"Ölkədə nə qədər tanınmış yazıçı, jurnalist, mədəniyyət xadimi var, hamısını..."
Oxunub: 25383
11 Jan 2017 | 23:50
Dilimizdə məşhur bir deyim var-şorunu çıxartmaq. Hər hansı məsələdə ifrata varanda “şorunu çıxartdıq” deyirik.
Bizdə isə son zamanlar “şoru çıxmayan” heç nə qalmayıb; rüşvətxorluqda da şorunu çıxarmışıq, cəzada da, cinayətdə də, hətta vətənpərvərlikdə də.

Son zamanlar mətbuat orqanlarında Türkiyənin “Emre pili甝 şirkəti ilə bağlı aparılan müzakirələrdə vətənpərvərlik elementlərindən bəd əməlləri ört-basdır etmək üçün istifadə olunması “şoru çıxarılmış” millətçiliyin ən yeni formasıdır. Uzun illər “Emre pili甝in çörəyini yeyən bir iş adamı təmsilçisi olduğu şirkətə milyonlarla dollar “atmasını” gizlətməyə belə, lüzum görmədən, öz əməlini vətənsevərliyi ilə əsaslandırmağa çalışır. Arqumenti isə çox sadədir: həmin şirkətin 30% hissəsi iki erməniyə məxsus olduğu üçün ona “atmaq” biz müsəlmanların vətənpərvərlik borcudur.

Bəs, görəsən, bir cinayət əməlinə bu cür “şoru çıxmış” arqumentlə haqq qazandırılması Azərbaycana və onun hüquq anlayışına nə qazandıra bilər?

“Emre pili甝in hüquqlarını müdafiə edən tanınmış hüquqşünas Aslan İsmayılovla da söhbətimizin əsasında bu sual dayanırdı. Hüquqşünasın Moderator.az - a müsahibəsini təqdim edirik:

- Aslan bəy, “Emre Pili甝 şirkəti ətrafında baş verən hadisə barədə mətbuatda çox danışılıb. Odur ki, deyilənləri bir daha uzun-uzadı təkrarlamadan kiçik arayış vermənizi istərdim. Məni maraqlandıran suallar isə bayağı millətçiliyin Azərbaycana vura biləcəyi zərərlər barədə olacaq...

- Təbii, bu barədə uzun-uzadı danışmağa dəyməz. Dələduzluq faktını heç qarşı tərəf də inkar etmir, edə də bilməz. Çünki ortada təkzibi mümkün olmayan faktlar var. Hadisənin icmalına gəlincə, məlum olduğu kimi, Türkiyənin broyler şirkətlərindən biri Azərbaycanın məşhur şirkətinə - “Siyəzən Broyler”ə illər uzunu damazlıq yumurta satırmış. Əvvəl çox normal gedən ticari əlaqələrdə daha sonra problemlər yaşanır; “Siyəzən broyler”ə satılan yumartaların pulu geri qayıtmır. “Emre Pili甝in sahibi bir gün oturub uzun müddətdən bəri toplanan borcu hesablayır. 3 milyon 800 min dollar borc ortaya çıxır. Şirkətin sahibi özünün Azərbaycandakı dostu və təmsilçisi Mürvət Həsənliyə borcların niyə ödənilmədiyini soruşur. Mürvət Həsənli isə borcluların çox qüdrətli ailəyə mənsub olduqlarını və borcu ödəmək istəmədiklərini bildiririr. “Emre Pili甝in sahibi Ömür Oral məsələni araşdırmaq üçün Azərbaycana gəlmək istəsə də, dostu, sonradan onunla kirvə olan Mürvət Həsənli buna razı olmur. Dostunu borclu tərəfin qüdrətiylə təhdid edir, Azərbaycana gələrsə, öldürülə biləcəyini və məsələni özünün həll edəcəyini bildirir, borcu tədricən ödəyəcəyinə söz verir. Bundan sonra Mürvət Həsənli həqiqətən də Orala hissə-hissə təqribən 2 milyon 100 min dollar ödəyir, borcun digər hissəsini isə ödəməkdən imtina edir - söhbət təxminən 1 milyon 700 min dollardan gedir.
 Beləcə, Ömür Oral Türkiyədə bir vəkillə danışır. Vəkil məni yaxından tanıyan biridir və bu işi mənim vasitəmlə hüquq müstəvisində həll etməyi məsləhət görür. 
Onun vasitəsilə söhbətləşdiyim Ömür Orala Azərbaycanın eşitdiyi qədər təhlükəli olmadığını və işi araşdırmaq üçün Bakıya gəlməsinin vacibliyini bildirdim. Dəvətimi qəbul edib Bakıya gələn iş adamıyla məsələni araşdırdıqdan sonra “Siyəzən Broyler”i məhkəməyə verdim. İş məhkəməyə gedən kimi, “Siyəzən Broyler”in təmsilçiləri mənimlə görüşdülər. Sənədlərlə sübut etdilər ki, 3 milyon 800 min dollar Mürvətə bir dəfəyə ödənilib. Məndən işi məhkəmədən geri çəkməyi istədilər. Dedim işi o zaman geri çəkərəm ki, siz Mürvətdən prokurorluğa şikayət edəsiniz. Çünki faktiki olaraq sizin pulu Mürvət yeyib. Pul “Emre Pili甝ə ödənməyib. Onlar da Mürvət Həsənov haqqında prokurorluğa şikayət etdilər. 
Sonra eşitdim ki, Mürvət bundan sonra dərhal Türkiyəyə “Emre Pili甝in sahibiylə dil-ağız etməyə gedib. Oral onu qəbul etməyib. Bu arada Mürvət üstümə 50 adam göndərdi ki, işdən çəkilim. Mən də qəbul etmədim. Daha sonra prokurorluqdan hər iki tərəfi ifadə almağa çağırdılar. Prokurorluğun qapısında Mürvətlə üzləşdik. Zırın-zırın ağlayırdı ki, “siz məni tutdurmaq istəyirsiniz, əlinizə nə keçəcək? Mən bu pulu qaytaracağam”. Uzun sözün qısası, prokurorluqda ifadə verdikdən sonra hər iki tərəflə birlikdə bizim ofisə gəldik. Tərəflər öz aralarında maliyyə hesabatı apardılar. Mənim də müdaxiləmlə Ömür Oral öz qanuni haqqından xeyli keçərək 1 milyon 300 min dollarda dayandı. Daha sonra prokurorluğa qayıdıb müstəntiqin yanında söhbətimizi davam etdirdik. Mürvət boyun oldu ki, dekabrın 15-nə qədər borcunu ödəyəcək. Müstəntiq dedi ki, gedin, indi aranızda müqavilə bağlayın, borcun ödənilməsi müddəti ilə bağlı qrafik tərtib edib bizə gətirin. Belə razılığa gəldik ki, mən bu anlaşmadan sonra Sumqayıt İqtisad Məhkəməsindəki iddiadan geri çəkiləcəyəm. 
Notariusa sənəd imzalamağa gedəndə Mürvət mənə bu işdən çəkinməyim üçün 300 min dollar təklif etdi. Buna tərəf tərs baxan kimi də dərhal əlavə etdi: “Aslan müəllim, hamı sizi ona görə istəyir ki, pulla almaq mümkün deyil”. İndi mənə qarşı iddialar irəli sürür ki, guya mən Ömür Oraldan 200 min alıb Azərbaycanın maraqlarını erməniyə satıram. İndi də onu buraxıb məni təhdid edir. Halbuki, ölkədə nə qədər tanınmış yazıçı, jurnalist, mədəniyyət xadimi var, hamısını mənim üstümə minnətə salmışdı.

- Erməni məsələsinə gəlməmişdən əvvəl, mənim diqqətimi bir məqam çəkdi. Sizin də fikirlərinizdən belə çıxır ki, həm malsatan, həm də malalan şirkət çox nüfuzlu insanlara məxsusdur. Bu qədər nüfuzu olan tərəfləri Mürvət Həsənli adlı bir iş adamı aldadır. Amma nədənsə nəinki cəzalandırılmır, əksinə, mətbuat orqanlarında özünü əsassız arqumentlərlə müdafiə edir, əks-kampaniya aparır. Mürvət bu gücünü hardan alır?

- Mürvət Həsənlinin gücünü hardan alması mənə aydındır. Bu barədə fikirlərimi facebook səhifəmdə səsləndirmişəm. Hakimiyyət yetkililəri də bunu araşdırsınlar. Mürvət Həsənlinin sahib olduğu “Xəmsə” restoranı hakimiyyətin mətbuat siyasətinə birbaşa nəzarət edən qrupların bütün toplantılarının keçirildiyi məkana çevrilib. Onun mətbuatda bu qədər ciddi şəkildə müdafiə edilməsinin səbəbi də budur. Təsadüfi deyil ki, Mürvət Həsənlinin özü belə, “mətbuatın dostu” elan olunub. O ki, qaldı Mürvət Həsənlinin aralarında oynadığı tərəflərin nüfuzuna, həqiqətən də hər iki şirkət öz ölkələrində ciddi nüfuza malikdirlər. “Emre Pili甝in sahibi Ömür Oral Türkiyənin İş Adamları Birliyinin üzvüdür. Onlar bu məsələylə bağlı Türkiyə hökumətinə müraciət ediblər. Hökumətin ən yüksək səlahiyyətli şəxslərindən birinin vasitəsilə Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldırmaq niyyətindədirlər. Yəqin ki, bu ay, ya da gələn ay Türkiyənin nümayəndə heyəti məhz bu işə görə Azərbaycana gələcək. Bundan əlavə, Türkiyə səfirliyi də eyni məsələ ilə bağlı nota verib.

Türkiyənin Bakıda ticarət müşaviri var, o, mənimlə görüşdü. Problemin mahiyyətini araşdırmaq üçün gəlmişdi. Bildirdi ki, Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldıracaq. Mənim bildiyimə görə, Türkiyə dövlət başçısının Azərbaycan Prezidentinə də bu barədə məktubu  olacaq...

- Mənə də qəribə gələn budur. 1 milyon 300 min borcdan söhbət gedir. Bu, iki dövlət arasında ticarətdə o qədər də böyük məbləğ deyil. Amma problem skandal səviyyəsinə gətirilir və ölkəmizin beynəlxalq iqtisadi imicinə kölgə salınır. Azərbaycanın onsuz da yaxşı olmayan investisiya mühiti haqqında qənaətlərin daha çox mənfiləşməsinə şərait yaradılır. Ən pisi isə odur ki, skandalda ölkənin ən qüdrətli iqtisadi gücünə malik çevrənin adı hallanır. Daha sonra isə mətbu orqanlarda iqtisadi əsası olmayan ultramillətçi arqumentlərlə fırıldaqçı tərəf müdafiə olunur. Özü də elə bir məqamda ki, iqtisadi böhran keçirən Azərbaycan ümidlərini xarici investisiyaya bağlayıb. Sizə elə görünmür ki, bu işdən qəsdən yürüdülən iqtisadi sabotaj iyi gəlir?

- Açığı desəm, mənim də ağlıma ilk gələn fikir bu olub. Prokurorluğa yazdığım məktubda da öz fikrimi üstüörtülü şəkildə vurğulamışam. Bilirsinizmi, “Emre pili甝lə imzalanan sənədlərdə rəsmi olaraq Mürvət Həsənlinin adı görünmür. Sənədlərə görə, borcu qaytarmayan “Siyəzən Broyler”dir. Onlar isə borclarını son qəpiyinə qədər Mürvətə ödəyiblər. Borcu sahibinə çatdırmayan Mürvət Həsənlini isə rəsmi olaraq “Emre Pili甝ə heç nə bağlamır. Yəni, rəsmi olaraq məsuliyyət “Siyəzən Broyler”in üzərində qalır. Həmin şirkət isə Azərbaycan hakimiyyətində ən yüksək dairələrə yaxın şəxslərə aiddir. Bu mənzərədə ortaya çıxarılmağa çalışılan görüntü Azərbaycan  siyasi iradəsinə yaxın dairələrin beynəlxalq iqtisadi münasibətlərdə etibarsızlığı imicidir. Dediyiniz kimi, bu da ölkəmizin investisiya mühiti barədə xoş təəssürat yaratmır. Bununla belə, “Siyəzən Broyler”in həmin məsələdə zərrə qədər günahı yoxdur. Günahı olsaydı, mən Mürvətin yox, “Siyəzən Broyler”in adını hallandırardım. Necə ki, ilk əvvəl həmin şirkəti məhkəməyə vermişdim və onlar rəsmi sənədlərlə günahsızlıqlarını sübuta yetirəndən sonra iddiadan geri çəkildim. İndi məni bir sual düşündürür: Mürvət Həsənli ölkədə olduqca nüfuzlu bir çevrənin imicinə ləkə vuraraq, pulun guya ona ödənilmədiyini iddia edirdi. Məsələnin üstü açılandan sonra isə borclu olduğu şirkətin hüquqlarını müdafiə edən vəkili susdurmaq üçün “qara piar” kampaniyası aparmağa keçir. Baş prokurorluq bu işi niyə araşdırmır?

- Niyə araşdırmır, sizcə?

- Nə bilim, Vallah! Biri var, ortada rəsmi sənədlər olmaya, şifahi şəkildə alış-veriş aparıla; onda iddialara barmaqarası baxmaq mümkündür. Biri də var, bu işdəki kimi, arada bağlanan müqavilələr, gələn malların maliyyə hesabatları, ödənilən vergilər ola; bundan qaçmaq mümkün deyil. Görünür, Baş Prokurorluq problemin beynəlxalq skandala çevrilə bilmə ehtimalını ya anlaya bilmir, ya da elə bunu gözləyir.

- Ciddi ittihamdır...

- Başqa ehtimal yoxdur, axı. Mənim şəxsən ağlıma başqa versiya gəlmir.

- Aslan bəy, məsələnin “erməni” tərəfinin də ciddi nəticələri ola bilər. Sirr deyil ki, bu iş ictimailəşdirildiyi ərəfədə Azərbaycan hakimiyyəti yeni bir siyasətə start vermişdi. Hakimiyyətin ən yüksək vəzifəli şəxsləri bizim düşmənimizin erməni xalqı deyil, bir ovuc separatçılar olduğu barədə mesajlar verirdi. Hətta əslən erməni jurnalistini gətirib ölkəmizdə işlə təmin etmişdik. Sözsüz ki, bütün bu mesajlar həm də beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulurdu. Dünyaya mesaj verilirdi ki, bizdə erməni millətinə mənsub olub yaşamaq mümkündür. Vaxtilə mərhum Heydər Əliyev də xarici diplomatlara Azərbaycanda 30 mindən artıq erməninin yaşayıb fəaliyyət göstərdiyini deyirdi. Bu ritorika ermənilərin əsas kozırlarından birini - “biz Azərbaycan ərazisində yaşamaq imkanına malik olmadığımıza görə, öz müqəddəratımızı təyin etmək haqqına malikik” arqumentini çürütməyə hesablanıb. Tam bu sırada KİV-də “Emre Pili甝in sahiblərindən biri ermənidir və buna görə ona “atmaq” nəinki mübah, hətta patriotizmdir” kimi boğazdan yuxarı şuarlar səsləndirildi. Sizcə, bu təsadüfi idimi?

- Əvvəla, mən bilsəm ki, bunlar həqiqətən erməni məsələsinə görə belə edirlər, yanmaram. Adama deyərlər, ay kişi, belə erməni düşmənisənsə, niyə gedib həmin şirkətlə işləyirdin? Ona pul qazandırırdın?  Bilirsinizmi, “Emre Pili甝ə 4 milyon dollara yaxın borclu olsa da, Mürvət Həsənli onlara bu bir neçə ildə milyonlarla dollar pul qazandırıb. Özü də milyonlar qazanıb. Qazananda ermənini görmürdü, borcu qaytarmaq lazım olanda erməni çıxdı?

Üstəlik, Azərbaycanda toyuqçuluq sahəsinin inkişafı “Emre Pili甝in adıyla bağlıdır. Yadınızdadırsa, bir neçə il bundan əvvəl bütün dünyada, o cümlədən Azərbaycanda da “quş qripi” yayılmışdı. Bu xəstəliyin kökünü kəsmək üçün “Emre Pili甝in şəxsən Ömür Oral başda olmaqla mütəxəssisləri Azərbaycana gəliblər. Qripə qarşı mübarizənin yolunu bizim şirkətlərə onlar öyrədiblər. Bu çalışmaların nəticəsində ölkəmizdə quşçuluq sektoru indiki inkişaf mərhələsini keçib. Şirkətin həmin fəaliyyətini Azərbaycana düşmənçilik adlanadıra bilərik? Əlbəttə, yox.

İkincisi, o şirkətin sahibinin erməni olmadığını Mürvətin özü də gözəl bilir. Şirkətin ermənilərdə olan hissəsini Ömür Oral alıb. Sadəcə, bunu rəsmiləşdirmək işi qalıb. Səbəb isə erməni payçının ağır xəstəliyidir.

Üçüncüsü, deyək ki, şirkətin ya 15, ya da 30%-i ermənilərin əlindədir. Axı, onun ən azı 70%-i türklərə aiddir. Özü də Ömür Oral əslən Azərbaycan türküdür. Bəs, niyə 30%-ə görə, 70%-in də haqqını tapdalayırsan?

Dördüncü, mən hüquqşunasam. Mənim əxlaq anlayışımın mərkəzində ədalət hissi dayanır. Haqqında danışılan həmin erməni yarıölü vəziyyətdədir, aparatla həyata bağlanıb. Faktiki olaraq, bitkisəl ömür yaşayır. Əgər dirilib gəlsə və desə ki, Türkiyə ermənisiyəm, haqqımı sizin azərbaycanlılar yetib, mən - Aslan İsmayılov dələduz azərbaycanlının yox, onun haqqını müdafiə edərəm.

Beşincisi, mən bu işi öhdəmə götürəndə şirkətin erməni ortağının olduğunu bilmirdim...

- Aslan bəy, siz mənim sualıma cavab vermirsiniz. Lap deyək ki, şirkətin sahibi ermənidir. Qarabağ məsələsinin müzakirəsinin aktuallaşdığı indiki zamanda “ermən olduğu üçün mülkiyyətini ələ keçirmək halaldır” anlayışı erməni arqumentini gücləndirmirmi? Sizcə, bu məsələdən də təxribat iyi gəlmirmi?

- Azərbaycan hakimiyyəti bu zamana qədər çox yanlışlıqlara yol verib. Bunlardan biri də haqqında danışdığınız bayağı vətənpərvərlik təbliğatıdır. Mən hələ 1995-ci ildə parlament seçkilərində iştirak edəndə xüsusi buraxılış dərs etdirmişdim. O buraxılışda vurğulamışdım ki, biz antierməni şüarçılığıyla Qarabağ problemini həll edə bilməyəcəyik. İndi hökumət mən deyənə gəlib. Dünyaya elan edir ki, mənim qanunumu, torpaq bütövlüyümü tanıyan ermənilər mənim vətəndaşımdır, gəlsinlər, onların haqlarını qoruyuram. Bu düz addımdır, ona görə ki, Qarabağı qaytarmağın başqa yolu yoxdur...

- Belə bir məqamda Azərbaycan KİV-ləri “ermənidirsə ona atmaq olar” təbliğatı yayırlar...

- Bəli, belə bir məqamda KİV-lərdə irəli sürülən bu arqument ermənilərin əlini gücləndirir. Bu məsələdə sizinlə razıyam. Sabah ermənilər asanlıqla hakimiyyətin nəzarətində olan mətbu orqanlardakı bu fikirləri əllərində dəstəvuz edəcəklər. Deyəcəklər ki, tanınmış bir vəkili Türkiyə vətəndaşı olan erməninin haqqını müdafiə etdiyinə görə çarmığa çəkirlər. Ermənistan, yaxud Qarabağ ermənisi olsa, görün nə baş verər? Onu yüz faiz öldürərdilər.

- Sizcə, bu təsadüfdür?

- Mən də əvvəl bunun təsadüf olduğuna inanırdım, amma indi bu siyasətin o qədər tez-tez təkrarlandığını görürəm ki, təsadüf olmadığına şübhəm yaranır və artır. Bilirsiniz ki, regionda erməni düşmənçiliyinin yayılması əsasən Rusiyaya lazımdır. Son zamanlar Rusiyaya bağlı adamlar da aktivləşib. Üzərimə gələn qüvvələrin də hamısı müxtəlif tellərlə Rusiyaya bağlıdırlar. Artıq əminəm ki, bu məsələnin ortaya atılması qətiyyən təsadüfi deyil.

Söhbətləşdi: Heydər Oğuz

Oxşar xəbərlər
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
GÜNLÜK
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO