Xəbər lenti
23/11/2017 [22:37]:
İsrail homoseksualı İstanbula baş konsul yolladı- Etirazlar...
23/11/2017 [22:34]:
İlham Əliyev Ukrayna prezidenti ilə görüşdü – FOTO
23/11/2017 [22:29]:
Səadət Bənənyarlı ədliyyə naziri yanında İctimai Komitənin yeni koordinatoru seçilib
23/11/2017 [22:27]:
Aİ Şurasının sədri: ““Şərq Tərəfdaşlığı” ölkələrində islahatların genişləndirilməsi çox vacibdir”
23/11/2017 [22:25]:
Türkiyə, Rusiya və İran ittifaqına bu ölkə də qoşulur
23/11/2017 [22:21]:
Türkiyədə İŞİD qurbanı olacaq 60 uşaq azad edildi
23/11/2017 [22:19]:
Sərhəddə atışma - ölənlər var
23/11/2017 [22:07]:
Bakıda qeyri-adi elan - "Slavyan görünüşlü satıcı xanım tələb olunur"
23/11/2017 [21:57]:
İslam İnkişaf Bankından Türkiyəyə 2,25 milyardlıq kredit...
23/11/2017 [21:38]:
Soyqırım cinayəti...
23/11/2017 [21:34]:
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər
23/11/2017 [21:30]:
Strasburqda UFAZ-ın Rəhbər Komitəsinin iclası keçirilib
23/11/2017 [21:29]:
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO
23/11/2017 [21:25]:
M.Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin tezliklə həllini istəyir"
23/11/2017 [21:24]:
BP nümayəndələri ADNSU tələbələri üçün işə qəbulla bağlı məlumat günü keçirib
23/11/2017 [21:21]:
Azərbaycan - AYİB əlaqələri müzakirə olunub
23/11/2017 [21:11]:
ADNSU-da “Qeyri-neft sektorunun inkişafı və vətəndaş cəmiyyəti” adlı tədbir keçirilib
23/11/2017 [21:07]:
Ermənistan deputatı Qarabağda YENİ HƏRBİ HİSSƏ TİKDİRƏCƏK...
23/11/2017 [20:52]:
“Azərbaycanca Vikipediya” da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradıldı
23/11/2017 [20:47]:
İngilis azarkeşlər Bakıya gəlməklərinə peşman oldular – VİDEO
23/11/2017 [20:41]:
Çavuşoğlu: "Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir"
23/11/2017 [20:38]:
İŞİD-dən Milad bayramı ərəfəsində Vatikanda terror XƏBƏRDARLIĞI
23/11/2017 [20:17]:
“Türk dövlətləri qardaşdı, Azərbaycan - Türkiyə isə əkiz qardaşdı...” - FOTO
23/11/2017 [20:09]:
37 yaşlı qadının 38 övladı var
23/11/2017 [20:04]:
Küçədə gəzdiyi yerləri tozsoranla təmizlətdi - FOTOLAR
23/11/2017 [19:56]:
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO
23/11/2017 [18:41]:
1xBet mobil əlavəsi...
23/11/2017 [18:32]:
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
23/11/2017 [18:20]:
“Prezidentin tapşırığını niyə yerinə yetirmirsiniz?”
23/11/2017 [18:18]:
Vaqif Əsədov: “Siqnal verə-verə ailə qururuq”
23/11/2017 [18:14]:
Məşhurlar Fuad Poladov haqda: “Evinə getməyə cəsarət tapmıram” - FOTOLAR
23/11/2017 [17:58]:
Messinin yeni klubu açıqlandı - ŞOK İDDİA
23/11/2017 [17:56]:
“Qarabağ”ın qapıçısı Çempionlar Liqasının ən yaxşısıdır
23/11/2017 [17:55]:
Ermənistan ordusunda dava, xəsarət alanlar var
23/11/2017 [17:49]:
Evlərdən oğurluq edən əvvəllər məhkum olunmuş şəxs saxlanıldı
23/11/2017 [17:42]:
Prezident: “Regionumuzda sabitliyi təmin etmək üçün NATO ilə tərəfdaşlığımızı davam etdiririk”
23/11/2017 [17:40]:
Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapıldı - RƏSMİ
23/11/2017 [17:39]:
Türkiyə prezidenti: “Güclü ordumuz olmasaydı, bizi bölgədə yaşamağa qoymazdılar”
23/11/2017 [17:37]:
Cavid Qurbanov: "Biz Naxçıvandan yüklərin Qars üzərindən daşınmasını planlaşdırırıq"
23/11/2017 [17:34]:
NATO-nun baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"
23/11/2017 [17:31]:
İlham Əliyev: "Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir"
23/11/2017 [17:30]:
Dəmiryol və tramvay vaqonları, lokomotivlər gömrük idxal rüsumundan azad edildi
23/11/2017 [17:28]:
Lütfi Zadə nəzəriyyəsinin daha bir tətbiq sahəsi- Almaniyadakı alimin təhlili
23/11/2017 [17:26]:
Amerikalının başında göbələk bitdi- İnanılmaz
23/11/2017 [17:22]:
Sergey Şoyqunun ailəsində qalmaqal - Rusiyalı nazir ona xəyanət edən arvadının yaxınlarını həbs etdirib
23/11/2017 [17:21]:
Radanın deputatı Saakaşviliyə hücum etdi - VİDEO
23/11/2017 [17:19]:
Putin Ərdoğanın stulunu aşırdı – VİDEO
23/11/2017 [17:01]:
MM-də büdcə müzakirələri başa çatdı
23/11/2017 [17:00]:
Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edildi
23/11/2017 [16:59]:
Qadın əməliyyatdan narazı qaldı, xəstəxanada soyundu - VİDEO
23/11/2017 [16:59]:
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər
23/11/2017 [16:58]:
Şotlaniyada "Kəsişən yollar: Azərbaycan, neft və Şotlandiya" tədbiri keçirilib
23/11/2017 [16:55]:
“10 il bundan öncə bu ləğvetmənin zəruriliyini qeyd etmişəm”
23/11/2017 [16:51]:
SEPAH komandanı: “İŞİD hələ məhv olmayıb”
23/11/2017 [16:45]:
Türkiyədə ən çox ev alan əcnəbilər arasında azərbaycanlılar üçüncü oldu - RƏSMİ
23/11/2017 [16:36]:
Qənirə Paşayeva MM-də əlillərin problemlərindən danışıb - VİDEO
23/11/2017 [16:31]:
“Yeni doğulan uşağa 45, buzova isə 100 manat...” – Deputat tənqid etdi
23/11/2017 [16:31]:
Bərzanini dəstəkləyən laçınlı məmur işdən qovuldu - FOTO
23/11/2017 [16:28]:
ADU-da “Azərbaycan-Çin hüquqi əməkdaşlığı” mövzusunda seminar keçirilib
23/11/2017 [16:27]:
Ankilozlaşan spondilit zamanı fizioterapiya...
23/11/2017 [16:21]:
"NATO-nun Azərbaycana ehtiyacı var"
23/11/2017 [16:17]:
Yaşayış minimumu 11% ARTIRILIR
23/11/2017 [16:12]:
Gənc qadının bağırsağından çıxan HƏKİMLƏRİ ŞOKA SALDI - FOTO
23/11/2017 [16:07]:
Qənirə Paşayeva şəhid ailələri ilə bağlı mühüm ÇAĞIRIŞ ETDİ
23/11/2017 [16:06]:
İdxal edilən buğda, düyü və qarğıdalıya tətbiq olunacaq yeni gömrük rüsumları açıqlandı
23/11/2017 [15:57]:
Rövnəq Abdullayev Natiq Əliyevdən DANIŞDI
23/11/2017 [15:54]:
QMİ sədri: "Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyirik"
23/11/2017 [15:52]:
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”
23/11/2017 [15:51]:
Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”
23/11/2017 [15:49]:
Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif edildi
23/11/2017 [15:37]:
Ailələrdə birinci uşaqlar niyə əsəbi olur? – Psixoloji araşdırma
23/11/2017 [15:34]:
Ermənistanda üç əsgər intihara cəhd etdi - Zabitlər xidmətdən boyun qaçırırlar
23/11/2017 [15:33]:
Almaniyalı alimə ADU-nun dəvətli professoru adı verildi - FOTO
23/11/2017 [15:28]:
Flora Kərimova Zeynəb Xanlarovadan nə istəyir? - ÖZÜ AÇIQLADI
23/11/2017 [15:27]:
Bəxti QARA-bağ...
23/11/2017 [15:23]:
Cavid Qurbanov daha bir mötəbər tədbirdə... - FOTO
23/11/2017 [15:23]:
Cəmi 6 saata qurulan evin qiyməti hər kəsi təəccübləndirir
23/11/2017 [15:16]:
Ürək xəstəliklərindən sonra reabilitasiya...
23/11/2017 [15:10]:
"Hər əlinə saz götürən Aşıqlar Birliyinə qəbul edilmir"
23/11/2017 [15:10]:
““Qarabağ”ın məğlubiyyətinə görə çox məyus oldum" Britaniya səfiri
Bütün arxiv bir sırada
25/01/2017 [14:32] - Ədəbiyyat - ( 1273 dəfə baxılıb)

Cəhənnəmdən keçmiş mələk - ROMANDAN PARÇA (IX)



Avtobioqrafik roman

 

Müəllif: BİRCƏ

 

Romandan parça (I)

Romandan parça (II)

Romandan parça (III)

Romandan parça (IV)

Romandan parça (V)

Romandan parça (VI)

Romandan parça (VII)

Romandan parça (VIII)


O günəcən mənə başqa şeylər deyirdilər: guya nişanın qayıtmağı onun ürəyincə olub; guya mənim xəstəliyimdən qorxduğuna görə Əli geri durub; guya daha sevmir məni; hətta guya kiməsə nişanlanıb da artıq…

 

Məktubu oxuduqca öz düşüncələrimdən lap utandım. Geri durmaq nədi, Əli məni qoşulub qaçmağa səsləyirdi! Üstəlik, fikirləşmək üçün mənə bir ay vaxt da verirdi. Qaçışın baş tutmasından ötrü mənim öhdəmə bircə iş düşürdü: pasportumu götürüb darvazadan eşiyə çıxmaq.

 

Əlinin Moskvada yaşayan dayısı hər şeyi ölçüb biçmişdi. Təyyarə biletləri belə alınmışdı. Qalmışdım yeddi yolun arasında, nə qərar verəcəyimi bilmirdim. Anam nənəmin otağında qərənfilləri, bir də kitabı görüb şübhələnmişdi, görürdüm ki, altdan-altdan məktub axtarışına çıxıb. Ona görə də məktubda yazılanları əzbərləyib kağızı yandırdım. Düşünüb-daşınmaq üçün hələ vaxtım vardı.

 

Sirrimi ancaq Telli mamaya aça bilərdim. Mənim o günlər yaxşılığa doğru dəyişdiyimi görən bibim sevincindən uçur, həm də bu dəyişikliyin səbəbini anlamağa çalışırdı. Mən fürsət tapıb məxfi plan barədə onu xəbərdar elədim. Bibim heç fikirləşmədən mənə qoşulub qaçmağı məsləhət gördü, üstəlik, bu yolda əlindən gələn köməyi göstərməyə də söz verdi. Mama-bala birlikdə qərara gələndən sonra o, keşik çəkdi, mən də razılıq məktubu yazıb əmim oğlundan Əliyə göndərdim.

 

Çox keçməmiş anam tez-tez yanıma gələn əmim oğlundan şübhələnməyə başladı. Əhvalımın yaxşılaşması da onu təşvişə salırdı – artıq güzgüyə baxa bilirdim, bir para işlər görürdüm, bunlardan da ötəsi, səsimi başıma atıb oxuyurdum.

 

Deyilən vaxta on gün qalmış əmim oğlu bərk-bərk tapşırdı ki, pasportumu evdə sənəd-sünəd yığılan sandıqdan gizlicə götürüb ona verim. Onun bu məsləhətinə bibim də şərik çıxdı. Sandığın açarını çox çətinliklə ələ keçirib, anamın orda gizlətdiyi pasportumu əmoğluya ötürə bildim. Bundan sonra lap rahatlaşdım.

 

Plan beləydi: əmim oğlu məni darvazamızın qabağında öz maşınına mindirib hardasa Əliyə təhvil verəcəkdi. Bibim bu işə çox çətinliklə razı oldu – həm ailəmizin əmoğlunun başına oyun gətirəcəyindən, həm də işin üstü açılandan sonra el-camaatın biz ata uşağına lağ eləyəcəyindən qorxurdu. Bir qızı öz əmisi oğlunun aparıb gələcək ərinə təhvil verməsi bizim kənddə bic uşaq doğmaqdan da betər sayılardı. Bütün bu qorxulara, qadağalara baxmayaraq əmim oğlu mənə kömək əli uzatmağa hazır idi.

 

Vədə tamam olmağa vur-tut beş gün qalırdı. Anam Hakimin həmişə əlini döydüyü o məşhur Quranı gətirib masanın üstünə, düz qarşıma qoydu:

 

– Atam oxuyan bu Quran haqqı, qaçıb getsən, harda olursan ol, səni tapdırıb tikə-tikə doğratdıracam!

 

Üzümə qonan istehzalı gülüş anamı lap təbdən çıxardı. Xalam ona xəbərləmişdi ki, hardasa əmim oğlunu Əlinin maşınında görüblər, ona görə də anam daha əmoğlunu mənə yaxınlaşmağa qoymurdu.

 

Artıq geridə qoyacağım heç nəyin gözümdə bir dəyəri qalmamışdı. Tərəddüdlə, götür-qoyla üzülüşmüşdüm. Deyilən günə üç gün qalırdı. Həyəcandan əsirdim. Gün ərzində tez-tez darvazaya çıxıb qayıdırdım ki, qaçacağım gün şübhə doğurmayım.

 

Vədə vaxtına bir gün qalmış günorta anam qəfil hay-həşir qoparmağa başladı – pasportumu tapa bilmirdi. Mən çox arxayın idim; bu günü, bir də qarşıdakı gecəni başa vura bilsəm, sabah rahatca taleyimi qabağıma qatıb bir ayrı dünyaya köçəcəkdim.

 

Anam hər yeri, hətta nənəmin evini də axtarıb pasportumu tapa bilməyəndən sonra elə həyətdəcə məni soyundurmağa başladı. O məni lütlədikcə mən gülməkdən uğunurdum. Kiçik bacım ağlayır, məni anamın əlindən almaq üçün yalvarırdı. Mənsə çox rahat dayanıb anama imkan yaradırdım ki, üst-başımı axtarıb sakitləşsin. Ancaq onun məni qaydasınca soyundurmağa da hövsələsi çatmadı, bir anda paltarlarımı cırıb əynimdən çıxardı. Hər yerimə, döşlərimin altına belə baxdı. Axtardığını tapmayanda on barmağının onunu da təpəmin ortasına yığdığım qulac-qulac saçlarıma geydirib məni həyət boyu sürütmə çəkdi. Bütün bu müddətdə bacım ağlaya-ağlaya elə hey ona yalvarırdı. Mənim baxdıqca öyündüyüm şux döşlərim qapımızın asfalt döşəməsinə sürtülməkdən sıyrıq-sıyrıq oldu. Sonra anam məni həyətin ortasında lüt qoyub qəfildən evə qaçdı. Bacım da onun dalınca yüyürdü.

 

Mən asfaltın üstündə lüt-üryan oturub, ovuclarımın içinə aldığım döşlərimin yaralarını sayırdım. Anam evə hansı sürətlə girmişdisə, elə o havayla da bayıra çıxdı. Sifətindən qan damırdı – axtardığını tapmamışdı deyə hikkəsindən öz üzünü cırmışdı. Onun xasiyyətiydi, ayrı yerə əli çatmayanda dediyini yeritmək üçün saçını yolar, üzünü yırtardı. Ancaq məni bu hala salmış ananın al qana boyanması ürəyimdə bir zərrə mərhəmət hissi oyatmadı. Bacım bunu duyduğundan məni nifrətlə süzürdü.

 

O gecə anam döşəyini mənim çarpayımın qabağından saldı. Biləyimi bir möhkəm iplə öz biləyinə bağlayıb düz gözlərimin içinə baxa-baxa durdu. Mən yolumun dalana dirəndiyini anladım. Bağlı biləklərimə baxdıqca ümidlərim bircə-bircə atdan düşdü. Anladım ki, bu cəhənnəmdən qaçış mənə asan başa gəlməyəcək…

 

Gecə nə anamın gözünə yuxu getdi, nə mənim. Ona çox yalvardım, qaçmaq fikrimin olmadığına onu inandırmaq üçün çox dil tökdüm, xeyri olmadı. Ana-bala səhəri dirigözlü açdıq. Məni əsməcə tutmuşdu. Bibim anamın qorxusundan gəlməyəcəkdi – danışığımız beləydi. Onsuz da yazığın başı çox bəlalar çəkmişdi, bir zaman qardaşları onu istədiyi oğlana vermədiyinə görə qoşulub qaçmışdı. Atamla əmilərim də bunun qarşılığında bibimi diri-diri dəfn eləmişdilər, nənəmin razılığıyla qapılarındakı bircə inəyi kəsib bircə bacılarının ehsanı kimi kəndə paylamışdılar. Telli mamanın cavan əri fələyin bir qəzasına düşüb öləndən sonra nənəm də, atam da, əmilərim də körpə tifilləri əlində qalmış bibimlə barışmışdılar…

 

Dan söküləndən qapı-bacada dəli-dəli vurnuxurdum. Şübhə doğurmamaq üçün iki gündən bəri geydiyim təzə donumu anam o səhər soyundurub bir nimdaş paltar taxmışdı əynimə. Gözüm darvazada qalmışdı, əmim oğlunu gözləyirdim.

 

Günortayacan bir səs-soraq eşidilmədi. Danışığa görə, mən saat 4-ə kimi evdən çıxmalıydım. Çəpər qonşumuz Suğra arvadın kərpic evinin balaca pəncərəsi düz bizim həyətə baxırdı. Arabir o tərəfdən qulağıma qorxaq bir fit səsi gəlirdi. Bir də diqqətlə o səmtə baxanda əmim oğlunun qonşunun pəncərəsindən mənə sarı boylanan kəlləsini gördüm. O, əliylə, başıyla mənə nəsə işarələr verirdi, qolundakı saata baxıb həyəcanla darvazanı göstərirdi. Dumanlı beynimlə handan-hana qandım ki, o mənə vaxtın çatdığını, mənim çıxmalı olduğumu anladır.

 

Həyəcandan, qorxudan ayaqlarım yerimirdi. Anam qardaşını, bacısını, qonum-qonşudakı istəkli bacılıqlarını çağırıb bizə yığmışdı. Çox sonralar bildim ki, xalam bizim qoşulub qaçmaq planımızın olduğunu hardansa öyrənib anama xəbər veribmiş.

 

Ayağıma yüngül ev çəkələyi taxdım. Əmim oğlunun maşını artıq iki dəfə siqnal vermişdi. Həyətimizdəki tualetə iki yol vardı – biri evlə mətbəximizin arasından, o biri də məhləmizin lap ayağından. Mən şübhə oyatmamaq üçün mətbəx tərəfdən tualetə girdim. Ağlımdakı bu idi ki, təndirxananın darvazayla arası iki-üç addım olan bala qapısından adlayıb, darvazanın küçəyə açılan doqqazından bayıra çıxıb, özümü əmoğlunun maşınına çatdırım. Bunca qısa məsafəni salamat başa vura bilsəydim, həyatım kökündən dəyişəcəkdi – o vaxt düşünürdüm ki, olduğundan qat-qat yaxşı, indisə düşünürəm ki, bəlkə də qat-qat pis olacaqdı…

 

Ürəyim qulaqlarımın içində guppuldayırdı. Təndirxananın yanından salamat keçdim. Qalırdı bala qapıdan adlayıb darvazaya çatmaq, ordan da eşiyə çıxmaq. Taleyimin dönüş nöqtəsi olan saniyələr! Dörd yana baxındım: sakitlik idi. Özümü güllə kimi bala qapıya atdım. Ondan sonra bir göz qırpımında darvazaya çatıb doqqazdan keçdim. Və küçə! Azadlıq!

 

Əmim oğlunun maşının pəncərəsindən boylanan başını da gördüm. Yüyürüb özümü maşına çatdırdım, əlim qapının soyuq dəstəyinə dəyəndə üşəndim. Sevincdən qaynayan qanım fışqırtıyla beynimə sıçradı. Yarım içəridə, yarım çöldə olduğu məqamda elə bil çəkiclə başıma vurdular. Maşının dəstəyindən qoparmağa macal tapmamış əlimi kimsə bərkdən dişlədi. Kimsə arxadan saçıma əl atdı. Bundan sonrasını xatırlamıram…

 

Gözümü açanda nənəmin köhnə taxtının üstündə meyit kimi uzanmışdım. Kiçik pəncərədən çölün qaranlığı içəri axırdı. Mənim taleyimə yiyə durmaq istəyim, qaçış planım iflasa uğramışdı…

 

Anam qardaşlarımın əliylə əmim oğlunu qanına bələtdi. Bununla da ürəyi soyumadı, Əligilin evinə hücum çəkdi, onları polislə, hökumətlə hədələdi. Təyyarə biletlərini ələ keçirib cırdı, ayaqlarının altına səpələdi.

 

Bütün bunlar mənim yenidən havalanmağıma fərman verdi…

 

(Ardı var)

 

Mənbə: Kulis.az

...
İsrail homoseksualı İstanbula baş konsul yolladı- Etirazlar...
“Dedim ki, yaxşı film verin çəkilim, sağalım” - Rasim Balayev
"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları
Tanınmış opera müğənnisi dünyasını dəyişdi - FOTOLAR
Qab yumaq ömrü uzadır - ARAŞDIRMA...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“10 il bundan öncə bu ləğvetmənin zəruriliyini qeyd etmişəm”
Cəmiyyət
Cavid Qurbanov daha bir mötəbər tədbirdə... - FOTO
Cəmiyyət
Rəsulzadənin xanımının məzar yerini deyən tədqiqatçı: ”Çoxdan bu fikirdə idim”
Cəmiyyət
"Toy adətlərimiz vəhşilik əmsalına görə liderdir”
Dünya
İdeal bədənə sahib olan 70 yaşlı təqaüdçü: “Gündə iki saat yarım idman edirəm...”-FOTOLAR
Həftənin ən çox oxunanları
Limonla sodanın qarışığından alınan ilahi möcüzə - FOTOLAR
Tağıyevin məzarı belə bilinməyən oğlunun nadir fotoları- İlk dəfə
"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Bu kəndə köçənlərə 70 min dollar veriləcək - MARAQLI...
Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı: “Desəm öldürərlər, deməsəm ölləm!”
Bakı aeroportunda biabırçılıq: 3 yaşlı qızı itlə yoxladılar, ürəyi getdi (VİDEO)
Bakirəliyini rekord qiymətə satan qız: “Pulu təhsilimə və səyahətə xərcləyəcəm...” -FOTOLAR
Prokuror hakimi güllələdi- Gözlənilməz
Sərxoş oldu, ayılanda şok yaşadı... - FOTOLAR
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin