"İnternetdən başı çıxan adam Misir Mərdanov haqda axtarış versə..."
Oxunub: 3589
05 Jun 2017 | 15:07
Moderator.az keçmiş təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun Modern.az saytına verdiyi müsahibəni təqdim edir:
 
- Misir müəllim, institutda işləriniz necədir? 
 
- Şükür Allaha. 4 ildən artıqdır ki, mən bu institutda işləyirəm. İşimdən, işin gedişatından çox razıyam. Buranın kollektivi mənim üçün doğmadır. Çünki bu kollektivin böyük əksəriyyəti mən Bakı Dövlət Universitetində çalışarkən tələbələrim olub. Bəziləri də mənimlə bir yerdə oxuyublar. Bu kollektivə isinişmək, qaynayıb-qarışmaq mənim üçün bir problem yaratmayıb. İşimiz haqqında bir neçə şey də demək istəyirəm.
Riyaziyyat və Mexanika İnstitutu akademiyanın elmi-tədqiqat institutudur. Burada əsasən elmi-tədqiqat işləri aparılır. Ancaq son 2 ildə akademiyada magistratura açıldığına görə, bizdə də 4 magistr var. Onlarla məşğul oluruq. Bundan əlavə, bizim institutun əməkdaşlarının əksəriyyəti ali məktəblərdə saat hesabı ya da yarımştat dərs aparırlar.
Yəni bu institutda tədrislə elm bir yerdədir. Biz də şərait yaradırıq ki, əməkdaşlarımız həm elmi-tədqiqat işlərini aparsınlar, həm də ali məktəblərdə fəaliyyətlərini davam etdirsinlər. Eyni zamanda, ali məktəblərdə tam ştatda işləyən müəllimlər var ki, onlar bizdə yarım ştatdadırlar.
 
- İnstitutun nə qədər əməkdaşı var? 
 
- İnstitutumuzda 200-dən çox əməkdaş çalışır. Onların 100-dən çoxunun elmi adı və dərəcəsi var. Əslində Azərbaycanın riyaziyyat elminin əsas qüvvəsi bizim institutumuzda cəmləşib. İnstitutumuzda mexanika üzrə 4, riyaziyyat üzrə isə 9 şöbə var. Əsas işimiz riyaziyyatın və mexanikanın müasir problemləri ilə bağlı elmi-tədqiqat işləri aparmaqdır. Eyni zamanda bizim institutda fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyası şurası var. Bizdə 4 ixtisas üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu müdafiəsini aparmağa haqqımız var. Təxminən ayda bir dəfə müdafiə şurasının iclası keçirilir. Bu da çox məsuliyyətli işdir. Hər hansı bir iş müdafiəyə çıxarılana qədər, o,  labaratoriyalarda, şöbələrdə ciddi müzakirələrdən keçirilir. Sonra işin opponentləri təyin olunur. Daha sonra isə müdafiə keçirilir.
 
- Beynəlxalq əməkdaşlığınız hansı səviyyədədir? 
 
- Bizim başqa bir istiqamətimiz budur ki, institutda 4 jurnal çap olunur. Jurnallardan biri sırf mexanika, qalanları isə əsasən riyaziyyatla bağlıdır. Bu jurnalların 4-ü də ingilis dilində, beynəlxalq tələblərə cavab verən səviyyədə çap olunur. Çox sevindirici haldır ki, bu institutun 2 jurnalı ”“ “Riyaziyyat cəmiyyəti” və “Elmi əsərlər” jurnalı “Tomson Röyters” şirkətinin siyahısına düşüb. Azərbaycanda bu qurumun siyahısında olan 4-5 jurnal var,  bunun ikisi də bizim institutun jurnalıdır. Biz son 2-3 il ərzində həm “Spokus”un, həm də “Tomson Röyters”in mükafatını almışıq. Elmi-tədqiqat işlərimizə və jurnallarımızın səviyyəsinə görə.
Bundan başqa, bizim 13 şöbənin həftədə bir dəfə elmi seminarı keçirilir. Eyni zamanda hər həftənin 3-cü günü saat 10-da institutun ümumi elmi seminarı keçirilir. Ümumi institut seminarlarında təkcə bizim əməkdaşlar deyil, Azərbaycanın və dünyanın aparıcı elm-təhsil müəssisələrinin akademikləri, alimləri də çıxış edirlər.
Bu yaxınlarda Moskva Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin tanınmış bir professoru bizim seminarda 1 saatlıq məruzə etdi.
Biz ildə bir neçə dəfə dünyanın tanınmış alimlərini dəvət edirik, onlar da gəlib çıxışlar edirlər. Elmi beynəlxalq əlaqələrsiz, beynəlxalq müzakirələrsiz inkişaf etdirmək olmaz.
Bayaq dediyim 4 jurnalın redaksiya heyəti dünyada tanınmış jurnalların da redaksiya heyətlərinin üzvləridir. İkinci tərəfdən jurnallarda çap olunacaq  məqalələr xaricdə tanınan alimlərin rəyinə göndərilir. Müsbət rəylər alındıqdan sonra onlar çap oluna bilirlər. Üçüncü bir tərəfdən isə dünyanın aparıcı elmi və təhsil təşkilatları ilə bir neçə müqavilə bağlamışıq.
Moskva Dövlət Universiteti, Moskvada yerləşən Dillər Universiteti, Rusiya Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnsitutu ilə, Ufada, Kazanda yerləşən institutlarla və sairə.
 
- Bəs Qərb və ya başqa ölkələrin elmi təşkilatları ilə necə?
 
- İtaliyada, Almaniyada, İsraildə yerləşən institutlarla da elmi-tədqiqat sahəsində əməkdaşlıq edirik. Bu yaxınlarda bizim elmlər doktoru olan cavan bir kadrımızı - Vüqar İsmayılovu Oksford Universitetində mühazirə oxumağa dəvət etmişdilər. O da getdi mühazirəsini oxuyub gəldi.
Bizim qarşımızda belə bir məsələ də durur ki, müxtəlif sahələrin alimlərinin birgə elmi işini təşkil edək. Məsələn, fiziklərlə riyaziyyatçılar, həkimlərlə riyaziyyatçıların. Yəni, biz multidisiplinar layihələr üzərində işləyirik.  

- Kəşflər hamısı dəqiq elmlərə söykənir. Bu mənada hər hansı bir kəşf gözlənilir? 
 
- Riyaziyyat fundamental elmdir, əsasən nəzəri xarakter daşıyır. Desəm ki, bizim alimlər tərəfindən dünyada əlahiddə kəşflər edilib, bu, yalan olardı. Amma bu kəşflərə doğru irəliləyişlər var. Çox sevindirici haldır ki, bizim institutda 40 yaşdan yuxarı olan 5 nəfər elmlər doktorudur. Bunlar kişi alimlərdir. Daha 5 nəfərin də elmlər doktoru olmasını gözləyirik. Əlbəttə, bu, istədiyimiz səviyyədən bir az aşağıdır.
Cənab prezident də deyir ki, Azərbaycan bütün sahələrdə  Cənubi Qafqaz regionunda və dünyanın bir çox hissəsində liderlik missiyasını həyata keçirir. Cənab prezident İlham Əliyev tapşırıq verib ki, Azərbaycan elm sahəsində də Cənubi Qafqazda liderliyi ələ alsın. Azərbaycan Milli Elmlər Akademiyasında bu sahədə ciddi işlər aparılır.
Son 5-6 il ərzində Elmlər Akademiyasının nüfuzu həm Azərbaycanda, həm də dünya coğrafiyasında xeyli artıb. Bizi tanıyanların sayı indi daha çoxdur.
 
- Çox təkliflər səslənir ki, Elmlər Akademiyası sovetdən qalma struktur olduğuna görə, ləğv edilməlidir. Amma siz inkişaf tempini göstərən məqamları da sadaladınız. İndi nə qərara gələk?

- Əlbəttə, belə fikirlər səslənib. 1990-cı illərin əvvəllərində təəssüf ki, belə fikirlər çox səslənirdi. O zaman ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra onun ilk keçirdiyi yığıncaqlardan biri Elmlər Akademiyasının rəhbərliyi ilə oldu. Heydər Əliyev orada bəyan etdi ki, elm, akademiya bizim milli sərvətimizdir. O gündən bu günə ölkə rəhbərliyinin Azərbaycana elminə diqqəti və qayğısı artıb.
Ötən il Elmlər Akademiyasının Rəyasət Heyəti qərar qəbul etdi ki, dünyanın aparıcı jurnallarında məqalələri çap olunan alimlərə mükafatlar verilsin. Biz institut çərçivəsində 3 dəfə bunu etmişik. Kimin elmi əsəri “Tomson Röyters”in siyahısında çap olunubsa, ona mükafat veririk.
Birinci dəfə elmi məqalə verəndə, hansı jurnalda çap edilməsindən asılı olmayaraq 300 manat veririk. Bir alimin bir ildə 4 məqaləsi çap olunsa, bu, 1200 manat puldur. Elə alim də var ki, 10 məqaləsi çap olunur. Əlbəttə ki, belələri azdır.
Dünyada jurnalların reytinqinə, əmsalına uyğun olaraq qonorar verilir. Elə jurnal var ki, orada bir məqalə çap etdirsələr, 1000 manat alırlar. Elə jurnal da var ki, orada bir məqalə çap etdirsən, 100 manat ala bilərsən.
 
- Bəs özünüzün necə, məqalələləriniz çıxıbmı? 
 
- Mən 4 ildən artıqdır ki, instituta gəlmişəm. Mənim bu illər ərzində 40-dan çox məqaləm çıxıb. Bu il mənim o dediyim jurnallarda 3 böyük məqaləm çıxıb.
 
- Bəzən deyirlər ki, Azərbaycan elmi dünyaya çıxa bilmir. Siz isə konkret faktları sadalayırsınız. Bəs mətbuatın, cəmiyyətin niyə xəbəri olmur ki, Misir Mərdanovun xarici jurnallarda məqaləsi çıxıb?

- İnternetdən başı çıxan adam Misir Mərdanov haqda axtarış versə, Vikipediyada məlumat çıxacaq. Orada bütün məlumatlar var. Əslinə qalsa, cəmiyyət elə inkişaf etməlidir ki, hamı bu mənbədən istifadə etsin. Təəssüf ki, internetdən istifadə etmirlər. Mən çıxıb televiziyaya deyə bilmərəm ki, filan qədər məqaləm çap olunub. Elə adamlar var ki, onların 1000 məqaləsi var. Cəmiyyət özü bunları qiymətləndirməlidir. Siz soruşursunuz deyə mən cavab verirəm. Soruşmasaydınız, heç özüm haqda da bunları deməyəcəkdim.
Şəxsən mənim rəhbərliyimlə layihələr həyata keçiririk. Bir layihəmiz var, 4 aydır ki, aparırıq. Biz Gənc Riyaziyyatçılar məktəbi yaratmışıq. 4 aydır, hər həftənin 4-cü günü biz bu işi aparırıq.
Mənə belə gəlir ki, əslində media özü belə məlumatların yayılmasında maraqlı olmalıdır.
Məlumat almaq istəyən çox yerdən tapar. “Tomson Röyters”in özünün səhifəsində məlumatlar əldə etmək olar. İstəyən bunu edə bilər. Çox təəssüf ki, bunu istəyən azdır.
Mən Azərbaycanda elmin inkişaf etmədiyini deyən adamlarla razı deyiləm. Azərbaycanda elm həmişə olub, bu gün də var. Elmi irəli aparan adamlar da var. Dünyada tanınan alimlərimiz də var.
Bu gün azərbaycanlı alimlər var ki, Amerika, Meksika, Yaponiya ilə işləyirlər. Bu gün 200 azərbaycanlı riyaziyyatçı Türkiyədə işləyir. Türkiyədə riyaziyyat elmini inkişaf etdirən azərbaycanlılardır. Biz onlarla fəxr edirik. Mən hər yay onlarla görüşürəm. Onları dəvət edirəm, gəlib burada mühazirə oxuyurlar.
 
- Bəs institutunuzun alimlərinin məvacibi necədir? Bildiyimizə görə, maaşlar o qədər də yüksək deyil.
 
- Əlbəttə ki, arzuolunandan aşağı səviyyədədir. Ancaq biz şərait yaradırıq və imkan veririk ki, qabiliyyətlli alimlərimiz burada işləməklə yanaşı, başqa ali məktəblərdə də çalışsınlar. Üzdə olan bacarıqlı alimlərimiz diqqətimizdədir. Yaxşı məqaləsi, kitabı çıxanlara mükafatlar veririk. Eyni zamanda akademiyanın özü də verir. Hər il Elm Fonduna xeyli miqdarda pul ayrılır. Kim bu fondun qrantını udursa, ondan istifadə edir. Bizim institutda da bu qrantdan udanlar var. Dünyanın müxtəlif fondları qrant proqramları elan edirlər. Qabiliyyətli alimlər bu proqramlarda iştirak edir və qrantlar alırlar. Hesab edirəm ki, müntəzəm elmi-tədqiqat işləri ilə məşğul olan, dünyada özünün sahəsinə aid olan elmi-tədqiqatları izləyən alim bu gün normal yaşaya bilər.
 
- Biz şagird olanda riyaziyyat fənni, cəbr, sizin yazdığınız dərsliklə tədris olunurdu. İndi necə, dərslik yazmaq haqqında düşünürsünüz? 
 
- O zaman Azərbaycan dilində demək olar ki, dərslik yox idi. Ulu öndər Heydər Əliyevin birbaşa ciddi tapşırığından sonra biz Azərbaycan tarixi, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı dərsliklərini hazırladıq. Heydər Əliyev demişdi ki, bu dərsliklər tarixdə olduğu kimi yazılsın.
Biz o zaman Bakı Dövlət Universitetinin, orta məktəblərin müəllimlərini bir yerə yığdıq. Bir neçə ilin ərzində bu işi görə bildik.
 
O zaman riyaziyyat dərsliklərinin hamısı Rusiyada çap olunmuş dərsliklərdən tərcümə idi. Biz qərara gəldik ki, özümüz milli dərsliklər hazırlayaq. Qısa müddətdə milli dərslikləri hazırladıq. Siz də o dərsliklərdən oxumusunuz.
İndi Təhsil Nazirliyi tender keçirir. Kim o tenderdə iştirak edirsə və yazdığı kitab o tenderin qalibi olursa, onu da çap edirlər. Bu təcrübə dünyada da belədir. Mənim isə bu işlə məşğul olmağa vaxtım yoxdur.
Əvvəllər ona görə məşğul olurdum ki, bu işi təşkil etmək mənim vəzifəm idi. Ancaq mən indi bu işi görə bilmirəm.
Mən hazırda elmi-tədqiqat yönümlü kitablar, monoqrafiyalar yazıram. Düzü, Bakı Dövlət Universiteti üçün də bir proqramımız var. Bu universitetin qeyri-riyaziyyat fakültələri üçün riyaziyyat kitabı hazırlayırıq. Yəqin ki, bir ildən sonra hazır olacaq.
 
- Misir müəllim, sizin pedaqoji təcrübəniz də var. Auditoriyaya girib dərs demək istəyirsiniz?

- Əlbəttə ki, istəyirəm. Amma mənim bunun üçün fiziki imkanım yoxdur. Çünki mən böyük bir institutun direktoruyam. Səhər saat 9-10-da işdə oluram, işlərimi axşam saat 5-ə qədər ancaq çatdıra bilirəm. Mənim Bakı Dövlət Universiteti ilə əlaqələrim var. Bura magistrlər gəlir və onlarla məşğul oluram. Onların diplom işlərinə, dissertasiyalarına rəhbərlik edirəm.
 
- Nazir Misir Mərdanovla institut direktoru Misir Mərdanov arasında hər hansı bir fərq görürsünüz? 
 
- Müəllim, rektor, prorektor, nazir olmuşam, indi də institut direktoruyam. Nə davranışımda, nə də insanlara münasibətimdə bir dəyişiklik var. Yalnız və yalnız yaxşılığa doğru dəyişiklik ola bilər.
 
- Bildiyimiz qədəri ilə 2200 manat təqaüd, 900 manata yaxın da institutdan məvacib alırsınız. Bu yəqin ki, dolanışığınıza bəs edir. 
 
- Tam bəs edir. Evdə mən və həyat yoldaşımdır. Allaha şükürlər olsun ki, elə ciddi bir şeyə ehtiyacımız yoxdur. Hesab edirəm ki, dediyiniz məbləğ nəinki bizim, övladlarımızın da müəyyən ehtiyaclarını ödəyə bilər. Mən heç zaman bədxərc adam olmamışam. Həmişə hər şeydən qənaətlə, səmərəli istifadə etməyə çalışmışam.
Ailəmdən, övladlarımdan çox razıyam. Hər gün onlarla danışıram, nəvələrimi soruşuram. İşə gələndən sonra həyat yoldaşımla bir neçə dəfə telefonda danışıram.
 
- Bu il istirahət üçün hansı ölkəni seçəcəksiniz? 
 
- Əsas Azərbaycan olacaq. Amma eyni zamanda Allah qismət etsə, 10 gün Türkiyədə, 10 gün də Berlində istirahət etmək fikrim var.
Bundan başqa, mən İsmayıllıda da olacağam. Orada mənim evim var. Novxanıda da bağda olacağam.
 
- Qayınatanız və qayınananızın məzarları Berlindədir. Yoldaşınızın ana tərəfi almandır. Maraqlıdır, yoldaşınızla necə tanış olmuşdunuz? 
 
- Yoldaşımın atası bizim kəndli olub. Onun atası ilə anası Sibirdə sürgündə tanış olublar, orada evləniblər, sonra övladları olub. 1955-1956-cı illərdə bizim kəndə gəliblər. Yəni mən özüm kəndimdə olan adamla ailə həyatı qurmuşam.
 
- Qərbi Azərbaycandansınız. Heç oraların xiffətini çəkirsiniz? 
 
- Zaman-zaman fikirləşirəm. Mən orada doğulub, orada orta məktəbi bitirmişəm. 1988-ci ilə qədər bizim ora ilə daimi əlaqəmiz olub. Ancaq indi, uzun müddət vaxt keçib. Hərdən yadıma düşür, yuxuma girir, keçənləri xatırlayıram. Arzumuz budur ki, ərazi bütövlüyümüz təmin olunsun, gələcəkdə o torpaqlara da getmək imkanlarımız olsun.
 
- Nazir olanda o dövrün əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə aranızda mübahisələriniz olub. Bu gün Əli Nağıyevlə əlaqələriniz varmı? 
 
- Bu mövzuda danışmaq istəmirəm. Əli Nağıyev indi işləmir. Elə adamın xətrinə dəymək olmaz. Adam Allah tərəfi danışar, Əli Nağıyevin özünün də müsbət cəhətləri var.
 
- Ümumiyyətlə, keçmiş nazirlərlə münasibətləriniz qalıb? 
 
- Müəyyən tədbirlərdə görüşürük, səmimi söhbətlərimiz olur.
 
- Hobbiniz nədir? 
 
- Hər gün təxminən 3 saat havada gəzintidə oluram. Əsas hobbim budur. Yayda hava yaxşı olanda dənizə gedirəm. Dənizdə üzməyə, dəniz kənarında gəzməyə maraqlıyam. Başqa bir hobbim yoxdur.  

- Mütaliəyə vaxt qalır? 
 
-  Hazırda 4-5 kitabın üzərində işləyirəm. Vaxtım olanda bədii ədəbiyyat da oxuyuram. Son  vaxtlar xalq yazıçısı Elçinin “Baş” əsərini oxumuşam. Bu, çox ciddi, tarixi romandır. Lap son günlərdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı “Yalama” əsərini oxumuşam. Demək olar ki, birnəfəsə oxudum. Mən Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatları ilə maraqlanıram. Riyaziyyatçı alimlərimizin həyatından oxuyuram.
 
- Nə zamansa Azərbaycan öz Eynşteynini yetişdirə biləcəkmi? Proqnozunuz nədir? 
 
- Bu proqnozu səsləndirmək çox çətindir. Ancaq hər halda onun şahidiyəm ki, Azərbaycanda elm inkişaf edir. Bu gün  azərbaycanlı alimlər var ki, Eynşteyn olmasalar da, onlarla hesablaşırlar. Bizim fəxr olunası alimlərimiz var.  

- Biz Lütfi Zadəni özümüzünkü saymaqda haqlıyıq?  

- Əlbəttə ki, Lütfi Zadəni öz alimimiz saya bilərik. O, orta məktəbi burada - Bakıda oxuyub. Sonra buradan İrana, oradan da Amerikaya gedib. O, özünü tam azərbaycanlı sayır. Bir tərəfi yəhudi olsa da. Mən onunla bir neçə dəfə telefonla danışmışam. Amerikaya zəng edib onun doğum günlərini təbrik etmişəm.
Biz Lütfi Zadəni tam azərbaycanlı hesab edirik və onunla fəxr etməliyik.
 
- Maraqlıdır, telefonda nə barədə danışırdınız? 
 
- Biz rus dilində danışırdıq. Onu təbrik etdim. Lütfi Zadə də burada oxuduğu illəri xatırladı. Durub telefonda elmi müzakirələrə aparası deyildik ki! Onun məşğul olduğu sahə tamamilə fərqlidir. Hətta dünyanın bir çox yerlərində onun qeyri-səlis məntiq nəzəriyyəsini qəbul etməyənlər var. Mən durub bu barədə sual verib danışa bilməzdim. Sadəcə xoş arzularımı, təbriklərimi çatdırmışam.
 
- Cəmiyyət arasına çıxdıqda yəqin ki, sizə çox adam yaxınlaşır. 
 
- Mən həmişə hörmət görmüşəm. Bu illər ərzində cəmiyyətdə mənə çox böyük hörmət, ehtiram görmüşəm. Buna görə də, hesab edirəm ki, keçmişdə çəkdiyim zəhmətlər hədər getməyib. Hər yerdə, uşağından böyüyünə qədər mənə hörmət edirlər. Hara gedirəm, qapılar üzümə açılır, hörmətlə yanaşılır. Hətta yolda maşınla gedəndə yol polislərindən, müfəttişlərdən həmişə hörmət görmüşəm. Bu baxımdan mən özümü xoşbəxt sayıram.
 
- Belə bir tendensiya müşahidə olunurmu ki, son illər humanitar elmlərə maraq azalıb?
 
- Xeyr. Humanitar elmlər öz yolu ilə inkişaf edir. Mənim fikrimcə, humanitar elmlərə maraq dəqiq elmlərə maraqdan çoxdur. Dəqiq elmlərlə humanitar elmlər fərqli-fərqlidir. Bunların kəsişməsi yoxdur ki, bir-birini üstələsin. Onlar arasında rəqabət mühiti də yoxdur.
 
- Siz nazir olarkən təhsilimizə kurrikulum sistemini gətirmisiniz. Mətbuatda, sosial şəbəkələrdə isə sizi kurrikulum sistemi gətirdiyinizə görə tənqid edirlər.

- Edirlər, etsinlər...
 
- Bu kurrikulum sistemi təklifi haradan gəlmişdi? 
 
- Dünyadan. Dünyada çoxdan bu sistemdə işləyirlər. Dünya birliyinə inteqrasiya olmaq istəyiriksə, dünyanın hərəkəti istiqamətində getməliyik.  

- Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun bir çox nazirliyə “qarmaq” atdığı deyilir. Siz nazir olarkən, Təhsil Nazirliyini də “ilişmək” istəmişdilərmi? 
 
- Xeyr, heç zaman belə söhbət olmayıb.
Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 01:16
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 01:16
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO