Dədə Şəmşirin nəvəsi Cabir Qurbanovun poeziyasına ilkin baxış
Oxunub: 2634
17 Jan 2017 | 00:56
Dədə Şəmşirin nəvəsi Cabir Qurbanovun poeziyasına ilkin baxış

“KƏLBƏCƏR POEZİYASINA SƏYAHƏT” silsiləsindən...
YENİ BİR İMZA..
CABİR ƏLƏSGƏR OÄžLU QURBANOV...
Bir yumur, yüz tökür gözüm, gecələr,
“Qərib Veten” adlı dərbədərim var!
Yalannan,dil-ucu qacır dodagım,
Yarsan,sinəm dolu, dərdi-sərim var!
Cabir Qurbanov.
Poeziya onda ürəklərə yol tapır ki, o elin-obanın hiss və duyğularını özündə etiva etsin..İstər sevinci olsun, istər dərdi-qəmi? Cabir Qurbanov da doğma yurd-yuva nisgilli, el-oba həsrətli bir şairimizdir. Cavan olsa da duyğularında bir qədim-qaimilik yuva salıb. Həsrət dolu şeirlərinə də elə “Həsrət nəğmələri” adını verə bilərik:
Yox isti bucagım,yox isti küncüm,
Yada əsir düşüb,yaqutum,incim.
Elə o zamandan kəmdi sevincim,
23 yaşında bir kederim var!
Bu dərdi tək Cabir Qurbanov yox, bütün məcburi köçkünlərimiz yaşayır:
Desəm zaman yetmez, dərdimi bir-bir,
Daralıb hövsələm, tükənib səbir
İlahi, əncam çək,neyləsinsin Cabir,
Axı gözü yolda, Kelbecerim var?!
Həqiqətən də belə məqamlarda yenə də Allaha ümid bəsləyirik. Yenə də Tanrıdan ümid gözləyirik.
Neçə illərdi bir tədqiqatçı kimi Kəlbəcər poeziyasının keçmişi və bu günü ilə maraqlanıram. Rəhmət Ulularımıza, böyük bir mənəvi xəzinə qoyub gediblər. Zaman-zaman belə Ulularımızın mübarək kəlamları ilə könül dünyamıza bir rahatlıq gətirmişik. Çəkinmədən demək olar ki, Kəlbəcər ədəbi mühiti Ağdabanlı Şair Qurbanla başlamışdır. Hələ o dövrdə “Qurban bulağı” adlı şeir məclisləri keçirilərmiş ki, burada da Aşıq Ələsgər, Növrəs İman, Bimar Əli və o dövrün tanınmış söz adamları iştirak edərmiş. Bizlərə və gələcək nəsillərə böyük bir məktəb qoyub getmiş ulularımızdan çox ibrətli kəlamlar qalıb. Ağdabanlı Şair Qurban:
..”Bir nadan söz anlayınca,
Yüz qanan əldən gedər”..
Dədə Şəmşir:
Cənnət bağı demək olmaz hər açılan güllərə,
Namərdlərə bel bağlayıb, uyma yağlı dillərə.
Leyli deyib aşıq olma hərcayi gözəllərə,
Təzə aşna axtarınca, köhnə yar əldən gedər...
Bimar Əli:
“Ah” deyərsiz, “vay” deyərsiz bir zaman,
Keçən günlər daha düşməz birdə ələ.
Səd, heyif əlindən, aman, cavanlıq,
Buraxmaram yaxan keçsə birdə ələ...
Bax bütünlüklə belə ibrətamiz sözlər bəlkə də çoxumuza gələcək ömür yolumuzda təkan oldu. “Gəncliyində elə yol tut ki, qocalığında heyifsilənməyəsən”...Allah sizə qəni-qəni rəhmət eləsin. Yatdığınız dərgah nura boyansın, Ulularımız.
İyirminci əsrin ortalarında Kəlbəcər ədəbi mühitinin ikinci mərhələsi başladı desəm daha düzgün olardı..Ayrım Əhməd, Bəhmən Vətənoğlu, Məmməd Aslan, Ənvər Rza, Sücaət, Aşıq Allahverdi Qəmkeş, Qara müəllim, Əli Qurban Dastançı, Şamil Dəlidağ kimi dəyərli söz sahibləri bu mühiti daha da genişləndirdilər. Və deyərdim ki, rəngarəng, yaddaşlarda qalan bu örnək poeziya məktəbini daha da mükəmməl etdilər. 
Hazırda çağdaş Kəlbəcər poeziyasında öz sözünü sanballı deyən, və bu ənənələri layiqincə davam elətdirən şairlərimiz qədərincədir. Ad çəkmək istəmirən. Çün ki, indinin özündə qədərincə gözəl şairlərimiz Ulu Sözün keşiyində mübarək şeirləri ilə layiqincə dururlar..Bunlar isə nə beş nəfərdi, nə on nəfər. Mənim tədqiqatımda yüzdən yuxarı Kəlbəcər şairlərinin imzası tanınır və oxucuları tərəfindən sevilir.
Bu gün isə sizi bu ənənənin davamçılarından olan gənc bir şairlə və onun yaradıcılığı ilə tanış edəcəyəm. Bu Dədə Şəmşir ocağından pərvəzlanan, gözəl şair Ovçu Ələsgərin oğlu Cabir Qurbanovdu.
İndiki vertual aləmin, elektron dünyanın böyük üstünlüklərindən biri də budur ki, istənilən yaradıcı adam öz aləmində bir səhifə açır və ürək sözlərini, hiss və duyğularını və şeirlərini paylaşa bilirlər. Bir neçə gün bundan qabaq Feysbuk səhifəsində bir şeir oxudum. Şeir xoşuma gəldi. Status cavan bir kəlbəcərli gəncin idi. Şerin möhürbəndində Cabir imzası qoyulmuşdu. Yadıma ilk gələn şair dostum, mərhum Cabir Umud oldu. Gəncdən xahiş etdim ki, şerin müəllifini tam aydınlığ ilə yazsın. O cavab verdi ki, mən oğlumun statusundan yazıram və sənin həm qohumun, həm də dostun Cabir Ələsgər oğlu Qurbanovdur. Çox sevindim, şerə görə təbrik də etdim..Dedi ki, bəs bir kitabım da nəşr olunub. Bir gün sonra kitabını da mənə hədiyyə göndərdi. Kitabın adı belədir: “Kəlbəcərtək elim var”. 175 səhifə..qalın ciliddə. “Elm və təhsil” nəşriyyatında çap olunub. Məsləhətçi: elimizin-obamızın gözəl ziyalı ağsaqqalı Qənbər Şəmşiroğlu. Redaktoru: Fizuli Ramazanoğlu.. Təbriklər, əziz dost.
Cabir Ələsgər oğlu Qurbanov.
Tərcümeyi halından qısa arayış:
1974 cü il, mart ayının 5 də Kəlbəcər rayonunun Ağdaban kəndində ziyalı ailəsində anadan olub.1996 ildə Memarlıq və İnşaat mühəndisləri Universitetini bitirib. Hazırda ixtisası üzrə mühəndis işləyir. Leyla və Toğrul adlı iki övladı var. Dədə Şəmşirin nəvəsidir.
Şairin kitabını oxuyandan sonra qərara gəldim ki, belə mənalı və gözəl şeirləri öz oxucularımla da bölüşəm..
Cabiin şeirlərində soy-kökünə bağlılıq özünü daha çox göstərir. Bu onun divanilərində, ustadnamələrində, hətta qoşma və gəraylılarında da açıq-aşikar hiss olunur:.
Yaxşı ara, səlis düşün hər mənanı sözdə gəz...
Yoxuşa cıx, dərəyə yen, dolayı gəl, düzdə gəz...
Günah edib dərin gəzmə, səvab eylə üzdə, gəz”¦
Yalan demə, səhv danışma, qoy olmasın dil gödək.
Gözəl ustadnamədir. Bu məqamda bir nüansı da deməyi özümə borc bilirəm. Hər bir bənd şairin şəxsiyyət vəsiqəsidir..Zamanı gələndə həmin bənd şairi xoşbəxt də edə bilər, hörmətsiz də edə bilər. Bunu hər bir yaradıcı insan yaddaşında saxlamalıdır. 
Cabir Qurbanovun şeirlərinin əksəriyyətində klassik ənənələrə bağlılıq var:
İstərəm bir şirin təranə olam,
Dinəm bal ləhcəli dodaqlarda mən.
Qoşulam kükrəyən dag caylarına,
Durulam süzülən bulaqlarda mən.
Yanan səhralarda sərin meh olam,
Yaşıl çəmənlərdə billur şeh olam,
Kədərli üzlərdə xoş fərəh olam,
Açılam gül kimi yanaqlarda mən.
Gözəl arzulardı..O şair xoşbəxtdir ki, şeirləri ürəklərə yol tapır, özünə oxucu kütləsi qazana bilir. Mən əminəm ki, belə də olacaq..İnşallah:
Bar olam bəhrərsiz baxca-baglara,
Od sacam səngiyən od-ocaqlara.
Qartal tek hay salam dogma daglara,
Qalmayam Vetenden uzaqlarda mən.
Amin, şair..İnşallah biz yenidən doğma dağlarımıza qayıdacağıq..Ulu ocaqlarımızı bir daha yandıracağıq. Bu sənin kimi hər bir yurd-yuva həsrətlimizin arzusudur:
Soyuq ürəklərdə yanar köz olam,
Zülmət gecələrə bir gündüz olam.
Cabirəm, istərəm elə söz olam,
Solmayam saralan varaqlarda, mən.
Amin..İnşallah yazdıqların hamısı könüllərdə özünə yer tutacaq..Cabir, qardaşım. Bunu sənin mükəmməl yaradıcılığın özü deyir.
Təbii ki, yurd-yuva itirən hər bir şairin yaradıcılığının bəzi anlarında el-oba dərdi, doğma dağların həsrəti, nisgili boylanacaq. Cabirin də şeirlərində bu nüansı tez-tez görürük:
Nə vaxtdı yuxuma gəlmir Kəlbəcər,
Yəqin intizardan o da yoruldu.
Durulmur bulaqlar, kükrəmir Tərtər,
Dəryalar incidi, su da yoruldu.
Könüllər sevinib gülmür ürəkdən,
Çələnglər toxunmur güldən, çiçəkdən.
“Darıxma, qayıdıb gəlləm” deməkdən,
Dillər qabar oldu, ya da yoruldu.
Mələşmir quzular göy yaylarqlarda,
Mamur bağlayıbdı buz bulaqlar da.
Namərdlər yurd salır doğma dağlarda,
Kəsildi səs-səmir, səda yoruldu...
Cabir, sən çalış ki, mənalı danış,
Küsməsin sözündən nə dost, nə tanış.
Hə haqsız bir iş gör, nə hədyan danış,
Demə ömür getdi bada, yoruldu.
Şairin bir şerində olan məna bütün bəndlərdə eyni fikrə söykənməlidir..Bəli, bu nüans Cabir yaradıcılığında əsas sayılır. Amma açığını deyim ki, tanınmış şairlər görmüşəm ki, üç bənd şerinin hər bəndi başqa mənadan söz açır..Nəinki belə...hətta tanınmış şair var ki, üç bəndlik şerini dostları tez-tez paylaşır..amma bəndlər arasındakı rədif qafiyələri yoxdu..Özüm ad çəkmək istəmirəm.
PS. Dostumuz Hacı Abbas, Cabir Qurbanov və mən dəfələrlə birlikdə olmuşuq..xudmani yemək və söz məclislərində..Bir dəfə də aşıq dostumuz İlham Aslanbəylini də götürüb, təbii ki öz sazı ilə bərabər, gözəl bir guşədə, dördlükdə sazlı-sözlü bir məclis yaratdıq. Bəlkə də dörd saatdan çox davam edən bu məclisin sonunda Aşıq İlham Aslanbəyli bircə cümlə dedi:
-Dostlar mən neçə-neçə böyük məclislərdə, toylarda, ad günlərində olmuşam..Amma açığını deyim ki, bu məclisin dadını-duzunu, gözəlliyini və mədəniyyətini heç bir yerdə görməmişəm..Var olun. Bunu niyə yazdım? Səbəbini açıqlayıram:
-Mənə bu gün maraqlı gələn odur ki, Cabir nə orda, nə də başqa vaxtlarda özünün şeir yazdığını demədi.Ən azı bir dost kimi, bir qohum kimi bunu deməliydi axı. Bu da şairin çox yüksək intellektə malik olduğunu göstərir..Bu gün isə mən bu yazımı ürəklə yazıram.Hələ Cabirin özünün də xəbəri yoxdur bu yazımdan. İnşallah statusda paylaşanda yəqin ki sürpriz olacaq. Çün ki, bu yaradıcılıq da Kəlbəcər mənəviyyatının tərkib hissəsidir. Hər bir gözəl şairin balaca bir kitabını mən Kəlbəcərin poeziya abidəsinə bir kərpic hesab edirəm.
Yenə də qayıdaq şairin şeirlərinə,onun poeziyasına.
Cabir Qurbanov mövzu cəhətdən heç vaxt çətinlik çəkmir. Bunu müxtəlif çalarlarda yazdığı dolğun şeirlərindən görmək olar. Ürəyi Vətən eşqi ilə çırpınan bir şairin bir şerinə də birlikdə nəzər salaq:
Tanrım, Sənə eyləyirəm əmanət,
Doğma yurdda əsir qalan eşqimi.
Doğulub, dünyaya heç gəlməmişdən,
Məni intizara salan eşqimi.
İndi əlim çatmır, qalıb uzaqda,
Qayıtmaz, nə qədər arzulasaq da.
Buz tutub boranda, qarda-sazaqda,
Gül kimi saralıb-solan eşqimi.
Başımız dünyada çəkmədi nələr?!
Həyanım tək-tənha zülmət gecələr.
Heç rahat buraxmır xoş xatirələr,
Səmirsiz uyğuya dalan eşqimi.
Gah alova dönər, məni yandırar,
Gahdan da buz kimi kəsər, dondurar.
Kim təsəlli verər, kim ovundurar,
Ağlayıb saçını yolan eşqimi?!
Acılı-şirinli xatirələrin,
Dərdi var sinəmdə, dərindən dərin.
Bir sual beynini didir Cabirin:
Görəsən nə etdi yalan, eşqimi?!
İnsanda ən böyük eşq Allah eşqidir. Ondan sonra Vətən eşqi, Ana eşqidir. Allah hər birimizdən bu eşqi əsirgəməsin. Cabirin şeirlərini oxuyanda onun sözə necə səmimiyyətlə, necə məsuliyyətlə yanaşdığının şahidi olursan. Belə şairlər anadangəlmə şairlər adlanır. Elə kökdən də, nəsildən də şairlik belə olur. Cabir Qurbanov Ulu bir şəcərənin, böyük bir məktəbin irsi daşıyıcısıdır. Bu nəsil Miskin Abdal şəcərəsinin davamı olan Kəlbəcər qoludur ki, Ağdabanlı Şair Qurban, onun oğlu, hələ sağlığında Dədə titulu almış Dədə Şəmşir, Dədə Şəmşirin oğlu, şair Ovçu Ələsgər və nəhayətdə Ovçu Ələsgərin oğlu Cabir Qurbanovdur. Bu məqamda oxuculara bir xatırlamam da var. Dədə Şəmşirin həyat yoldaşı Güllü xalamız isə Şıx Vəli, Yəni Molla Vəli Vidadinin nəslindəndir. Nəsildən-kökdən gələn şairlik belə olmalıdır. Ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram. 
Cabir Qurbanovun Babamıza ünvanladığı şeri də təqdirə layiqdir. Adı Azərbaycanımızın Klasikasına qızıl həriflərlə yazılmış Babamızın Ruhuna yaraşan bir şeir. Var ol, qardaş...Ruhu şad olsun Dədəmizin:
Gəlmişəm dünyaya Pir Ocağında,
İsmimi özündən almışam, Dədə.
Sinəm bir qaynayan billur bulaqdı,
Nurumu gözündən almışam, Dədə.
Gülü çəmənindən, barı bağından,
Eşqi ürəyindən, qarı dağından,
Saf, təmiz ilqarı etibarından,
Yolumu izindən almışam, Dədə.
Yarın həyanısan, dostun karısan,
Elimin-obamın şüx vüqarısan.
Xalqımın əbədi sənətkarısan..
İlhamı sözündən almışam, Dədə..
Daim əlimdədi, Haqqın kitabı,
Ondan öyrənmişəm salam-savabı.
Fəhmi, fərasəti, dözümü, tabı,
Taqəti- dizindən almışam, Dədə...
Cabirəm, doğrudan dönən deyiləm,
Tanrının gözündən yenən deyiləm...
Əbədi məşələm, sönən deyiləm,
Odumu közündən almışam, Dədə.
Bu yerdə rayonumuzun dəyərli ziyalısı elimizin-obamızın arxası, yolgöstərəni, Şəmşir ocağının odqoruyanı, gözəl şair Qənbər Şəmşiroğlunu yaddan çıxarmaq günah olar. Həmişə öz dəyərli məsləhətləri ilə, bizim hamımıza yol göstərib. Elə Cabir qardaşımızın kitabının çıxması məsləhətini də ağsaqqalımız eləyib. Allah uzun ömür və can sağlığı versin, ay Xalaoğlu, Dəyərli Ağsaqqalımız Qənbər Şəmşiroğlu...
Yenə də qayıdıram şairin yaradıcılığına. Onun gəraylılarında da ustadların nəfəsi duyulur:
Tüstüsü bol alovdansa,
Bir hənirli köz yaxşıdı.
Min yalançı bəhanədən,
Bircə dürüst söz yaxşıdı.
Ər igiddə vüqar ola,
Gözəldə namus-ar ola,
Əhdə təmiz ilqar ola,
Vədə doğru-düz yaxşıdı.
Uzağam fitnə-nağıldan,
Dövlətim-varım ağıldan.
Əlli biqeyrət oğuldan,
Bir qeyrətli qız yaxşıdı.
Gəraylı olsa da, gözəl ustadnamədi. “Əlli biqeyrət oğuldan, Bir qeyrətli qız yaxşıdı”..Zaman gələcək ki, bu beyt atalar sözü kimi yaddaşlarda qalacaq..Əhsən, qardaş:
Cabir gərək deyə hərdən:
Uzaq olun bədnəzərdən,
Haram noğuldan, şəkərdən,
Halal çörək-duz yaxşıdı.
Mayası halalıqdan yoğrulan bir nəsilin şair oğlu və onun şeriyyəti haqqında nə qədər desən xoş söz demək olar. Amma hər şey qədərində olanda daha gözəl olur. Bu məqamda yazıma xoş arzularla sonluq vermək daha gözəl olardı:
-Əziz dostum Cabir Qurbanov, sənə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Allah bizi doğma yurd yerlərimizdə görüşdürsün. Mən inanıram ki, şeirlərin və kitabların seviləcək və böyük oxucu kütləsi qazanacaqsan.

Kəlbəcər poeziyasına hörmətlə: şair-publisist Yusif Hüseyn. Azərbaycan Yazıçılar birliyinin üzvü. “Qızıl Qələm” mükafatı laureatı
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA