TANRIÇILIQ FƏLSƏFƏSİ...
Oxunub: 2083
30 Apr 2017 | 17:18
TANRIÇILIQ FƏLSƏFƏSİ...
Tanrıçılığı “şamanizm” adlandırmaq səhv olduğu kimi, onda totemizm və bütpərəstlik axtarmaq da cəfəngiyyatdan başqa bir şey deyildir. Vaxtilə Bahəddin Ögəl də yazırdı ki, tək Tanrıya inanan bir etnosda totem ax­tar­maq bir az çətindir. Onun fikrincə, qədim türklər ara­sın­da totem ünsürləri olubsa belə, bu, qədim Hun inanc və əfsanələrinin qalıqları olmuşdur. Qədim çağlarda türklər Qur­du totem saymışdırsa belə, sonralar Qurd qutsal-müqəddəs bir simvola çevrilmişdi. Hətta Göytürklər bayraqlarında Boz Qurdun rəsmini yapmışlar. Qədim türklər arasında totemizmə nümunə kimi, Boz Qurda sitayiş edib onu özlərinə ata saymalarını, Oğuz boyların­da totemizmin əlaməti kimi hər boyun bir quş simvoluna malik olmasını da göstərirlər. Doğrudan da, «Kitabi-Dədə Qorqud» boy­larında Türklərin bəzi heyvanlara və bitkilərə inamının izlərinə rast gəlmək olur. Məsələn, Basat anasının soyunu ağac, atasının soyunu isə aslanla bağla­yır: «Anamın adını soruşsan, ”“ Qaba ağacdır! Atamın adını soruşÂ­san, ”“ xaqan aslandır!». Salur Qazan da Basat kimi kökünü Boz Qurdla, aslanla, quşla və s. ilə bağlamış, eyni zamanda «qurd üzü uğurludur» sözündən istifadə etmişdir. Hər halda qədim əfsanələrdə görürük ki, türklər mənşəyini dişi qurddan almış, bunun nəticəsi olaraq sonralar bayraqlarında qurd başının şəklini ifadə etmişlər. Ancaq bütün bunlar tək Tanrıçı türklərin totemçi olmasına anlamına gəlməz. Bu anlamda Tanrının yaratdığı bəzi heyvanlara, quşlara ya da bitkilərə olan inancları Türklərin Tanrıçılıq fəlsəfəsinə zidd olmamışdır. Başqa sözlə qədim türklər arasında müxtəlif canlılara sitayiş olsa da, lakin bu müqəddəs, ilahi məna daşımamış, daha çox Türklərin törəyişində, insanın çətinliklərdən qurtuluşunda onların rollarından bəhs olunmuşdur. Bu cür mifoloji-dini dünya­görüş insanların şüur altında indi də yaşamaqdadır.

Qədim türklərin bütpərəstliyi məsələsinə gəlincə, ilk baxışda onların “şamanizm”ə, “totemizm”ə, Aya, Günəşə, Səmaya sitayiş etməsi iddialarıyla bunun inandırıcı olması şübhə doğurmur. Ancaq burada vacib bir məqam hökmən qeyd edil­məli­dir ki, birincisi qədim türklər səmanı-göyü maddi deyil, mənəvi mənada qəbul etmişlər və bu anlamda Göy Tanrı gözə görünməz, ilahi xarakter daşıyır. Məsələn, L.Qumilyov yazır ki, Göy Tenqri maddi səma deyil, yəni adi, gözlə görünən göyə qarşı qoyul­muşdur. Onun fikrincə, çinlilər də «Göy ruhu» dedikdə, türklər kimi Göy Tenqrini nəzərdə tuturdular. İkincisi, türklərin «Göy Tanrı» anlayışı ilə Ay, Günəş və başqa göy cisimlərinə olan münasibətini eyni tutmaq doğru deyildir. Çünki türklərdə kainatdakı bütün mənəvi və maddi varlıq­ların yaradıcısı Göy Tanrıdır və onlar Ona bərabər tutula bilməz. Bu baxımdan türklər nə Tanrının, nə də Tanrının yaratdıqlarının, yəni Ay, Günəş, Ulduz və başqa ünsürlərin bütlərini-heykəllərini ortaya qoymayıblar.

Türk xalqları arasında bu ünsürlər, xüsusilə göy cisimləri (Günəş, Ay və b.) zaman-zaman daha yüksək mövqe tutmuş, onlarla bağlı məbədlər (Günəş, Ay məbədi və s.) tikilmişdir ki, bunu da yalnız həmin ünsürlərin Tanrıya daha yaxın olması və əbədiliyə ilə əlaqələndirmək olar. «Göy Tanrı»nın rəmzi kimi səmaya və səma cisimlərinə sitayiş öz əksini qədim dövr, orta çağ və çağdaş türk dövlətlərinin bayraq­larında da tapmışdır. Oğuz Xaqanın bayrağı günəş idi: “Daha deniz, daha müren/Güneş bayrak, gök kurıkan”.

Ümumiyyətlə, M.Kalankatukluya görə, bütpərəst hunlar, xəzərlər və başqa türk tayfaları da mas­sa­getlər-məskutlar kimi Günəş, Ay, Tanrı-xan allahlarına inanır, at qur­ban verir, «oda və suya qurbanlar gətirir, naməlum yol­lar ilahəsinə, aya və onların gözlərinə təəccüblü görünən bü­tün məxluqa sitayiş edirdilər». Əski Albanlar, Məskutlar/Masagetlər kimi Xəzərlər də Günəşə tapınır, and içəndə Günəşə and içirdilər. Böyük Türk aydınımız Nizami Gəncəvi “İskəndarnamə” poemasında təsadüfi olaraq demirdi ki, İranlıların rəmzi ay olub Keyxosrov nəslindəndirlərsə, Turanlıların da simvolu Günəş olub Alp Ər Tonqanın övladlarıdırlar. Bu onu göstərir ki, ilk dövrlərdə türklər Tanrıya yaxın ən ali varlıqlardan biri kimi Günəşi görüb, ona sitayiş ediblər. Ancaq xalqın inancında Göy Tanrıya inanc hər şeydən üstün olmuşdur. Bu anlamda türklər səmanı Tanrı adlandırıb onu müqəddəs sayırdılar.

Ağayar Şükürov doğru qeyd edir ki, qədim Türk mifologiya­sı­nın “allahlar” panteonunda birinci ”“ mərkəzi yeri Tenqri/Tanrı tutur: “Tenqri, yaxud çox vaxt deyildiyi kimi, Göy Tanrı qədim türklərin «əsil dini gerçək inam bəslədikləri»dir. Bu, bütün qədim türklərin ana kultu idi. Qədim türklər üçün Günəş, Ay və Ulduzlar Tanrı deyil, sadəcə çox əziz varlıqlar idilər. Tanrı isə kainata hakim olan bütün göy üzü idi”. Qədim türklərin allahlar panteonunda isə baş Allah Göy Tanrı hesab olunmuşdur. A.Şükürova görə, «Göy Tanrı» ideyasına da aşağıdakılar aid idi: 1) göyə işarə; 2) yaradıcı funksiya; 3) hamilik funksiyası; 4) insan taleyini müəyyənləşÂ­dirən funksiya; 5) cəzalandırıcı funksiya; 6) kişi başlanğıcı ilə əlaqə funksiyası.

Beləliklə, Azərbaycanın qədim döv­lət­ləri olan Manna, Midiya və Atro­pa­te­nada yaşamış türklərin əski dini inancı Göy Tanrı inancında ibarət idi. Lalə Mövsümovanın fikrincə, türklər «insan göy», «insan-günəşÂ»ə ”“ Tan­rıya sitayiş ediblər: «Türklər göyü 9 təbəqəyə bölür. Göyün hər qatı işıq və qaranlığın, xeyir və şərin dixoto­mi­ya­sını əks etdirir. Bu isə o deməkdir ki, Allah həm xeyirxah, həm sərtdir, qoruyan və cəzalandırandır. O hər şeyi görür. Bundan sonra insanın taleyi öz əlindədir. Allah insana, onun hərəkət və fikirlərinə görə davranır. Bu dinin müdrik­liyi də elə bundadır. Bu din insanı hərəkətə, qəhrəmanlığa çağıraraq ucaldır». Deməli, qədim türklərdə, türk soylu xalqlarda monoteizm-tək­allahlılıq ideyası güclü olmuş, həyatın, kainatın yaradılışı anlayışının özü də Tanrı ilə əlaqələndirmişlər.

Bu mülahizələri ümimiləşdirərək he­sab edirik ki, türklər heç vaxt totemist, bütpərəst və politeist olma­yıblar. Özəliklə, bütpərəstlik və çoxallahlılıq başqa xalqların inancı olub, müəyyən qədər türklər içərisində yayılmışdır. Sadəcə, bu gün dini-mifoloji təlimlərlə bağlı (bütpərəstlik, politeizm, şama­nizm, totemizm və b.) dəqiq fəlsəfi kateqorial tərif­lərin olmaması fərqli mülahizələrin meydana çıxmasına səbəb olur. Buna görə də, həmin dinlərə verilmiş təriflər çox vaxt bir-birinə yaxın (məsələn, bütpərəstlik və çoxallahlılıq kimi), yaxud da eyni dini inanclarla bağlı (“şamanizm”/qamlıq, “totemizm” və b.) fərqli mülahizələr öz əksini tapmışdır.

Türk bilgələrinə görə, qədim türklərdə üç cür inanc sistemi olmuşdur: 1. Təbiət qüv­vələrinə (dağ, qaya, su, dəniz, orman və s.) inam; 2. Atalar (ataya, böyüyə olan hörmət) kultu; 3. Göy-Tanrıya inam. R.Özdək qeyd edir ki, türklərin əsil dini gerçək inam bəslədikləri «Göy Tanrı» dünyəvidir; şəfəqi söndürən, bitkiyə həyat verən, insanlara can bəxş edən, istədiyi zaman da geri alan, cəzalandıran, bağışlayan odur. Tanrı hər şeyi görür, bilir, onun iradəsinə qarşı çıxmaq olmaz: «Göy üzü bütöv və tam olduğu, tək və mükəmməl olduğu üçün inan­dıq­ları tanrıya da «Göy Tanrı» deyən əski türklər, əlbəttə, onu bəlli olanlar içində təcəssüm etdirməz, büt kimi kiçilt­məz, bütün göy üzünü sığdıracaqları tapınağı düşün­məz­dilər». Türk dünyasının böyük ziyalısı Ziya Gökalp hələ XX əsrin əvvəllərində qeyd edirdi ki, elin təcəssümü olan Göy Tanrı sülh Tanrısıdır. Orxon kitabələrində Türk kağanı deyir: “Türk Oğuz bəyləri! Bodun! İşitin. Özə Tanrı batmayınca, Asra yer dəlinməyincə, Türk budunu ölkəni, törəni kim pozdu. Hakim Türk budunu idin. Bilgili və görgülü olduğu üçün sizi düzəltmiş olan Bilgə kağanınız gəlmiş, getmiş”.

Qədim dövrdə türklər arasında Göy Tanrıçılıq fəlsəfəsini təbliğ edən Qamlara hər bir Türk soyunda həm ata, həm də Xan kimi baxılmışdır. Çünki Qamlar təbiət qüvvələrindən və Ata kultundan çox Göy Tanrıya üstünlük vermişlər. Bu xüsusiyyətinə görə də Qamlar ilk dövrlərdə Türklər arasında həm müdrik, həm də dövlət rəhbəri idilər. M.Seyid­ov yazır: «Bu tarixi toplumsal, dini durum, yəni qamın başçı olması soy, qəbilə ağsaqqalının ağalığına gərək idi. Axı, il­kin ağsaqqal dini və dünyəvi rəhbər idi. Doğrudur, ilkin çağ­lar açıq-açığına gözə çarpan inzibati fərqlənmələr ol­masa da, onun izləri özünü göstərirdi və bu izlər getdikcə də­rinləşir, cəmiyyətdə də özünü möhkəmləndiridi». Ancaq sonralar, zaman-zaman Qamlar daha çox xaqanın, o cümlədən dövlətin yolgöstərəni funksiyasını yerinə yetirirlər.

Fəzlullah Rəşidəddinin «Oğuznamə»­sin­də Qam ifadəsi işlədilməsə də Yuşi Xoca və onun oğlu Qara Sülük (Uluq Turuq) əslində yol göstərən və gələ­cəyi görən Qamlar idi. Qara Sülük Oğuz xaqanın məsləhətçisi, qəbilə­birləşməsinin başçısı kimi ən çətin anlarda çıxış yolu tapırmış. Bu baxımdan Elin bilicisi olan qamlar daha çox Türk xaqanlarının məsləhətçisi­dir; müdrik, ideya və düşüncə başçısı kimi dövlətin gələcək taleyini izah edən və yol göstərəndir. Bir sözlə, ictimai həyata, əxlaq normalarına göz qoyan, soyunun düşünən beyini olan Qamlar əsasən Dədə Qorqud kimi gələcəkdən xəbər verirmişlər. Qama bu cür keyfiyyətlər isə Göy Tanrıdan gəlir, göyqurşağı kimi bədənlə­rinə daxil olurmuş. M.Seyidovun fikrincə, göyqur­şağı isə Günəş şüası idi ki, Qama müqəddəs güc ver­ir­miş. Bu məsələdə Ülgen (Göy Tanrı) və Erlik (Yer Tanrı) adlı tan­rı­lar da mühüm rol oynayırmış.

Dos., Dr. Faiq Qəzənfəroğlu
Oxşar xəbərlər
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”