Sağlam qidalanmağın 20 şərti...
Oxunub: 5292
25 Mar 2017 | 20:49
Sağlam qidalanmağın 20 şərti...
Sağlam qidalanmaq qaydalarının ən ümdə tələbi papirosu və spirtli içkiləri rasiondan çıxartmaqdır. Yalnız bundan sonra digər qaydalar haqqında danışmağına dəyər. Onlar aşağıdakılardır. 

1. Hər gün 2-3 litr çiy su içməyə vərdiş edin. Diqqət! Bir ay yarım müddətində hər yarım saatdan bir 30 q çiy su içmək gözəl müalicə metodu sayılır. 

2. Heç vaxt canınız ağrıyarkən, zehni və fiziki halsızlıq şəraitində, yorğun və hirsli halda, təlatüm içində və qızdırma yüksək olanda qida qəbul etməyin. Bundansa qidadan imtina etmək faydalıdır. Xatırladırıq: şüursuz saydığımız heyvanlar halsız olanda, xəstələnəndə qidadan imtina edirlər. 

3. Yalnız aclıq hiss edəndə yeyin. Yeməyə 10-15 dəqiqə qalmış 200 q çiy suyu ilıq şəkildə qurtum-qurtum için. Bunu həyat normasına çevirin.

4. Yemək vaxtı və yeməkdən dərhal sonra su içməyin. Çünki su 10-15 dəqiqədən sonra mədəni tərk edir, özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Bu da həzmolmanı pozur. Suyu və şirəni tüpürcəklə islatmaq üçün onları qurtum-qurtum, ağızda saxlaya-saxlaya için. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək faydalıdır. 

5. Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin (həzmedici şirələrin) fəaliyyətini dondurur. Mədə normal hərarətə çatana qədər enzim ifraz etmir və nəticədə mədə divarı zədələnir. Dondurma yemək mədənin zərif toxuması üzərinə buz parçası qoymaq kimi bir şeydir. 

6. Çox isti çay içmək və çox isti xörək yemək də enzimlərin ifrazını dayandırır və mədənin zədələnməsinə səbəb olur. 

7. Purin maddələri və kofe, çay, şokolad, kakao, ekstraktiv ət bulyonları, hisə verilmiş ətlər toksik təsirə malikdir, mədədə yüksək dərəcədə sidik turşusu yaradırlar. Rafinadlaşdırılmış şəkərdən imtina edin. Pulunuzu bala, qurudulmuş meyvələrə, şirin meyvələrə verin. 

8. Əsasən, çiy və təbii qidaları(meyvə, tərəvəz, şülul, tumlar, qoz, fındıq, püstə, badam və s.) yeyin.
 
9. Xörəkləri qarışdırmayın. Bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi həzmolmanı çətinləşdirir və qidaların çürüməsinə gətirib çıxarır. Müxtəlif qidaları eyni vaxtda yemək həm orqanizmə ziyandır, həm də cibə. Çünki, mədə hər qida növü üçün ayrıca şirə ayırır. Qidalar qarışanda bir qida növü həzm olunursa, digər növlər həzm olunmur, çürüyür, o biri qidaları da çürüdür. Yaxşı olar ki, səhər turş meyvə, günorta nişasta, axşam zülal yeyəsiniz. 

10. Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz, yaxud 5-6 fındıq(badam) əlavə etmək də yerinə düşər. Meyvəni çiy, qabıqlı və tumları ilə bərabər yemək faydalıdır. Qış vaxtı, çiy meyvə yoxdursa, quru meyvələrdən gen-bol istifadə edə bilərsiniz. Bir daha yadınıza salıram: 
konservləşdirilmiş, duza qoyulmuş və bişirilmiş meyvələrin, tərəvəzin cana heç bir faydası yoxdur, əksinə, həm cana, həm də cibə böyük ziyanı var. 

11. Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək lazımdır. Gündə 3 dəfə qida qəbul edirsinizsə, 2 dəfə salat yeyin. Salatı 4-5 növ çiy tərəvəzdən hazırlayın. Onların hamısı faydalıdır, ən çox faydalısı isə kök, kələm, kahı, ispanax, kərəviz, şüyüd, xiyar, turp və yarpağı, göy soğan, pomidor, çuğundur və yarpağı, cəfəri, sarımsaqdır. Soğanın çox olması zərərlidir. Göy soğana üstünlük versəniz daha çox fayda alarsınız. 

12. Təbii zülalların, yağlarin, vitaminlərin və mineral maddələrin ən etibarlı daşıyıcısı olan qoz-fındıqdan, tumlardan müntəzəm istifadə edən şəxsin ətə-yağa ehtiyacı qalmır. 

13. Yağlardan mümkün qədər az istifadə edin. Yadda saxlayın: yağların hamısı(kərə yağı, bitki yağı, qaymaq) həzmolmanı yubadır, mədədə və bağırsaqda çürümə törədir. Evdar qadınların nəzərinə: xörəyə yağı yalnız xörək tam hazır olanda çiy şəkildə əlavə edin. Xörək bişirərkən qazana 1-2 qida növü tökün, onları mümkün qədər az qaynadın. 

14. Bişmiş xörəkdən imtina edə bilmirsinizsə, xörəklə bərabər salat yemək, təzə şirələr, itburnu, xurma, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir. Yadda saxlayın: çiy qida bişmiş xörəkdən 3 dəfə çox olmalıdır. 

15. Bütün yeməkləri mümkün qədər çox çeynəmək və ağız şirəsi ilə yaxşı-yaxşı islatmaq lazımdır. Onda qida yaxşı həzm olunur, bu halda orqanizm həzmolma prosesinə az enerji sərf edir. Bu da qəbul olunan qidanın həcmini və çəkisini 1,5-2 dəfə azaltmağa və az qidadan daha çox fayda götürməyə imkan verir. Nəzərə alın: tüpürcək faydalı elementlərlə çox zəngindir. 

Nişi kimi, P. Breqq də səhər yeməyini ixtisara salmağı, gün ərzində 2 dəfə qidalanmağı məsləhət görürdü. Böyük Yapon alimi Nişi yazır ki, səhər çağı qida qəbul etmək vaxtı deyil, axşam yediyin qidanı həzm etmək vaxtıdır. Bu elə vaxtdır ki, bədən özünü təmizləyir. Yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə təzəcə girişdiyi bir vaxtda, oraya yenidən qida göndərmək axmaqlıq və israfçılıqdır. Axmaq və israfçı olmayın!.. 

16. Orqanizmə vaxtaşırı istirahət verin (buna “sanitar saatı”, “sanitar gün” deyirlər). Çünki bağırsağın divarlarında gün ərzində 3 kq-dan 25 kq-dək şlak (zir-zibil) toplanır. 

17. Əgər iradəniz zəyifdirsə, nəfsinizə qalib gələ bilmirsinizsə, orqanizmi zəhərləyən əti, yağı, yumurtanı, göbələkləri, pendiri, çörəyi, dənləri, paxlalı bitkiləri öz süfrənizdən çıxarda bilmirsinizsə, onları tərəvəzlərə əlavə kimi qəbul edin. 

18. Çox yeməyə can atmayın: çox yemək orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət və ağır yükdür. Unutmayın: çox yeyən az yaşayır, az yeyən-çox!.. 

19. Qidada xörək duzunun miqdarını azaldın. Ürək-damar xəstəliyi zamanı ondan tamam imtina edin. Xörək duzunda yalnız 2 mikroelement var: xlor və natrium. Dəniz duzunda isə bunlar 64-dür, hamısı da orqanizm üçün çox faydalıdır. Soğan, sarımsaq, qıtıqotu(xren), turp(həm kökü, həm də gövdəsi və yarpağı) xörək duzunu əvəz edə bilir. 

20. Həzmolma yalnız qida “çələngi” düzgün tərtib edildikdə yaxşı gedir. Ona görə də bilməyimiz çox vacibdir: nəyi nə ilə birlikdə yemək faydalıdır? Bu sahədə uzun illər tədqiqat aparan və qidaların düzgün uzlaşdırılması təlimini yaradan professor Herbert Şelton bunları məsləhət görür: 

-Heç vaxt bir qidada çox cəmlənmiş zülalı bir qidada çox cəmlənmiş karbohidratla eyni vaxtda yeməyin. Yəni, qozu, əti, yumurtanı və digər zülalla zəngin olan qidaları çörəklə, dənlərlə, kartofla, pirojnalarla, şirin meyvələrlə eyni vaxtda yeməyin. Bir öynə yumurtanı, yaxud balığı, südü, pendiri yemək olar, başqa vaxtda çörəyi, yaxud sıyığı, lapşanı. 

-Heç vaxt karbohidratlı qidanı turş qida ilə eyni vaxtda yeməyin. Yəni, çörəyi, kartofu, noxudu, paxlalı bitkiləri, bananı və xurmanı pamidor, limon, portaqal, kivi, narıngi, feyxoa, ananas və digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil. 

-Heç vaxt tərkibində çoxlu zülal cəmləşən iki qidanı eyni vaxtda yeməyin. Çünki onlar müxtəlif həzmetmə şirəsi tələb edirlər. Mədə isə həmin şirələrin hamısını eyni vaxtda ifraz edə bilmir. Nəticədə, qida növlərindən yalnız biri həzmə gedir, qalanları həzm olunmamış kütlə şəkilində bağırsağa ötürülür. Orada yanıb faydalı maddəyə çevrilmək və qana sorulmaq əvəzinə, çürüyür, qanı zəhərləyir, bağırsağın divarlarına yapışıb qalır, onun funksiyasını pozur, müxtəlif bakteriyalar və mikroblar üçün gözəl yem bazası yaradır. Yaxşı qidalanan bu mikrocanlılar sürətlə artıb törəyir və qanımızı zəhərləyir. Xəstələnirik, tez qocalırıq və tez ölürük. Odur ki, bir dəfə bir zülallı, başqa bir vaxt o biri zülallı qidanı qəbul etmək lazımdır. 

-Heç vaxt yağları zülalla eyni vaxtda yeməyin.Yəni: qaymağı, kərə yağı, smetanı, bitki yağını ətlə, yumurta ilə, pendirlə,qoz-fındıqla və digər zülallarla bir vaxtda yemək olmaz:onlarla bir vaxtda yeyilən yağlar mədə vəzilərinin fəaliyyətini məhdudlaşdırır və mədə şirəsi ifraz etməyə mane olur. 

-Heç vaxt turş meyvələri zülalla eyni vaxtda yeməyin. Yəni portağalı, limonu, narıngini, feyxoanı, kivini, turş almanı, turş gavalını, pomidoru, ananası, albalını ətlə, pendirlə, qozla, yumurta və s. ilə eyni vaxtda yemək zərərlidir. 

Yadda saxlayın: qida qarşığı nə qədər azdırsa, həzm olma prosesi bir o qədər yaxşı gedir, qanımız bir o qədər təmiz, orqanizmimiz bir o qədər sağlam olur. Qidaları ayrı-ayrı vaxtlarda yemək iqtisadi cəhətdən çox sərfəlidir: orqanizm az qidadan daha çox enerji və həyat gücü ala bilir, ərzağa az pul xərclənir, ən başlıcası isə biz xəstələnmirik, dərmana, həkimə, pirlərə, dələduz “şəfaverənlərə” pul xərcləmirik. Həm də iş qabiliyyətiniz və qazanmaq imkanınız yüksək olur. 

-Heç vaxt nişastalı qidaları şəkərlə eyni vaxtda qəbul etməyin. Yəni: cemlər, meyvə, kərə yağı, şəkər, sirop və s. sıyıqla, kartofla yola getməz. Yaxud da şəkəri dənli bitkilərlə eyni vaxtda qəbul etmək olmaz; çürümə baş verər.Tort, konfet, pirojna ilə müşayət edilən şənliklər, əksər hallarda, qusmaqla, zəhərlənməklə və müxtəlif fəsadlarla bitir. Belə qidalar uşağa daha pis təsir edir. 

-Nişasta ilə zəngin olan qidaları ayrıca yeyin. İki nişastalı qida növündən eyni vaxtda istifadə olunanda (məsələn, kartofla, yaxud sıyıqla çörək yeyiləndə) biri həzm olunur, o biri ağır yük kimi yığılıb mədədə qalır, yoğun bağırsağa keçmir qidaların həzminə maneçilik törədir, onları da çürüdür. Mədədə turşuluq artır, gəyirmə başlayır və digər fəsadlar baş verir. 

Bəs əti çörəklə yeyəndə nə baş verir? Bilmək lazımdır ki, mədəyə zülal daxil olarkən mədə-bağırsaq traktı turş şirə buraxır və nişastanın həzmi dərhal dayanır. Şelton yazırdı: “Nişastaların və zülalların ilk həzmolma prosesi müxtəlif kimyəvi maddələr mühitində gedir: nişasta-qələvi mühiti tələb edir,  zülal isə-turşu mühiti ”. 

- Qovunu həmişə ayrıca yemək lazımdır. 

- Südü qatığa, süzməyə, ayrana, şora, pendirə çevirdikdən sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir. Çünki süddəki yağ müəyyən müddət ərzində mədə şirəsi ifrazına mane olur. Odur ki, süd mədədə deyil,12 barmaq bağırsağında həzm olunur. Mədə südə qarşı heç bir reaksiya vermir və şirə buraxmır, Onununla bir vaxtda qəbul olunan qidalar da həzm olunmur.

Osman Eminov

Oxşar xəbərlər
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 19:47
Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 19:47
Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO