Xəbər lenti
23/09/2017 [01:21]:
Yoqa insanı kompüterdən necə qoruya bilər- cəmi 10 dəqiqənizi ayırın
23/09/2017 [01:16]:
Elektrik alətlər və mürəkkəb mexanizmlərə yaxın durmayın - Günün qoroskopu
23/09/2017 [00:52]:
Zəka səviyyənizi yüksəldib, beyninizi gücləndirəcək 5 üsul
23/09/2017 [00:36]:
İnsan orqanizmi haqqında 8 möcüzəvi fakt- MARAQLI
22/09/2017 [23:40]:
Elmar Məmmədyarov: “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq”
22/09/2017 [23:39]:
Prezidentin gəlişi voleybolçularımıza ruh verdi - Macarıstan yığması darmadağın edildi...
22/09/2017 [23:31]:
Məhkəmə Saakaşvilini günahkar bildi - Mişa əmək haqqının 200 mislində cərimələndi...
22/09/2017 [23:30]:
“Romanda Şah İsmayıla olan qərəzli münasibətə tutarlı cavab tapılacaq”
22/09/2017 [23:22]:
"Bu məbləğ Azərbaycanın da daxil olduğu 183 ölkənin birlikdə ÜDM-dən çoxdur"
22/09/2017 [23:16]:
Unudulmaz müəllimimiz: Həsən Mirzə - 90
22/09/2017 [23:15]:
"Lütfi Zadənin xeyli qəribəlikləri var idi, hər bazar günü gərək, mütləq…”- Sabiq rektorla MÜSAHİBƏ
22/09/2017 [23:12]:
Lamborghini yeni modelini təqdim etdi - FOTO+VİDEO
22/09/2017 [22:19]:
Nyu-Yorkda Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilir
22/09/2017 [22:04]:
Bakıda sürücünü vəhşicəsinə döyən şəxs tutuldu
22/09/2017 [21:53]:
“Başlarına araq butulkası çırpılsaydı, ürəyimdən tikan çıxardı” - Deputat
22/09/2017 [21:50]:
FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqladı
22/09/2017 [21:35]:
Aprel döyüşlərinin qazisi şəhid əsgərinin anasını qucaqladı: Bağışla, qoruya bilmədim oğlunu - VİDEO
22/09/2017 [21:35]:
Tacı geri alınmış gözəllər – Kimi ərinə, kimi sevgilisinə, kimi də... İNANILMAZ SƏBƏBLƏR
22/09/2017 [21:29]:
Nazpəri Dostəliyeva: "Evimə girən oğrulara ürəyim ağrıdı" - VİDEO
22/09/2017 [21:19]:
"İran heç vaxt müharibə tərəfdarı olmayıb" - Hərbi attaşe
22/09/2017 [21:14]:
Azərbaycan XİN: ABŞ Nümayəndələr Palatasının üç üzvünün adı "qara siyahı"ya salınıb
22/09/2017 [21:10]:
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb
22/09/2017 [20:38]:
İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verdi
22/09/2017 [19:52]:
İlham Əliyev voleybol matçında - FOTO
22/09/2017 [19:44]:
Ermənilər Ağdamda yanğınlar törətdi
22/09/2017 [19:43]:
Prezident protokolu təsdiqlədi
22/09/2017 [19:42]:
“Apple” və “Facebook” Meksika zəlzələsindən zərər çəkənlərə bir milyon dollar ayırdı
22/09/2017 [19:42]:
XİN: Nalbandyan həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” kimi təqdim etməyə çalışır
22/09/2017 [19:41]:
Rusiyalı turistlər Bakıda gündə təxminən 78 dollar xərcləyir
22/09/2017 [19:40]:
Selfi zamanı səfirin smartfonu oğurlandı - Hindistanda
22/09/2017 [19:40]:
Məlahət İbrahimqızı erməni deputata cavab verdi
22/09/2017 [19:05]:
“Bəzi məmurların yaratdıqları imperiya yavaş-yavaş çökür”
22/09/2017 [19:04]:
"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"
22/09/2017 [18:55]:
Ramil Usubovdan yeni rəis - Təyinatı
22/09/2017 [18:24]:
Vüqar Muradov jurnalisti təhqir etdi: - "Sən tanıdığım ən namussuz, ən şərəfsiz..."
22/09/2017 [17:56]:
Əhməd Əhmədzadə 3 milyardı necə xərcləyib?
22/09/2017 [17:52]:
Millət vəkili Kırşehirdə Şəhid ailələri və Qazilər cəmiyyətləri ilə görüşdü
22/09/2017 [17:40]:
Şəhidləri təhqir edən Türkiyə gözəli ilə bağlı ŞOK QƏRAR
22/09/2017 [17:40]:
“Qripə tutulan deputatları cərimələmək lazımdır” - Partiya lideri
22/09/2017 [17:38]:
Qayınatasına qaraciyərini bağışlayıb həyata qaytardı- FOTO
22/09/2017 [17:34]:
ADNSU Vyetnam Sosialist Respublikasının Dostluq Ordeni ilə təftif olundu
22/09/2017 [16:49]:
“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında
22/09/2017 [16:43]:
Rəsulzadənin məzarı başında polisin cavabsız qalan sualları: Məmurlar şəhəri Ankardan REPORTAJ
22/09/2017 [16:35]:
İlham Rəhimov və Çingiz Abdullayev "Beynəlxalq Mahmud Kaşqari" mükafatına layiq görüldü
22/09/2017 [16:32]:
Putin Azərbaycan şirkətinin tikdiyi unikal qurğunun açılışında - FOTOLAR
22/09/2017 [16:30]:
QRU zabiti Qurban Qasımov Suriyada həlak oldu
22/09/2017 [16:27]:
Millət vəkili Türkiyədə “30-cu Ahilik Həftəsi” tədbirinin açılışında iştirak etdi
22/09/2017 [16:27]:
Təhdidlər davam edir, Tramp yenə "od püskürür"
22/09/2017 [16:25]:
Yalançı SEYİDLƏR - Hər adına “Mir” yazılana inanmayın!
22/09/2017 [16:21]:
ADU-da Ülvi Bünyadzadənin anım günü keçirildi
22/09/2017 [16:20]:
Hadı Rəcəbli: “Azərbaycanda 50-dən çox etnik qrup var”
22/09/2017 [16:19]:
Qafqaz Müsəlmanları İdarəsindən xaricdən qrant alması iddiasına REAKSİYA
22/09/2017 [16:18]:
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi
22/09/2017 [16:16]:
Milyarderin qardaşı: “Fərhad Əhmədovun şirkəti ləğv olunmur”
22/09/2017 [16:15]:
Aşura yüksək səviyyədə keçiriləcək – RƏSMİ
22/09/2017 [16:04]:
Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak etdi - FOTOLAR
22/09/2017 [15:59]:
"Bizim başımızdan heç bir tük də düşməyəcək" -Sarkisyanın müavini Bakıda
22/09/2017 [15:56]:
DTX: 900-ə yaxın Azərbaycan vətəndaşı İŞİD-ə qoşulub
22/09/2017 [15:55]:
Nazirlər Kabinetində struktur islahatları başa çatdı -Akif Əli də yerində qaldı
22/09/2017 [15:54]:
Abşeronda məktəbli itdi
22/09/2017 [15:52]:
“Bakıda evimiz var idi” - Erməni deputat
22/09/2017 [15:49]:
Qəbul imtahanları haqda Məleykə Abbaszadədən -Açıqlama
22/09/2017 [15:44]:
İnternetin “ən təhlükəli şəxsi” açıqlandı
22/09/2017 [15:43]:
Xoşqədəmin “zəncirlənmiş oğlan” əhvalatı yalan çıxdı
22/09/2017 [15:13]:
Zəlzələdə ölənlərin sayı 273-ə çatdı
22/09/2017 [15:05]:
"Erməni deputatların Bakıya dəvət olunması Azərbaycan xalqına xəyanətdir"
22/09/2017 [15:00]:
Maduro: “ABŞ-da mənə hücum hazırlanırdı”
22/09/2017 [14:53]:
Hindistan Pakistan sərhədini vurdu – Ölənlər var
22/09/2017 [14:51]:
“Ehsan və məzar daşı məsələsində dünyada “liderlik” edirik”
22/09/2017 [14:37]:
İranda partlayış: 5 ölü, 14 yaralı...- FOTO
22/09/2017 [14:31]:
Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü - FOTOLAR
22/09/2017 [14:27]:
Nazir müavini erməni deputatlara etiraz etdi -"Bəs cavab verilməlidir, ya yox?..”
22/09/2017 [14:24]:
“Mardan Palace” otaq sifarişini dayandırdı - AST Telmanın oteli bağlandı?
22/09/2017 [14:22]:
Elçin Quliyevin məhkəməsinə generallar gəldi
22/09/2017 [14:19]:
“AAAF Park”ın rəhbəri həbs edildi - Yenilənir
22/09/2017 [13:58]:
Ər tapa bilməyən 40 yaşlı qadın özüylə evləndi - Toydan fotolar
22/09/2017 [13:51]:
“Media və cəmiyyət həyəcan təbili çalmalıdır”
22/09/2017 [13:50]:
Hava kəskin dəyişəcək, yağış və dolu olacaq - Xəbərdarlıq
22/09/2017 [13:47]:
Hacı Qalib ölkəni tərk etməsi ilə bağlı -"Heç nədən qorxan adam deyiləm”
22/09/2017 [13:47]:
Xankəndili marionetlərin növbəti cəfəngiyyatı...
Bütün arxiv bir sırada
20/04/2017 [01:20] - Cəmiyyət - ( 1251 dəfə baxılıb)

“Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” mövzusunda tədbir keçirilib



Moderator.az xəbər verir ki, “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” başlıqlı tədbir keçirildi. Tədbirdə eyni zamanda “Azərbaycan Milli Kimliyi” kitabının təqdimatı olub.

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri, AMEA-nın əməkdaşı Mübariz Göyüşlü bildirdi ki, 12 yaşını tamamlayan təşkilatın fəaliyyətinin böyük bir qismi milli kimlik mövzusunun araşdırılmasına həsr olunub. O, deyib ki, cəmiyyətdə milli-mənəvi dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə, soykökümüzə qarşı olan hücumlar mövzunun bu gün üçün də çox aktual olduğunu göstərir. M.Göyüşlü 2013-cü ildə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini icra etdiklərini, yekunda “Azərbaycan Milli Kimliyi” kitabını ərsəyə gətirdiklərini vurğuladı. O, kitabdakı məqalələrdən bəhs etdi. M.Göyüşlü müəyyən nöqsanlara baxmayaraq ortaya qoyulmuş bu nəşrlə ciddi nəticə əldə etdiklərini açıqladı. O, bundan sonra da bu istiqamətdə geniş çalışmalar həyata keçirmək niyyətində olduqlarını dedi. Çıxışçı bu mövzuya həsr olunmuş ayrıca bir saytın yaradılmasını nəzərdə tutuduqlarını dedi. Onun sözlərinə görə təşkilatın tərkibində fəlsəfə doktoru Aqil Eyvazovun rəhbərliyi altında “Milli Kimlik” Araşdırma Mərkəzinin yaradılıb. M.Göyüşlü həmin mərkəzin təşkilatçılığı ilə müzakirələrin ictimai, elmi, ideoloji istiqamətdə olacağını vurğuladı. Çıxışçı eyni zamanda bu istiqamətdə çalışan dövlət qurumlarına da yaxından kömək etməyə hazır olduqlarını söylədi.

“Azərbaycan Milli Kimliyi” kitabında Nadir şah Əfşarla bağlı məqalənin müəllifi, AMEA Tarix İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Hacı Həsənov akademik İqrar Əliyev haqqında müsbət fikirlər söylədi. O, Nadir şah Əfşarın timsalında nümunə göstərərərk insanlarımızın əksər tarixi şəxsiyyətlərimizi tanımamasını təəssüflə qeyd etdi. H.Həsənov məhz bu səbəbdən təklif edib ki, milli kimlik mövzusunda daha geniş müzakirələr aparılsın. Tarixçi milli məsələlərdə, dövlətçilik istiqamətində geniş fəaliyyətin tərəfdarı olduğunu açıqladı.

“Azərbaycan Milli Kimliyi” kitabında ümummilli lider Heydər Əliyevlə bağlı məqalənin müəllifi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Yusif Alıyev milli kimliyimizə kənardan çox müdaxilələr olduğunu söylədi. Onun sözlərinə görə nəşrdə ziyalıların milli kimliyimizə baxışı əks olunub. O, bildirib ki, Heydər Əliyevlə bağlı məqaləni hazırlayarkən arxivlərdə çox maraqlı faktlarla rastlaşıb və bunları məqalədə əks etdirib. Y.Alıyev ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən danışıb.

“Azərbaycan Milli Kimliyi” kitabında Şirvanşahlar haqqında məqalənin müəllifi, AMEA Tarix İnstitutunun əməkdaşı Dilavər Əzimli bildirdi ki, Azərbaycan tarixini qalib dövlətlər yazdığı üçün milli kimlik məsələsinə ciddi zərbə vuruldu. Avropalının öz dini kitablarını təhqir etmədiyini diqqətə çatdıran D.Əzimli bizdə dini kitabın, o cümlədən tarixi şəxsiyyətlərimizin, dəyərlərimizin təhqir edilməsindən narazılığını büruzə verdi. O, tarixi və coğrafi təfəkkürün milli kimlikdə birləşdiyini söylədi. Tarixçi, Şirvanşahların dini həyatından bəhs edərək dini tolerantlığın yüksək səviyyədə təmin olunduğunu açıqladı. O, milli kimlik mövzusunun davam etdirilməsinin tərəfdarı kimi çıxış etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli bildirdi ki, bu cür müzakirələrin daha müntəzəm şəkildə keçirilməsinin tərəfdarıdır. Y.Məmmədli multikulturalizm haqqında danışaraq təmsil etdiyi qurumun gördüyü işlərdən bəhs etdi. O, azərbaycançılıq, azərbaycanlı kimi anlayışlarından söz açdı. Çıxışçı azərbaycanlı anlayışının Azərbaycanda yaşayan hər kəsi birləşdirdiyini vurğuladı və bunun reallaşdırılmasında Heydər Əliyevin rolundan bəhs etdi. Y.Məmmədli Multikulturalizm Mərkəzinin hazırladığı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında danışdı.

“Azərbaycan Milli Kimliyi” kitabındakı Azərbaycan ziyalılarının Rusiya müsəlmanlarının birliyi ilə bağlı gördüyü işlərlə bağlı məqalənin müəllifi, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu bildirdi ki, gələcəkdə nəzəri araşdırmalardan ibarət vahid bir kitab hazırlanmalıdır. Dünyada bu istiqamətdə çoxsaylı araşdırmaların aparıldığını deyən Y.Qaraqoyunlu qeyd etdi ki, milli kimliyi təşkil edən ünsürlər sistemli şəkildə işlənməlidir. O, təklif etdi ki, gələcəkdə həmin araşdırmanın hər fəsli bir araşdırmaçı tərəfindən işlənilsin: “Məsələn, “Milli kimlik və mədəniyyət”, “Milli kimlik və dil” və s. istiqamətdə çalışmalar aparılmalıdır”.

“Azərbaycan Milli Kimliyi” kitabında Babəklə bağlı məqalənin müəllifi, “Oğuz” müstəqil araşdırmaçılar qrupunun üzvü Ceyhun Bayramlı bildirdi ki, türk xalqları lokal milli təşəkkül tapmadıqca birlik qurmaq imkanları çətin olacaq. O, sovet imperiyasının milli kimliyimizə vurduğu zərbələrdən danışdı. C.Bayramlı azərbaycançılıq və türklük məsələlərinin bir-birinə qarşı qoulmasına etiraz edərək bunun məqsədli şəkildə həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə etnik kimlik, dini kimlik, vətən kimliyi birləşərək milli kimliyi təşkil edir: “Burada milli-mənəvi dəyərlər mühüm amil təşkil edir”. C.Bayramlı hesab edir ki, şəxsiyyətlərin deyil ideyaların müzakirəsinə üstünlük vermək lazımdır. C.Bayramlı kitabda Babəki hökmdar kimi təqdim etdiyini və bununla bağlı bir sıra faktları əks etdirdiyini dedi.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, iş adamı Arzuman Abdulkərimov bildirdi ki, ilk dəfə 1987-1988-ci illərdə milli kimliklə, soykökümüzlə bağlı məsələlərlə maraqlanıb. O, daim türk-islam dəyərlərinə üstünlük verdiyini vurğuladı. A.Abdulkərimov görülən işlərin geniş şəkildə təqdim edilməsinə ehtiyac olduğunu qeyd etdi. O, türklüyə qarşı son dövrlərdə edilən hücumlardan narazılığını gizlətməyərək bunları qanyıb.

“Birlik” jurnalının redaktoru İlqar İlkin türklüklə bağlı gördükləri işlərdən danışaraq bu istiqamətdə sıxıntı yaşamadıqlarını açıqladı. O, Gürcüstanda qarapapaq türkləri adı altında görülən çalışmalardan narazılığını dilə gətirdi. İ.İlkin Gürcüstanda azərbaycanlılarla bağlı görülən bir sıra işlərdən də bəhs edib. Redaktor tarixi şəxsiyyətlərimizə olan münasibətdən bəhs edərək onları daha çox təbliğ etməli olduğumuzu vurğuladı.

Türkiyənin Karabük Universitetinin dosenti Ali Asker bildirdi ki, türklük məsələsi, türklərin problemi dünyanın hər yerində aktual bir mövzudur. O, Türkiyədə məzhəb və din amilinin türklüyə qarşı qoyulmasının yaratdığı çətinliklərdən bəhs etdi. O, milli kimliyin, türklüyün genetik mövzu olmasından daha çox bir ruh məsələsi olduğunu qeyd etdi. A.Asker Gürcüstandakı türklərlə bağlı həyata keçirdikləri araşdırmalardan, nəşr etdikləri kitabdan danışdı. O, Gürcüstanda demokratikləşmə prosesinin getdiyini, lakin bunun altında eyni zamanda gürcü millətçiliyinin olduğunu söylədi.

Tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov bildirdi ki, millətin, dövlətin öz kökünü quracağı dörd əsas sütun var: “Bunlar tarix, mədəniyyət, dil-ədəbiyyat, inancdır. Bunları bir-birinə qarşı qoymaq düzgün deyil. Bu gün minlərlə əsgərimiz var, amma Mübariz İbrahimov olması üçün dördüncü ayaqdan qidalanma olmalıdır”.

Sosioloq Əhməd Qəşəmoğlu türklüyü islam dini olmadan təsəvvür etmədiyini açıqladı. O, sufizmdən bəhs edərək bu istiqamətdə konkret misallar çəkdi: “Həyatda imanla idrak yanaşı olmalıdır. İman idraksız olanda cəhalət baş verir, idrakın yanından iman çəkiləndə vəhşilik başlayır. Bunlar bir-birini tamamlayanda ahəng yaranır”.

Bakı Slavyan Universitetinin dosenti Dürdanə Tahirli elmi çalışmalarla yanaşı tariximizi, tarixi şəxsiyyətlərimizi geniş kütləyə sevdirmək üçün təkliflərlə çıxış etdi.

“Milli Kimlik” Araşdırma Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Aqil Eyvazov gələcək fəaliyyətlərdən bəhs etdi. O, tarixi şəxsiyyətlərimizi, tariximizi geniş kütləyə sevdirməyə çalışacaqlarını, bu istiqamətdə çalışmalar həyata keçirəcəklərini vurğuladı. 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
"Bu məbləğ Azərbaycanın da daxil olduğu 183 ölkənin birlikdə ÜDM-dən çoxdur"
Zəlzələdə ölənlərin sayı 273-ə çatdı
"Erməni deputatların Bakıya dəvət olunması Azərbaycan xalqına xəyanətdir"
Bərdədə yaşayan kimsəsiz qadın Mehriban Əliyevadan kömək diləyir...- FOTO
Trampın toyuq, Putinin balıq, Merkelin kabab, Saakaşvilinin Kiyev kotleti “sevgi"si - MARAQLI...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Lütfi Zadənin xeyli qəribəlikləri var idi, hər bazar günü gərək, mütləq…”- Sabiq rektorla MÜSAHİBƏ
Maraqlı
Tacı geri alınmış gözəllər – Kimi ərinə, kimi sevgilisinə, kimi də... İNANILMAZ SƏBƏBLƏR
Dünya
Şəhidləri təhqir edən Türkiyə gözəli ilə bağlı ŞOK QƏRAR
Cəmiyyət
“Ehsan və məzar daşı məsələsində dünyada “liderlik” edirik”
Cəmiyyət
“Media və cəmiyyət həyəcan təbili çalmalıdır”
Həftənin ən çox oxunanları
Bəy qadın qonaqları sıraya düzüb qıçlarını əllədi- VİDEO
11 yaşında taxta çıxıb, 2 qardaşını öldürüb, 28 yaşında 32 uşağı olub  - MARAQLI
18 yaşlı qızı mobil telefon öldürdü- Anasının gözü qarşısında
"Bunu edən şərəfsizə, namussuza çox ağır cəza istəyirik ki..."
1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."
Arktikada tapılan tunellərdə naməlum dünyanın izləri aşkarlandı - Elm dünyası şokda - VİDEO
"7 rayonun əvəzinə buna getsək, Dağlıq Qarabağı itirmiş olacağıq"
Qarabağa müsəlman ermənilərin köçürülməsi təklif edildi – Məkrli plan
"O biri dünya" Vyetnamda tapıldı -  MÖHTƏŞƏM FOTOLAR
Azad Cavadov və Rüfət Aslanlı haqqında növbəti ittiham: 11 bankın əmlakı talanıb...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin