"Böyük zatla qarşılaşdım, həyatım ondan sonra dəyişdi"- MÜSAHİBƏ
Oxunub: 5480
14 Jan 2017 | 09:36

Moderator.az saytının müsahibi “Savalan” mistik qrupunun rəhbəri və ifaçısı Novruz Novruzludur. Qeyd edək ki, “Savalan” irfani musiqilərlə milli yaddaş sistemimizin dərin qatlarının açılmasına xidmət edir. Bu səbəbdən də nəinki Azərbaycanda, eləcə də, bu milli yaddaş sisteminin yayıldığı bütün türk coğrafiyasına sevilir və dinlənilir. Novruz müəllimlə sufiyanə tərzdə, irfani ruhda apardığımız müsahibəni sizlərə təqdim edirik:

-Haqq sirri olan musiqini öz üzərinizdə gəzdirmək nə dərəcədə çətindir? Bu qədər şifrəli musiqi, onun ağırlığı çiyinlərinizi əzmir?

- Vallah, bir işi sevərək görəndə, o heç zaman sənin üçün ağır olmur. Artıq yaşam tərzinə çevrilir. Aldığın hava, yediyin qida olur. Yəni, hər şey münasibətdən asılıdır. Burada repertuarın da öz məsuliyyəti var. Sən o məsuliyyəti dərk etdikdə, bunu sevərək yerinə yetirdikdə işindən yorulmur, əksinə, zövq alırsan. Sanki zikr edirsən...

-Həqiqətə varmaq istəyən insan üçün yolsuzluq nə dərəcədə əzabdır? O xilas olmaq, Haqqa doğru yüyürmək istəyir. Amma Yolu, yol göstərəni yoxdu. Həqiqətin xəritəsini göstərən zat yoxdu. Siz, Novruz Novruzlu olaraq, bu yolsuzluqdan xilası nədə görürsüz?

-Səmimiyyətdə! İnsan öz axtarışında, xilas olmaq istəyində səmimidirsə, Allah hökmən ona haradansa bir yol açacaq. Qarşısına yolunu aydınlaşdıracaq bir müəllim, ustad mürşid çıxaracaq. Burada ustadın elmdən də çox, yaşam təcrübəsi önəmlidir. Rəhmli və ədalətli olan Allah həmin təcrübə sahibini mütləq YOL axtaranla qarşılaşdıracaq. Allahın çalışdığı yerlərdən biri də insanın vicdanıdır. Aləmi aldadan insan vicdanını aldada bilmir. Əgər insan vicdanında səmimidirsə, özündə “kontrolda” olursa, hökmən başqasının görə bilmədiyi aspektdən haqqı görür.
Image

-Hansı övliyaların, sufi şeyxlərinin həyat tərzi  sizin üçün örnək olub?

-Bizə Allah nəsib etdi ki, ali mənəvi aləmi özündə yaşadan böyük insanla görüşdük. Həyatımız ondan sonra dəyişdi. O böyük zatın da ən çox dediyi söz o idi ki, həyat təcrübədir.
Əslində, onların gəldiyi vahid mərkəz, suyundan içdikləri bulaq birdir. Sadəcə, hərənin öz fərqli baxımı, münasibəti var. İbn Ərəbi, Yunus Əmrə, Mövlanə və Şəms həzrətləri, Seyid Yəhya Bakuvi, Rüfai və başqalarının, bir sözlə hamısının əsas missiyası insanın daxili aləmini aydınlaşdırmaq, onun Haqqa tərəf getdiyi yola yön vermək olub. Sadəcə, hərə öz ətrini, öz şirəsini bura əlavə edib. Onlar yalnız şair olmayıblar,  elə bir məkanda qərar tutublar ki, İlahi ilə aralarındakı rabitə kanalı hər zaman açıq  olub. Odur ki, şeir yazarkən, söz söylərkən heç düşünməyiblər də... Elə anında həmin rabitə kanalından gələn sözləri sapa düzüblər.

- Bəs bu İlahi sirlərin insana çatdırılmasında musiqinin, səsin rolu nə qədərdi?

-Musiqi özü-özlüyündə bir zikrdi. Mövlanənin musiqinin zikr, ilahi sirr olması haqqında  xeyli kəlamları var. Ərəblərdə bir azan oxuyan varmış. O azanı elə yanğı, elə qüdrətlə oxuyarmış ki, bəzi xristianlar ondan sonra İslamı qəbul edərmişlər. Burada əsas meyar onun səsi, ifasının qüdrəti deyil, yaşadığı həyat təcrübəsidir. Həmçinin, bu təcrübələrdən qaynaqlanaraq, arınıb, Haqqa gedən yola varıb və səsində bunu yansıdıb. Səsindəki ilahi enerji məhz o təcrübələrdən qaynaqlanıb.

-Eynşteynin Nisbilik nəzəriyyəsi ilə Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyələrini birləşdirən ortaq fikir var: Mütləqə yaxınlaşmaq və daha yaxınlaşmaq olar, ona tam çatmaq isə mümkün deyil. Bəzi araşdırıcılar bu fikirlərin təsəvvüfdən qaynaqlandığını deyirlər. Siz bu barədə nə düşünürsüz?

-Elm adamları ilə arifləri qarışdırmaq olmaz. Ariflər bir növ başqa məkanın sakinləridirlər. Onlar da tam olaraq, Allaha, Ali Həqiqətə çatmağı düşünməyiblər. Sadəcə, Allahda yox olduqları, əridikləri üçün Haqqın gözəl sifətləri onların simasında təcəlla edib. Elm adamları isə başqa, onlar bu məkandan xaric öz düşüncələrini irəli sürürlər.
Image

-Yazıçı müsahiblərimdən biri demişdi ki, dünyanı bu gün uğradığı bəlalardan yalnız təsəvvüf xilas edə bilər...

-Təsəvvüf, sufizm-bunlar elə Quranın yaşam formasıdır. Allah Quranda deyir ki, mən sizə şah damarınızdan da yaxınam. Sufizm də bu yaxınlığın praktiki ifadəsidir.  Allahın kamil varlıq kimi yaratdığı insan bütün ucalıqları aşmaq gücündədir. Lakin o, özündən, ali qaynağından uzaqlaşmaqla bu yaxınlığı, bu ucalığı unudur. İnsan Allahın sirrini özündə daşıyır. “Mən hər gözdən baxaram, hər gözsə məni görməz”, “Məkanım möminlərin qəlbidir”, “İnsana şah damarından daha yaxınam”,  deyir Haqq. Lakin insanın gördüyü pis cəhətlər birbaşa onun özünə aiddir və özünə qalır. Əslində, pis heç nə yoxdur və pis nəsə baş vermir. Sadəcə, hər şey hikmət və işarələr sistemidir. Bu işarələri oxumaq, onlarda Allahın təcəllasını görmək insanı ucalığa qaldırır.

-Böyük filosofumuz Sührəvərdi insan ruhunun bir zərrə kimi Haqqa tərəf getməsini Günəş şüalarının yenidən ona qovuşmasına bənzədir. Yəni, həyatın, ömrün özünü əslində, Haqqa doğru gedən yol kimi qiymətləndirir.   Siz bu sonluqla razısınızmı?

-Əslində, bu dünyaya gəlişimizdəki əsas məqsəd sonda ora getmək, Küllə qovuşmaqdı. Mövlanə həzrətləri ömrünün sonunda tələbələrdən ayrılıb, bir hücrəyə çəkilir. Səbəbini soranda da deyir ki, Əzrayıl qardaşımı gözləyirəm, ölüm tədarükündəyəm. O, ölümə qovuşma anı kimi baxırdı. Müridlərinin  “bizi qoyub hara gedirsən” sualına “bu gün nur nura qovuşacaq” deyərək, öldüyü günü xarakterizə edirdi. Həmin günün də adını “şəbi-əruz”, yəni “toy gecəsi” qoyub. Gəlişimizdəki məqsəd göndərilməyimizdəki mənanı anlamaqdır.  60-70 illik həyat bir yuxu kimidir, əslində. Yaşadın və bir yuxutək bitdi. Qalan isə  yaşam müddətində ruhumuza yazdığımız ali hislər olur. 

-Musiqi kosmik enerjinin danışan dilidir. Müğənni  o enerjini insanlara təqdim edir. Təbii ki, burada söhbət əsl səs sahibindən gedir. Bu gün kosmik enerjini anlaya bilməyən cəmiyyətdə onu insanlara çatdırmaq sizin üçün nə dərəcədə çətindi?

-Çətindi, amma doğru və şərəfli yoldu. Kiminsə vaxtına və haqqına girmiriksə, konsert zalında ən azı oranın yarısı qədər insanları maraqlandıra biliriksə, deməli, bu yol doğrudur. Bilirsiz, insanın özünün topluma yanaşmasından da çox şey asılıdır. Bəzən olub, düşünmüşük ki, görəsən, filan yerdəki insanlar bizi qəbul edərlərmi, ifamızı dinlərlərmi? Sonra görmüşük ki, hər şey yolundadır.  Bu gün təbii ki, bütün dünyada insan üçün dəyərlər dəyişib. Bu gün insan “Allahu əkbər” deyərək, baş kəsir, qəddarlıqla can alır. Bunların hamısı İslamı fərqli görkdə insanlara təqdim edib, bəşəriyyəti ondan uzaqlaşdırmaq üçün nəzərdə tutulub. Dünya bu prosesin içindədir. Kələfin ucu itib. İnşallah, axırı yaxşı olar.
Image

-Bəzən,  çox təəssüflər olsun ki, Qurana qadağalar külliyatı kimi baxan adamlar da var..

-Baxan adamın kimliyi önəmlidir, nə deməsi yox.

-İmam Əlini həm də ilk təsəvvüf yolçusu, böyük alim, övliyadır. Yalnız İslam dünyası onu çox güclü, cəngavər biri kimi daha çox xarakterizə edir. Bir növ elmi qüdrət fiziki gücün kölgəsində qalır. Bu yanaşma özü müsəlman dünyasının düşüncə tərzini əks etdirirmi?

-Şəxsi qənaətdimdi, öz fikrimə əsaslanaraq deyə bilərəm ki, imam Əli sirr qapısı, elm qapısıdır. Onun böyük elm sultanı kimi araşdırılmasına qısqanclıqla yanaşılıb. Amma təbii ki, bəşəriyyətin xilası sayıla biləcək yüksək keyfiyyətlərin hamısının cəmi İmam Əlidə olub. Uzun müddət düşmənçilik etdiyi bir nəfəri ələ keçirəndən sonra onu öldürmək istəyir. Lakin həmin adam bu zaman ona qarşı həqarət edir. İmam Əli onu azad edir, deyir, dur get. Adam təəccüblə səbəbini soruşanda cavab verir ki, səni öldürsəm, deyərlər ki, mən bunu öz nüfuzum, kinim və mənafeyim üçün etmişəm. Döyüşdə çoxlarını öldürməyib qılıncının altından keçirirdi. Soruşanda cavablayardı ki, mən bundan yeddi nəsil sonrası yaranacaq saf insanları görürəm.

-Fəriddədin Əttarın məşhur “Mantıkül ”“tayr “ əsərində simurq quşunu axtarmaq üçün yola çıxan quşlardan 30-u sonda öz həqiqətlərinə çatırlar- özləri simurqa dönürlər. Bəşəriyyət öz simurquna ”“ Həqiqətinə doğru nə zaman  gedəcək?
Image

- Dünyada həqiqətin özü olan çoxlu böyük zatlar olub, indi də var. Onlar olmasa, dünya da olmaz. Oxumuşdum ki, sultan qoşunu bir yeri almaq istəyib, amma bu mümkün olmayıb. Axırda sultan deyib ki, orada bir Allah dostu yaşayır, gedək, əlini öpək. Bir insanın varlığı böyük ərazinin qorunmasına səbəb oldu. Yer kürəsi də elədir- həqiqi Allah dostlarının mövcudluğu onu qoruyur.  

-Sonda  bizlər - bütün bəşər insanı üçün nə arzulayardınız?

-Dünyadakı qara buludlar getsin. İnsanlar dünyaya kamil varlıq kimi göndərildiyinin fərqində varsınlar. Bəşəriyyətin üzləşdiyi bəlalardan uzaqlaşmağın yeganə yolu insanın özünü anlamasıdır. Özünü bilən Haqqı da bilər. Özünü anlamayan ətrafı da bulanıq görər. 

Elmin Nuri


Oxşar xəbərlər
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 22:35
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib, ölən və yaralananlar var
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:30
Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 22:06
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:17
Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA