Xəbər lenti
23/07/2019 [22:14]:
Başqa qadına baxan sevgilisinin başında noutbuk qırdı - VİDEO
23/07/2019 [22:09]:
Rusiyanın baş rəqqası da Qarabağa gəldi...-FOTO
23/07/2019 [21:58]:
Abid Şərifovun maşınının üstünə çıxan jurnalist işdən çıxarıldı
23/07/2019 [21:48]:
Medal qazanan qız güləşçimiz: "Anamı məyus edə bilməzdim"
23/07/2019 [21:46]:
Misir fironları əslən qafqazlıdır - Alman alimlərindən sensasion tədqiqat
23/07/2019 [21:25]:
Bu şəkil Kim Çenin gizli silahını ortaya çıxardı - FOTO
23/07/2019 [21:21]:
Azərbaycanda “Tarla günü” keçiriləcək
23/07/2019 [21:18]:
İnstaqramdan ən çox pul qazanan məşhurlar - Siyahı
23/07/2019 [21:11]:
Masaj etdirən hamilə model öldü
23/07/2019 [20:56]:
Pakistan Əfqanıstandakı barışa dəstək verə bilər
23/07/2019 [20:50]:
Rusiyada yanğında 4 nəfər öldü
23/07/2019 [20:49]:
ABŞ bunu da etdi: Miqrantlar sürətli şəkildə deport edilir
23/07/2019 [20:47]:
Astarada dənizdə batan şəxsin meyiti sudan çıxarıldı - YENİLƏNİB
23/07/2019 [20:44]:
Böyük Britaniya fırtınalara məruz qalacaq - Rus senator
23/07/2019 [20:33]:
Ermənilər Rəşidə Behbudovaya hücum etdi - VİDEO
23/07/2019 [20:33]:
Saç düzümünə görə ölkədə populyar olan keçmiş xarici işlər naziri baş nazir oldu...
23/07/2019 [20:31]:
I Avropa Oyunlarının iştirakçısı öldü
23/07/2019 [20:29]:
Lənkərandakı ağır qəzada ölən və yaralananların kimliyi bilindi - FOTO
23/07/2019 [20:26]:
Qırğızıstan və Tacikistan ümumi sərhədi birgə qoruyacaqlar
23/07/2019 [20:23]:
Bakıda qız özünü 9-cu mərtəbədən atmaq istədi - VİDEO
23/07/2019 [20:14]:
Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?
23/07/2019 [20:00]:
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
23/07/2019 [19:57]:
Hərbi hissədə tədbir keçirilib - VİDEO
23/07/2019 [19:47]:
Sərbəst güləşçi Kənan Heybətov qızıl medal qazandı
23/07/2019 [19:44]:
Rezidenturaya keçirilmiş müsabiqənin nəticələri elan olundu
23/07/2019 [19:42]:
Aktrisanın geyimi tənqid olundu: “Evdəki yataq dəstinə bürünüb”
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
23/07/2019 [16:38]:
Kamal Abdulla: "Tam azad vəzifə yoxdur, vəzifə insanı qəfəsə salır" - MÜSAHİBƏ
23/07/2019 [16:32]:
Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi
23/07/2019 [16:29]:
Venesuela işıqsız qaldı, ölkədə qeyri-iş günü elan olundu
23/07/2019 [16:17]:
Uşaqları oğurlayıb dilənçi edirlər - Keçmiş polis rəisi
23/07/2019 [16:10]:
"Hesab etmirəm ki, ölüm hökmünün bərpa edilməsi cinayətlərin qarşısını ala bilər..."
23/07/2019 [16:08]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı
23/07/2019 [16:05]:
Güclü külək Bakıda üç ağacı aşırdı
23/07/2019 [16:03]:
Boris Conson Britaniyanın yeni Baş naziri seçildi
23/07/2019 [16:01]:
Məleykə Abbaszadə: "Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir"
23/07/2019 [15:59]:
Aygün Mahmudova: "Öləndə məni bu xalla tapacaqlar"
23/07/2019 [15:31]:
Şirvanın su təchizatı yaxşılaşdırılır
23/07/2019 [15:23]:
Bakıda bu yollar bağlanır - Sürücülərin diqqətinə!
23/07/2019 [15:13]:
Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət etdi
23/07/2019 [15:11]:
İyul ayında 8 qida zəhərlənməsi qeydə alındı
23/07/2019 [15:09]:
ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
23/07/2019 [15:07]:
Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:59]:
QAT BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirdi
23/07/2019 [14:56]:
Tibb bacıları bu gün səhərdən  tətilə başladı 
23/07/2019 [14:54]:
Rövşən Rzayev vətəndaşları qəbul edib
Bütün arxiv bir sırada
24/02/2017 [09:11] - Köşə - ( 5299 dəfə baxılıb)

“Zərif hegemoniya”: Hakimiyyətlər xanımlara niyə ötürülür?

Elçin Qurbanov

Dünya əhalisinin təxminən yarısını qadınlar təşkil edir. Buna baxmayaraq, onların indiyə qədər hakimiyyətdə öz saylarına uyğun şəkildə təmsil olunduqlarını söyləmək çətindir. Baxmayaraq ki, tarixçilər dünyada ilk hegemoniyanın qadın idarəçiliyiylə bağlı olduğuna inanır və bu dönəmi “matriaxral dövr” adlandırırlar.

Dünyanın ilk halının matriarxal olmasının səbəbi kişilərin evdə-eşikdə olmaması, dolayısıyla ailələrin xanımlar tərəfindən idarə edilməsiylə əsaslandırılır. Əkinçiliyin inkişafı ilə kişilərin evlərinə “həbs olunması” matriarxalizmin də süqutu ilə nəticələndi. Min illər boyu sürən patriarxal dövr başladı. Ailələrdə dəyişilən hegemoniya dövlət idarəçiliyinə də təsirsiz ötüşmədi.

Əkinçiliyin kəşfindən sonra zərif cinslərin idarəçilik sahəsində zəif təmsilçiliyi bir neçə səbəblə izah oluna bilər. Başlıca səbəblərdən biri əmək alətlərinin qadınların orqanizminə uyğun olmaması ilə bağlı idi. İş həyatında ağır fiziki əməyin tələb olunması qadınların işgüzarlıq potensiallarını aşağı salır, istər-istəməz ailələrdə evin maddi təminatını öz öhdəsinə götürən kişilərin sözü keçirdi.

Patriaxral hegemoniya son dövrlərə qədər sürdü. Son zamanlar elmi-texniki tərəqqinin yaratdığı yeni şərait əmək alətlərini təkmilləşdirdikcə, işgüzarlıq sahəsində qadın-kişi fərqi də ortadan qalxdı. Çünki dövrün ən vazkeçilməz amək aləti halına gələn komputerləri, müxtəlif dəzgahları, avadanlıqları eyni bacarıqla istifadə etmək fürsəti yaxalayan qadınlar evə çörək gətirmək imkanında həyat yoldaşlarından geri qalmırdılar. Hətta bəzi hallarda əmək alətlərinin işlədilməsində daha çox etina və diqqətin tələb olunması kimi amillər qadın əməyini daha avantajlı hala gətirirdi. Getdikcə həyat yoldaşlarının himayəsinə ehtiyacları aradan qalxdığından onlar öz ayaqları üzərində dayanmaq imkanı qazandılar və bu, cinslər arasındakı ictimai status fərqini də heçə endirdi. Qadın əməyinin dəyərliləşməsi onların hakimiyyətdəki  təmsilçilik imkanlarını da artırdı. Görünür, buna görə də bir çox ölkələrdə xanımlar hazırda yüksək hakimiyyət orqanlarında təmsilçilik haqqı qazanmağa başıladılar. Beləcə, dünya get-gedə yenidən matriarxallaşma prosesinə qədəm qoydu.

İstərsəniz, gəlin, getdikcə matriarxallaşan dünyamıza qısa bir nəzər salaq.

Dünyanın yenidən matriarxallaşmasının ilk addım səsləri ötən əsrin ikinci yarısında eşidilməyə başladı. Sənaye inqilablarının sürüklədiyi II Dünya müharibəsindən sonra ilk qadın dövlət idarəçisi Hindistanda ortaya çıxdı. 1966-cı ildə Hindistanın baş naziri olan İndra Qandinin “zərif hegemoniyası”nı iki mərhələyə bölmək olar. İlk mərhələ 1966-1977-ci illəri əhatə edir.

1970-ci illərin ortalarında Hindistanı bürüyən iqtisadi böhranlar İndra Qandinin taxtını laxlatdı. Oğlu Sanjayın “xalq avtomobili” adıyla başlatdığı proyektlərin uğursuzluğa uğraması və bir çox korrupsiya hadisəsində adının hallanması İndra Qandinin də nüfuzuna ciddi zərbə vurdu. 1975-ci ildə keçirilən seçkiləri saxtalaşdırmaqla hakimiyyətini sürdürən Qandinin daha sonra BMT-nin “ailə planlaması” proyektini tətbiq etməsi “hind dəmir ledisi”nin nüfuzuna ciddi zərbə vurdu. Hindlilər öz xanım rəhbərlərinin onları “qısırlaşdırmağa” çalışdığından şübhə etdilər və ona qarşı üsyana başladılar. İndra Qandi isə hakimiyyəti daha çox əlində saxlamaq üçün fövqəladə vəziyyət elan etməyə məcbur oldu. Ölkədə iki ildən artıq davam edən fövqəladə vəziyyətə baxmayaraq, İndra Qandi 1977-ci ildə növbədənkənar parlament seçkiləri keçirərək, hakimiyyəti Janata Partiyasının lideri Morarci Desaiyə ötürdü.

“Hindistanın dəmir liderisi” müxalifətdə çox qalmayacaq, 3 ildən sonra yenidən hakimiyyətə gələcək və ömrünün qalan 4 ilini də baş nazirlikdə keçirəcəkdi. 1984-cü ilin 31 oktyabrında öz qorumalarının sui-qəsdinə qurban gedərək, kreslosunu oğlu Rajiv Qandiyə buraxacaqdı.

Dünyanın ikinci “dəmir ledisi” 1979-cu ildə İngiltərədə hakimiyyətə gəlib. İngiltərə siyasətində silinməz iz qoyan Marqaret Tetçer də İndra Qandinin ilk hakimiyyət mərhələsində olduğu kimi öz ölkəsini 11 il idarə edib. Onu İndra Qandinin taleyindən sığortalayan isə, əlbəttə ki, ölkəsinin demokratik xarakteri olub. Böyük Britaniyanın demokratik xarakteri Marqeret Tetçerə hakimiyyəti rahatlıqla sələfinə ötürmək və bu təhvil-təslimdən sonra 25 il asudə yaşamaq şansı verib. 2013-cü il 8 aprel tarixində insult keçirən “dəmir ledi” 88 yaşında dünya ilə vidalaşıb.

XX əsrin 3-cü “dəmir ledi”si Pakistanın iki dəfə (1988-1990, 1993-1996) baş naziri olmuş Bənazir Buttodur. Pakistanın inkişafında və demokratikləşməsində ciddi xidmətləri olan Bənazir Buttonun da taleyi İndra Qandiyə bənzəyir. O da İndra Qandi kimi ölkəsinin rəhbəri olan bir ailədən gəlirdi. Atası Zülfüqar Əli Buttonun sayəsində Oksford universitetində oxumuş, Harvardda magistraturanı başa vurduqdan sonra Pakistana qayıtmış və ilk vəzifəyə də elə atasının yanında müşavir olaraq başlamışdı. O da, daha sonra qeyd edəcəyimiz kimi, “zərif hegemoniya” yollarında irəliləyərkən, terrorun qurbanına çevrilmişdi. Butto da 3-illik arayla ikinci dəfə öz ölkəsinə rəhbərlik etməyi bacarmışdı və s.

1977-ci ildə Pakistanda hərbi çevriliş edən Ziya ül-Həqq Zülfüqar Əli Buttonu edam etdirdi. Çevrilişdən sonra uzun illər ev həbsində yaşayan Bənazir Butto 1984-cü ildə hökumətin icazəsi ilə İngiltərəyə mühacirətə göndərildi. Üzərindən bir neçə il keçməmiş müəmmalı bir təyyarə qəzasına uğrayan Ziya ül-Həqqin ölümündən sonra keçirilən seçkilərdə xalqın səsini qazanan Bənazir Butto 1988-ci ildə Pakistanın ilk qadın baş naziri oldu. Daha sonra korrupsiyada günahlandırılan xanım baş nazirin ilk hakimiyyəti cəmi 20 ay sürdü. 1990-cı ildə Pakistan prezidenti Qulam İshaq Xanın əmriylə Butto hakimiyyətinə son qoyuldu və yeni hökuməti qurmaq səlahiyyəti Nəvaz Şərifə verildi.

1993-cü ildə yenidən hökumət quran Bənazir Buttonun ikinci hakimiyyəti 3 il çəkdi. 1996-cı ildə yenidən korrupsiyada ittiham olunan Butto devrildi və bir daha mühacirətə yollanmalı oldu. 2007-ci ildə 3 dəfə hakimiyyətə qayıtmaq təşəbbüsü isə ağır nəticələndi (Baxmayaraq ki, Pakistanın “dəmir ledisi”nin arxasında ABŞ, İngiltərə və bütövlüklə Qərb dayanırdı). Həmin ilin 5 noyabrında seçki qabağı təşviqat mitinqində terrora məruz qalaraq, həyatını itirdi.

Ötən əsrin ikinci yarısında bu 3 qadının ağır mübarizəsilə başlayan dünyanın matriarxallaşma prosesi son 10 ildən etibarən, xüsusi vüsət almağa başlayıb.

 2003-2007-ci illərdə Argentina prezidenti Nestor Kirçnerin həyat yoldaşı olan Kristina Kirçner 2007-ci ildə bu posta namizədliyini verdi. Yoldaşının ikinci dəfə prezident seçilmək istəməməsiylə ulduzu parlayan Kristina 2011-ci ildə də seçicilərin 54%-nin səsini alaraq öz vəzifəsini davam etdirdi. O, Argentina xalqı arasında II Evita ləqəbi ilə məşhurdur. Ləqəbini aldığı Evita (Mariya Eva Duarte de Peon) 1946-1955-ci illərdə Argentinanın baş naziri olmuş Juan Domingo Peronun həyat yoldaşıdır. 1952-ci ildə 33 yaşında xərçəng xəstəliyindən həyatını dəyişən Evita Argentinada bir çox demokratik-özəlliklə də qadın azadlıqları ilə bağlı-islahatların ilhamvericisi kimi tanınır. Kristina Kirçner bu ləqəbi almasını onun həm də Argentinada apardığı demokratik islahatlara borcludur.

Argentinada başlayan bu matriarxallaşma prosesi digər Cənubi Amerika ölkələrinə də yayıldı. Kristina Krinçerin ikinci dəfə prezidentliyə namizədliyini irəli sürdüyü 2011-ci ildə Braziliya da ilk qadın prezidentini seçdi. Bu, Dilma Russefdir. Sabiq Braziliya prezidenti Lula da Silvanın namizədi kimi seçkilərə qatılmış Dilmanın adı korrupsiyada hallandırıldığından, ötən il vəzifəsindən uzaqlaşdırıldı.

Təbii ki, hazırda “dəmir ledi”lər içərisində ən qüdrətlisi Almaniyanın kansleri Angela Merkel hesab olunur. Dünyanın ən böyük iqtisadi güclərindən biri olan bu ölkəni 2005-dən indiyədək o idarə edir. Hazırda 62 yaşında olan Angela Merkel bu qədər güclü dövlətin sahibi olmasına baxmayaraq, kirayədə yaşayır. İkinci Dünya müharibəsindən sonra baş nazir Konrad Adenauer (1949-1963) və Helmut Kohlden (1982-1998) sonra ən uzunmüddətli Almaniya rəhbəri kimi öz kreslosunda oturmağı bacaran Merkel ölkəsinin 'dəmir ledisi” adını qazanmağı həqiqətən də haqq edib.

Cənubi Koreya da rəsmən qadın iradəsilə idarə olunur. 2012-ci ildə ölkənin prezidenti seçilən Park Guen-hye 1963-cü ildən 1979-cu illər arasında Cənubi Koreya diktatoru olan Park Çunq-hee ailəsinin ilk uşağıdır. 2016-cı ildə adının korrupsiyada hallanmasıyla idarəetmə funksiyası əlindən alınan Park Guen-hyenin səlahiyyətləri müvəqqəti olaraq ölkənin baş nazirinə həvalə edilib. Bununla belə, sənayeləşmiş ölkələr içərisində gender bərabərsizliyinin ən yüksək səviyyədə olduğu Cənubi Koreyada Park Guen-hyenin rəsmən bu vəzifədə oturması belə, ölkədəki “zərif hegemoniyanın” ciddi uğuru hesab olunur. Hər halda o, Cənubi Koreyanın ilk qadın prezidenti kimi tarixə düşməyi bacarıb.

Asiyanın bir başqa ölkəsi Tayland da özünün yeni matriarxal dövrünü yaşayır. Baş nazir Yinglak Şinavatra ölkənin ilk qadın rəhbəri kimi 2011-ci ildə hakimiyyətə gəlib. Maraqlıdır ki, Yinglak xanımı da bu yüksək vəzifəyə gətirən onun ailə üzvüdür. Qardaşı Taksin 2006-cı ildə korrupsiyada günahlandırılaraq, 5 ildən bəri oturduğu baş nazirlik postunu tərk etmək məcburiyyətində qalmışdı. Bir müddət həbsdə yatdıqdan sonra 5 il siyasətlə məşğul olmaq qadağasıyla cəzalandırılan Taksin çarəni bacısını hakimiyyətə gətirməkdə görmüş və Yinglakı partiyasının namizədi kimi ön plana çıxarmışdı. 2011-ci ildə əksər Taylandlıların səsini qazanan Yinglak qardaşının tərk etdiyi kresloya 5 ildən sonra sahib ola bilmişdi. Bir çox rəqiblər arasında Yinglankı öz qardaşının “kuklası” sayanlar da az deyil. Yinglak isə bu “ağzıgöyçəkləri” susdurmaq üçün parlamentin alt qanadını buraxmış və 2014-cü ilin 2 fevralda tarixində növbədənkənar seçkiyə getmişdi. Həmin ilin may ayının əvvəllərində Tayland Konstisusiya Məhkəməsi bununla da razıalşmayaraq, Yinglankın səlahiyyətlərini dondurmuş, ayın axırında isə kraliyyət ordusu “zərif hakimiyyətə” son qoymuşdu.

 

Çili də bir neçə ildir ki, zərif iradəyə təslim olub. 2013-cü ilin dekabrında keçirilən prezident seçkilərini qazanan Veronika Maykelle Baçelet Jeriya 12 Mart 2014-cü ildə ölkəni ədalətlə idarə edəcəyinə and içib. Zərif iradəyə asanlıqla tabe olan Cənubi Amerikanın bu ölkəsi Asiyadan fərqli olaraq, hələ ki, sözügedən gender dəyişikliyinə cınqırını çıxarmayıb.

Dünyanın ən soyuq ölkələrindən sayılan Norveç də qadın zərafətilə idarə olunur. 2013-cü ilin sentyabrında keçirilən seçkilərdə "Yeni fikirlər, daha yaxşı həll yolları" şüarıyla ölkənin baş nazirliyini qazanan Erna Solberg Norveçin ikinci qadın baş naziri ünvanını qazanıb. Norveç ilk zərif iradə ilə isə 1981-ci ildə tanış olub. Həmin il baş nazirliyə təyin olunan Gro Harlem Brundtlandın hakimiyyəti uzun sürməyib. Eyni ildə keçirilən parlament seçkilərində partiyasının ikinci yerə çıxmasıyla Gro Harlem səlahiyyətini rəqiblərə ötürməli olub. Odur ki, Norveçin ilk qadın baş nazirinin qısamüddətli və ölkə tarixində heç bir ciddi iz buraxmayan hakimiyyətini ötən əsrin matriarxallaşma prosesinə aid etmədik.

Digər soyuq ölkə Danimarkada da sosial-demokratların lideri Helle Thorning-Schmidt 2011-ci ilin payızında keçirilən parlament seçkilərdə qalib gələrək, ölkəsinin ilk qadın baş naziri oldu.

Dünyanın ən isti ölkələri də qadın hərarətli hakimiyyəti duyan coğrafiyalar sırasına qoşulub.  Afrikanın 16 milyon əhalisi olan ölkəsi Malavi prezidenti Joyce Banda da və 4.5 milyonluq Liberiya lideri Ellen Johnson-Sirleaf da ölkələrini idarə edən xanımlar arasındadır.

Post-sovet məkanı da artıq zərif iradəylə hesablaşmağa başlayıb. Baltikyanı və Balkan ölkələrində də qadınlar hakimiyyət sükanını əllərində saxlamağa çalışırlar. 2015-ci ildə seçkiləri qazanan Xırvatiya prezidenti Kolinda Grabar-Kitaroviçi, 2009-cu ildən bəri Litvanı idarə edən Dalya Qribauskayteni, 2015-ci ildə Polşada hakimiyyəti başqa bir qadın prezidentdən təhvil alan Beata Szidlonu, 2007-ci ildən başlayan baş nazirliyi qısa sürsə də, Ukrayna tarixində ciddi izlər buraxan Yuliya Timoşenkonu buna misal göstərmək olar. Gürcüstanın Müdafiə naziri Tina Xidaşelini qadın liderlər katerqoriyasına aid etməsək, zərif cinslərin artıq hərbi-strateji postlarda da rahatlıqla oturduğunu görə bilərik.

Bəli, bu gün qadınlar dünyanın bir çox ölkələrində müxtəlif postlarda təmsil olunurlar. Vəzifələri və hakimiyyətə gəliş şəkilləri fərqli olsa da, matriarxallaşan dünyanın ümumi mənzərəsinə nəzər salanda eyni tabloyla qarşı-qarşıya qalırıq. Qadınların idarə etdiyi cəmiyyətlər demokratikləşir, hakimiyyətlər asanlıqla başqalarına ötürülür. Hətta ilk qadın “dəmir ledi” olan İndra Qandi belə, hakmiyyətinin ən ağır dövründə fövqəladə vəziyyət elan etsə də, avtoritarlığa çox getməmiş, rəqiblərinə qarşı ciddi amansızlıqlara yol verməmişdi.

loading...
loading...
Başqa qadına baxan sevgilisinin başında noutbuk qırdı - VİDEO
"Ağdamın alınacağı və bacımın məzarını görəcəyim günü həsrətlə gözləyirəm”
Məşhur avtomobil markası yarım milyon avtomobilini geri çağırdı - SƏBƏB
25 il sonra yenidən çəkilən film hasilat rekordu qırdı - MARAQLI
Diribaş Samux sakini evinə girən oğrunu yaxalayaraq polisə təhvil verdi - MARAQLI...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)