«Ermənistan tərəfi BMT dörd qərarını yerinə yetirməlidir. Əks halqa Azərbaycanın öz torpaqlarını azad etməsi üçün əlində hüququ əsası vardır».
Bunu Moderator.az-a eks-prezident Ayaz Mütəllibov Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışına münasibət bildirərkən deyib.
Ayaz Mütəllibov bildirib ki, beynəlxalq hüquq torpaqların toxunumamazlığını tələb edir: “Bununla belə, Azərbaycan tərəfi sülh yolunu tutsa da, danışıqlar prosesi nəticə vermir, əlbəttə ki, belə olduqda müharibə qaçılmazdır. İndiyə qədər Azərbaycan Prezidentinin tutduğu mövqe sülhsevərlik olub. Bu prosesin necə getdiyini, əlbəttə, o, bizdən yaxşı bilir. Əgər o, qeyd edir ki, sülh imkanları tükənib, deməli, Prezidentin dediklərində həqiqət vardır. Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistana qarşı müharibə edəcəyi danılmazdır”.
Rəşad