“Narkoman maşınla vurdu, 2 il qoltuq ağacları ilə süründüm”- MÜSAHİBƏ
Oxunub: 4892
20 Feb 2017 | 14:47
“Narkoman maşınla vurdu, 2 il qoltuq ağacları ilə süründüm”-  MÜSAHİBƏ

Moderator.az saytının müsahibi “Bələdçi” və “Qisas” romanları ilə ədəbiyyatda parlayan və həmin əsərlərlə satış rekordları qıran yazıçı Eyvaz Zeynalovdur. Yazıçının adıçəkilən romanları Almaniya və Türkiyədə də çap olunub. Bir neçə ölkədə təşkil olunan beynəlxalq kitab sərgilərində Eyvaz Zeynalovun kitabının təqdimatı baş tutub və marağa səbəb olub. 
Dünən İstanbulda yazıçının daha iki romanı Türkiyə türkcəsində çap olunub. 
Eyvaz Zeynalovla müsahibəni təqdim edirik:

-“İntiqam” romanınız türk dilində çap olunub. Mümkünsə, romanın türkcə nəşrinin tarixçəsindən danışaq...

- Roman əvvəllər “Azərbaycan” jurnalında “Qisas” adı altında povest kimi çap olunub. 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində dalbadal “Qanun” nəşriyyatında “Bələdçi” romanımla eyni kitabda yayımlanıb. Kitab ilk ildə 3 ay ən çox satılan kitab olub. 6 ayda 500 nüsxə qurtarıb, yenidən 500 nüsxə ilə çap olunub. 2 il əvvəl “Azərbaycan” jurnalında təşkil olunan dəyirmi masada “Qisas” romanı müstəqillik dövründə yazılmış ən yaxşı 10 əsərdən biri kimi qeyd edilib. Roman haqqında çox yerlərdə yazı, məqalələr gedib. Sonra onu türk tərcüməçim, ədəbiyyatımızın yorulmaz təbliğatçısı və bilicisi Ömər Küçükmehmətoğlu oxuyub bəyəndi, Türkiyə türkcəsinə çevirdi. Keçən il elə bu vaxtlar İstanbulda “Ferfür” nəşriyyatında işıq üzü görən  “Əski bisiklet” hekayələr kitabımın böyük kitab sərgisində təqdimatı oldu. Onda biz nəşriyyatın sahibi Şeref Yılmazla “Qisas”ın çapı haqqında müqavilə imzaladıq. Dünən o mənə yazdı ki, kitab artıq çıxıb. 26 fevralla 5 mart arası tarixdə İstanbulda keçirilən CNR kitab sərgisində kitabımın təqdimatı olacaq. Mən də müəllif kimi  ora dəvət edilmişəm. Bu barədə əvvəldən də deyilmişdi. 
Image

-"Bələdçi", və "İntiqam" romanlarının qısa müddətdə bu qədər uğur qazanmasının və rezonans yaratmasının əsas səbəbi nə oldu?

- ”Bələdçi” romanımın taleyi uğurlu alındı. Almaniyadan dostum Orhan Aras 2 il əvvəl Bakıda ailəvi qonağım oldu. Onunla tanışlığım internetlə başlamışdı, hələ 2011-ci ildə Ankarada çıxan “Kara(b)ağlayan” hekayələr kitabımı bəyənmişdi. Bu dəfə “Bələdçi” romanımı bəyəndi, Almaniyada tərcüməçi tapdı, beləcə, roman 2015-ci ildə orada çapdan çıxdı. Frankfurt kitab sərgisində təqdimatı oldu. Sərgiyə mən də getmişdim, orada “Alın yazısı” romanımın  da həmin nəşriyyatda çap edilməsi məsləhət görüldü. 2016-cı ildə nəşriyyat bu romanı da çap edərək,  Frankfurtdakı beynəlxalq sərgiyə çıxartdı. Ancaq bu il ora gedə bilmədim. “Bələdçi” İstanbulda “Çivi” Yayın Evində də çap olunmalıdı Bu haqda yayınevinin sahibi Özcan Sapanla müqaviləmiz də var

-Əsərləriniz müasir nəsrə nə yeniliklər gətirdi? E.Zeynalovun romanlarının özəl cəhətləri hansılardı?

- Bu bir az qəliz sual oldu. Çünki heç zaman bu haqda düşünməmişəm. məncə, buna tənqidçilərimiz cavab versələr, daha doğru olar. Mehdi Hüseynin yaxşı bir fikri yadımdadı. Deyirdi ki, yazıçı özü və əsərləri haqqında çox şey deyə bilər, şərt onun əsərlərinin nə deməyidi. Ona görə qoy bu suala oxucular, tənqidçilər cavab versinlər.
Eyvaz

-Maraqlıdır, bu qədər maraqlı romanları olan Eyvaz müəllim nə üçün gəncliyində deyil, bir növ 50 yaşdan sonra daha çox parlamağa, əsərləri də ondan sonra satılmağa başladı?  Gəncliyinizdə sizə mane olan nə idi?

- Bunun müxtəlif  səbəbləri var. Bir roman üzərində işləyirəm orda bunun səbəblərini açacağam. İndilik deyim ki, hələ 9-cu sinifdə oxuyarkən ilk hekayəm qəzetdə çıxdı. İnstitut illərində də çap olunmuşam. O vaxtkı əlyazması şəklində olan hekayələrimdə müəllimim İ. Şıxlının təqdiredici qeydləri var. İnstitutdan sonra əsgərlik və əsgərlikdən sonra Rusiyaya getdim. “Alın yazısı”nda bu haqda bir az bəhs etmişəm. Həmin illərdə bir neçə şəhər dəyişmişəm; gah geri qayıtmışam, gah təzədən tamam başqa bir şəhərə üz tutmuşam. Zaporojyedə, Donetskdə yerli yazıçılarla dostlaşmışam. Onların hekayələrindən tərcümə edib ölkəmizdə çap etdirmişəm. Onlarla bərabər mənim də hekayələrimi rus dilinə çevirmişik, həmin şəhərlərdə qəzetlərdə çıxıb. O zaman Zaporojyedə çap olunan hekayələrimdən dördünü hətta rusca yazmışam. 1980-ci ildə qayıdıb evlənəndən sonra Ağdamda qaldım. Gah qəzetdə, gah məktəbdə müəllim, gah başqa sahədə işlədim. Arada Bakıya gələr, hekayələrimi qəzet-jurnallara verib gedərdim. Qabaqcıl jurnal-qəzetlərin hamısında çap olunurdum. Qəribəsi odur ki, kitab barədə fikirləşmirdim. 1990-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” adlı povest və hekayələr kitabım çıxdı. O vaxt “Gənclik” nəşriyyatında da uşaqlar üçün hekayələr kitabım dururdu: süründürürdülər.  Bəh-bəh deyib, illik buraxdıqları toplularda bir ili 5, bir ili düz 11 hekayəmi çap etmişdilər. Sonra plana saldılar, 20 min tirajla. 3 il növbə gözlədim. Kitabın üz qabığı da hazır idi, rəssamı onun pulunu almışdı. Sonra hirslənib alıb cırıb-tulladım. Çox haqsızlıqlar görmüşəm: “Mozalan” bir dəfə “Müxbir” jurnalında ilk dəfə çap olunan “Bahalı şokolad” qutusu hekayəmin əsasında süjet çəkib amma  adımı hallandırmayıb. Televiziyanın “Səhər görüşləri” verilişi vardı- kiçik səhnəciklər müsabiqəsi elan etmişdi - ora göndərdiyim “Qiymətpozan” səhnəciyimi Arif Quliyevlə bir aktyor uzun müddət oynadılar, dalbadal televizorda verdilər, amma adımı çəkmədilər. Elə bir neçə il əvvəli deyim: “Azərbaycan” jurnalında “Tələ” romanım gedirdi. dedilər bir az qısaltdım. 2 nömrədə 80 səhifə ilə getdi. Amma povest adı ilə dərc olundu. Halbuki, 35 səhifəlik bir nömrədə gedən yazıya roman qoymuşdular. Redaktor İntiqam Qasımzadəyə yarızarafat dedim, gərək elə povest əvəzinə hekayə yazaydınız. Ondan sonra iki hekayə vermişdim. M. Oruc üstünü yazmışdı ki, çap olunsun. Bir dəfə maraqlandım dedilər bizə verməyib. Elə orda M. Oruca zəng vurdum. onlara dedi, bəyənmişəm də, vermişəm də. Dedilər təzədən gətir. Apardım. Bir aydan sonra maraqlananda İntiqam Qasımzadə hekayənin birini göstərdi. Başdan bir neçə cümlə xətlənmişdi. Dedi, görürsən, Mübariz Cəfərli bəyənməyib. Dedim Mübariz, kimdi, burada nəsr şöbəsinin müdiri M. Orucdu, o da eşitdiniz ki, bəyənib. Acıq eləyib getdim. 


-Eyvaz müəllim, bəs gənc ikən sizi yazmağa qoymayan səbəblər hansılar idi? Bildiyimiz qədər, həyatda çox çətinliklərlə üz-üzə qalmışınız...

-Hər şey təzəcə qaydasına düşürdü ki, Qarabağda hadisələr başladı. Sonra Ağdam işğal olundu,  ailəmlə Bakıya köçdüm.
O hadisələrin ikinci ili öz maşınımda bizi bir narkoman maşını ilə vurdu
2 il qoltuq ağacları ilə süründüm. Ev, iş yox, Lökbatanda yarıhazır binada bir yer tutduq.
Məcbur olub, əvvəllər kömək etdiyim adamların vasitəçiliyi ilə alver etməyə başladım.  Beləcə, 10  il  keçdi... Ədəbiyyatdan uzaq 10 il... Amma əvəzində  uşaqlara gün ağladım, ev-eşik düzəltdim, onları oxutdum, dükan tikdirdim. Yalnız oğlum onu işlədə biləndə, mən qayıdıb yenidən  yazı-pozuya keçdim...
O vaxtlar isə mən yalnız qeydlər edirdim. Amma həmişə oxuyur, yazmağa girəvə axtarırdım...

-Həyatınızdakı bu qədər sarsıntıdan sonra böyük ədəbiyyata necə qayıda bildiniz?

 -Bir gün “Göyərçin” jurnalına getmişdim. Rafiq Yusifoğlu dedi sovetin dövründən daxılımda bir hekayən qalmışdı. Görünmədiyini görüb o hekayəni çap etdim ki, bəlkə, üzə çıxasan. 
Onun məsləhəti ilə iki hekayə götürüb  “Ulduz” jurnalına gəldim.
Rəhmətlik Ələkbər müəllim məni yaxşı qarşıladı. Xətrimi əvvəllər də istəyirdi. Hekayə gətirdiyimi eşidib alqışladı. Bu zaman M. Oruc göründü. Dedi, qardaş, o illərdə sənin bəyəndiyim hekayən qaldı, mən jurnaldan getdim. Mən ona təzə hekayəmi verdim. Ard-arda çap etdilər. Üzvlüyə ərizə verdim. İkinci dəfə gələndə bir nəfər soruşdu ki, sən kimsən? Dünyasını dəyişdiyi üçün, adını çəkməyək. Amma  bu haqq-hesab iki dəfə  təkrarlandı.
Dedim, siz cavanlara beləmi qayğı göstərirsiniz? Bilirəm yaşlısınız verin yazdıqlarımı ürəyiniz qızanın birinə, bəyənməsə, bir də gəlməyim. Üçüncü dəfə mən içəri girəndə o   rəhmətlik otaqdan çıxdı. Təəccübləndim. Bir azdan qayıtdı ki, səni qəbul etmişik, biletini al. Bu 2002-ci ildə oldu. Beləcə, dalbadal çap olunmağım məni təzədən ədəbiyyata qaytardı. Həmin vaxt “Ulduz”dan Ələkbər müəllim, “Azərbaycan” jurnalından da  V. Yusifli mənim ruhlanmağıma çox kömək etdi. 
Eyvaz

Bir də yenidən ədəbi aləmə qayıtmağıma və fəaliyyətimə görə oğluma borcluyam. Yoxsa, 135 manat pensiya ilə mən təzədən ayaqda dura bilməzdim. Heç bu gün də davam edə bilmərəm. Bir xasiyyətim var, pislik gördükcə acığa düşür, daha da inadkar oluram.

-Gələcək yaradıcı planlarınız barəsində danışardınız..

- Almaniyada bu il alman dilində 3-cü kitabım çapa hazırlanır; uşaq hekayələrindən ibarət kitabdır.  Artıq bir neçə hekayəm tərcümə olunub. Almaniyadakı kitablarımın işıq üzü görməsində dostum Orhan Arasın böyük əməyi var, ona minnətdaram. Türkiyədə də bir böyüklər  üçün və  də uşaq hekayələrindən ibarət  iki kitabım Türkiyə türkcəsinə artıq tərcümə edilib. Öz çap növbəsini gözləyir. Bunlara görə də dostum, kitablarımın tərcüməçisi Ömərə və dostum, naşir Şərəf bəyə minnətdaram.

Elmin Nuri

Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 07:49
İranda partlayış baş verib