Cəhənnəmdən keçmiş mələk ”“ Romandan parça (XX)
Avtobioqrafik roman
Müəllif:
BİRCƏ
Əvvəli
burada:
Romandan parça (IV)
Gözümü
açanda şər qarışırdı. Bibimin qayıtmadığını görüb kiçik əmim Cahangiri onun
dalınca göndərmişdilər. Bibim çıxılmaz haldaydı ”“ nə qala bilirdi, nə gedə
bilirdi. Qaynanamla məsləhətləşəndən sonra qərara gəldilər ki, Telli mama əmimə
qoşulub getsin. Qaynanam əminliklə bildirdi ki, sabaha kimi onsuz da hər şey
qaydasına düşəcək, bibimə tapşırdı ki, sabah bizimkilər üçgünlüyə gəlsinlər.
Bibim
məni qoyub gedə bilmirdi, heç mən də onun getməsini istəmirdim, elə bilirdim
getsə, mən tanımadığım bu qərib yerdə lap köməksiz, lap çarəsiz qalaram. Özümü
atılmış, ortalıqda qalmış kimsəsiz kimi hiss eləyirdim. Pəncərədən gizli-gizli
əmimə baxdım, ancaq çıxıb onunla görüşməyə utandım. Bibim də razı olmadı
çıxmağıma. Ona çox yalvardım ki, getməsin, bir bəhanə tapıb yanımda qalsın. O
da “darıxma, sabah gələcəm” deyib məni sakitləşdirməyə çalışdı, sonra yenə məni
bağrına basıb, qapını arxasınca örtüb getdi.
Çarpayının
üstündə dizlərimi qucaqlayıb uşaq kimi hönkür-hönkür ağlayırdım. Gözüm
pəncərəni deşib, göyə dən kimi səpilmiş saysız- hesabsız ulduzları sanayırdı.
Xəyalımda ulduzları gəzdikcə lap kövrəlirdim, elə bilirdim mənim Ağ Atlı
Oğlanım o ulduzların hansındasa divlərin, pərilərin əsiridi, ona görə gəlib
məni alıb apara bilmir.
Qaynanam
ayaqlarını döşəməyə çırpa-çırpa sinidə mənə yemək gətirdi. Çox utandım ”“ xəstə
yatdığım vaxtları saymasaq, heç vaxt belə nəvaziş görməmişdim. Düzü, mən
yeməkdən çox su istəyirdim, ancaq qaynanama bunu deməyə üzüm gəlmədi, bu, lap
ağını çıxarmaq olardı. Arvad içəridən çıxandan sonra durub siniyə lap
yaxınlaşdım ki, bəlkə yeməyin iyi məni vura, iştaham açıla. Di gəl, boşqab
dolusu kələm dolmasının iyi burnuma dəyən kimi yenə ürəyim bulandı.
Nə
qədər belə qaldım, bilmirəm. Qapı yenə cırıldadı (otağımızın qapısı zəhlətökən
cırıltıyla açılırdı), bildim gələn Emindi. Üzümü divara çevirib gözlərimi
bərk-bərk yummuşdum ki, elə bilsin yatmışam. Qapı bir də cırıldayanda başımı
ehmalca qaldırıb oğrun-oğrun o yana baxdım: Emin yemək dolu sinini götürüb
apardı. Tezcə yerimdən atılıb çarpayıdan yerə düşdüm, xonçaların birindən bir
şəkərbura götürüb bircə dişlək almışdım, qapı yenə cırıldadı. Əlimdəki
şəkərburanı qucağıma atıb əllərimlə ağzımı qapadım, elə bildim oğurluq üstündə
tutdular məni. Emin yaxınlaşıb əllərimi üzümdən götürdü, əvvəlcə ovurdlarımı
sıxıb ağzıma baxdı, sonra ətəyimdəki dişlənmiş şəkərburanı götürüb bayıra
çıxdı. Qapının o üzündə onun nə dediyini aydın eşitdim:
”“
Özünü öldürürsən ki, gəlin heç nə yemir. Bax, bu da yediyi şəkərbura”¦
Yer
yarılsaydı, yerə gırərdim. Qulaqlarım uğuldadı: bu, mənə necə ər olacaqdı, aman
Allahım! Emin otağa qayıdanda mən çeynəyib udmağa macal tapmadığım dişləyimi
ağzımdan çıxarıb masanın üstünə qoydum. O, çeynənməmiş tikəni süzüb əyri-əyri
mənə baxdı:
”“
Rədd ol o tərəfə, yatıram!
Sevincək
yatağın üstündən sıçrayıb çarpayının örtüyünü götürdüm, qatlayıb kürsünün
üstünə atdım. Onun yatacağını rahatlayıb bir qırağa çəkildim. Emin mənə sarı
gözünün ucuyla da baxmadan soyunub yerinə girdi. Mən dərindən nəfəs alıb özümü
kürsünün üstünə yıxdım ”“ bu axşam ondan canımı belə rahatlıqla qurtardığıma
inana bilmirdim. Düzü, indi mən özüm də bu işin bitməyini istəyirdim ”“ o boyda
kişini el içində başıaşağı eləməyim çox da ürəyimcə deyildi, vicdanım məni
incitməyə başlamışdı.
Emin
yatağa girən kimi Gülsərən hoppanıb çarpayıya çıxdı, mənim yastığımın üstünə
qonub Eminlə burun-buruna dayandı. Emin mənim qusmağımdan iyrənəndə üzündə
hansı ifadə vardısa, həmin ifadəylə də pişiyə baxırdı.
”“
Dur bunu burdan rədd elə, ”“ deyib yazıq heyvana elə bir təpik vurdu ki, pişik
düz qapının ağzında bənd aldı. Bu yad evdə mənim tək pasibanım çaş-baş qalıb
özünü qucağıma atdı. Eminin bu hərəkəti bayaqdan içimi oyan peşmançılıq
duyğusunun üstündən qalın bir xətt çəkdi. Onsuz da dünəndən bəri bu evdə bir
kimsə Gülsərənə xoş üz göstərməmişdi, bu da lap gül vurdu. Yorğanı başına
çəkəndən az sonra Eminin xorultusu otağı götürdü. Mən nazlı pişiyimi qucağıma
alıb kürsüdə otura qaldım.
***
O
gecə özüm özümə uzun bir hesabat verdim. Uşaqlığımdan, yeniyetməliyimdən bəri
yaşadıqlarım kino lenti kimi gözlərimin qarşısından keçdi. Bu müddətdə insana
xas hər duyğu dolub-boşaldı içimə ”“ təkcə şəhvətdən, ehtirasdan başqa. Yazın
soyuq gecəsi canımı üşütməyə başlayanda Gülsərəni oturduğum kürsünün üstünə
qoydum, özüm də elə paltarlıca çarpayının boş qalan tayına ”“ üzüm Eminin
kürəyinə doğru yatağa uzandım. Ona baxa-baxa düşündüm: atam mənə “səni mahalın
ən gözəl oğlanına verirəm” deyirdi; o gözəl, o yaxşı oğlan bu idimi, görəsən?..
Uzaqda
itlər hürüşür, qurbağalar quruldaşır, bir at kişnəyirdi. Gözümə yuxu getmirdi.
Bir istədim mahalın ən gözəl oğlanını arxadan bərk-bərk qucaqlayım, üzümü onun
kürəyinə söykəyim, döşlərimi onun belinə sürtüm. Ancaq şəkərbura məsələsi
yadıma düşən kimi ürəyimdən keçənləri başımdan qovub, çarpayının ortasında bir
az da büzüşdüm. Çox ehtiyatla, qorxa-qorxa tərpənirdim, elə bilirdim ona
toxunsam, yenə durub məni əzik-əzik eləyəcək.
Gözlərim
tavanda, fikrim çox-çox uzaqlardaydı. İstəyirdim Kimsə o tavanı deşib qadir
əlləriylə məni bu yataqdan alıb götürsün, o Kimsənin ovcunun içində göylərə
çəkilim. Səni istəyirdim, Dostum, Səni. Sənsə gəlmirdin, gəlmək bilmirdin, ey
qəlbimin Kimsənəsi, gəlmirdin”¦
Mən
göyün üzündə bir qanadlı at axtarmaqdaykən birdən Emin yuxulu-yuxulu mənə sarı
çevrildi, ayağının birini üstümdən o biri tərəfə aşırdı. Sonra mənim arıq,
cansız bədənimi qollarının, ayaqlarımı da ayaqlarının arasına aldı. Mən
nəfəsimi içimə çəkib qımıldanmadım. Emin ağzını kürəyimə söykəyib elə o dəqiqəcə
xoruldamağa başladı. Onun nəfəsi qulaqlarımı yalayıb keçirdi, mənsə meyit kimi
tərpənməz qalmışdım, qorxurdum oyaq olduğumdan duyuq düşüb yenə mənə hücum
çəkər. Onun bədəninin, nəfəsinin istisi məni bişirirdi, boğulurdum, ancaq yenə
tərpənmirdim.
O,
yuxuda yorulub özxoşuna məni buraxana qədər beləcə qaldıq. Sonra qəfil çevrilib
məni necə qucaqlamışdısa, elə o sayaq da buraxıb o biri böyrü üstə çöndü. Elə
bildim üstümdən ağır bir yük götürüldü. Dərindən nəfəs alıb yerimi rahatlayanda
artıq dan yeri sökülürdü.
Hava
işıqlananda məni yuxu apardı. Nə qədər yatmışdım, bilmirəm, bir də sinəmə
çökmüş qəribə ağırlıqdan gözümü açdım. Baxışlarımı yan-yörəyə hərlədim ”“ enli
çarpayının üstündə tək uzanmışdım. Gülsərən atılıb sinəmə çıxmışdı. Eminin
durub getdiyindən xəbərim olmamışdı. Qalxıb oturdum. Acından ölürdüm, bir
yandan da ayaqyoluna getmək istəyirdim, ancaq bayıra çıxa bilmirdim. Gözüm
qapıdaydı, gözləyirdim kimsə gəlib məni yeməyə dəvət eləsin, ya bir adla bayıra
çağırsın. Heç kim gəlmirdi. Həyətdəki səs-küyü eşitməsəydim, elə bilərdim bu
evdə məndən başqa bir inni-cinni yoxdu.
Mən
qarışıq duyğuların arasında vurnuxmaqdaykən birdən böyük qaynımın az qala
hamısı bir boyda olan dörd uşağından biri içəri girdi. Uşağın əlində yaxşı bir
dürmək vardı. Üz-gözü kirin-pasağın içində olan bu toppuş oğlan dürməyini
masanın üstünə qoyub otaqdakı alabəzək xonçaları dartışdırmağa başladı. Mən
sinidən bir ovuc konfet götürüb uşağın əllərini, ciblərini şirniylə doldurdum.
Oğlanın başı konfetə qarışanda dürməkdən yekə bir dişlək aldım. Arası pendirlə
dolu yuxa mənə o qədər dadlı gəldi, bir göz qırpımında dürməyi aşırdım. Uşaq
bir-iki konfet yeyəndən sonra başladı dürməyini axtarmağa. Ora-bura baxıb
dürməyi tapmayanda bir qara-qışqırıq saldı, gəl görəsən. Xəcalətdən pörtüb
qızardım, evdəkilər duyuq düşməmiş balaca yaramazı kiritməyə çalışdım, ona nə
qədər bəzəkli şeylər verdimsə, sakitləşmədi. Bağıra-bağıra eşiyə qaçdı ki, bəs
gəlin dürməyimi yedi.
Məni
yenə oğurluq üstündə tutdular. Eltim, baldızım içəri girəndə üz-gözüm alışıb
yanırdı. Daha olan olmuşdu, dürməyin yeyildiyini danmağın yeri yoxuydu.
Vəziyyətdən çıxmaq üçün bircə bunu tapıb deyə bildim ki, dürməyi pişik yeyib.
Uşaq qucağında qapıdan boylanan Emin bircə kəlmə “yazıq pişik” deyib qapını
örtəndə mən lap yerə keçdim, bilmədim başımı hara soxum məni görən olmasın.
Bu
arada qaynatam da səsə içəri girmişdi ”“ kişi çox sanballı, adlı-sanlı kişiydi,
özünün də, əvvəl dediyim kimi, uzaqdan-uzağa atama qohumluğu çatırdı. Başıma
yığılmış qanmaz arvadların əlindən də məni o kişi aldı ”“ irəli yeriyib
qucaqladı məni, alnımdan öpdü, biləyimə qədimi bir saat bağladı, sonra da
qolumdan tutub məni bayıra çıxardı:
”“
Get sən də qoşul o qız-gəlinə, ”“ dedi, ”“ bəsdi bu qaranlıqda qaldığın.
Üstümdən
dağ götürüldü. Həyətdəki arvadlar məni görcək qucaqlayıb öpməyə başladılar,
hərəsi mənə bir bəxşiş verdi ”“ kimisi bir kəsik parça, kimisi ətir, kimisi
yaylıq”¦ Bəxşişə-filana baxası halda deyildim, tez özümü tualetə atdım. Sonra
üz-gözümü yuyub arındım, arvadlara qoşulub bir xeyli iş gördüm. Qaynanam
həyətdə çox görünməyimə razı olmadı, məni yenidən otağıma yolladı:
”“
Hərədə bir ağırlıq var, ”“ dedi, ”“ təzə gəlinsən, kimsə üstünə həmzat tökər.
“Həmzat”
deyilən şeyin də mənası budu: guya uşağı olmayan hansısa qadın təzə gəlinin
yanına gəlsə, ağırlığını onun üstünə tökər; sonra da həmən qısır qadın doğar,
ağırlıq qalar təzə gəlinin canında.
***
Yenə
Gülsərənlə baş-başa qaldım. Günortaya yaxın bizimkilər də gəldilər ”“ bibim,
əmim arvadları, xalam, anamın əmisi qızları, qonşular, gəlinlərimiz”¦ Hamıdan
qabaq bibim özünü atdı üstümə, iki daşın arasında qulağıma həyəcanla
pıçıldayıb, bir dəyişiklik olub-olmadığını soruşdu. Mən olanı deyəndə Telli
mamanın gülüşü üzündə qurudu.
Gələnlər
məni öpüb bir-birinə ötürdükcə gözüm qapıda qalmışdı: anamı gözləyirdim. Özümə
söz vermişdim ki, o, içəri girəndə üstünə atılacam, qucaqlayıb üz-gözündən
öpəcəm. Gəlinlər dedilər anam gətirdiyi hədiyyələri, yeməkləri qaynanama təhvil
verdiyinə görə ləngiyir.
Adətə
görə, təzə gəlinin anası duvaqqapma günü qızı köçdüyü ocağa cürbəcür yeməklər,
şirniyyatlar, üstəlik, oğlan evinin adamlarına hədiyyələr gətirməliydi. Bu
adətə layiqincə əməl olunmasaydı, getdiyi ailədə o qızın gününü qara
eləyərdilər, qaynanası, baldızı illər uzunu bunu gəlinin başına vurardılar.
Anam
mənim otağıma çox gec gəlib çıxdı. Mən bacılarımı aralayıb qollarımı açdım,
gülə-gülə ona sarı yeridim. Anama çatmağa bir addım qalmış gözlərimdən od
parladı. Əvvəl-əvvəl mənə nə olduğunu anışdıra bilmədim, sifətimi tutan ikinci
şillədən sonra nə baş verdiyini anladım. Yanağıma köz basdılar elə bil. Başımı
qaldırıb onun gözlərinə baxanda anam qəzəblə bağırdı:
”“
Nə konsert verirsən burda!
Dizlərim
qatlandı, belim qırıldı. Kiçik bacım qaçıb anamı qucaqladı, qollarından tutub
sakitləşdirməyə çalışdı. Mən bir az da anamın sinəsinə yeridim, dedim qoy
vursun, hikkəsi tökülsün. Başımı bir də qaldıranda gözüm mərdimazar xalamın
gözləriylə toqquşdu. Bu da məni lap pərt elədi, dinməzcə kürsüyə çökdüm.
Bundan
sonra nə cür davranmalı olduğumu kəsdirə bilmirdim. 23 yaşımın tamam olmasından
az qala iki ay keçmişdi, ancaq anamın gözündə 23 qəpiklik dəyərim yoxuydu. Bu
hikkə torbası burda da məni rahat buraxmadı, yaxınlı-yadlı bir belə adamın
içində alçaltdı məni. Axı mən nə böyük günah eləmişdim?! Niyə bir nəslin
adı-sanı, namusu-qeyrəti mənim paçamın arasında girov qalmışdı?! Onsuz da
iş-işdən keçmişdi, bu iş onsuz da olasıydı ”“ bir gün tez, bir gün gec. Bundan
ötrü nəsillər, tayfalar ayaq üstəmi qalmalı, cəngəmi çıxmalıydı?..
”¦Elə
o gündən bizim ana-bala münasibətimizə son qoyuldu, Dostum. O-bu, münasibətimiz
düzəlmədi”¦
Arvadlar,
gəlinlər, qızlar həyətdəki toy mağarına yığışdılar. Kiçik bacımla mən otaqda
üz-üzə qaldıq ”“ o mənə baxıb ağladı, mən ona. Mağardakılar atam evindən
gətirilənləri yeyib içdilər. Adətə görə, sonda mən yenidən gəlinlik paltarımı
geyinib mağara getməliydim. Di gəl, ağlamaqdan özümü toplaya bilmirdim ki, həyətə
düşüb mərasimi başa çatdırım. Gəlinlərimizin, bibimin yalvarışları handan-hana
mənə əsər elədi. Bəlli ki, o mağara anama görə girmək istəmirdim. Mənim hələ də
qadın olmadığımı qaynanam hamıdan, hətta bacılarından da gizləmişdi.
Məni
geyindirdilər, örpəyimi başıma salıb cavanlı-qocalı arvadlarla dolu mağara
apardılar. Hamı “üzün ağ olsun, səni xoşbəxt olasan, yarıyanlardan olasan” kimi
sözlərlə mənə xeyir-dua verirdi. Dürməyini yediyim burnu fırtıqlı qaynım oğlu
örpəyimi qaçırdı, anam onun nəmərini verib örpəyi mənə qaytardı ”“ adət beləydi.
Sonra
anam mənə bir qızıl bəxşiş verməliydi. Bilirdim ki, qalxıb özü verməyəcək
hədiyyəsini, ona görə də örpəyi alan kimi çevrilib mağardan çıxdım. Tezcə
otağıma qayıdıb gəlinlik kəfənimdən azad olmaq istəyirdim ”“ anam məni
şillələyəndən sonra o dona da, örpəyə də ikrahla baxırdım.
Məclis
başa catdı. Qohumlarımız gətirdikləri hədiyyələri bir-bir mənə bağışlayandan
sonra üzümdən-gözümdən öpüb çıxdılar. Anamsa mənə yaxın da gəlmədi. Axırda
kiçik bacımla bibim çıxdı içəridən, ikisi də ağlaya-ağlaya.
Sonuncu
maşın darvazanı geridə qoyanda mən onun dalınca baxa-baxa hönkürürdüm ”“ anamın
əmriylə bacım məndən xəlvət bu yad ocaqda tək həyanım Gülsərəni də aparmışdı.
(Ardı
var)
Mənbə:
Kulis.az








