Erməni əsirliyində olan Xocalı sakini: “Dişlərimi kəlbətinlə sökdülər” - VİDEO, FOTOLAR
Oxunub: 1606
25 Feb 2017 | 14:07
Erməni əsirliyində olan Xocalı sakini: “Dişlərimi kəlbətinlə sökdülər” - VİDEO, FOTOLAR
Azərbaycan tarixinə qanla yazılmış 26 fevral tarixi bizim üçün bir faciə olsa da, o günü gözləri ilə görən, yaşayan insanlar üçün öz həyatlarının ən qara səhifəsidir. Elə insanlardan biri də Xocalı sakini, 83 yaşlı Cəmil Məmmədovdur. Bakının Novxanı kəndində, qaçqın yataqxanasında 80 yaşlı həyat yoldaşı ilə birlikdə yaşayan Cəmil babanı burada hər kəs tanıyır, başına gələnləri də bilirlər. Xocalı şahidlərini axtardığımızı biləndə bizi onun mənzilinə yönləndirdilər.




Qapını saç-saqqalı ağarmış, hündürboylu, nur üzlü bir qoca açdı. Jurnalist olduğumuzu biləndə səmimi şəkildə evinə dəvət etsə də, danışmaq istəmədiyini bildirdi: “Danışmaq mənim üçün çox ağırdır. Hər dəfə o hadisələri danışanda sanki yenidən yaşayıram. Yaşlı adamam, artıq əsəblərim buna dözmür. Bir həftə təzyiqim qalxır, halım pisləşir”.

Başına gələnləri nəql etmək istəməsə də, söhbətimizin davamı gəlib o hadisələrin üstünə çıxdı.

“Bakıdan bizə ümid verməsəydilər....”

Cəmil baba dedi ki, o vaxt nəinki Xocalıda, bütün Qarabağ bölgəsində tanınmış bir usta olub, sənətinin sorağına başqa rayonlardan da gəlib onu ev tikməyə aparırmışlar. Yay-qış demədən işləyirmiş. Öz əli ilə tikdiyi iki mərtəbəli evinə o dövrün ən zəngin adamları həsəd aparırmış. Ta ki, o qanlı gecəyə qədər...




Cəmil baba deyir ki, nə isə pis hadisələrin olduğunu duyurmuşlar, digər rayonlar alınanda bir gün növbənin Xocalıya çatacağını bilirmişlər. Lakin yenə də ümidlə mərkəzdən yardım gələcəyini gözləyir, evlərini, torpaqlarını atıb çıxmaq istəmirmişlər.

“Heç vaxt inanmırdıq ki, Xocalıya erməni girər. Ancaq o vaxtın dövlət başçıları bizi aldadırdılar ümid verirdilər, özləri isə ”stol davası" edirdilər. O vaxt indiki kimi dövlət yox idi. Biz torpaq dərdi çəkirdik, onlar vəzifə dərdi. Biz nə biləydik ki, bu reallıq deyil, politikadır. İndiki dövlət başçısı olsa idi, torpaqlarımızın bir tikəsi də düşmənə qismət olmazdı. Ayaz Mütəllibov bizi arxayın edirdi ki, yüz il də qalsa, Xocalını vermərik. Nə vaxt Bakıya zəng edirdik, bizə ümid verirdilər. Xocalını kim verərdi axı erməniyə? Bir kiçik Stepanakert (Xankəndi - N.L.)var idi orda , ətraf hamısı Azərbaycan rayonları... Bu ümidlərlə Xocalıdan çıxmadıq, o vaxta qədər ki, erməni və rus tankla-tüfənglə girdi..."

“Hərəmiz bir tərəfə qaçdıq, ailəmdən ayrı düşdüm...”

Fevralın 25-dən 26-a keçən gecə... Axşam saatlarında yüzlərlə ailənin evinə od düşdü. Xocalı digər rayonlara bənzəmirdi, ətrafı erməni kəndləri ilə əhatələnmişdi. Gecənin qaranlığında, qarda-çovğunda buradan qaçmaq asan deyildi. Hara gedirdinsə, erməni kəndinə çıxırdın:

“Gecə qəfildən rusun tankları hücuma keçdi. Bizim də əlimizdə təklülə güllədən başqa heç nəyimiz yox idi, bununla tanka nə edə bilərdik? Bəzi cavanlarımıza köhnə avtomat veriblər, bir az atandan sonra tutulur, atəş açmır... Millət qırıldı... Yadıma salmaq istəmirəm, ürəyim ağrıyır (hıçqırır). Qucağımda nəvələrim, böyrümdə arvad-uşaq. Millət bir-birinə qarışıb. Allah belə günü bir də millətimizə göstərməsin, heç başqa millətlərə də...”


Atışma güclənir, güllə dolu kimi yağır... Qaçıb xilas olmağa çalışan Xocalı sakinlərini tanklar atəş yağdıraraq təqib edir. Bu məqamda Cəmil Məmmədov ailəsindən ayrı düşür, qucağında nəvəsi ilə əks istiqamətdə qaçır və həyat yoldaşını, digər övladlarını itirir. 3 gecə nəvəsi, qardaşı və bacısıoğlu ilə birlikdə meşədə, dizə qədər qarın içində qalır... Səhər meşəni duman aldığından yola düşür, tanımadığı istiqamətdə gedir, bir təpəni aşıb düzənliyə çıxır, növbəti təpədən aşır. Azərbaycan kəndlərinə çıxmaq ümidi ilə səhər saatlarında gedib erməni kəndi olan Piricamal kəndinə çıxır.

“Erməni qadın pendir-çörək gətirdi”

“Artıq ayaqqabı ilə yerimək mümkün deyildi. Yolda çıxarıb tulladım, yalın ayaqla qarda gedirdim, ayağım donmuşdu, tikan batmışdı, yerdəki çubuqlar yaralamışdı, ancaq qan axırdı hiss etmirdim. Duman çəkildi, bir də gördük ki, erməni kəndinə gəlib çıxmışıq. Onlar da bizi gördülər. Silahlılar üstümüzə töküldü, 3 dığa ətrafımızı kəsdi. Bir erməni qadın gəldi. Qucağımdakı uşağa baxıb təəssüfləndi. Nəvəm də o qədər gözəl uşaq idi ki, ay parçası kimi. Təxminən 5-6 yaşı vardı. "Ay Allah nə gözəl uşaqdır, bunun nə günahı var"- dedi. Gətirib ikimizə də pendir- çörək verdi. 3 gündür ac idim, ancaq dilimə də vurmadım, qoydum cibimə ki, nəvəm ac olanda verərəm. (Əlini masaya vurub, sakitləşməyə çalışdı, gözlərinin yaşını silib davam etdi).


“Əlimdə pul dolu zənbil var idi, o vaxtın pulu ilə 110 min manat. Dığalara dedim ki, pulu sizə verirəm. Bizi bu uşağın xətrinə buraxın gedək. Yerli erməni bir söz demədi. Ancaq Qafandan gələn bir erməni var idi, ləhcəsindən bildim, o razı olmadı. Erməni dilində söydü və tüfəngin qundağı ilə məni vurdu. Yıxıldım qara, uşaq ağladı, daha çox vurmadılar... Bizi maşına mindirib bir fermaya apardılar. Ferma azərbaycanlılarla dolu idi, qız-gəlin, uşaq-qoca, cavanlar... Orada uşağı məndən aldılar. Erməni hərbçi oğlumu tanıyırdı. Aparıb Ağdam sərhədində atasına təhvil vermişdilər. İndi həmin nəvəmin 30 yaşı var, ailəlidir, yaxşı yerdə işləyir, özünün apteki var”.

3 günlük əsirlik həyatı...

Cəmil babanın taleyinə də erməni əsirliyində olmaq yazılıbmış. 3 gün əsirlikdə qalır və bu müddət başına nələr gəlir...

“Azərbaycanlılara elə işgəncələr verirdilər ki... Ən çox da cavanları öldürürdülər, aparıb çöldə güllələyirdilər. Qızım, Hitler nə qədər pis olsa da, ermənilərdən yaxşı olub. Qocaya, uşağa, qadına dəyməyib, uzaqbaşı güllələyib öldürüb, işgəncə verməyib. Ancaq ermənilər yer üzündəki ən murdar xalqdır. İmkanımın yaxşı vaxtında qızıl dişlər düzəltmişdim, o vaxt dəbdə idi. Bütün ağzım qızıl idi. Dişlərimi kəlbətinlə sökdülər, çığırda-çığırda çıxartdılar, acımadılar. Ağzımda bir dişim qalmadı, qan məni götürdü. Əlimi, ayağımı əsgər çəkməsinin dabanı ilə o qədər əzmişdilər ki, bir salamat sümüyü qalmamışdı. O qədər təpik vurmuşdular, bütün daxili orqanlarım zədələnmişdi. O vaxt bizim rəhbərlər televiziyada çıxış edirdilər ki, biz 7 milyonuq, ermənilər isə 3 milyon, onları Qarabağdan bir günə qovarıq. Bir dəfə oturduğum yerdə erməni dığası süngünü boğazıma dirədi. Qalx ayağa, dedi. Sizin rəhbərlər deyirlər ki, biz 7 milyonuq, ermənilər 3 milyon, onları taxta çubuqla Qarabağdan qovarıq. Ancaq unudurlar ki, biz 3 milyonluq ac canavar sürüsüyük, siz isə 7 milyon qoyunsunuz. Bu qədər ac qurdun qabağında 7 milyon qoyun nədir ki... Hanı sənin 7 milyonluq xalqın? Niyə gəlib sizə kömək etmirlər? Ürəyimdə təsdiq etdim ki, ermənilərin əsl üzünü bu günə qədər görməmişiksə, elə doğrudan da qoyunuq”.

Cəmil Məmmədovu oğlu necə xilas edir?

Cəmil babanın ailəsi, oğlanları o qanlı gecədən xilas olub Ağdama gəlibmişlər. Təsadüfən, əsirlikdə onunla birlikdə olanlardan biri təhvil verilir və Cəmil babanın oğlu ilə qarşılaşır. Oğul atasını, əmisini soruşur. Ona sağ olduqlarını deyirlər. Sonra erməni hərbçiləri ilə danışıqlara girib atasını xilas edir.




“Oğlum Çernobıl əlili idi, erməni komandirlərini tanıyırdı. Erməni komandirinə deyib ki, mənim atamı, əmimi gətir. Komandir deyib ki, yaxşı vəziyyətdə deyil. Oğlum deyib fərqi yoxdur, nəfəs alırsa bəsimdir, gətir. Oğlum erməni kəndindən iki nəfər erməni oğurlayıb, bizimlə dəyişmişdi. Məni və qardaşımı maşına qoyub Ağdama gətirdilər”.

Xilas ola bilməyən təkcə Cəmil babanın bacısıoğlu olub: “Ermənilər bacıoğlumdan soruşdu ki, bu torpaqlar kimindir? O da gənc idi, qanı qaynayırdı, dedi ki, əlbəttə, bizim, Azərbaycanın. Bir də soruşdular. Sinəsini açıb dedi, istəyirsiz öldürün, amma torpaqlar bizimdir, onu sizə vermərik. Elə həmin dəqiqə bacım oğlunu çölə çıxarıb güllələdilər. (Gözlərini yumub, yanağındakı yaşları silir). Qızım bu danışdıqlarım bizim başımıza gələnlərin heç 5 faizi deyil”.

Cəmil Məmmədov xilas olduqdan sonra, 3 ay Respublika Xəstəxanasında yatır, müalicə alır və həyata qayıdır. Fədakar həkimlərin sayəsində sağlamlığını bərpa edir. Cəmil baba onları minnətdarlıqla xatırlayır.

“Yaşlı atamı evdə qoyub çıxdıq, anam onu atıb gəlmədi”

Cəmil Məmmədov Xocalı faciəsində 20 qohumunu itirir. Onların içində qayınatası və qayınanası da olur. Bu yerdə söhbətə xanımı Lalə Məmmədova qatılır.




O ata-anasını evdə qoyub çıxdıqlarını göz yaşları içində danışır: “Atamın 90-a yaxın yaşı var idi, yeriməkdə çətinlik çəkirdi. Qaçarkən onu götürə bilməzdik. Ancaq anam nisbətən cavan və qıvraq idi. O bizimlə qaçıb xilas ola bilərdi. Nə qədər yalvardıqsa, anam bizimlə gəlmədi. Ərinin yanında qalıb ölməyi seçdi. Dedi ki, onu atıb gələ bilmərəm. Ölsək də bir yerdə ölməliyik. Qızım, indiki qadınlar, adi sözün üstündə ərlərini, uşaqlarını atıb gedirlər. Ancaq o zaman sevgi daha güclü idi, insanlar bir-birinin uğrunda ölümə gedirdi. Onların sonrakı taleyindən xəbər tuta bilmədik. Nə öldüklərindən, nə yaşadıqlarından xəbərimiz olmadı. Heç indi də yoxdur”.

Ermənilər illər öncə hazırlaşırmış...

Yaşı 80-ni haqlamış müsahiblərimiz deyirlər ki, bu hadisələr başlayana qədər ermənilərlə bir yerdə yaşayıblar, dostluq-qonşuluq ediblər. Ancaq onların belə bir işə əl atacaqlarını heç vaxt düşünməyiblər. Ancaq indi o günlərə nəzər salanda ilər öncə ermənilərin bu müharibəyə hazırlaşdıqları aydın görünür: “Bu hadisələrdən 6 il əvvəl bizim ətrafımızdakı erməni kəndlərinin əksəriyyəti evlərini satıb köçdülər. Ancaq o vaxt biz bunun mənasını başa düşmürdük. Bir dəfə onlardan şübhələndim. Əsgəranda Raçik adında bir erməninin evini tikirdim. Çörək yeməyə oturduq və birdən Raçik içkili halda dedi ki, bu evləri çox gözəl tikirik, ancaq çox heyfim gəlir. Hayıf bu evlərə. Çox təəccübləndim və səbəbini soruşdum, ancaq demədi. Sən demə, onlar hamısı xəbərdar imiş, ancaq heç biri ağzından qaçırmırdı. Sonra Raçik balaca oğlu Vitalini çağırdı. Soruşdu ki, bizim düşmənimiz kimdir? Oğlu dedi ki, türklər bizim düşmənimizdir. Hamısı güldülər. Onlar dil açan kimi uşaqlarına öyrədirdilər ki, türklər bizim düşmənimizdir. Bir süfrədə çörək kəsirdirlər, ancaq düşmən olduqlarını da unutmurdular. Bizim kəndə nə qədər erməni qızı gəlin gəlmişdi, qohumluq-dostluq var idi. Ancaq ermənilər üçün bunlar hamısı yalan imiş”.

Sonda Cəmil baba onu dedi ki, yeganə arzusu o torpaqları görməkdir. Ancaq ömrünün buna vəfa edəcəyinə inanmır. Arzu edir ki, heç olmasa övladları, nəvələri həmin evlərə dönüb öz yurdlarına sahib çıxsınlar. Azərbaycanın son hərbi uğurlarından danışan Cəmil Məmmədov o günün uzaqda olmadığını dedi.

Mütəəssir halda qocaları gözüyaşlı qoyub ayrıldıq. Anladıq ki, onların qəlbindəki bu ağrı-acıya illər, fəsillərin ötməsi deyil, yalnız o torpaqların işğaldan azad edilməsi məlhəm ola bilər.(musavat.com)
Oxşar xəbərlər
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi