Xəbər lenti
21/07/2019 [11:24]:
Ebrunun kameralardan uzaq tutduğu qızı anasının konsertində
21/07/2019 [11:23]:
Arvadı şikayət etdi, Rusiyaya qaçan azərbaycanlı tutuldu
21/07/2019 [11:08]:
İşğalçı ordunun daha bir əsgəri gəbərdi...
21/07/2019 [11:00]:
İran hökuməti hicabın aqressiv təbliğatına başlayıb – FOTO
21/07/2019 [10:53]:
Türkiyə İraqda PKK-nın daha 3 terrorçusunu məhv etdi
21/07/2019 [10:45]:
Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkiləri üzrə səsvermə başlayıb
21/07/2019 [10:43]:
Qərbi Afrika sahillərində Ukrayna gəmisində yanğın oldu
21/07/2019 [10:29]:
"Haram yeyən ibadətdən ləzzət ala bilməz və ibadəti qəbul olunmaz..."
21/07/2019 [10:18]:
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
21/07/2019 [10:15]:
Bakıda 5 nəfər köməksiz vəziyyətdə qaldı
21/07/2019 [10:12]:
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
21/07/2019 [10:12]:
İnsanı ağıllı edən 3 sadə hobbi
21/07/2019 [10:10]:
Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu
21/07/2019 [09:56]:
Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu
21/07/2019 [09:54]:
"Qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də, qəssab onun bu naləsinə baxmaz..."
21/07/2019 [09:42]:
Aslının evində toy oldu - FOTOLAR
21/07/2019 [09:37]:
Xaçmaz pomidoru bol olacaq - Yaxın günlərdə Bakı bazarlarında
21/07/2019 [09:31]:
Bərdədə ticarət obyektlərində yanğın oldu
21/07/2019 [09:26]:
“Danas”a görə Yaponiyada 110 min insan təxliyyə olunur
21/07/2019 [09:20]:
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
21/07/2019 [09:20]:
NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırdı
21/07/2019 [09:17]:
Gürcüstanda polislə oğrular arasında atışma oldu
21/07/2019 [09:15]:
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başladı
21/07/2019 [09:12]:
"Qəbələ” ilkin sifariş vərəqini UEFA-ya təqdim etdi
21/07/2019 [09:09]:
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21/07/2019 [08:57]:
"Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır" - Nobel mükafatçısı
21/07/2019 [08:43]:
“Ruhumuz da, qanımız da, canımız, varlığımız da eynidir” - FOTO
21/07/2019 [08:38]:
Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək
21/07/2019 [08:37]:
Rusiyada daşqın zonasında 8 nəfər itkin düşdü
21/07/2019 [08:31]:
Şeron Stoun özünü şahzadə Diana ilə müqayisə etdi
21/07/2019 [08:25]:
“Volvo” 500 min avtomobilini geri çağırdı
21/07/2019 [08:20]:
Angela Merkelin gəlirləri açıqlandı
21/07/2019 [08:19]:
Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi - FOTOLAR
21/07/2019 [01:09]:
Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO
21/07/2019 [00:17]:
Məşhur dizaynerin gəlininin 96 minlik gəlinliyi - FOTOLAR
21/07/2019 [00:11]:
Bakıda restoranda kütləvi dava oldu - FOTO
21/07/2019 [00:08]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
21/07/2019 [00:00]:
Nil Armstronqun Ayda çəkilən bu görüntüləri 50 il sonra üzə çıxdı - FOTOLAR
20/07/2019 [23:46]:
İstanbulda yaxta belə alovlandı - VİDEO
20/07/2019 [23:44]:
Kişi və qadın arasında yaş fərqi - Nəhayət açıqlandı
20/07/2019 [23:39]:
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
20/07/2019 [23:27]:
Rüfət Aslanlının Türkiyədəki dəbdəbəli həyat tərzi, İstanbul keyfi... - FOTO+VİDEO
20/07/2019 [23:27]:
Şumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiya
20/07/2019 [23:21]:
İstanbulda əməliyyat: 217 cinayətkar saxlanıldı
20/07/2019 [23:16]:
Cənubi Asiyada musson yağışlar nəticəsində ölənlərin sayı 152-ə çatdı
20/07/2019 [22:58]:
Tovuzda gənc oğlan dönərdən zəhərləndi
20/07/2019 [22:15]:
Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var
20/07/2019 [22:09]:
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
20/07/2019 [21:55]:
Anası tərəfindən şiddət görən uşaq evdən qaçdı - FOTO
20/07/2019 [21:43]:
Cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar - FOTO
20/07/2019 [21:39]:
Rəşad Dağlı “bıçaqladığı” həmkarı ilə - FOTO
20/07/2019 [21:26]:
2 lal-kardan cavab ala bilməyən dağıstanlı onları bıçaqladı - VİDEO
20/07/2019 [21:21]:
Britaniya tankerinin ələ keçirilməsinin kadrları yayımlandı - VİDEO
20/07/2019 [21:01]:
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
20/07/2019 [20:52]:
ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoydu
20/07/2019 [20:40]:
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
20/07/2019 [20:35]:
Əfqanıstanda 14 "taliban"çı öldürüldü
20/07/2019 [20:29]:
92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTO
20/07/2019 [20:15]:
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 2 273 nəfərin elektron ərizəsi təsdiqləndi
20/07/2019 [20:05]:
Brilliant Rozanı təkrarladı - VİDEO
20/07/2019 [20:00]:
Parisin ən böyük ticarət mərkəzinə basqın
20/07/2019 [19:58]:
Ərdoğandan dünyaya mesaj: "45 il öncə etdiyimizi bu gün də edərəm"
20/07/2019 [19:54]:
Çində dəhşətli partlayış - 12 ölü, 13 yaralı -VİDEO
20/07/2019 [19:30]:
71 il birlikdə yaşayan cütlük eyni gündə vəfat etdi
20/07/2019 [19:09]:
“Oğlumun mənə baxışlarını görəndə daha da qürurlanıram”
20/07/2019 [19:09]:
Bakıda atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı
20/07/2019 [19:08]:
İrəvanın "ağ soyqırım" siyasəti: Aysorlara məxsus kilsələr zəbt edilir
20/07/2019 [19:05]:
“Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi - “onu mənə gətirin”
20/07/2019 [19:05]:
Qazaxıstanda poliqonda partlayış olub, yaralananlar var
20/07/2019 [19:03]:
Zidan Poqbanın transferindən danışdı
20/07/2019 [18:53]:
"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi yeni layihə həyata keçirir
20/07/2019 [18:40]:
“Hər bir insanın orqanizmində xərçəngə çevrilə biləcək hüceyrələr var, ancaq..."
20/07/2019 [18:37]:
Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır
20/07/2019 [18:36]:
Bakıda tibb mərkəzi cərimələndi
20/07/2019 [18:29]:
Bakıda “avtoşluq” edən sürücü həbs olundu - VİDEO
20/07/2019 [18:22]:
Qılıncoynadanımız dünya çempionatının 1/8 finalında - VİDEO
20/07/2019 [18:17]:
Bakı-2019-un açılış mərasiminə bilet alanların daşınması üçün marşrut xətti ayrılıb
20/07/2019 [18:15]:
Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir
20/07/2019 [18:09]:
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
20/07/2019 [18:02]:
Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır
Bütün arxiv bir sırada
03/05/2017 [15:11] - Köşə - ( 3457 dəfə baxılıb)

Xəyanət...

Qərənfil Mansurova

Moderator.az həmkarımız, Milli Məclisin Mətbuat Xidmətinin cəfakeşlərindən olan Qərənfil Mansurovanın "Xəyanət" adlı hekayəsini oxuculara təqdim edir:

"Bu hekayəni 2005-ci ildə ondan da əvvəl baş vermiş reallıq əsasında yazmışdım. Sadəcə adları dəyişdirilmişdim. Hadisəni başı çəkmiş keçmiş iş yoldaşımla bu yaxınlarda rastlaşdım. Söz vermişdin, amma yazmadın - dedi. "Yazdım, həm də o zamankı "Körpü” qəzetinin 7 mart 2005-ci il sayında çap olundu” ”“ desəm də, inandıra bilmədim. Odur ki, onun istəyi ilə təkrar vermək istədim... Dostların yardımı ilə...

Artıq yata bilməyəcəyini görüb tənbəl-tənbəl yatağından qalxdı. "Həmişə beləyəm də... Elə ki, iş günü olur, nə qədər çalışıram qalxa bilmirəm, indi də istirahət günüdür, yata bilmirəm. Gülarə xanımın sözünü xatırladı: "Zakon podlosti...” Özünün ağıryana hərəkətlərinə təəccüb qaldı. Qanındakı tələskənlikdən, təltələkilikdən əsər yox idi... Bu necə işdir? Məni belə görsə yəqin ki, Tahir də təəccüb edər. Həmişə danlayırdı ki, tələsmə. Qaçan yerin-zadın yoxdur ki? Nə olub bəyəm? Yatağı yığışdırıb vanna otağına keçdi. Dişlərini, əl-üzünü yuyub özünü səliqəyə saldı. Mətbəxə keçib qazı yandırdı. Çayniki "ixtira balonu”na süzülmüş sudan doldurub, mavi alovun üstünə qoydu. İşdə Gülarə xanımda görmüşdü bu metodu. Zarafatla deyirdi ki, Gülarə xanım "Bulaq” aparatı kəşf edib. 3 litrlik balonun üstünə dibdən kəsilmiş "Fanta” qabını keçirib ağzını təmiz pambıq və tənziflə sarıyırdı. Su həmin qabdan süzülüb balona axır, təmizlənirdi, lap göz yaşı kimi...

Telefonun cingiltili səsi evi başına götürdü. "Tahirdir!” Ayaqlarını soyuq parketin üstündə şappıldada-şappıldada gəlib dəstəyi götürdü. O, idi. Hal-əhval tutdular:

- Nə vaxt gəlirsən?
- Bir iki-günə. Salamatçılıqdı?
- Hə. Arvad necədir?
- Hələ gedib dəyməmişəm, işlərim çoxdu... Öpürəm.

...Vəssalam. Bu dəfə lap soyuq idi səsi. "Mən də lap vasvası olmuşam. Tahirin soyuq səsi birinci dəfə deyil ki...” Hələ onsuz da keçən dəfəki gülüş səsindən sonrakı qalmaqaldan sonra təzəcə düzəlib. Fikir edirdi. İstər-istəməz o gülüş səsini yenə yadına saldı. Çox tanış gülüş idi... 15 günün söhbəti idi. Tahir mobil telefonundan evə zəng vurub gecəni evə gələ bilməyəcəyini dedi. Şəfa səbəbini soruşanda çox vacib bir məsələ ilə əlaqədar olduğunu bildirdi. Bu zaman telefonun dəstəyinə tanış qadın qəhqəhəsi doldu. Hiss olundu ki, gülə-gülə də əlini ağzına tutub səsini qısdı.
Bu 10 ildə Tahir nə bir dəfə onun xətrinə dəymişdi, nə evdə səsini qaldırmışdı, nə də Şəfanı təhqir edən, alçaldan kiçicik bir hərəkətə yol vermişdi. Amma o zəngin səhərisi ilk dəfə aralarında sevimsiz bir qalmaqal baş verdi. Tahir əsib-coşdu:

- Sən də hər ilan-qurbağanı ürəyinə doldurursan. O qədər evdə tək qalırsan ki, bilmirsən nə danışırsan? Mən onda mağazadan zəng vurudum. Kimsə yox idi dükanda. Bəlkə səs qulağına qeybdən gəlib? Bəlkə sənə vergi veriblər?

Şəfa titrədi. Tahir açıq-aşkar onu dolayırdı. "Necə yəni evdə tək qalırsan? Kiminlə qalmalıyam ki? Dinmədi, bir həftə soyuq-soyuq dolandılar. İndiyənəcən də bu soyuqluq sanki evin divarlarına, əşyalarına, pal-paltarlarına, hər şeyə, hər şeyə çökmüşdü. Bu soyuqluğu yuyub aparmağa gücləri çatacaqdımı? Amma deyəsən bunu heç biri yumaq istəmirdi. Şəfaya qüruru əngəl olmuşdu, Tahirə nə mane olurdu? Onu bilmirdi...

Bu evi Şəfaya işdən növbə əsasında vermişdilər. İki otaqlı mənzil üzü dənizə baxırdı. Əvvəllər Tahirlə bir yerdə işləyirdilər. Hər ikisi maaşa baxırdı. Sonra Tahir özü ilə birlikdə Sankt-Peterburqda bir yerdə oxuyan tələbə yoldaşı ilə təsadüfən şəhərdə rastlaşmışdı. Dostu Bakıda kommersiya işlərinə başlamaq niyyəti ilə gəlibmiş. Əlində mayası da vardı. Tahirə onunla şərik olmağı təklif etmişdi. Amma bir az pul gərək olacaqdı. Bu barədə Tahir utana-utan evdə söhbət açanda Şəfa düşünmədən nənəsindən ona yadigar qalan brilyant qaşlı qolbağı stolun üstünə qoydu. Tahir səhərisi həmin qolbağı dostu ilə birlikdə zərgərin yanına aparıb 1700 dollara satdı. Bununla da hər şey yaxşılığa doğru dəyişməyə başladı, Tahirin işləri yavaş-yavaş yoluna düşdü... Son vaxtlar əli lap yaxşı gətirirdi. Evlərini təmir elətdirdilər. İndi də təzədən bəzi xırda-para işlər gördürüb santexnika sistemini təzələmişdi. Özünə yeni xarici markalı maşın aldı. Bağ tikdirməyə hazırlaşırdı. Torpaq almış, bunun üçün bütün lazımi sənədləri qaydaya salmışdı... Şəfa hər gün Allaha şükür edirdi. Dolanışıq üçün zəruri olan hər şeyləri vardı. Sözsüz ki, daha maaş tabelinə qol çəkəcəkləri günü intizarla gözləmirdilər.

...Uşaqları olmurdu. Professor hələ keçən ilə qədər acı bağırsaq kimi uzanan analizlərdən, üzücü müayinələrdən sonra Şəfanı kənara çəkib demişdi ki, özünüzü yormayın. Havayı işdir... Hətta xəstəxanadan evə qayıtdıqları gün aralarında olan söhbəti də Şəfa sonradan heç kəsə demədi.
-Şəfa, bəlkə mən çıxım, gedim, sən özünə yenidən ailə qurasan, ana olasan. Bəlkə...
Əlini Tahirin şişkin dodaqlarının üstünə qoydu:

- Ssss. Elə şey danışma. Hara gedəcəksən ki. Mənim uşağım da sənsən, böyüyüm də. Kimimiz var ki...
Tahirin gözlərində işıq yandı:
- Sağ ol, Şef! Sənə qurban olum...

Həmin gündən Şəfa əlindən gələni ikiqat artırdı ki, Tahir taleyin bu qəddar xəsisliyini özünə dərd eləməsin. Baxmayaraq ki, nəvə arzusu ilə alışıb-yanan qaynanası hələ də bu məsələdə Şəfanı günahkar bilirdi...
Çaynikin zavod fitinə bənzəyən səsi onu xəyaldan ayırdı. Gedib çay dəmlədi, bir stəkan süzdü özünə. Heç axıracan içməyə də hövsələsi çatmadı. Otaqlara yenidən göz gəzdirdi. Tozsoranı işə saldı. Uğultunun içindən telefonun səsi sanki quyudan gəldi. Rəfiqə idi:

- Salam Şef!
- Sabahın xeyir!

- Ayrı vaxt yuxudan nazla durursan. İstirahət günü nə tez durmusan?
- Nə bilim yata bilmədim... Neynirsən, haralardasan? 3-4 gündü səsin çıxmır.
- Evdəyəm ”“ dedi Rəfiqə. Duruxdu və durğun səslə Tahiri soruşdu.
- Yaxşıdı. Rayona gedib?
- Xeyir ola?
- Həm anasına baş çəkəcək, həm də bəzi işləri vardı. Bir-iki günə gələr...
Rəfiqə Şəfanın səsindəki kədərli ovqatı hiss elədi və istehzalı bir səslə :
- Şəfa, nəsə birtəhər danışırsan, nə olub?
- Heç... Dur gəl bizə... Bir az dərdləşək... Özümü narahat hiss edirəm.
- Yox, bir az işlərim var...
Bu dəfə Şəfa duruxdu:
- Nə iş? Sən ki, daha işə çıxmırsan. Bütün günü evdəsən, bazar gününə niyə saxlamısan işlərini?
- Şəhərə çıxacam. Bir az alacaqlarım var.

Sakitcə sağollaşdılar...

Bakıya gəlişini xatırladı... İnstitutdakı qızlarla elə də qaynayıb qarışmazdı. Nənəsi demişkən hamısı "fasonlu” idi... Rəfiqə ilə ilk iş yeri olan poliqrafiya sexində tanış oldu. Elə birinci gündən dostluqları başladı. Sadəliyi, şirinliyi xoşuna gəldi. Toylarında da bir-birinin yanında oturdular. Şəlalənin, Zamiqin doğum evində çıxarılmasında belə Tahirlə yaxından iştirak etdilər. Yedikləri-içdikləri ayrı getməzdi... Beş il qabaq Murtuzun avtomobil qəzasında həlak olmasından sonra isə Şəfa bir an belə Rəfiqəni tək buraxmazdı. Tez-tez Tahiri də özünə qoşub aparırdı Rəfiqəgilə. Yolda əllərinə düşəni alırdılar. Tahir də "yazıqdı, iki uşağı təkbaşına böyüdür” ”“ deyirdi. Şəfa daha çox Zamiqi istəyirdi. Elə ifadəli gözləri vardı ki... Murtuz öləndə iki yaşı yenicə tamam olmuşdu. O. məktəbə gedəndə Şəfa söz verdiyi kimi məktəb çantasından tutmuş, dəftər-qələminə, geyiminə qədər hamısını almışdı. Rəfiqənin anasının sonsuz təşəkkürlərinə isə Şəfanın əvəzinə Rəfiqə özü cavab verdi: "Heç mən də elə-belə Rəfiqə deyiləm eeee, onun üçün, həm özüm rəfiqəyəm, həm adım Rəfiqədi. Mən "padruqaların kvadratıyam!”
Birdən-birə 5 ay qabaq ərizə yazıb işdən çıxmasının səbəbini isə bu "padruqaların kvadratı” niyəsə heç Şəfaya da açıqlamamışdı... Hamı Şəfadan soruşurdu səbəbini. Necə olsa həm də Şəfa onun kiçik müdiri sayılırdı... Birgə işlədikləri sexin baş mühəndisi Şəfaydı. Axı niyə birdən-birə? Rəfiqə bunu sex rəisi ilə arasında olan kiçik insidentlə bağladı. Şəfa nə qədər elədi, onu fikrindən daşındıra bilmədi:
-Nə olsun, Vahid müəllim hamımızı danlayır. Amma bir iş olanda da o dəqiqə hamını başına yığır. Dərdinə şərik olur. Xeyrə-şərə qatılır. Özü dəfələrlə deyir ki, mənə fikir verməyin, qoca kişiyəm. Hirslənsəm də, sonra bunun altını özüm çəkirəm....

Rəfiqənin cavabı isə Şəfanı daha da yandırıb-yaxdı:

-Elə şeylər var ki, gərək onu deyib heç kəsi incitməyəsən. Mən dərdimi təkbaşına çəkməyə öyrəşmişəm...
Ürəyində onu asıb-kəssə də, daha üzünə bir söz demirdi. "İki balan var. İkisi də məktəbli. Nəylə saxlayacaqsan? Qardaş-bacı, dost-tanış da adama bir gün kömək edər, iki gün kömək edər. Hə isə. Onsuz da son vaxtlar özünü birtəhər aparır.”
Hər gün zəngləşirdilər, iki-gündən bir görüşdülər. O gün mənim gözlənilməz gedişimdən özünü lap itirdi. Hələ konfeti soruşanda lap qızardı. Bəlkə kimisə var... Nə bilim vallah, imanımı da yandırmayım, müqəddəs aydı... Heç həmişəki havada deyil... Dərd-çəkənə, filana da bənzəmir... Gözlərinin içi gülür.”
İşdən çıxıb birbaşa onlara getmişdi. Mətbəx stolunun üstünə qalaqlanmış şirə və pivə butulkalarını, toyuqları, seçmə pendir və yağ çeşidlərini görüb sevinclə dedi:

- Kefə baxırsız ha... Ooo, bizim konfetimiz, hardan almısan?
- Supermarketdən!
- Hansından?
- Yeri yadımda qalmadı.
- Hm...

Şəfa xeyli tutuldu. Axı Rəfiqə heç vaxt supermarketə gedən deyil. Həmişə deyirdi ki, orda hər şey ikiqat qiymətə olur. Bazarlığını həmişə yolüstü ucuzvari mağazalardan edərdi. Özü də işləmir... Bu konfetləri Tahir həmişə hardansa alıb gətirirdi. Üstündə gözəl bir qız-oğlan şəkli olan tünd yaşıl kağızlı konfetləri öz araalrında "Leyli-Məcnun” qoymuşdular. Çox bahalı idi. Tahir nə vaxt ondan alsa, Şəfa onu tən ortadan ikiyə ayırar, "onun balaları var” - deyə Rəfiqəyə aparardı. "Uşaqların payıdır.”
Şəfa daha dinmədi. Rəfiqə ikisinə də çay süzüb kresloya oturdu. Şəfaya elə gəldi ki, çayını içənə qədər "rəfiqələrin kvadratı” bir neçə dəfə stəkana sarı boylandı... "Nə gec qurtardı.” Daha ondan sonra ora getməmişdi. Bir-iki dəfə qaçaraq Rəfiqə özü gəlmişdi.

Artıq bütün işlərini qurtardı. Dünən yuyub asdığı paltarlara ütü çəkdi, qabları yudu. Bir az yır-yığış etdi. Lap darıxdı. "Bəlkə Tahirə zəng edim. Deyim mən gedirəm Rəfiqəgilə. O gün də kefi yox idi... İşdən çıxandan lap təklənib. Bütün çətin günlərimiz bir yerdə olub. Yenə o məni yada saldı. Zəng vurmuşdu, səni də soruşdu, salam dedi. Həm də Zamiq üçün lap darıxmışam.” Zamiqi düşünən kimi gülümsündü. "Mənim gözləri göyçək oğlum. Bu ifadəni deyəndə lap atılıb-düşürdü Zamiq. Tahirin əl telefonu sönülü idi... Hazırlaşmağa başladı. Eybi yox. Yəqin özü zəng vurar. "Otvetçik”ə qoyaram bilər...

Mərtəbələri qaranəfəs qalxdı. Zəngi basan kimi qapını Zamiq açdı:

- Aaaa, Şafa xala! Qucağına atıldı.
-Salam, mənim balam! Darıxmışdım sənin üçün... Hələ yuxudan indi durursuz? Maman getdi?
- Hə.
- Bəs səni tək qoyub evdə?
- Yox, Şəlalə yatır. Nənəm də axşamlar gəlib bizdə qalır.
- Niyə? Maman bəyəm axşam gəlməyəcək?
- Yox, mamam iki gündən sonra gələcək.
- Niyə? Hardadı ki?
-Tahir əmi ilə gedib rayona... Onun anasına baş çəkməyə... Xəstəymiş...
Zamiqdən iki yaş böyük Şəlalə qəfildən qapının önünə atıldı. Yuxudan indi dursa da, arxadan Zamiqə bir dümsük ilişdirdi:
- Nə danışırsan? Mama sənə nə tapşırmışdı?
Zamiq çaşqınlıqla dodağını dişlədi, nəsə xatırlayıb doluxsundu:
-Vay, mama məni öldürəcək... Demişdi nənədən başqa kimsəyə qapını açmayaq...
Pillələri ölü kimi düşdü. Qulaqları güyüldəyirdi. Cəmi iki saat qabaq Rəfiqənin istehzalı səsi sanki beyninin içində uğuldayırdı: "Tahir necədir?”

loading...
loading...
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
Bu da oldu: Yaxın günlərdə çilçıraqla evlənəcək...
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
Cəmiyyət
“Arı sancması zamanı dərhal dünyasını dəyişən şəxslərin hamısı anafilaktik şokdan ölür...”
Cəmiyyət
“Əsas məqsədimiz ədəbiyyatın təbliğidir...”
Cəmiyyət
“Tərəfdarıyam ki, enerji içkilərinin satışı 18 yaşına qədər gənclərə qadağan olunsun...”
Maraqlı
Avstraliyaya göydən 17 kiloqramlıq qızıl külçə düşdü - FOTOLAR
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)