Xəbər lenti
23/07/2019 [21:25]:
Bu şəkil Kim Çenin gizli silahını ortaya çıxardı - FOTO
23/07/2019 [21:21]:
Azərbaycanda “Tarla günü” keçiriləcək
23/07/2019 [21:18]:
İnstaqramdan ən çox pul qazanan məşhurlar - Siyahı
23/07/2019 [21:11]:
Masaj etdirən hamilə model öldü
23/07/2019 [20:56]:
Pakistan Əfqanıstandakı barışa dəstək verə bilər
23/07/2019 [20:50]:
Rusiyada yanğında 4 nəfər öldü
23/07/2019 [20:49]:
ABŞ bunu da etdi: Miqrantlar sürətli şəkildə deport edilir
23/07/2019 [20:47]:
Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB
23/07/2019 [20:44]:
Böyük Britaniya fırtınalara məruz qalacaq - Rus senator
23/07/2019 [20:33]:
Ermənilər Rəşidə Behbudovaya hücum etdi - VİDEO
23/07/2019 [20:33]:
Saç düzümünə görə ölkədə populyar olan keçmiş xarici işlər naziri baş nazir oldu...
23/07/2019 [20:31]:
I Avropa Oyunlarının iştirakçısı öldü
23/07/2019 [20:29]:
Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - FOTO
23/07/2019 [20:26]:
Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar
23/07/2019 [20:23]:
Bakıda qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
23/07/2019 [20:14]:
Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?
23/07/2019 [20:00]:
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
23/07/2019 [19:57]:
Hərbi hissədə tədbir keçirilib - VİDEO
23/07/2019 [19:47]:
Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı
23/07/2019 [19:44]:
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olundu
23/07/2019 [19:42]:
Aktrisanın geyimi tənqid olundu: “Evdəki yataq dəstinə bürünüb”
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
23/07/2019 [16:38]:
Kamal Abdulla: "Tam azad vəzifə yoxdur, vəzifə insanı qəfəsə salır" - MÜSAHİBƏ
23/07/2019 [16:32]:
Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi
23/07/2019 [16:29]:
Venesuela işıqsız qaldı, ölkədə qeyri-iş günü elan olundu
23/07/2019 [16:17]:
Uşaqları oğurlayıb dilənçi edirlər - Keçmiş polis rəisi
23/07/2019 [16:10]:
"Hesab etmirəm ki, ölüm hökmünün bərpa edilməsi cinayətlərin qarşısını ala bilər..."
23/07/2019 [16:08]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı
23/07/2019 [16:05]:
Güclü külək Bakıda üç ağacı aşırdı
23/07/2019 [16:03]:
Boris Conson Britaniyanın yeni Baş naziri seçildi
23/07/2019 [16:01]:
Məleykə Abbaszadə: "Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir"
23/07/2019 [15:59]:
Aygün Mahmudova: "Öləndə məni bu xalla tapacaqlar"
23/07/2019 [15:31]:
Şirvanın su təchizatı yaxşılaşdırılır
23/07/2019 [15:23]:
Bakıda bu yollar bağlanır - Sürücülərin diqqətinə!
23/07/2019 [15:13]:
Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət etdi
23/07/2019 [15:11]:
İyul ayında 8 qida zəhərlənməsi qeydə alındı
23/07/2019 [15:09]:
ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
23/07/2019 [15:07]:
Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:59]:
QAT BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirdi
23/07/2019 [14:56]:
Tibb bacıları bu gün səhərdən  tətilə başladı 
23/07/2019 [14:54]:
Rövşən Rzayev vətəndaşları qəbul edib
23/07/2019 [14:48]:
"Son illərdə bizdə mükafatları sağa-sola paylayır və gözdən salırlar, ona görə də..."
23/07/2019 [14:43]:
“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları
23/07/2019 [14:38]:
Azad söz, azad media hər bir milləti irəli aparan əsas faktorlardandır
23/07/2019 [14:34]:
Xanımını 5-ci mərtəbədən atan Taxvelinin vəsatəti təmin edildi
23/07/2019 [14:33]:
Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər
Bütün arxiv bir sırada
01/05/2017 [19:23] - Cəmiyyət - ( 2297 dəfə baxılıb)

“Milli Kimlik” Araşdırma Mərkəzi ailə məsələsini dövlət qurumları ilə birgə müzakirə etdi



“Müasir İnkişaf” İctimai Birliyinin “Milli Kimlik” Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Milli kimlik və ailə” mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə çıxış edən “Milli Kimlik” Araşdırma Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı Aqil Eyvazov bildirib ki, artıq bir neçə ildir ki, təşkilat olaraq milli kimlik mövzusu üzrə araşdırmalar aparırlar. O, keçirilən tədbirlərdən, “Azərbaycan Milli Kimliyi” kitabından söz açıb. A.Eyvazov bu işlərin görülməsi zamanı daha ciddi nəticələr almaq üçün “Milli Kimlik” Araşdırma Mərkəzi yaradıldığını və çox önəmli mövzularda müzakirələr təşkil edildiyini, Mərkəzin sıaralarında araşdırmaçıların, alimlərin birləşdiyini bildirib. O, cəmiyyətimiz üçün önəmli olan məsələlərlə bağlı fayda vermək istəyən bütün araşdırmaçıları birgə əməkdaşlığa dəvət edib. İqtisadçı alim müzakirəsini təşkil etdikləri mövzunun aktuallığından danışaraq, əldə ediləcək nəticəni müvafiq qurumlarla bölüşəcəklərini qeyd edib.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü təşkilatın 12 ildir ki, Azərbaycanla, milli kimlik, milli-mənəvi dəyərlər, vətənpərvərlik mövzularında tədbirlər təşkil etdiyini, çalışmalar həyata keçirdiyini bildirib. M.Göyüşlü hər zaman bu işləri dövlət qurumları ilə birgə etdiklərini xüsusi vurğulayıb: “Sevindirici haldır ki, hökumət QHT münasibətləri ünsiyyət səviyyəsindən əməkdaşlıq səviyyəsinə yüksəlib”. O, mövzu ilə bağlı deyib ki, bu gün cəmiyyətimizdə baş verən bir çox məsələlər ailə sahəsində ciddi problemlərin olduğunu göstərir: “Məhz bu səbəbdən də “Milli Kimlik” Araşdırma Mərkəzi bu mövzuda müzakirə təşkil edib”.
Tədbirin məruzəçisi, AMEA Fəlsəfə İnstitunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Məmmədovbildirib ki, bu gün 17-18 yaşdan yuxarı nikah müqaviləsinə və yumşaq patriarxal ənənəyə əsaslanan nuklear monoqam ailə modeli, Azərbaycanın milli ailə modelidir. Onun sözlərinə görə, XX əsrə qədər Azərbaycan ərazisində qismən yayılan və erkən nikaha, sərt və orta patriarxallığa əsaslanan mürəkkəb (böyük ailə) poliqamik ailə modeli artıq getdikcə tarixə çevrilməkdədir: “Müasir Azərbaycan ailə modeli öz başlanğıcını, 1917-ci il oktyabr inqilabından sonra “ev əməyinin inqilabı dəyişməsi” qanunundan götürür. Ailə, cəmiyyətin kiçik sosial birlik formasıdır. Cəmiyyətdə baş verən sosial-iqtisadi, sosial-mədəni və siyasi dəyişikiklər ailənin də xarakterinə təsir göstərir. Ailə konservativ sosial varlıq kimi cəmiyyətdən daha gec dəyişikliklərə, inteqrasiyaya məruz qalır. Bu baxımdan, ənənəvi və yeni sistemlərin sintezindən müxtəlif sübkültürlər və ailə tipləri meydana çıxır: sərbəst, demokratik, avtoritar. Liberalizmin ifrat həddi ailə institutunun ortadan qalxmasıdır. Biz, sağ-kapitalist liberalizmin Avropada ailə institutunu dağıtdığını müşahidə edirik. Liberalizmin sol ifrat qanadı olan kommunizm ideologiyası da məlum olduğu kimi xüsusi mülkiyyətin əsas forması olan ailə instutunun dağılmasını əsas məqsəd seçmişdir”. R.Məmmədov deyib ki, Azərbaycanda boşanmaların əsasən 20-35 arasında artan dinamika ilə inkişaf etdiyi və evlənmələrin sayının tədricən azaldığı müşahidə olunur: “Bu amil, böyük göstərici olmasa da narahatedicidir. Bunun səbəblərini araşdırmaq və onları aradan qaldırmaq vacibdir”. Tədqiqatçı bildirib ki, boşanmalara aşırı qısqanclıq, xəyanət, böyük ailələrdə anlaşılmazlıq (gəlin-qaynana münaqişəsi), ailədə zorakılıq halları (əsasən əyyaşlıq, narkomanlıq, psixi pozğunluq, mədəniyyətsizlik), qadının öz hüquqlarından və seçimindən məhrum edilməsi (oxumasına və hərəkətlərinə məhdudiyyətlər), xəstəliklər (cinsi iqtidarsızlıq, sonsuzluq və s), intim disharmoniya, dünyagörüşlərinin, həyat tərzinin və psixologiyanın uyğunsuzluğu (fərqli təhsil və gəlir səviyyələri), iqtisadi problemlər, maddiyyatın əsas dəyər olması və digər məsələlərə göz yumulması, erkən evlilik, valideynlərin müdaxiləsi və təkidi (evlənərkən və sonra), sərbəstliyin olmaması səbəb olur. R.Məmmədov deyib ki, qadınların sosial həyatda aktivləşməsi, onların gəlir əldə etməsi, yüksək vəzifələrə seçilməsi kişilərin ənənəvi patriarxal avtoritetini zəiflədir: “Bu proseslər ailənin daxili strukturuna da təsir edir. Ailədə sosial baxımdan fəal olan və gəlirləri kişinin gəlirlərindən yüksək olan qadının nüfuzu bəzi hallarda kişinin ənənəvi nüfuzunu zədələyir. Bu rəqabətə dözə bilməyən kişilərin bəziləri məğlub olmaqdan daha çox boşanma yolunu seçirlər. Boşanmaların nəticələri cəmiyyət üçün destruktiv xarakter daşıyır. Ailənin əsas məqsədi ”“özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir. Qadın kişinin nəslini artırırsa, kişi də onun və övladlarının maddi-mənəvi təminatını öz üzərinə götürür. Bu sosial müqavilə ailə institutunun əsasında dayanır. Bu ölçünü qorumasaq ailənin varlığını təmin etmək mümkün deyildir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Rafiq Mahmudov gender məsələləri ilə bağlı qanunvericiklikdə əks olunan məsələlərdən danışıb. O, qadın hüquqlarının, ailənin qorunmasının vacib olduğunu qeyd etdi və bu istiqamətdə Komitə tərəfindən görülən işlər barədə məlumat verdi. R.Mahmudov 2016-c ildə boşanmaların sayının artmasını narahatçılıqla dilə gətirib. Çıxışçının sözlərinə görə, bu statistika 15-20 faiz arasında dəyişir. “Boşananlar xasiyyətlərinin tutmamasını, uşağın omamasını, xəyanəti, zərərli vərdişləri qeyd edirlər” ”“ deyə Komitə nümayəndəsi fikrini ifadə edib. O, eyni zamanda erkən nigahlarla bağlı mövcud olan problemli vəziyyətdən də söz açıb. R.Mahmudov bu istiqamətdə bütün qurumlarla əməkdaşlıq etməyə, onlardan gələn təklifləri dəyərləndirməyə hazır olduqlarını deyib.
Bakı şəhəri 72 saylı orta məktəbin tarix müəllimi Aydın Allahverdiyev təklif edib ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarələrinə boşanmaların səbəblərini dəqiq bilmək üçün müvafiq sorğu anketlərinin verilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, uşaq olmamasına görə dağılan ailələrin problemlərinin həlli üçün övladlığa uşaq götürülməsi prosedurlarına diqqət artırılmalıdır. O, bir çox median qruplarının ailələrin dağılmasına yönəlmiş təbliğat apardığını qeyd etdi və bununla mübarizənin bütün cəmiyyətin üzərinə düşdüyünü bildirdi.
Tədbirin digər məruzəçisi, tibb üzrə fəlsəfə doktoru, həkim Azər Əliyev “tariximizdə ailə barəsində bir çox mənbələrdən dəyərli məlumatlar almaq mümkündür” deyərək nümunə olaraq “Dədə Qorqud” dastanını göstərib. Onun sözlərinə görə ailənin yaradılması bioloji baxımdan nəslin artırılması məqsədi güdsə də, insan bununla qane olmayaraq dünyaya insanlığa faydalı şəxsiyyət gətirib tərbiyə etməlidir: “Günümüzdə qloballaşan dünyada ailəyə və üzvlərinə təsir edəcək minlərlə amilləri seyr etməkdəyik. Bundan əlavə xalqların milli adət-ənənələri zəifləməkdə, onlara xas olmayan davranışlar aşılanmaqda və hətta beynəlxalq arenada dövlətlərdən bunların tətbiq olunması mütləq şəkildə tələb olunmaqdadır. Belə davranışlardan bəzi qərb ölkələrində ibtidai sinifdən və hətta uşaq bağçasından başlayaraq “seksual maarifləndirmə”, seksual azlıqların “ailə” yaratma və hətta uşaqlara himayədarlıq etməsi, “gender” yəni, kişi-qadın bərabərsizliyi kimi problemləri göstərmək olar. Məhz bunlara görə, zamanəmizdə ən çox təhdid və təhlükədə olan bizim gələcəyimiz, bizim övladlarımızdır. Ona görə də, özümüzü düzgün hədəflərə yönəldərək gələcək nəsillərə də doğru istiqamət verməyin ağırlıqı bizim nəslin çiyinlərinə düşməkdədir. Belə bir zamanda ölkəmizdə yaşayan ailə üzvü olan hər bir fərdin bir insanlıq və vətəndaşlıq borcudur ki, heç bir xarici qüvvələrin təsirinə baxmayaraq dövlətimizin ətrafında birləşərək əsl Azərbaycanlı ailəsi olmaq istiqamətində özünü maarifləndirsin və bunu ətrafdakılarnan bölüşüb gələcək nəsillərə çatdırsın”.
Bakı şəhəri Baş Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev təmsil etdiyi qurumun ailə məsələləri ilə bağlı məktəblərdə QHT-lərlə birgə həyata keçirdiyi işlərdən danışıb. O, bu fəaliyyətlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq etdiklərini açıqlayıb. R.Əliyev xüsusi olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çəkilən “Fitnə” filmini nümayiş etdirməklə radikal qruplara qarşı da maarifləndirmə işləri gördüklərini qeyd edib. O, orta məktəblərdə dinin əsaslarını izah edə biləcək dərslərin keçirilməsi məsələlərinə də münasibətini bildirib.
Ombudsman Aparatının təmsilçisi Lamiyə Zeynalova bildirib ki, Azərbaycan qanunvericiliyində gender bərabərliyi tam şəkildə təmin olunub. Onun sözlərinə görə QHT-lər, digər müvafiq qurumlarla bu istiqamətdə maarifləndirmə işlərini genişləndirməlidirlər. L.Zeynalova Ombudsman Elmira Süleymanovanın ailə mövzusunda çoxsaylı qanunvericilik təşəbbüsləri ilə çıxış etdiyini söyləyib. O, təmsil etdiyi təşkilatın bu istiqamətdə gördüyü işlərdən də bəhs edib.
AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Aytək Zakirqızı ailənin formalaşmasında İslam, milli- mənəvi dəyərlərin, adət-ənənələrin üstünlük təşkil etdiyini, ailədə uşaqların tərbiyəsində bu amillərə ciddi diqqət yetirilməli olduğunu qeyd edib. Onun sözlərinə görə ailədə ana, qadın faktoru çox güclüdür.
Bakı Slavyan Universitetinin müəllimi Kəmalə Umudova ailədə qadının rolundan bəhs edib. O, medianın ailə mövzusunda neqativ təbliğatından narazılığını bildirib. K.Umudova təklif edib ki, regionlarda bu məsələ ilə bağlı aşkarlanmamış mənbələrin üzə çıxarılmasına diqqət artırılmalıdır. Çıxışçı mediada daha çox şou-biznes nümayəndələrinin milli-mənəvi dəyərlərimizlə, ailə məsələləri ilə bağlı ekspert qismində çıxış etmələrini kəskin şəkildə pisləyib.
Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli sovet dövründə mövcud olan ailələrimizdən danışıb. O, həmin vaxtlarda ailədə qəhrəman kişi obrazının yaradıldığını qeyd edərək, indi bu obrazın kənar təsirlər nəticəsində mənəvi aşındığını təəssüflə qeyd etdi. “Müasir dövrdə bu obraz dağıdıldığı üçün ailələrimizdə problemlər yaranmağa başladı” ”“ deyən çıxışçı məktəb sistemində də boşluqlar olduğunu deyərək, hər iki məqamı faciəli məsələlər kimi vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Güney Namazova çıxış edərək təmsil etdiyi qurumun ailə və milli mənəvi dəyərlər mövzusunu daim diqqətdə saxladığını, təşkil edilən tədbirlərdə bu səpgidə digər qurumlarla birlikdə müvafiq təbliğat işinə öz töhfəsini verdiyini bildirdi.
Ədliyyə Nazirliyinin təmsilçisi Liza Xanməmmədova müzakirələri diqqətlə dinlədiyini, təmsil etdiyi qurumla əlaqədar səslənən təklifləri rəhbərliyə çatdıracağını bildirdi.
Tədbirin sonunda müzakirələrin davam etdiirlməsi, əldə edilən nəticələrin müvafiq qurumlara göndərilməsi, problemlərin həlli üçün təkliflərin sistemləşdirilməsi, layihələr hazırlanması və icra edilməsi qərarlaşdırıldı.

Dialoq.info

 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
loading...
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
Məşhur avtomobil markası yarım milyon avtomobilini geri çağırdı - SƏBƏB
25 il sonra yenidən çəkilən film hasilat rekordu qırdı - MARAQLI
Diribaş Samux sakini evinə girən oğrunu yaxalayaraq polisə təhvil verdi - MARAQLI...
"Yaşlı qadınlarla birlikdə olaraq həftəyə 8 min funt sterlinq qazanıram" - QALMAQALLI ETİRAF
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)