Toylarımız Azərbaycanı Allahın qəzəbinə gətirir... - Cümə bəhsləri
Oxunub: 34179
03 Feb 2017 | 18:31
Toylarımız Azərbaycanı Allahın qəzəbinə gətirir...  - Cümə bəhsləri
“Allahın müəyyən etdiyi hüdudları aşan kimsə özünə zülm etmiş olar”¦”-Qurani-Kərim, Ət-Talaq, 1.

Allahın Qiyamətədək möhlət verdiyi İblisin biz insanları yoldan çıxarıb ardınca Cəhənnəmə aparmaq üçün yararlandığı ən asan üslublarından biri  bizləri  zahiri bər-bəzəklə, açıq-saçıqlıqla aldatmasıdır. Diqqət edin, son illər Yer üzündə, o sıradan Azərbaycanda da nə qədər göz qamaşdıran, zahiri, kosmetik bər-bəzəkli əşya və tikililər, yersiz, mənasız, hay-küylü tədbirlər və s. peyda olub ki, adamlar görməmiş kimi bu mənasız nəsnələrə baxmaq, onları əldə etmək üçün heç növbəyə də düzülmədən dəhşətli bir basabas yaradıblar. Hətta bu yolda biri-birinin qanını içməyə də hazırdırlar. Ona görə ki, çoxumuz o zahiri bər-bəzəyin mahiyyətini, İblisin və onun əlaltıları olan düşmənlərimizin bunların arxasında nələri gizlətdiyini, bizləri hansı faciələrə sürüklədiyini anlamırıq. Bilmirik ki, başımıza gələn  təbii, siyasi, hərbi, iqtisadi-sosial və s. fəlakətlərin kökündə məhz çox şeydə həddi aşaraq Allahın yolundan çıxmağımız durur. Belə həddini aşmış görməmişliklərimizdən biri də toylarımızda üzə çıxır... Xahiş edirəm, diqqətlə təsvir etməyə çalışdığım mənzərəni təsəvvürünüzə gətirin və düşünün: 

Yüzlərlə yad kişi gəlinin bədəninin zərif yerləri ilə tanış olur...


...Müasir(?) Avropa üslubunda - boynu, sinəsi, çiyinləri, kürəyi qurşağa qədər açıq Azərbaycan(?!), müsəlman(?!) gəlini ortalıqda rəqs edir. Yüzlərlə yad insan nəzəri, o cümlədən sərxoş, nəşəli, şəhvətli kişi baxışları bu bakirə(!) qızın gözlərində, yanaqlarında, dodaqlarında, buxağında, boynunda, sinəsində, çiyinlərində, qoltuğunda, kürəyində gəzir... Bəlkə də bəy xaricdə işləyirmiş, vətənə gələn kimi ata-anası zorla evləndirirlər. Və o, gələcək xanımını birinci dəfədir ki, yaxından görür. Ancaq yüzlərlə yad kişi ondan əvvəl gəlinin yarıçılpaq bədəninin zərif yerləri ilə tanış olur... Üç-dörd gün sonra  toyda iştirak etmiş bir tanışı istehza ilə bəyə desə ki, sənin arvadını yaxşı tanıyıram, filan yerində xalı var, bu, ona necə təsir edər? Düşüncəli insan, kişi üçün bundan betər şərəfsizlik, biabırçlıq nə ola bilər?..

Müsəlman(!) ailəsinin bünövrəsi haram içki və yeməklərlə qoyulur...

Bu günkü toylarımızın Allaha zidliyi, antimilliliyi, haramlığı bununla bitmir... Sərxoş tamada ağzı sulana-sulana şəhvətli baxışlarla ətrafdakı qız ”“gəlinləri süzüb dili topuq çala-çala deyir:”Qaldırın badələri bəyimizlə gəlinimizin sağlığına! Allah xoşbəxt eləsin!..”
Sığallı, tumarlı, saçı boyalı müasir(?) Azərbaycan(?!) bəyi  və yarıçılpaq gəlin ”“ gələcək Azərbaycan anası(?!) badələri toqquşdurub içirlər...

Və yaxud müasir(?!) kiçik toyu ”“sünnəti təsəvvürümüzə gətirək: İçib-dəmlənmiş toy aparıcısı kiçik bəyin  zorla ayaqda duran   atasını qucaqlayaraq araq dolu qədəhi başı üzərinə qaldırıb təntənə ilə elan edir: “... Bu gün daha bir Azərbaycan övladı müsəlman(?!) olur! Gəlin hamımız(!) onun sağlığına içək!..”


Yer üzündəki hər bir insana Ulu Yaradan tərəfindən haram buyrulmuş içki və nemətlərlə yeni bir müsəlman(?!) ailəsinin bünövrəsinin qoyulmasını və ya bir oğlan uşağının müsəlman olmasını qeyd etmək hansı insanlığa, hansı müsəlmanlığa, hansı məntiqə sığır?..

Toylarımızla bu dünyada da, o dünyada da özümüzə bəlalar hazırlayırıq...

Təki həmişə ellərimizdən, evlərimizdən toy, şənlik sədaları ucalsın! Qoy həmişə xeyir iş olsun! Ancaq nə qədər təzadlı, paradoksal olsa da, xüsusilə, son 70-80 ildəki  və ələlxüsus,  ötən 15-20 ildəki toylarımızın bir sıra fərdi və milli faciələrimizin bünövrəsini qoyması acı bir həqiqətdir... Başlığı oxuyanda çoxları düşünəcək ki, yəqin söhbət  son illər toylarda, yaxud toylardan sonra  baş verən kütləvi zəhərlənmələrin, avtomobil qəzalarının, ölümlərin sayının artmasından gedir. Bunlar hələ “yaxınmənzilli” xırda faciələrdir. Bu dəfə toylarımızda ailələrimizin, nəsillərimizin, millətimizin, xalqımızın, Vətənimizin, bəşəriyyətin gələcəyinə qoyduğumuz onillik, yüzillik “gecpartlayan minalardan” bəhs edəcəyik... Söhbət o bəlalardan gedir ki, onların ön ucu bu dünyada, son ucu Axirətdədir... Nə yazıq ki, insanların çoxu ya Axirətə inanmır, ya da şübhə ilə yanaşır. Odur ki, toylarımızın bu dünyada səbəb olduğu faciələrdən başlayıram...

Niyə ölü, şikəst, anormal, xəstə doğulan körpələrin sayı artır?..

Axırıncı 10-15 ildə  ana  bətnində, ya doğuş zamanı, ya da bir neçə aylığında uşaq ölümlərinin sayı artır, bir, yaxud iki əzası şikəst, çəpgöz, ürəyi, böyrəyi qüsurlu, kəllə daxili təzyiqlə, qanında mikrobla. şəkərlə  doğulan körpələrin sayı gündən-günə çoxalır. Niyə? Səbəb nədir? Tibb alimləri, həkimlər, sosiloqlar çoxsaylı sosial, psixoloji, tibbi-ginekoloji səbəblər sadalayırlar. Bunlar da həqiqətdir və çoxu bilavasitə toy günü, zifaf gecəsi ilə əlaqədardır. Ancaq əsl səbəblər əksəriyyətin diqqətindən kənarda qalan mənəvi-ruhi aləmdə gizlənir. Bunlar Yaradan ”“ Allah-təala qarşısında etdiyimiz çoxsaylı günah və xətalarımızdır. Bunu Allah Öz Kitabında da təsdiqləyir: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahlarınız ucbatındandır” (Qurani-Kərim, Əş-Şüəra surəsi, 30-cu ayə).

Ailəsində pis tərbiyə almış gözəl və ya varlı qızlar oğullarımızı da, özümüzü də başdan çıxarır...

Müasir dövrümüzdə Allah qanunları ikinci-üçüncü dərəcəli hesab olunan ölkələrdə, o cümlədən Azərbaycanda həmin günah və xətaların xeyli hissəsi də məhz toy-nişan, kiçik toy məclislərində baş verir. Xeyir məclislərimizdə, onlara hazırlıq zamanı   və sonra müşahidə etdiyim günah və xətaları sadalayıb, izahatlarını verməyə çalışacağam. Kim hansı fikrimlə razı deyilsə, buyursun...
Birincisi, əksər ata-analar övladlarına ömür-gün yoldaşı seçərkən Qurani-Kərimdə, hədislərdə göstərilən halallıq qaydalarına əməl etmir, var-dövlətə, zahiri tərbiyə və gözəlliyə, ali savada, yaxşı vəzifəyə-filana və s. üstünlük verirlər...

Peyğəmbərimiz buyurur: “Ey kişilər! Özünüzü zibillikdə göyərənlərdən qoruyun, onlardan uzaq olun!” Soruşurlar: “Ya Rəsulallah! Zibillikdə göyərənlər nədir?” Həzrət buyurur: “ O gözəl qızdır ki, ailədə pis tərbiyə alıb”... Başqa bir hədisində Rəsuli-Xuda tövsiyə edir: “ Hər kəs sizin qapınıza qız almağa gəlsə, əgər onun əxlaqını və dinini bəyənsəniz(!), o zaman ona qız verin. Yox, belə olmazsa, yer üzünü fitnə-fəsad bürüyər”...


Şərab içən oğlana qız verənlər övladlarını sanki zina etmək üçün evdən çıxarır...

Ən ciddi məsələlərdən biri gələcək kürəkənin haram içkilərdən uzaq olmasıdır. Təəssüf ki, məmləkətimizdə kişilərin böyük  bir qismi şərabxordur. İmam Sadiqin(ə) Rəsulallahdan nəql etdiyi bir neçə hədisdə belə buyurulur:
“Hər kəs şərabı Allah-təalanın mənim dilimlə haram etməsindən sonra içərsə, layiq deyildir ki, sizə elçiliyə gələrkən ona qız verəsiniz”...
****
“Hər kəs öz qızını şərab içənə ərə verərsə, o öz qızını zina etmək üçün evdən çıxaran şəxsə bənzəyir”...
****
“Hər kəs öz qızını şərab içənə ərə versə, onunla qohumluq əlaqələrini kəsmişdir”...
Sələmdən, rüşvətdən, xalqa zülmdən, narkotikdən və s. qazanılmış pulla toy edilən cütlük xoşbəxt olarmı?
İkincisi, toy-nişan mərasimləri üçün xərclənən pulların haram-halallığına diqqət edilmir. Rüşvət, qumar, spirtli içki, narkotik satışı , oğurluq,  eləcə də sələmə borc verməklə və ya götürməklə əldə edilən  gəlirlə toy, xeyir iş keçirmək haramdır. Və bunun fəsadları həm bu, həm də o biri dünyada özünü göstərməlidir... 


Yeni qurulacaq ailəyə qumar və şərabla müşayiət olunan “ciyər axşamları”yla xeyir-dua veririk...

Üçüncüsü, xüsusən əyalətlərimizdə çox əndrəbadi bir adət var: toydan bir gün qabaq “ciyər axşamı” deyilən bir mərasim keçirilir; iştirakçılar: yaxın qohum-əqrəba, qonum-qonşu haram içkilərlə bəy və gəlinə, onların ata-anasına “xeyir-dua”, “halallıq” verirlər... Üstəlik, cavanlar həmin gecəni yatmayıb səhərədək yenə də şərab içə-içə qumar oynayırlar... Çox vaxt da bu möhtəşəm  “ciyər axşamı” içməkdən ciyəri yananların davası ilə başa çatır...  

Allah-təala Qurani-Kərimdə spirtli içkilərlə bərabər qumarın da haram olmasını açıqca bildirir:”Ey iman gətirənlər! Şərab, qumar, bütlər, fal və şans oxları şeytan işlərindən və pisliklərdən biridir; bunlardan uzaq durun ki, bəlkə səadətə çatasınız. Şeytan içki və qumar yoluyla aranızda düşmənçilik və kin törətmək, sizi Allahı anmaqdan və namazdan uzaqlaşdırmaq istər. Artıq bu işlərə son qoyacaqsınızmı?”(Maidə, 90-91)..


Spirtli içki qəbul edilən məclisə Allah qəzəblə  nəzər salırsa...

Dördüncüsü, xeyir məclislərimizdə masaların üzərini cürbəcür haram içkilər ”“ araq, çaxır, viski, konyak, pivə və s. “bəzəyir”. Əksəriyyət də doyunca  həmin içkilərdən qəbul edib toy yiyəsindən “razı gedir”... Və  bəylə gəlin də şampan içirlər,  hətta bəzən bəy “kişilənə-kişilənə” dostları ilə bir “yüz-yüz” araq da vurur... Bayaq qeyd etdiyim kimi, tamadanın “yüksək səviyyədə” təşkilatçılığı ilə  yeni ailə cütlüyünün  bütün doğma və əzizləri, dost-tanışları onların sağlığına(!) içir, “xeyir-dua” verirlər. Təbii ki, bu cür məclisdə Allahın, Peyğəmbərin(ə.s) adı dəfələrlə çəkilsə də, faydası olmaz. Yəni Yaradan həmin məclisdən və onu təşkil edənlərdən nəinki razı qalar, əksinə, onlara  kəskin qəzəbi tutar...
İmam Cəfər Sadiqin (ə.s.) rəvayət etdiyinə görə, Rəsuli-Əkrəm buyurmuşdur: “ Bir dəstə camaat bir məclisdə toplaşarkən, Allahı zikr etməzsə və Mənə salavat göndərməzsə, həmin məclis onlar üçün bir həsrət, intizar olacaq və faciəvi sonluq gətirəcəkdir”...

Bəziləri iddia edir ki, ətrafdakılar içir-içsin, bəy və gəlin özləri spirtli içki qəbul etmirsə, onlara bunun heç bir zərəri yoxdur. Bəlkə kimlərsə gələcək ata-anaların zifaf gecəsindən öncə spirtli içkilər qəbul etməsinə haqq qazandırmaq və həmin içkilərin  onların övladlarının ruhi-psixoloji, fizioloji qüsurlarla doğulmasına şərait yaratmasını da inkar etmək istəyir?Həqiqət isə ondadır ki, hətta özləri içməsələr belə, məclisdəki onlarla, yüzlərlə insanın qəbul etdiyi cürbəcür şər(!) ablardan ətrafa uçan spirt buxarları udduqları hava ilə bəy və gəlinin orqanizminə daxil olur və öz şər təsirini göstərir....

Haram içkilərin  genetik təsiri üç nəslədək davam edir...

Almaniyalı tibb alimləri spirtli içkilərin genefonda, insan nəslinə təsiri ilə  bağlı araşdırmalar nəticəsində sübut etmişlər ki, bu haram içkilərin acınacaqlı təsiri hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir... Amerikalı alim-doktor Palin deyir ki, hər sağlam kişidən ən azı 3-4 sağlam övlad dünyaya gələ bilər. Halbuki, spirtli içkiləri qəbul edən bir çox insanlardan sağlam övladlar doğulmur... Hətta var-dövləti yerə-göyə sığmayanlar yeni bir “müasirlik” edib məclisdə bəylə gəlini şüşə içərisində əyləşdirsələr belə, yenə də həmin məclis Allaha zidd hesab olunacaq...Çünki orada Allah qanunları pozulur və bunun günahı-cəzası məclisin bütün iştirakçılarının, xüsusən də toy sahiblərinin, ata-anaların, bəy və gəlinlərin, onların gələcək övladlarının bu dünyadakı və axirətdəki talelərinə yazılır...


Peyğəmbərimizdən nəql edilən bir hədisdə  belə buyurulur:”Bihuşedici  içkilər qoyulan və içilən süfrə başında oturmaq , hətta hər hansı bir şəxs özü onlardan içməsə belə, ümumiyyətlə, haramdır. Bir sözlə, belə süfrədən təam yemək haramdır”...

Bihuşedici içkiləri yəhudi və xristianların Kitabları da qadağan edir...

Onu da nəzərinizə çatdırım ki. Allah-təala bihuşedici içkini yalnız Qurani-Kərimdə deyil, əvvəlki səmavi kitablarda ”“ yəhudilərin Tövratında, xaçpərəstlərin İncilində də qadağan edir. İshahın 20-ci ayəsində deyilir:”Şərab içənlərin arasında olma!”..
Kitabın 39-cu ayəsində isə buyurulur: “Bədbəxtlik kimin üçündür? Müharibə və dava-dalaş kimin üçündür? Qəm-qüssə və acı ruzigar kimin üçündür? Yəni bir kəs özünü və ya başqalarını sərxoş olaraq yaralasa, yaxud öldürsə, yaxud  başqa bir çirkin iş  törətsə, bütün hallarda bədbəxtlik və fəsad o kəslər üçündür ki, onlar şərab içənlərdəndirlər”...

Qızlarımızı Şeytanın gəlinlərinə veririk?..


Rəsulumuzun(ə.s.) bu kəlamı düşünənlər üçün daha ibrətamizdir:”Bihuşedici içki içən Şeytanın gəlinidir”... Əcəba, qızımızın Şeytanın gəlininin gəlini olmasını və ya əksinə, Şeytanın gəlinini oğlumuza gəlin etmək istərikmi? Düşünək...  

(Davamı olacaq, inşallah)

Sultan Laçın

Oxşar xəbərlər
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:41, Bu gün
Tokatda 5,6 maqnitudada zəlzələ olub
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
GÜNLÜK
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı