Xəbər lenti
21/07/2019 [11:00]:
İran hökuməti hicabın aqressiv təbliğatına başlayıb – FOTO
21/07/2019 [10:53]:
Türkiyə İraqda PKK-nın daha 3 terrorçusunu məhv etdi
21/07/2019 [10:45]:
Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkiləri üzrə səsvermə başlayıb
21/07/2019 [10:43]:
Qərbi Afrika sahillərində Ukrayna gəmisində yanğın oldu
21/07/2019 [10:29]:
"Haram yeyən ibadətdən ləzzət ala bilməz və ibadəti qəbul olunmaz..."
21/07/2019 [10:18]:
Rusiya Avropanı gözlənilmədən vura bilər - ŞOK İDDİA
21/07/2019 [10:15]:
Bakıda 5 nəfər köməksiz vəziyyətdə qaldı
21/07/2019 [10:12]:
Dizlərim, belim ağrıyır, təzyiqim olur, istəyirəm bu problemlərə görə arıqlayım"
21/07/2019 [10:12]:
İnsanı ağıllı edən 3 sadə hobbi
21/07/2019 [10:10]:
Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu
21/07/2019 [09:56]:
Nəzarətsiz ərazidə çimən 9 nəfər xilas olundu
21/07/2019 [09:54]:
"Qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də, qəssab onun bu naləsinə baxmaz..."
21/07/2019 [09:42]:
Aslının evində toy oldu - FOTOLAR
21/07/2019 [09:37]:
Xaçmaz pomidoru bol olacaq - Yaxın günlərdə Bakı bazarlarında
21/07/2019 [09:31]:
Bərdədə ticarət obyektlərində yanğın oldu
21/07/2019 [09:26]:
“Danas”a görə Yaponiyada 110 min insan təxliyyə olunur
21/07/2019 [09:20]:
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
21/07/2019 [09:20]:
NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırdı
21/07/2019 [09:17]:
Gürcüstanda polislə oğrular arasında atışma oldu
21/07/2019 [09:15]:
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başladı
21/07/2019 [09:12]:
"Qəbələ” ilkin sifariş vərəqini UEFA-ya təqdim etdi
21/07/2019 [09:09]:
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21/07/2019 [08:57]:
"Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır" - Nobel mükafatçısı
21/07/2019 [08:43]:
“Ruhumuz da, qanımız da, canımız, varlığımız da eynidir” - FOTO
21/07/2019 [08:38]:
Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək
21/07/2019 [08:37]:
Rusiyada daşqın zonasında 8 nəfər itkin düşdü
21/07/2019 [08:31]:
Şeron Stoun özünü şahzadə Diana ilə müqayisə etdi
21/07/2019 [08:25]:
“Volvo” 500 min avtomobilini geri çağırdı
21/07/2019 [08:20]:
Angela Merkelin gəlirləri açıqlandı
21/07/2019 [08:19]:
Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi - FOTOLAR
21/07/2019 [01:09]:
Hindistanda üçbaşlı uşaq dünyaya gəldi - FOTO
21/07/2019 [00:17]:
Məşhur dizaynerin gəlininin 96 minlik gəlinliyi - FOTOLAR
21/07/2019 [00:11]:
Bakıda restoranda kütləvi dava oldu - FOTO
21/07/2019 [00:08]:
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
21/07/2019 [00:00]:
Nil Armstronqun Ayda çəkilən bu görüntüləri 50 il sonra üzə çıxdı - FOTOLAR
20/07/2019 [23:46]:
İstanbulda yaxta belə alovlandı - VİDEO
20/07/2019 [23:44]:
Kişi və qadın arasında yaş fərqi - Nəhayət açıqlandı
20/07/2019 [23:39]:
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
20/07/2019 [23:27]:
Rüfət Aslanlının Türkiyədəki dəbdəbəli həyat tərzi, İstanbul keyfi... - FOTO+VİDEO
20/07/2019 [23:27]:
Şumerlərin türk mənşəli olmasını sübuta yetirmiş ilk ekspedisiya
20/07/2019 [23:21]:
İstanbulda əməliyyat: 217 cinayətkar saxlanıldı
20/07/2019 [23:16]:
Cənubi Asiyada musson yağışlar nəticəsində ölənlərin sayı 152-ə çatdı
20/07/2019 [22:58]:
Tovuzda gənc oğlan dönərdən zəhərləndi
20/07/2019 [22:15]:
Yevlaxda minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var
20/07/2019 [22:09]:
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
20/07/2019 [21:55]:
Anası tərəfindən şiddət görən uşaq evdən qaçdı - FOTO
20/07/2019 [21:43]:
Cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar - FOTO
20/07/2019 [21:39]:
Rəşad Dağlı “bıçaqladığı” həmkarı ilə - FOTO
20/07/2019 [21:26]:
2 lal-kardan cavab ala bilməyən dağıstanlı onları bıçaqladı - VİDEO
20/07/2019 [21:21]:
Britaniya tankerinin ələ keçirilməsinin kadrları yayımlandı - VİDEO
20/07/2019 [21:01]:
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
20/07/2019 [20:52]:
ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoydu
20/07/2019 [20:40]:
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
20/07/2019 [20:35]:
Əfqanıstanda 14 "taliban"çı öldürüldü
20/07/2019 [20:29]:
92 il sonra Qafqaz dağlarında ilk zubrlar göründü: Onlara İsmayıllıda baxa bilərsiniz - FOTO
20/07/2019 [20:15]:
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 2 273 nəfərin elektron ərizəsi təsdiqləndi
20/07/2019 [20:05]:
Brilliant Rozanı təkrarladı - VİDEO
20/07/2019 [20:00]:
Parisin ən böyük ticarət mərkəzinə basqın
20/07/2019 [19:58]:
Ərdoğandan dünyaya mesaj: "45 il öncə etdiyimizi bu gün də edərəm"
20/07/2019 [19:54]:
Çində dəhşətli partlayış - 12 ölü, 13 yaralı -VİDEO
20/07/2019 [19:30]:
71 il birlikdə yaşayan cütlük eyni gündə vəfat etdi
20/07/2019 [19:09]:
“Oğlumun mənə baxışlarını görəndə daha da qürurlanıram”
20/07/2019 [19:09]:
Bakıda atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı
20/07/2019 [19:08]:
İrəvanın "ağ soyqırım" siyasəti: Aysorlara məxsus kilsələr zəbt edilir
20/07/2019 [19:05]:
“Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi - “onu mənə gətirin”
20/07/2019 [19:05]:
Qazaxıstanda poliqonda partlayış olub, yaralananlar var
20/07/2019 [19:03]:
Zidan Poqbanın transferindən danışdı
20/07/2019 [18:53]:
"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi yeni layihə həyata keçirir
20/07/2019 [18:40]:
“Hər bir insanın orqanizmində xərçəngə çevrilə biləcək hüceyrələr var, ancaq..."
20/07/2019 [18:37]:
Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır
20/07/2019 [18:36]:
Bakıda tibb mərkəzi cərimələndi
20/07/2019 [18:29]:
Bakıda “avtoşluq” edən sürücü həbs olundu - VİDEO
20/07/2019 [18:22]:
Qılıncoynadanımız dünya çempionatının 1/8 finalında - VİDEO
20/07/2019 [18:17]:
Bakı-2019-un açılış mərasiminə bilet alanların daşınması üçün marşrut xətti ayrılıb
20/07/2019 [18:15]:
Moskvanın mərkəzində 12 min nəfərin iştirakı ilə mitinq keçirilir
20/07/2019 [18:09]:
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
20/07/2019 [18:02]:
Türkiyə diplomatını öldürən terrorçu ələ keçdi - Deputatın qardaşıdır
20/07/2019 [17:42]:
Aparıcı Lalə Azərtaşın qızı ilə bağlı inanılmaz olay - FOTO
20/07/2019 [17:37]:
İranlı nazir: "Britaniya gəmisi beynəlxalq qanunlara uyğun saxlanılıb"
20/07/2019 [17:35]:
Şaman ənənələri ilə hazırlanan müsəlman qırğız qəbirləri - MARAQLI...
Bütün arxiv bir sırada
27/03/2017 [09:22] - Köşə - ( 3498 dəfə baxılıb)

"Sahibkarlar ölkəni kütləvi şəkildə tərk edə bilərlər"

Elçin Qurbanov



Vergi Məcəlləsinə son dəyişikliklər şəffaflıq üçün şərait yaratsa da, qanunda birbaşa nəzərdə tutulmayan normalar, dolayı yolla sanksiyalaşdırmaq mexanizmi  iqtisadi fəaliyyəti sıradan çıxara bilər. Buna ən bariz misal kimi, Vergi Məcəlləsinin 58-ci maddəsini göstərmək olar. Maddənin  58.7-1. bəndində qeyd edilir:

“Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”.  

Müddəanın məzmunu sahibkarın sərəncamçısı olduğu hesablardan pul vəsaitlərinin nağdlaşdırılmasının məhdudlaşdırılması kimi təfsir edilə bilməz.
Məcəllənin digər maddəsi - 220.12. maddəyə əsasən:  “Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır”. 
Məzmunu: vergi ödəyicilərinin sərəncamçısı olduğu hesablardan pul vəsaitlərini nağdlaşdırmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş veri ödəyəcəkləri təsbit edilmişdir. Lakin Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı bankların öz müştərilərinə ay ərzində 15 min və ya 30 min manat nağdlaşdırma limiti qoyur. Bunun isə əslində heç bir hüquqi əsası yoxdur. Vergi ödəyicisi onsuz da öz hesabından çıxaracağı pul vəsaitlərinə görə əlavə olaraq 1 faiz sadələşdirilmiş  vergi ödəməli olur. Nağdlaşdırma əməliyyatı vergiyə cəlb olunduğu üçün vergi tutulan əməliyyat kimi xarakterizə olunur.
Lakin müddəanın “malı , işi , xidməti  təqdim edən vergi ödəyicisinə” kimi təsbit edilmiş məzmununda pul vəsaitlərini nağdlaşdıran vergi ödəyicisi nəzərdə tutulmur. Yəni belə əməliyyat maddənin məqsədləri üçün müzakirə predmeti deyil. Ümumiyyətlə, vergi tətbiq olunan əməliyyatların subyektinin hesablarına bu şəkildə müddətli həbsin qoyulması hüquqa ziddir.
Pul vəsaitləri sahibkarın aktivlərindəndir. Aktivlərin yaranma mənbəyi öhdəliklərin də yaranma mənbəyi ola bilir. Məsələn : İşi , xidməti, malı təqdim etməli olan şəxsin hesabına pul vəsaitinin daxil olması həm aktivin artması, həm də öhdəliyin artmasına səbəb olur.  Oxşar hallar “bitməmiş istehsal” kimi də xarakterizə edilir. Əgər aktiv və öhdəliklərin uçotu aparılırsa və bu əməliyyatlar sənədləşdirilirsə belə, məhdudiyyətlərin yaradılması yalnız sahibkarları ölkədən qaçmağa məcbur edə bilər. 
Dünyanın ən bahalı bank xidmətləri bizim ölkədədir. Sahibkar öz pulunu şəxsi məqsədləri üçün nağdlaşdıra bilmirsə, onun hesabı həbs olunmuş kimi qiymətləndirilir. Üstəlik, bu, paralel olaraq vergi borclarının kameral qaydada hesablanmış vergi məbləğlərinin qanunsuz hesablanmış hissəsinin belə, maneəsiz tutulmasına şərait yaradacaq və böyük narazılıqlara yol açacaq. Sahibkarlar isə qeyri-ixtiyari olaraq daha azad sahibkarlıq mühiti olan ölkələrə üz tutacaqlar. Prinsipcə, bu, artıq baş verir. Hesab edirəm ki, dövlət belə məhdudiyyətləri tezliklə aradan qaldırmalıdır.
 Digər müzakirə subyekti Vergi Məcəlləsinin 58.8.2. maddəsində malların alışını və ya mədaxilini təsdiq edən 58.8-ci maddədə nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda ”“ alıcıya təqvim ili ərzində bu cür hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi  miqdarında maliyyə sanksiyasının tətbiqinin məqsədi və şəffaflığın yaradılması ilə bağlıdır.

Bu necə olmalıdır və nə etmək lazımdır?

 
Verg ödəyicisi olan sahibkar əvvəlcə aldığı mallara görə heç bir sənəd almamışdırsa,  bu o demək deyil ki, sahibliyində olan malların sənədləşdirilməsi mümkün deyil.  Bu məsələ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16. 07. 2013 tarixdə  Q-17 saylı Qərar-ı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” əsasında tənzimlənməlidir. Sahibkar buna ixtisaslaşdırılmış quruma - Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət etməklə inventarizasiyanın aparılmasına, aktiv və öhdəliklərin faktiki vəziyyətinin müəyyən edilməsinə, müvafiq hesablarda əks olunmasına nail ola bilərlər.

Gəlin, fikrimizi daha aydın şəkildə izah etməyə çalışaq:

 Hər bir vicdanlı auditor iltizamnamə imzalandıqdan sonra inventarizasiya hərəkətləri zamanı (ola bilər yaradılmış komissiya üzvləri tərəfindən) uçotda olmayan aktivlərin və öhdəliklərin inventarizasiyasını müvafiq aktla sənədləşdirməlidir. Bundan sonra inventarizasiya hərəkətlərini icra edən auditor (komissiya) uçotda olmayan aktiv və öhdəlikləri  bütün xarakteristikası göstərilməklə, bazar qiymətlərinə uyğun qiymətləndirərək, uçot kitablarına daxil etməli ( yoxdursa yaradılmalı) və mühasibat uçotu subyektinin balansına daxil olunması üçün auditor tərəfindən yazılı tövsiyyələr edilməlidir.
Sahibkarlıq subyektində sadələşdirilmiş uçotun qurulması qaydaları əsas götürülməklə auditor rəyi almış şəxs nəticələri vergi hesabatlarına dəqiqləşdirilmiş hesabat verməklə daxil edilir. Bu iş sahibkarın razılığına əsasən, bilavasitə auditor tərəfindən həyata keçirilə bilər. Vicdanlı auditor rəyi almış sahibkar təsərrüfat fəaliyyəti barədə məlumatları tam şəkildə vergi bazasında əks etdirdikdən sonra yaranma ardıcıllığı üzrə iqtisadi hadisələrin nəticələri sənədləşdirilmiş məlumatlar əsasında davam etdirilməlidir. Yəni vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlər (əmlakın uçot kartları, aktivlərin uçot kitabları) işlənməli və müvafiq hesablarda əksini tapmalıdır. Bu zaman vergi ödəyicisinin uçot məlumatları sağlamlaşdırılmış olur. Vergidən yayınma riskləri isə demək olar ki, tamamilə aradan qaldırılır.

 Bəs, fors major halları necə yaranır?

 
 Sahibkar müəyyən səbəblərdən fəaliyyətini müvəqqəti dayandıra və ya birdəfəlik ləğv edə bilər. Bu zaman sahibkarın sənədləşdirilmiş məlumatlar əsasında elektron bazasında (hesabatlarında) əksini tapmış mal qalığı və öhdəlikləri olur. Ona görə də vergi ödəyicisinin sahibliyində qalan aktiv və öhdəliklərin hərəkəti və nəticəsi üzrə məsuliyyət tamalanmamış sayılır. Sahibkar bütün öhdəliklərdən azad olması üçün sahib olduğu malları gələcək dövrün öhdəliklərilə birgə başqa bir şəxsə aldığı qiymətə təqdim edə, eyni zamanda sata, saxlaya bilər, sıradan çıxmış, vaxtı bitmiş, istehlak üçün yararsız  mallar isə ixtisaslaşdırılmış qurumun və yaradılmış komissiyanın iştirakı ilə müvafiq qaydada sənədləşdirildikdən sonra ləğv edilə bilər və .s. Bütün bunlar şəffalığın təmin edilməsi, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən sahibkarların isə bu günə qədər rastlaşmadığı prosedurlardır.
Qeyd etmək yerinə düşərdi ki, aktiv və öhdəliklərə aid uçot məlumatlarının dürüstləşdirilməsi üçün Vergilər Nazirliyi VM-in 58.8. maddəsinin tələblərini, həmçinin yuxarıda sözügedən şəffaflığın təmin edilməsi məqsədilə VM-in 218.1.2. maddəsi ilə müəyyən edilmiş ( 6 və 8 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləri) vergi ödəyicilərinin rüblük sadələşdirilmiş hesabatlarına əlavələr ( məsələn: əlavə 1) tətbiq etməlidir ki, malların alışı, aktivlər, öhdəliklər, kapital və ehtiyyatlar , həmçinin müvafiq dövr ərzində baş vermiş bütün iqtisadi hadisələrin nəticələri üzrə məlumatların uyğunluğu təmin olunsun.
Əslində isə şəffaflığı təmin etmək mümkündürsə, nağd pul vəsaitlərinin ölkə ərazisində maneəsiz hərəkətini məhdudlaşdırmağa heç bir lüzum qalmır. Doğrudur, külli miqdarda pul vəsaitlərinin ölkə hüdudlarından kənara çıxarılması, pulun dövriyyədən kənarlaşdırılması ( yığılması) təqdir olunan hadisə deyil. Məlumdur ki, pulun hərəkətsiz qalması iqtisadi cəhətdən əlverişsizdir. Pul dövriyyədən yayındırılırsa, deməli, sağlam mühit yoxdur. Heç kəs iqtisadi mühitə etibar etmir və investisiya yatırımları üçün risklər çox böyükdür.
Bir tərəfdən isə ölkə daxilində nağd pulun dövriyyəsini məhdudlaşdırmaq bu riskləri daha da artırır. Bunun anlaşılması isə pul mülkiyyəti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasıdır. Ã–z pul vəsaitlərini nağdalaşdırdığına görə vergi ödəyən sahibkarların belə, ödənişi etdikdən sonra da məhdudiyyətlərlə qarşılaşması, cərimələnəcəkləri kimi süni tədbirlər onları aktiv iqtisadi fəaliyyətdən çəkindirəcək. Nəticədə isə iqtisadiyyatın sıradan çıxması şərtləndiriləcək.
Əgər biz ölkəni vahid pul kisəsi kimi təsvir etsək, bunu daha çılpaq şəkildə görə bilərik.
İqtisadi aktivliyi artırmaq üçün əsas məsələ pul kütləsinin yerinin düzgün müəyyəndirilməsidir. Əgər biz inzibati yollarla, cərimə və maliyyə sanksiyaları ilə fəaliyyətdə olan pulu passivləşdiririksə, deməli, aktiv pulun yeri dəyişir. Pul kisədə qalsa da, məhsul yaranmır. İstehsal dayanır. Məsələn; sahibkar külli miqdarda cərimə ödədiyi halda, aktiv pul kütləsi ( hansı ki, səmərə yaradırdı) dövriyyədən kənarlaşaraq, büdcəyə yönəlir. O zaman həmin pul passivləşir, gəlir yarada bilmir. Bu da milli məhsulun yaranmasına maneəsiz ötüşmür.
Məhz, rüşvət və korrupsiya halları ölkə iqtisadiyyatını kökündən bu səbəbə görə məhv edir. Ona görə də rüşvət və korrupsiya dövlətə qarşı ən ağır cinayətdir. Bu zaman istehsalda iştirak etməyən hər hansı bürokratik ünsür pulu aktiv dövriyyədən kənarlaşdırır, istehsalı məhv edir. Məsələ ondadır ki, pul əgər həqiqi sərvət yaratmırsa, əksinə acgözcəsinə mənimsənilirsə, deməli pul sərvəti təyinatı üzrə öz rolunu oynaya bilmir. Axı pul özü-özlüyündə insanların ehtiyacını ödəmir. Belə vəziyyət cəmiyyətdə gördüyümüz mənəvi xəstəliyin yaranmasına səbəb olur. Fərdi maraqlar ümumxalq maraqlarını kölgədə qoyur. Dövlət həm iqtisadi, həm də ideoloji cəhətdən sarsılır. İnsanlar dövlətə inanmır. Çünki hüquq normaları da pul ehtirasına davam gətirmir. Qanunlara tabesizlik və dövlətə xəyanət baş verir.
Ona görə də ölkə iqtisadiyyatının düzgün idarə olunması dövlət üçün ən əsas hədəflərdən biri olmalıdır. Təkzib etsək də, cəmiyyətin bütün sahələrində insan əməyinin nəticələri iqtisadi xarakter (əhəmiyyət) daşıyır. Ona görə də xüsusi ehtiraslı insanlar dövlətə qulluq etməməli, bizneslə məşğul olmalıdırlar ki, dövlətə ziyan vurmasınlar. Bu prosses təbii seçim şəklində baş verməlidir. Rüşvət üçün şərait yoxdursa, ehtiraslı insan mütləq öz işini tərk etməli olacaqlar.
İqtisadi inkişaf üçün əsas hədəf - pulun aktiv dövriyyəsini məhdudlaşdıran korrupsiya ilə həqiqi mübarizə və passiv yüklü pul kütləsinin aktiv pula çevrilməsini təmin etməkdir. Əgər inzibatçılıq sərtləşdirilərsə, korrupsiya və rüşvət səbəbindən aktiv dövriyyədən pul kənarlaşdırılarsa, iqtisadi fəallıq da azaldacaq, vergiödəmə qabiliyyəti isə kəskin aşağı düşəcək. Ona görə də şəffaflığın artırılması ilə yanaşı maksimum azad şəraitin yaradılması vacibdir. Buna öz avtomobilləri ilə ölkəmizə gələn turistlərdən depozitin tələb olunmasını misal çəkmək olar. Depozit səbəbindən həmin turistlərin sayının kəsin azalması üzündən milyonlarla ölçülən pul kütləsinin ölkəyə daxil olmasının qarşısı alınır. 
Deməli, işıq gələn bütün yolları özümüz bağlayırıq. Biz ixracı müvəqqəti olaraq vergidən tamamilə azad etməklə stimullaşdırmalı olduğumuz zamanda, ölkə daxilində pulun sərbəst yerdəyişməsini məhdudlaşdırırıq. Bu kimi problemlər öz həllini tapmayacadığı təqdirdə, iqtisadiyyatımızdakı geriləmə qarşısıalınmaz olacaq. Heç bir strateji yol xəritəsi bizə yardım edə bilməyəcək. 
 
Elçin Qurbanov
Ovqat.com 

loading...
loading...
Susuz çalışan qabyuyan maşın istehsal olundu - MARAQLI
Yaşlı adam qadını təcavüzdən belə xilas etdi - VİDEO
Məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO
Bu da oldu: Yaxın günlərdə çilçıraqla evlənəcək...
Ölkə parlamentində qeyri-adi etiraz aksiyası: Yerə döşək sərib yatdı...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Maşınına girən oğrunu qovmağa getdi: Üzünü görüncə qaçmağı qənimət bildi...
Cəmiyyət
“Arı sancması zamanı dərhal dünyasını dəyişən şəxslərin hamısı anafilaktik şokdan ölür...”
Cəmiyyət
“Əsas məqsədimiz ədəbiyyatın təbliğidir...”
Cəmiyyət
“Tərəfdarıyam ki, enerji içkilərinin satışı 18 yaşına qədər gənclərə qadağan olunsun...”
Maraqlı
Avstraliyaya göydən 17 kiloqramlıq qızıl külçə düşdü - FOTOLAR
Həftənin ən çox oxunanları
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
Taksi sürücüsü paytaxt yolunda sərnişini zorladı -Polis araşdırmaya başladı...
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
"İndi Elmar Vəliyevin həmin villasının tikildiyi küçə qələbəliyi xatırladır..."
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Gürcülər Azərbaycan əsgərlərinə hücum etdilər, silahlarını əllərindən aldılar – VİDEO
“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”- keçmiş müdafiə naziri sərt danışdı...
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
S-400 Türkiyə otellərini "vurdu" - Rus turistlərə10-15 faizlik endirim təklifi...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)