“Prezidentlik üsulu ilə idarə olunan əksər ölkələr federaldır”- İlkər Başbuğ
Oxunub: 3551
14 Apr 2017 | 06:39
 “Prezidentlik üsulu ilə idarə olunan əksər ölkələr federaldır”- İlkər Başbuğ
Üç gündən sonra Türkiyədə keçiriləcək referenduma münasibət birmənalı deyil.  Prezident üsul-idarəsinin qardaş ölkəni gücləndirəcəyini düşünənlər kimi, avtoritarlaşdıracağından ehtiyat edənlər də var. Zaman-zaman dəyərli fikirləriylə ölkə rəsmilərinə yol göstərən Türkiyənin sabiq Baş qərargah rəisi İlkər Başbuğ da “ehtiyyat igidin yaraşığıdır” atalar sözünə inananlardandır. Bəs, onun bu xofun əsası nədir?

Türkiyənin məşhur jurnalistlərindən Uğur Dündarın general İlkər Başbuğdan aldığı
müsahibə bu suala aydınlıq gətirir.
 
Moderator.az  Ovqat.com-a istinadən həmin müsahibəni təqdim edir:

- Konstitusiya dəyişikliyi təkliflərində ən çox hansı mövzular sizi narahat edir?

- Daha əvvəlki müsahibələrimizdə, prezident sisteminin sağlam fəaliyyət göstərməsi üçün üç təməl xüsusdan imtina edilməz olduğunu ifadə etmişdik. Bunlar; qanunvericilik, icra və məhkəmənin bir-birindən sərt şəkildə ayrılması, qanunun aliliyi, səmərəli nəzarət və balans sisteminin qorunmasıydı. 16 Aprel 2017 günü referenduma təqdim ediləcək Konstitusiyaya dəyişiklik təkliflərinin bu üç fundamental prinsipi qarşıladığını söyləmək mümkün deyil. Venesiya Komissiyasının 13 Mart 2017-ci il tarixli hesabatı da bu məqamın üzərində xüsusi durur. Ayrıca, unudulmasın ki, Türkiyə, 150 ilə yaxın müddətdir -yaxşı və ya pis ”“ parlamentar  sistemlə yaşayan ölkədir. 150 illik parlament sisteminə söykənən bir konstitusiya mədəniyyətimiz var. İndi, birdən-birə, qəflətən, xüsusilə Konstitusiya dəyişiklikləri parlamentə gəlmədən əvvəl ictimaiyyət arasında müzakirə olunmadan, cəmiyyətin böyük əksəriyyətinin dəstəyi alınmadan, Konstitusiya mədəniyyətimizdə çox böyük bir radikal dəyişməyə, qırılmağa səbəb olacaq təklifi referenduma götürürük. Məncə, bu səhv olmuşdur.

- Bu çərçivədə sizi ən çox narahat edən mövzu nədir?

- Güner Toprak "Çarə Prezidentlikmi?" adlı kitabında yazdığı kimi, yaxın tarixdə parlamentar sistemdən prezident sisteminə keçən 8 ölkə var. Bunlar; Burundi, Qana, Əfqanıstan, Malavi, Nigeriya, Syerra Leone, Sudan və Zimbabvedir. Əfqanıstan xaric, yeddi ölkə Afrikadandır. Bu ölkələrdə orta hesabla adambaşına illik gəlir 1.150 ABŞ dollarıdır. Amma qəbul olunan prezidentlik sistemi onların iqtisadiyyatlarını inkişaf etdirməmişdir! Böyük əksəriyyəti də demokratik deyil. Bu xüsus istər-istəməz insanı narahat edir. İnsanı əsl düşündürən, narahat edən məsələ isə; bu gün dünyada prezidentlik üsulu ilə idarə olunan ölkələrdə siyasi sistemin ağırlıqlı olaraq federativ olmasıdır.  Zatən, prezidentlik sistemi federasiyalar üçün planlaşdırılmış və tətbiq olunmuş bir üsul-idarə kimi qarşımıza çıxır. Bunun ən real və əhəmiyyətli nümunəsi ABŞ prezidentlik sistemidir. ABŞ bir İngilis koloniyası idi. 1776-cı ildə 13 əyalət İngiltərədən ayrılıb, müstəqilliklərini elan etdi. Bu 13 müstəqil əyalət və ya dövlət, 1787 Konstitusiyası ilə prezident sistemini və federal quruluşu öz istəkləriylə qəbul edərək qurdular. Əyalətlərin müstəqilliklərini böyük ölçüdə qoruması ABŞ Konstitusiyasının ən təməl xüsuslarından birini meydana gətirdi.
- Bazar günü referenduma təqdim ediləcək Konstitusiya dəyişiklikləri ilə Türkiyənin dərhal federasiyaya çevrilə biləcəyini önə sürmək mümkünmü?

- Xeyr, bunu söyləyə bilmərik. Ancaq gətirilən prezidentlik sisteminin zamanla bu məsələni Türkiyənin gündəminə daşıya biləcəyini söyləyə bilərik. Mövcud 1982 Konstitusiyası Türkiyənin siyasi quruluşunu "unitar dövlət" olaraq təyin edib. Türkiyə, 1984-ci ildən bəri "etnik milliyyətçilik" istiqamətində hərəkət edən bir terror təşkilatı ilə mübarizə aparmaqdadır. Bu terror təşkilatı "cari siyasi həll” olaraq Türkiyədə federasiya quruluşunu hədəfləməkdədir. İraqda yaşananlara baxılsa, 2003-cü il sonrasında bu ölkədə qurulan sistem federasiya quruluşu təəssüratını yaranmaqdadır. Əvvəla, İraqın parçalanaraq müstəqil dövlətlərin qurulması müzakirələrinə hər gün daha çox şahid olmaqdayıq. Bu şərtlərdə Türkiyənin də federativ quruluşa çevrilməsinin onun bölünməsinə yol aça biləcəyini görməmək tarixi və bağışlanılmaz  səhv olar. Kimsə türk millətinin bütövlüyünü və ölkənin bölünməzliyini hər şeyin üzərində tutanlardan belə bir şeyi qəbul etməsini gözləməsin.

- Hörmətli prezidentin yerli rəhbərliklərə baxan baş müşaviri bunları söyləyir: "Konstitusiya dəyişikliyi ilə icra orqanlarında təkbaşçılıq təmin edildikdən sonra bunun şəhərlərin hamısında tətbiqinə keçilməlidir. Sonrakı mərhələdə isə şəhər rəhbərliklərinə yeni hökumət sisteminə uyğun bir şəxsiyyət qazandırılması istiqamətindəki tənzimləmələr aparılmalıdır". Bu mövzuda nə düşünürsünüz?

- Mətbuata yansıyanlardan aydın olduğu kimi baş müşavir Çindəki modeli bir nümunə olaraq araşdırmışdır. Onun bu mövzuda bir ifadəsi xeyli maraqlıdır: "Çin böyüyən və inkişaf edən şəhərlərinə yeni rəhbərlik modelləri tətbiq edir. Təhlükəsizlik qayğısıyla rəsmi açıqlamalar yüksək səslə dilə gətirilməsə belə, Türkiyə də bu prosesdən təsirlənir!..” Baş müşavirin toxunduğu Çin; 23 əyalət, 5 muxtar bölgə ilə 2 xüsusi statuslu əyalətdən meydana gəlir. Təbii, prezidentin baş müşavirinin bu açıqlamasının özü də federasiyaya isti baxdığını göstərir. Bu xüsus da prezidentlik sisteminin zamanla federasiya qurulmasına yol aça biləcəyinə dair duyulan narahatlıqları və ehtimalları gücləndirməkdədir.

- Konstitusiya dəyişiklik təkliflərində, birbaşa olmasa belə, bu mübahisələrlə paralellik ifadə edən bəzi xüsuslar varmı?

- Mövcud Konstitusiyanın 126-cı maddəsi "Mərkəzi İdarə"ylə əlaqədardır. Maddənin 3. bəndinin ikinci cümləsi belədir:
"Mərkəzi inzibati təşkilatın vəzifə və səlahiyyətləri qanunla tənzimlənir." 
Bu cümlə yeni təkliflə qüvvədən düşürülür. Maddəyə aşağıdakı bəndlər əlavə olunur:
"Mərkəzi inzibati mahiyyətli ictimai qurum və təşkilatlarının; quruluş, vəzifə, səlahiyyət və məsuliyyətləri Prezident Fərmanı ilə tənzimlənir."
Bu dəyişikliyə görə, prezident qərarnamələrlə istəsə, bir neçə əyaləti birləşdirə bilər. Təbii, bu tətbiq unitar dövlət quruluşunu ortadan qaldırmaz. Çünki, federasiyanın qurulmasında əyalətlərin öz icra, qanunverici və məhkəmə orqanları olmalıdır. Ancaq bu müddəlar əyalətlərin və federasiyanın formalaşması üçün bir alt bazisi meydana gətirə bilər. Bu da təhlükəli yolun başlanğıcı olar.

- Təkliflərlə Prezidentə verilən səlahiyyətlər mövzusunda nə düşünürsünüz?

- ABŞ Prezidentinə verilən səlahiyyətlərlə Konstitusiya dəyişikliyi ilə seçiləcək Türkiyə dövlət başçısına veriləcək səlahiyyətlərə baxılsa, soruşduğunuz sualın cavab daha yaxşı aydın olar. ABŞ başçısına Qanun verilən səlahiyyət sayı altıdır. Bunlar bu şəkildədir:
1. Beynəlxalq razılaşmaları imzalamaq.
2. səfirləri təyin etmək.
3. Ali Məhkəmə hakimlərini təyin etmək.
4. Konqresin qərarıyla yaradılan digər əhəmiyyətli federal subyektlərin üst səviyyəlı bürokratlarını təyin etmək.
5. Baş Komandanlıq vəzifəsini icra etmək.
6. Qanunlara veto qoymaq.
Ancaq ABŞ prezidenti bu səlahiyyətlərin heç birini təkbaşına həyata keçirə bilməz. Son dərəcə güclü və müstəqil olan Senat və Konqresin dəstəyini alması lazımdır. Məsələn; bu günə qədər ABŞ prezidentlərinin təyin etmək istədiyi federal hakimlərin az qala dörddə biri Senat tərəfindən rədd edilmişdir. Konstitusiya dəyişiklik təklifləri ilə Türkiyə Prezidentinə bütün ali dərəcəli idarəçiləri, nazirləri, səfirləri, Konstitusiya Məhkəməsinin üzvlərini və Hakim Prokuror Ali Qurumunun 13 üzvündən altısını təyinetmə səlahiyyəti verilir. Konstitusiya dəyişikliyi təklifləri Baş Komandanlığın TBMM-nin mənəvi varlığından ayrılmayacağı və Prezident tərəfindən təmsil ediləcəyi qanununu olduğu kimi qorumaqdadır. Ancaq Baş qərargah sədrinin vəzifə və səlahiyyətlərindən görə Prezident qarşısında məsul tutulmasıyla, Prezidentə sülh zamanında bir ölçüdə "təmsil" səlahiyyətinin fövqündə imtiyazlar verildiyi görülməkdədir. Prezidentə verilən səlahiyyətlər arasında "Türk Silahlı Qüvvələrindən istifadə edilməsinə qərar verir" xüsusu da var. Eyni səlahiyyət 1982 Konstitusiyasında eynilə yer almaqdadır. Ancaq Konstitusiyanın 92. maddəsi bu səlahiyyəti bir şərtə tabe tutur:
"TBMM tətildə və ya fasilədə ikən ölkənin ani bir silahlı hücuma məruz qalması və bu səbəbdən Silahlı Qüvvələrdən istifadə edilməsinə dərhal qərar verilməsinin qaçınılmaz olması halında..."
Yeni Konstitusiya dəyişiklik təklifləri ilə Prezidentə iki əhəmiyyətli səlahiyyət və imkan verilir. Prezidentinin partiyası ilə əlaqəsinin kəsilməsinə yönəlik tənzimləmənin ləğvi və buna qarşı möhkəm və qəti partiya intizamının var olacağı, yəni qorunacağı bir mühitdə "hakimiyyət bölgüsünə" və "nəzarət və balanslaşdırma" prosesinə Türkiyədə necə təminat veriləcək? ABŞ-dakı sistemdə belə bir xüsus yoxdur və yaşanmamışdır. ABŞ-da prezidentin Konqres seçkiləri keçirməsiylə bağlı bir səlahiyyətindən də söhbət gedə bilməz. Ölkəmizdəki Konstitusiya dəyişikliyiylə Prezidentə TBMM seçkiləri keçirməsinə qərarvermə səlahiyyəti verilir. Göründüyü kimi; Konstitusiya dəyişiklik təklifləri ilə Prezidentə verilən səlahiyyətlər -ki burada hamısına toxunulmamışdır- fövqəladədir. Məhz bu yerdə Mustafa Kamal Atatürkün bizlərə nəsihət ola biləcək, yol göstərəcək iki düşüncəsini xatırlatmaq faydalı olacaq. Birincisi nəsihət 24 Sentyabr 1924-cü il tarixində Samsunda söylədiyidir: "Hər hansı bir adamı istədiyiniz kimi sevə bilərsiniz. Lakin bu sevgi sizi, milli varlığınızı bütün sevgilerinizə baxmayaraq, hər hansı bir sevdiyinizə verməyə yönəltməməlidir".
İkinci düşüncəsini isə 1930-ci ildə Yalovada açıqlamışdır:
"Millətin şəxslərə, özünü unudacaq və özünü itirəcək qədər bağlanmış olması yaxşı nəticə verməz. Bunun tarixdə nümunələri çoxdur. "
Hər zaman sağlamfikirli hərəkət etdiyinə inandığım Uca Türk Milləti bu səfər də mütləq sağlamfikirli olaraq hərəkət edəcək. Türk Milləti yalnız ölkənin və millətin gələcəyini və yaxşılığını deyil, 2019-ci ildə seçiləcək prezidentinin də gələcəyini və yaxşılığını düşünərək, sağlamfikirli hərəkət edərək qərar verəcəkdir.


Ovqat.com
 
Oxşar xəbərlər
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 21:49
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri