"Hə, bax, bu fədakar Ana indi siyasi məhbus Anasıdır"
Oxunub: 4059
12 Feb 2017 | 11:59

Eldar Sabiroğlu ilə müsahibədən dərhal sonra Rüfət Səfərovun özü ilə söhbətləşmək planım vardı. Amma ya vəlvələdən, ya zəlzələdən alınmadı. Rüfətin türklər demiş, namlunun ucunda olduğunun fərqində idim və düşüncələrimdə də yanılmadım. Rüfəti tezliklə həbs etdilər. Nələr olub-bitdiyini düşünməyə macal tapmadan birbaşa Eldar Sabiroğlunun ricası üzərinə prezident İlham Əliyevin müdaxiləsi ilə də azadlığa buraxdılar. Azərbaycan məhkəmələrinin və məhkumlarının tarixində olacaq iş deyildi. 311-ci maddə ilə və Korrupsuyaya qarşı Mübarizə (guya) Baş İdarəsinin həbs etdiyi adamı cəmi 1 həftədən sonra ev dustaqlığına buraxmaq görünməmiş iş idi. Prezidentdən başqa kimsə bunu edə bilməzdi.

Rüfət Səfərov azadlığa buraxılan kimi əvvəlki qaydada meydan oxumağa başladı. Siyasi tariximizə keçəcək bir aforizmi də Rüfət Səfərov dedi: “Yaşasın həbsxana azadlığı, rədd olsun ev dustaqlığı!” Beləliklə də, iplər qopdu.

Təbii ki, öncə müsahibi qorumaq istəyi həm də peşəkarlıq meyarı olmalıdır. Məhz o zamanda Rüfət Səfərovdan “Qaynar Qazan”da müsahibə götürə bilərdik və bu müsahibə tarixi söyləşi ola bilərdi. Amma bunu istəmədik. Ona görə ki, müsahibə tarixi ola bilərdi, eyni zamanda bu, Rüfətin işlərini çıxmaza sala bilərdi ”“ çətinləşdirər, zorlaşdırardı. Etmədik. Əksinə, həmin günlərdə Rüfətin özü ilə görüşdüm, vəziyyətin çox dramatik olduğunu, artıq gündəmdən düşməyin və hədəf taxtasından çıxmağın lazım olduğunu dedim. Rüfət dediyini demiş, etdiyini etmiş, tarixdirsə ”“ tarixini yazmışdı.

Olmadı və hakimiyyət Rüfəti çox ağır formada cəzalandırdı. Bir çox qanun pozuntuları ilə birlikdə onu son sözünü belə tam demədən 9 il cəzaya məruz qoydular və hökmü qüvvədə saxladılar.

Rüfətin Anası Tahirə xanımla cəmi bir neçə dəfə görüşmüşük. Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da və ondan sonra bir neçə dəfə. Bir dəfə də uzaq keçmişdə olub. Eldar Sabiroğlunun işsiz vaxtlarında da ”“ zatən Eldar Sabiroğlu vəzifədə olanda onunla heç bir zaman görüşmək və oturub dərdləşmək imkanlarımız olmayıb, Eldar Sabiroğlu bütün vəzifə ömründə mənə, rəhbərlik etdiyim qəzetə və mənimlə çalışan həmkarlarıma çox məsafəli və yumşaq desək uzaq olub ”“ bir dəfə evində qonaq olanda qarşımıza yemək gətirib. Bütün Analar kimi sadə, qayğıkeş və gözəl ürəklidir Tahirə xanım.

Rüfətin məhkəmələrində də Tahirə xanımı görmədik. Rüfət məhkəmə qapılarına gəlməyini istəməyib. Amma çox istəyib Anasını. Tahirə xanımla söhbətləşmək ehtiyacı da buradan yarandı. Onunla “Mənim Anam” layihəsində danışmaq istədim və onunla müsahibəyə yollandıq.

Tahirə xanım Rüfətin həbs olunduğu ilk gündən mətin və ağayana duruşu ilə təqdir qazanıb. O, canından çox sevdiyi oğlunun haqq yolunda olduğunu bilir, onu müdafiə edir və onun doğru yolda olduğuna inanır. İradlarını da bildirir, bəzən oğlu ilə həyat yoldaşının arasında qaldığının da fərqindədir, ancaq doğruları dilə gətirməkdən də çəkinmir. Ana ədalətidir bunun adı həm də”¦

Müsahibə dolu Onu gərgin gördüm. Sıxılmış yay kimi idi. Ha bir himə bənd idi ki, gözlərindən dolu kimi göz yaşı axıtsın. Amma mətanətlə və dəyanətlə dayandı. Elə sıxılmış yay kimi də gərgin danışdı. Rüfətdən, onun necə böyüməsindən, necə oxumasından, necə evlənməsindən, işləməsindən danışdı. Dərin bir üzüntü hakim olsa da, hər zaman nikbinliyinə qayıda bildi, Rüfətdən dik danışa bildi, onunla qürur duyduğunu hər fürsətdə dilə gətirdi.

tahire

Sən demə, elə 1-2 gün bizdən əvvəl Eldar Sabiroğlunun ondan bir ricası da olubmuş: “Tahirə, gəl mənə bir az Rüfətin uşaqlığından danış.” Hamımız kimi ”“ övladlarımızın böyüməsi mövzusunda ”“ Eldar Sabiroğlunun da Rüfətin necə böyüməsindən xəbəri olmayıb. O da bütün ömrünü idealları uğrunda mübarizə aparıb və bir də baxıb ki, elə onun bütün ömrünü yeyən də o ideallarmış. Dəhşətlidir, vuruşduğu, mübarizə apardığı, uğrunda savaşdığı ideallar onun oğlunu ”“ bir oğlunu gözlərinin qarşısında 9 il (!!!) azadlıqdan məhrum etdi! İndi həmin Eldar Sabiroğlu ötən günlərinin hesabatını özünə verə-verə Tahirə xanımdan ”“ siyasi məhbus olan oğlunun Anasından ”“ oğlunun körpəliyindən danışmasını istəyir. Eldar Sabiroğlu haradan bilə bilərdi ki, onun qurulması üçün tər töküb çalışdığı sistem, onun necə böyüdüyünü bilmədiyi oğlunun azadlığına qıyacaq. Gələcəyin belə olduğunu bilsəydi, bu ideallar uğrunda döyüşən Sabiroğlu görəsən, yenə savaşardımı?! Çətin!

Mən bu rejimin qurulmasında müstəsna xidməti olan oğullar gördüm ki, iki əlləri ilə başlarına döydülər ”“ biz bu rejimi niyə qurduq deyə! Biri də Eldar Sabiroğlu. İndi onun köməyinə Rüfətinin Anası çatır ”“ arada Rüfətin necə böyüməsindən danışa-danışa”¦

Hə, bax, bu fədakar Ana indi siyasi məhbus Anasıdır. Bütün Analar kimi gözəldir. Bütün Analar kimi oğlunu sevir və onun haqq yolunda olduğunu təsdiq edir, onu müdafiə edir. Tahirə xanım 35 yaşında hər çətinliyinin arxada qalacağı inancında olduğu oğlunun məhz 35 yaşını həbsxanada keçirdiyinin məyusluğu içindədir. Lakin ona da inanır ki, bəlkə elə bütün çətinliklər bu həbslə arxada qaldı? Axı Rüfət nə edib ki? Düzgün yaşamaqdan, doğru bildiyi sözünü açıqca deməkdən, rüşvətə qarşı mübarizəyə qalxdıqdan qeyri pis nə edib ki?! Heç nə! O zaman deməli, Rüfətin bütün qaranlıqları əslində arxada qalıb. Bütün xoş günlər və xoş gələcək gələcəkdədir!

Beləcə, “Mənim Anam”ın indiki qonağı siyasi məhbus, cəsarətli müstəntiq, sistemə baş qaldıran Rüfət Səfərovun Anası Tahirə Səfərovadır. Rüfət Səfərovun özü ilə isə, inşallah, azadlığa çıxan kimi “Qaynar Qazan”da söhbətləşəcəyik”¦

“Mənim Anam”da söz Tahirə Səfərovanındır”¦(strateq.az)

 

Əvəz Zeynallı

Oxşar xəbərlər
18:58, Bu gün
Krım körpüsü bağlanıb
18:54, Bu gün
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
18:48, Bu gün
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
18:28, Bu gün
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
18:20, Bu gün
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
18:15, Bu gün
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
18:11, Bu gün
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
18:09, Bu gün
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
18:02, Bu gün
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
17:59, Bu gün
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
17:58, Bu gün
Əmin-amanlıq, mehriban qonşuluq - Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
17:55, Bu gün
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
17:53, Bu gün
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
17:52, Bu gün
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
17:48, Bu gün
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
17:44, Bu gün
BDU-da Karyera Festivalı keçiriləcək
17:40, Bu gün
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
17:36, Bu gün
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
17:33, Bu gün
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
17:30, Bu gün
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
17:27, Bu gün
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
17:24, Bu gün
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
17:19, Bu gün
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
17:18, Bu gün
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
17:16, Bu gün
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
17:12, Bu gün
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
17:10, Bu gün
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
17:08, Bu gün
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
17:04, Bu gün
Büdcəyə yenidən baxılacaq? - FOTO
17:01, Bu gün
Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:50, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:46, Bu gün
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:36, Bu gün
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
16:27, Bu gün
İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı
16:25, Bu gün
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
16:20, Bu gün
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
16:17, Bu gün
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
16:15, Bu gün
Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:03, Bu gün
"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
15:49, Bu gün
Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirildi - FOTO
15:45, Bu gün
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
15:41, Bu gün
Sabunçuda açıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
15:40, Bu gün
Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ
15:38, Bu gün
Bakı birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində üçüncü yerdə qərarlaşıb - FOTO
15:35, Bu gün
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
15:32, Bu gün
Xankəndi şəhərindən yeni görüntülər - VİDEO
15:29, Bu gün
ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycanda - Bakı-Vaşinqton münasibətləri müzakirə olundu - FOTO
15:25, Bu gün
Azərbaycan – Rusiya münasibətlərinin sürətli inkişafı...
15:24, Bu gün
Navalnının dəfn mərasimini keçirən keşişə cəza verildi
15:22, Bu gün
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı keçirildi - FOTO
15:18, Bu gün
“Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”
15:15, Bu gün
İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib
15:08, Bu gün
Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər üç şəhər, beş qəsəbə və 29 kəndin salınması planlaşdırılır
15:06, Bu gün
Azərbaycanda federasiyanın sabiq baş katibi vəfat etdi
15:05, Bu gün
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
15:02, Bu gün
“Azərbaycan British College” Təhsil Kompleksinin şagirdləri BDU-nun Fizika fakültəsində olub - FOTO
14:58, Bu gün
Polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
14:55, Bu gün
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
14:51, Bu gün
Elçin Əmirbəyov: “Sülh həmişəkindən daha yaxındır, lakin qalan maneələri aradan qaldırmaq lazımdır”
14:48, Bu gün
“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”
14:47, Bu gün
Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
14:45, Bu gün
Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”
14:43, Bu gün
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
14:40, Bu gün
BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO
14:38, Bu gün
​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır
14:37, Bu gün
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
14:34, Bu gün
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
14:30, Bu gün
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
14:25, Bu gün
BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş olub - FOTO
14:21, Bu gün
İlham Əliyevdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
14:18, Bu gün
Fuad Hüseynəliyev: “Ermənistanla münaqişənin yenidən eskalasiya ehtimalı real deyil”
14:17, Bu gün
Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib
14:15, Bu gün
Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb
14:00, Bu gün
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
13:59, Bu gün
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
13:57, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
13:56, Bu gün
Bakıda qardaşını döyən şəxsə şəhərdən çıxmaq qadağan edildi - TƏFƏRRÜAT
13:54, Bu gün
İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
13:52, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
13:48, Bu gün
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
13:45, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
13:43, Bu gün
Mbappe “Real Madrid” üçün oyun üslubunu qurban verəcək
13:39, Bu gün
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
13:35, Bu gün
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq
13:32, Bu gün
Aydın Kərimov: Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərdiyi ilk şəhər olacaq
13:30, Bu gün
Fuad Hüseynəliyev: Ermənistan Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmır
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 21:00
Şəhid Elçin Kərimbəylinin anım günü qeyd edilib
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 21:00
Şəhid Elçin Kərimbəylinin anım günü qeyd edilib
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu