"Dörd çərşənbə məsələsi bizi türk dünyasından ayırmağa xidmət edir"- MÜSAHİBƏ
Oxunub: 6503
15 Feb 2017 | 11:49


Moderator.az saytının müsahibi tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi və tanınmış televiziya aparıcısı Güllü Yoloğludur. Etnoqraf alim uzun müddətdir ki, həm elm, həm də televiziya sahəsində Azərbaycanın folklor və etnoqrafik dəyərlərini təbliğ edir, bizə səhv olaraq sırınan bəzi adətlərdən danışır. Elə bu gün də ondan danışdıq:

-Güllü xanım, bu gün Azərbaycan etnoqrafiyası istiqamətində aparılan araşdırmaları necə dəyərləndirərdiniz?

-Azərbaycan xalqının etnik tərkibinin öyrənilməsinin, etnoqrafik materialların sistemli şəkildə toplanmasının başlanğıcı əsasən, XIX əsrə aiddir. Uzun illər V.N.Qriqoryev, O.S.Yevetski, P.P.Zubov, A.Q.Yanovtsev, İ.L.Serebryakov, A.A.Bakıxanov, M.M.Səfiyev, P.F.Riss, D.İ.Zubarev, A.D.Yeritsov, P.S.Varav, M.Q.Əfəndiyev, A.Qiyasbəyov, V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşaninov, Ə.Ələkbərov, Q.T.Qaraqaşlı, M.V.Quliyeva, R.Babayeva, T.Ə.Bünyadov, Ş.Quliyev, Q.Qeybullayev, Ə.İzmaylova, H.Həvilov, A.Abbasov, K.Əliyev, Ə.Dadaşov, E.Kərimov, N.Quliyeva, B.Abdulla, A.Paşayev, Q.Cavadov, Q.Rəcəbov, X.Xəlilov, bəndəniz və başqaları Azərbaycan əhalisinin təsərrüfat məişəti, maddi və mənəvi mədəniyyəti, ailə-nikah münasibətlərinin inkişafı, etnik tərkibi və s. bağlı tədqiqatlar aparmış və bu tədqiqatlar bu gün də aparılır. Bu sahədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rolu da danılmazdır. Burada maraqlı  məsələlərdən biri də odur ki, tək etnoqraflar deyil, eləcə də folklorşünas alimlər Azərbaycan xalqının etnoqrafik materiallarının öyrənilməsinə az-çox öz töhfələrini veriblər. Çünki etnoqrafiya və folklor bir-biri ilə sıx bağlıdır. Xüsusilə, mərasim və ayinlərdə onları bir-birindən ayırmaq düzgün deyil. Məhz buna görə də folklor mənəvi mədəniyyət adı ilə etnoqrafiyanın bir parçası kimi də öyrənilir... Təbii ki, ideologiyaya uyğun olaraq dəyişikliklər də az olmayıb.   

-Folklor və etnoqrafiyamıza aid bəzi faktlar, mənbələr  sovet dövründə təhrif olunubmu? Əgər olubunsa, bu təhriflər Azərbaycançılıq məfkurəsinə nə dərəcədə zərbə vurub?

-Artıq  SSRİ dağılıb, quruluş ləğv olunub, lakin elm sahəsində bir çoxları onun 
qoyduğu istər ideoloji, istər siyasi qaydaları hələ də qısqanclıqla qoruyub saxlayırlar.
Məsələn, sovet dövrü “xalqlar dostluğu” adı altında ayrı-ayrı etnik kökə, dinə mənsub xalqlar süni yolla bir-birinə calaq edilərək vahid sovet xalqı yaratmaq qarşıya məqsəd kimi qoyulsa da, xalqlara öz dilində yazıb-oxuma haqqının verilməsi bu arzunu utopik bir şey kimi arxivdə gizlətdi. Lakin bəzi tarixçilərimiz özləri də bilmədən ortaya elə “faktlar” qoydular ki, bu gün ermənilər və Azərbaycana ərazi iddiası ilə çıxış edənlər həmin müəllifləri əllərində bayraq ediblər... Və yaxud, yuxarıdan sifarişlə hansısa folklor nümunələrinə, etnoqrafik materiallara əl gəzdirilib. Həmin materiallar dərsliklərə salınıb, radio, TV vasitəsi ilə xalqın beyninə yeridilib. Biz indi bu yanlışlıqları aradan qaldıra bilmirik. Çünki bu yalanlar üzərində bütöv bir nəsil yetişib. 

-Mövsüm mərasimləri ilə bağlı folklor mətnlərimizin məzmununun  dəyişdirilməsi barəsində nə deyə bilərsiniz?

-Elə o dediyim ideologiyaya uyğun dəyişikliklər mövsüm mərasimlərinə də aiddir. Təbii ki, bunların hamısının pis olduğunu demək də yanlış olardı. Bilirik ki, sovet dövrü həm də ateizm siyasəti ilə yadda qalıb. Bu gün din adına qonşu və uzaq ölkələrdə baş verənlərin bir çoxunu görəndə bəzi məsələləri başa düşmək olar. Lakin insanı mənəvi yoxsulluğa sürükləyən siyasət heç də yaxşı nəticə vermədi. Çünki “sovetlər dağıldıqdan, kommunizm ideyası aradan qalxdıqdan sonra insanların mənəviyyatında bir boşluq yarandı və yad ünsürlər ölkəmizə ayaq açdı” deyəcəkdim, amma bu günkü Türkiyədəki durumu təhlil edəndən sonra fikrimdən vaz keçirəm. Çünki onlar sovetin buxovunda olmayıblar, lakin bu gün dindəki aşınmalar orada da meydan sulayır. Təriqətlər tarix boyu bir-biri ilə rəqabət aparıb. Hələ mən məzhəb məsələsini demirəm. Hər birinin öz xətti, məqsədi, iddiası olan 100-dən çox təriqətin varlığı o bir Allaha, vahid dinə yox, müxtəlif vəqflərə, şeyxlərə xidmət deməkdir... Allah birdir, ona gedən yol da bir olmalıdır... Parçalanmalar və rəqabət uçuruma aparır. Uzun əsrlər bunun şahidi olmuşuq. Təkcə səfəviyyə ilə bakuviyyənin misalında fəlakətin ölçüsünü görmək mümkündür...  
Lakin bu gün folklorumuza, etnoqrafiyamızda ciddi dəyişiklər və bunun da sayəsində yanlış təhlillərə yol açan məqamlar da çoxdur.
Image

-Novruz adətləri və çərşənbələrin sıralanmasında da xeyli yanlışlıqlar var. Mümkünsə, azacıq bu barədə də danışaq...

-Əzəldən xalqımız yalnız ilin, ayın, yəni Boz ayın Axır çərşənbəsini böyük şadyanalıqla keçirib. Digər çərşənbələrin hər birinin öz funksiyası var. Əslində 7 çərşənbə nəzərdə tutulardı. Onun üçü oğru çərşənbə adı ilə Kiçik çilləyə düşərdi. Üçü isə doğru çərşənbə adı ilə Boz aya düşərdi. Kiçik çillə çıxan kimi gələn birinci çərşənbə Yalançı çərşənbə sayılardı və onu keçirməzdilər. Bu il Yalançı çərşənbə fevralın 21-ə düşür. 21-də hələ havalar soyuqdur. Belə havada hansı ağıllı, həm də rayonlarımızda bir-birini suya basar? Çox yerdə heç qar-buz əriməyib. Keçmişdə qış daha sərt keçərdi. Övliya Çələbi  yazırdı ki, Ərzurumda bir kədi (pişik) bir damın üstündən o biri dama tullananda havada donarmış... Söhbət inkişaf etmiş böyük şəhərlərdən getmir...
Artıq ikinci Xəbərçi (muştuluqçu, cıdırçı, müjdəçi və s.) çərşənbədə yazın gəlişi özünü bildirərdi. Hava isinməyə başlayardı... Bu çərşənbədə qışdan çıxan insanlar ev-eşiyi çölə tökər, qarla xalça-palazı təmizləyər, kişilər əkin yerlərinə baş çəkər, dolmuş arxları, həyət-bacanı, tövlələri, axırları, hinləri təmizləyərdilər. Artıq, köhnə, çır-çırpını da yandırar, külünü əkin yerlərinə, ağacların dibinə tökərdilər. Ona görə bəzən buna Küllü çərşənbə də deyirlər. 

Üçüncü çərşənbə Ölü çərşənbəsidir. Buna Qara çərşənbə də deyirlər. Amma bu çərşənbəni İslamdakı Qara bayramla bağlamayaq. Qara bayramın vaxtı dəyişir, amma Qara çərşənbə hər il Axır çərşənbədən əvvəlki çərşənbədə qeyd edilir. Məqsəd nədir? Həmin gün sübh tezdən kişilər uzaqda, təpəlikdə yerləşən məzarlıqların yollarını təmizləyir, qadınlar xonçalarla ora gedir, qəbirləri təmizləyir, kimsəsizləri də ziyarət edir, xonçaları orda qoyub qayıdırlar. Kasıb ailələrin uşaqları o xonçalardakıları götürüb evlərinə aparır və bir həftə sonrakı Axır çərşənbə süfrələrinə qoyurlar... Ağsaqqallar, ağbirçəklər bu bir ildə dünyasını dəyişənlərin ailələrini yasdan çıxardırlar ki, onlar da Axır çərşənbəni şadyanalıqla qeyd etsinlər. Həmin gün evdə ruhların adına qazan asılır, qapı, pəncərə aralı qoyulur, şam və ya ocaq qalanırdı ki, qaranlıqda ruhlar yollarını azmadan gəlib o paydan nəsiblərini alsınlar... 

Dördüncü çərşənbənin adı üstündədir: Axır çərşənbə. Hamı elliklə bu çərşənbəni keçirir, ertəsi gün su üstünə gedir, ayinlərini icra edirlər. Budur dədələrimizin, nənələrimizin çərşənbələri. 
İndi mən də sizə və eyni zamanda dörd ünsür, dörd çərşənbə deyib hamısında tonqal qalayıb, şənlənənlərə sual verim:  Ağır qışdan çıxmış, bütün odun, oduncağını, əlindəki taxta tabağını yandırmış, azuqəsi bitmiş, taxça-boxçası boşalmış, yaz iş-gücünə başı qarışmış xalqın o qədər odunu, yemək-içməyi, boş vaxtı haradan idi ki, dörd çərşənbənin dördündə də kef eləsin, tonqal qalasın, şəkərburalı, paxlavalı, plovlu süfrə açsın, çıqqıdı-çıqqıdı etsin?  Niyə çərşənbə deyirik? Axı Çərşənbə həftənin III günüdür. Əslində isə biz çərşənbə axşamından danışırıq... Təbii ki, bunların da öz cavabı var...      

-Çərşənbə sıralanmalarının yanlış təqdim edilməsində məqsəd nə idi? 

-Xocalı faciəsi Boz ayın ilk çərşənbəsi ”“ Yalançı çərşənbə günü baş verib... Qarışıq dövr idi. Bilənlər bilir, biz, yəni, xalq Bakıda Xocalı faciəsi haqqında bir həftə, on gün sonra xəbər tutduq. Çünki yuxarıdan göstərişlə camaatın başını çərşənbələrlə qatdılar. Hər çərşənbə axşamı Fuad Qasımzadə efirə çıxıb “bu gün filan çərşənbədir. Onu belə qeyd etmək lazımdır...” deyib insanların diqqətini başqa istiqamətə yönəldirdi. Hakimiyyətdə böhran yaranan kimi hind filmləri ilə camaatın başını qatan kimi... Və sifarişi yerinə yetirən də rəsmi KİV-lər idi. Elmi məsləhətçi isə əsasən folklorşünas A.Nəbiyev olardı. Yəni, o da tək deyildi... Beləcə, 1992-ci ildə onun bir il əvvəl nəşr etdirdiyi gözəl mənbə olan  “Novruz bayramı” kitabına tamamilə zidd olan “İlaxır çərşənbələr” kitabçası çap olundu və özünün də yazdığı kimi “bu ilk təcrübə” bəzi həmkarları tərəfindən çox tezliklə də yayıldı... Çünki yuxarının göstərişi vardı...

Image
-Bu gün bu problemin aradan qalxmasına nə üçün maraqlı deyilik?

- Artıq böyük bir nəsil bu yalanla böyüyüb. Üstəlik, hələ də bu cəfəngiyyatı yayanlar, onun üstündə fəlsəfi fikirlər irəli sürənlər var. Amma bu dörd ünsür, dörd çərşənbənin xalqımıza bir çox yöndən ziyanı var. Ən əsası hər kəsin evində televizor var. Amma hamının iqtisadi durumu keçmişdəki və hər zamankı kimi eyni deyil. Dolanışığından şikayət edənlər də var, günahı başqalarında görənlər də. Heç vaxt heç kəs düşünməsin ki, hamının bərabər yaşadığı cəmiyyət qurmaq mümkündür. “Sən ağa, mən ağa, inəyimizi kim sağa”... Belə bir vaxtda televiziyalarda hər çərşənbə kimlərinsə bol süfrələri, dolu zənbilləri, çal-çağırları göstərilir. İmkanı fərqli ailələrdə bu görüntülər qıcıq yaradır. Çünki hər bir valideyn övladının qarşısında özünü gücsüz, imkansız, bacarıqsız hiss edəndə, içində olan kin, nifrət, etiraz səsi, üsyan daha da artır. Bu da sosial narazılığa gətirib çıxardır. Düşünürəm ki, əvvəllər olduğu kimi, yalnız Axır çərşənbə keçirilməlidir. Belə olduqda imkansızlara əl tutmaq da asan olar.

Dörd çərşənbə, dörd ünsür məsələsi heç bir türk xalqında, elə farsların özündə də yoxdur. Əgər dünyanın heç bir yerində bu yoxdursa, qondarma məsələ bizi dünyadan, eləcə də türk dünyasından ayırmağa xidmət edir...

Boz ayın bütün çərşənbələrini yemək-içmək, çal-çağırla keçirmək istəyənlər də bütün ay boyu nə alacağını, nə bişirəcəyini, kimi çağıracağını, hansı restoranı, hansı müğənnini sifariş verəcəyini düşünməklə vaxtını keçirir... Təbii ki, çal-çağırdan pul qazananlara, bazarlara, marketlərə, savadsız, lakin özünü çox bilən kimi göstərən “jurnalistlər”ə bu sərf edir. Hətta bəzi kanallar rayonlara gedib orda səhnəciklər qurub yanlış adları xalqın adından qələmə verməyə çalışırlar. Xüsusilə də Qazaxda qurulan tamaşalar gülməlidir. Çünki orda insanlar hələ də Ölü çərşənbəsində məzarlıqlara axışır... 
Seçim xalqındır. Dədə-babadan Axır çərşənbə Novruzun özündən yaxşı keçirilib. Əsas səbəb də ilin ağır və Axır çərşənbəsindən xoşluqla ayrılmaqdır... 

Elmin Nuri
  


Oxşar xəbərlər
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 11:26
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 11:26
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”