçuluğu Türkiyədə yayanlar bu ölkəni Qərbdən asılı hala salmışdılar. Ərdoğan hazırda bu asılılıqdan çıxmaq və ölkəni regionun qüdrətli dövlətinə çevirmək üçün  Rusiyaya və Putinə arxalanır. Və bu baxımdan Türkiyə  İranla da “İŞİD”-ə qarşı birlikdə hərəkət etməlidir. Stiven Koen də bunu qeyd edir... 

“Osmanlı imperiyasının dayaqlarından biri də türk-kürd birliyi olub...”

-Qərb mətbuatı “kürd məsələsini”  Kremlin -Putinin adına bağlayır. Və burda hardasa məntiq var. Çünki “PKK” adlandırdığımız, ilk vaxtlar solçu sosialist-marksist yönümlü olan Kürd Fəhlə Partiyası məhz SSRİ dövründə, Moskvanın, “KQB”-nin NATO üzvü olan Türkiyədə sosialist inqilabı həyata keçirmək planı əsasında yaranıb...

- Bəli. Bu  olmuşdu. Amma artıq Moskvanın o strategiyası keçmişdə qaldı. Kürdüstanı yaratmaq istəyən Rusiya yox, Qərbin özüdür. Qərb analitikləri Türkiyə-İran-Rusiya üçlüyündən çəkinirlər . Buna baxmayaraq dünya buna gedir. Həmin birlik prosesini dayandırmaq üçün hazırlanan MKİ agenti polkovnik Pitersin planları buna sübutdur. Kürd terrorçuları silahlandıran və Avropada onların tərəfini saxlayan da Qərbin oyunbaz siyasətçiləridir. Bir-neçə gün bundan öncə Suriya kürdlərinə ABŞ külli miqdarda silah və texnika verdi. Ərdoğanın etirazına baxmayaraq Raqqanın azad olunmasına kürdləri cəlb etdi. ABŞ Müdafiə Nazirliyinin bəyanatında isə deyilir ki, Raqqa “İŞİD”-dən azad olan kimi bu texnika və silahlar türklərə qaytarılacaq. Gülməli deyil mi? Tarix böyü kürd-türk bir olub. Osmanlı imperiyasının dayaqları da bu iki xalq idi. Bunları toqquşdurmaq, Türkiyəni dağıtmaq deməkdir. Əgər sovet dövründə bu, SSRİ rəhbərliyinin siyasi marağında idisə, indi əksinə: Türkiyədə stabillik Rusiyanın marağındadır, çünki V.Putin “Lenin -Atatürk planını “  məhz bu saat həyata keçirir... 

“MKİ polkovniki Pitersin planının açıqlanması Ərdoğanı oyatdı...”

-Deyirsiz ki, Piters planının mahiyyətinin açılması Ərdoğanı oyatdı? 

-Bəli. ABŞ demokratları “ idarə olunan xaosla” Yaxın Şərqi dağıtmaq istəyirdilər. Bunu S.Koen də öz müsahibəsində qeyd edir. Ancaq Putinin təzyiqi və Suriyada Hərbi Kosmik qüvvələrini işə salması, bütün bu oyunlara son qoydu. Daha doğrusu, Yaxın Şərqdə “İŞİD”-in,  yəni əslində ABŞ-ın bütün oyunlarını pozdu. Bunu da S. Koen xüsusi olaraq qeyd edir... 

“Demokratların “xaos” oyunu bitməkdədir...”

- Bəs indi Yaxın Şərqdə nə baş verir? 

-İndi bir-birinin ardınca Suriya və İraqda şəhərlər və kəndlər “İŞİD”-çilərdən təmizlənir. Demokratların “xaos” oyunu bitməkdədir.... 

-Sizcə, belə bir fikir doğrudurmu ki, ABŞ-da demokratların seçkidə uduzması, onların Suriyada, Türkiyədə və İraqdakı hərbi-siyasi məğlubiyyəti ilə əlaqəlidir... 

-Həqiqətən belədir. Hakimiyyətə gələn Tramp, daha praqmatik və daha ağıllı siyasətçi olduğundan, keçmiş sərhədləri tanıdı, atomlu Rusiyaya ilə üzbəüz gəlməyin perspektivsizliyini görüb batmaqda olan ABŞ iqtisadiyyatını qaldırmaq yolunu, daha düzünü desək, proteksionizmi bərpa yolunu tutdu, geosiyasi nöqteyi-nəzərdən təhlil etsək, bunun ABŞ üçün düzgün yol olduğunu görərik(İzah:Proteksionizm -milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasətidir-S.L.).


“...“İŞİD”in geosiyasi funksiyası heçə  enmişdir...”

-Demokratların Rusiyanı darmadağın etmək planı haqda Stiven Koenin sensasiyalı məqaləsində də açıq-aşkar deyilirdi... 

-Bəli. Koenin məqaləsinin mahiyyəti onu göstərir ki, Suriyada, Türkiyədə və İraqda faktiki məğlubiyyətə uğramış ABŞ-n yeni hökuməti düşdüyü Yaxın Şərq bəlasından mərdi-mərdanə çıxmaq istəyir və  məqsədi Rusiya ilə yaxınlaşmaqla dünyada baş alıb gedən gərginliyi, hərc-mərcliyi dayandırmaq, aşağı endirməkdir. Hər şeydən əvvəl bu, Trampın praqmatizmliyindən irəli gəlir. Çünki “İŞİD”-in geosiyasi funksiyası heçə enmişdir. ABŞ-ın Ukraynada dövlət çevrilişi və xaos planı baş tutsa da, Suriya və Türkiyədə bu alınmadı. “SRU” polkovniki Pitersin planından irəli gələn bütün müddəaları Stiven Koen ortaya çıxarmışdır. Onun sözlərinə görə “İŞİD”-n yaradılması Ukraynadan sonra, Suriya və Türkiyədə dövlət çevrilişləri ilə nəticələnməli və üç ölkə vəhabiləri “İŞİD”lə birgə Ukraynadan, Şimalı Qafqazdan və Orta Asiya respublikalarından Rusiyaya qarşı müharibəyə qoşulmaqla bu ökəni məhv etməli idilər. Koen yazır ki, məhz  Vladimir Putinin qabaqlayıcı tədbirləri buna son qoydu. O, Ukraynada qeyri-legitim hökuməti hakimiyyətə gətirtməklə Krımı ələ keçirtdi, üstəlik, istədiyi vaxt Ukraynaya girmək üçün Donbas və Luqanskda üsyan qaldırdı. Ardınca ABŞ-ın Səddam Hüseynin gününə salmaq istədiyi Ərdoğanı xilas etməklə öz gerçək gücünü göstərdi. ABŞ-ın indiki rəhbərliyi Rusiyadan qaynaqlanan bu güc və təhlükəni görür, sakitcə geri çəkilsə də, daxildə ciddi təzyiqlərə üzləşir və üzləşməkdə davam edir. 

“O, heç vaxt Rusiyanın dostu ola bilməz...”

-Stiven Koenin məqaləsində sanksiyalardan sonra ABŞ-ın Putinlə yaxınlaşmasının səbəbinin izahı da maraqlıdır. Yadınızdadırsa, Amerika tərəfi Minskə gəlmədi, üstəlik, Almaniya, Fransanı da oraya getməkdən çəkindirirdi. Ancaq həmin iki ölkənin liderlər buna əməl etmədilər. Səbəb? 

-Səbəb odur ki, Avropa öz şərqində böyük savaşın alovlanmasını istəmədi və nəticədə Minsk sazişi Avropanın Şərqində müharibə ocağını söndürdü. Donald Tramp seçilənədək  bu ocaq hələ də tüstülənirdi və istənilən vaxt alışa bilərdi. Putinin sonuncu çıxışının mahiyyəti ondadır ki, ABŞ-a birbaşa mesaj göndərdi: “Bizimlə oynamayın, biz öz hərbi gücümüzdən istifadə etməklə təcavüzkar siyasətinizin qarşısını ala bilərik”... 

- Stiven Koenin bu açıqlamalarla mətbuata çıxması, ondan xəbər verir ki, ABŞ Rusiya siyasətini dəyişəcək və onunla həqiqi partnyorluq siyasətinə keçəcək. Məhz bu meyllərinə görə Trampı Rusiyanın dostu sanırlar... 

-Bu cür düşünmək ağılsızlıqdır. Əksinə, Tramp heç vaxt Rusiyanın dostu ola bilməz. Trampın 100 gün ərzində ortaya çıxartdığı siyasət ənənəvi ABŞ proteksionizmidir. Köhnə uğurlu siyasət xəttinə qayıtmağa cəhd, liberalizm siyasətindən uzaqlaşmaq və ABŞ iqtisadiyyatını qaldırmaqdır. Obamadan fərqli olaraq Tramp daha realistdir... 


“Tramp ABŞ-ın çöküşünün qarşısını almağa çalışır...”

-Bu, özünü nədə göstərir? 

-Yüksək səviyyəli biznesmen və iqtisadçı olan Tramp anlayır ki, ABŞ iqtisadiyyatının 60-ci illərin sonundan başlayaraq dünya ölkələrinə inteqrasiya olunması bu ölkəni faktiki olaraq başqa ölkələrdən asılı vəziyyətə salmışdır. Qloballaşma sayəsində  ölkədə qüdrətli sənaye kompleksləri dayanmış, böyük sənaye şəhərləri çökmüşdür. ABŞ-ın istehsal etdiyi nə varsa, onların ayrı-ayrı hissələrinin çoxu Cənubi Koreya, Cənub-Şərqi Asiya, Latın Amerikası və s. ölkələrdə hazırlanır. Daha praqmatik siyasətçi olan Donald Tramp da düşünür ki, bu ölkələrlə əlaqəsi kəsilsə, ABŞ iqtisadiyyatı çökər. Gözünün qabağında SSRİ boyda ölkənin hansı səbəblərdən çökməsi nümunəsi durur. Faktiki olaraq Tramp öz ölkəsinin çökməsinin qarşısını almağa çalışır. Trampın fəaliyyətinə  məhz bu nöqteyi-nəzərdən qiymət versək, görərik ki, ABŞ lideri heç də ölkəsinin mövqeyini itirməsini istəmir, əksinə, ABŞ proteksionizminə yeni vüsət verməyə cəhd edir. Bu isə o deməkdir ki, D.Tramp heç vaxt heç bir ölkə ilə dost-qardaş ola bilməz. Əksinə,  o, proteksionizmi həyata keçirtməklə, ölkəsinin qüdrətini daha da artıracaq. Bu çox da uzun proses olmayacaq... 

Trampa ABŞ daxilindən təzyiqlərin səbəbi...

-Bəs o halda nədənTrampa qarşı bu qədər təzyiqlər var? 

-Bunu çox asan izah etmək olar. D.Tramp 50 ildən artıq həyata keçirilən qloballaşma siyasətindən uzaqlaşmağa çalışmaqla ABŞ gəmisinin sükanını başqa səmtə yönəldir. Və ölkəsini dağıtmaq təhlükəsi qarşısında qoyanlara qarşı ciddi tədbirlər görür. Bu, onun nə qədər güclü şəxsiyyət olduğundan xəbər verir. Buna digər bir ABŞ liderinin gücü çatmazdı.  Hazırda Tramp qarşısına  bir əsas vəzifə qoyub: ABŞ iqtisadiyyatını bərpa etmək, onun başqa ölkələrdən asılılığını aradan qaldırmaq. 100 gün göstərdi ki, o, bunu əzmkarlıqla və prinsipiallıqla həyata keçirir. Nəticəsi isə göz qabağındadır. ABŞ-ın mərkəzi regionlarındakı keçmiş zavod və komplekslərin işi bərpa olunmaqda, boşalmış şəhərlər öz  həyat ritminə qayıtmaqdadır. Bu da ABŞ-da yeni iqtisadi sıçrayış olacağından xəbər verir... 

-Deməli, ABŞ öz iqtisadi qüdrətini daha da gücləndirmək,  qaytarmaq niyyətindədir? 

-Elədir. Odur ki, Rusiya Prezidentinin D.Trampla münasibətinin yaxşı olacağını düşünmək gülüncdür. ABŞ-ın öz strateji inkişaf xətti var və bu xətdən heç kim uzaqlaşa bilməz. ABŞ-da prezidentlər gəlib gedir, ancaq strateji xətt dəyişmir. Onun mahiyyəti isə budur ki, ABŞ dayanmadan inkişaf etməli və bütün ölkələrdən güclü olmalıdır...

-Tahir müəllim,  axı deyəsən, Putini çox şişirdirik.  Onun Türkiyəyə münasibəti haqda başqa  fikirlər də var. Məsələn, belə bir versiya da  səslənir ki, əslində Rusiya da Avropa və ABŞ kimi Türkiyəyə qarşı isti münasibətdə səmimi deyil. Çünki I Pyotra məxsusluğu iddia edilən vəsiyyətnamədə Rusiyanın dünyaya hökmranlıq etmək üçün mütləq İstanbulu ələ keçirməsi vəzifə kimi qarşıya qoyulur. Həmin məntiqlə bu günkü ölkə lideri Vladimir Putinin  də hazırkı siyasəti məhz Pyotrun vəsiyyətinin həyata keçirilməsinə yönəlib. Yəni, hazırda Türkiyənin müdafiəçisi kimi görünməklə Moskva əslində Suriyada, ardınca İraqda mövqelərini möhkəmlətmək  məqsədi güdür. Və bu minvalla cənubdan bu iki ölkə, şərqdən Ermənistan, şimaldan isə Krım və Qara dəniz vasitəsi ilə Türkiyəni tam mühasirədə saxlamaq, onun daxilinə də nüfuz etməklə gələcəkdə sarsıdıb parçalamaq və nəticədə İstanbulun və strateji boğazların fəthini həyat keçirmək planı mövcuddur...

Müsahibimizin gözlənilməz iddiası: 

“Rusiya çarı I Pyotrun heç bir vəsiyyətnaməsi olmayıb. Bu, Avropanın uydurmasıdır...”

“Mən Sankt-Peterburqda I Pyotrun külliyyatını təhlil etmişəm...”

Rus çarları nədən İstanbulun- keçmiş Konstantinopolun yunanlara geri qaytarılmasını istəməyib? 
Azərbaycanda kimlər ermənilərin diqtəsi ilə Rusiyanı bizə və Türkiyəyə düşmən etmək istiqamətində çalışır?

Bu və ya digər suallara cavab tapmaq üçün  Moderator.az-ı izləyin!

Sultan Laçın


Oxşar xəbərlər
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
GÜNLÜK
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 12:38
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK