Xəbər lenti
20/05/2018 [19:12]:
Qazaxıstanda neft yatağında yanğın olub, ölən və xəsarət alanlar var
20/05/2018 [19:08]:
Ağ Ev: "Trampla Kim Çen Inın görüşü ləğv edilməyib"
20/05/2018 [19:05]:
Dərviş paltarı ilə çölləri gəzən əsilzadə rəssam – ARAŞDIRMA
20/05/2018 [18:33]:
Ərdoğan sui-qəsd xəbərinə münasibət bildirdi
20/05/2018 [18:20]:
Bakıya tələbə kimi gəlib, prorektor və ittifaq sədri kimi qayıdan tatar musiqiçi – ARAŞDIRMA
20/05/2018 [18:03]:
Xocavənddəki quşçuluq fabrikinə İrandan cücə, Gürcüstandan yumurta gətirilir - FOTOLAR
20/05/2018 [17:50]:
XİN: "Ermənistanın münaqişə barədə açıqlamaları cəfəngiyyatdır"
20/05/2018 [16:49]:
"Bizə “gözlə” deyənlər çoxdur, bizi gözləyən yoxdur"
20/05/2018 [16:46]:
“Terminator”lar dövrü yaxınlaşsa da, hərbi təyyarələr hələ də qəzaya uğrayır - VİDEO
20/05/2018 [16:34]:
"4 bacının tək qardaşı idi..." - Dünən şəhid olan əsgərimizin FOTOSU
20/05/2018 [16:32]:
Cəbhədən acı xəbər: Şəhidimiz var
20/05/2018 [16:22]:
Belqrad Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
20/05/2018 [16:22]:
Həmid Herisçi: "Duelə çıxmağa hazıram"
20/05/2018 [16:20]:
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Monteneqroda konfrans keçirildi- FOTOLAR
20/05/2018 [16:11]:
Bərdədə mal-qara kütləvi şəkildə qırıldı
20/05/2018 [15:21]:
Seriala görə iki ölkə arasında münasibətlər gərginləşdi
20/05/2018 [14:55]:
Sabah Bakıda 30 dərəcə isti olacaq
20/05/2018 [14:52]:
“Real”ın azarkeşləri Kiyevə gəlməkdən imtina etdilər
20/05/2018 [14:51]:
Milyonerlər adətən bu ölkələrdə yaşayır - SİYAHI
20/05/2018 [14:45]:
Nazarbayev xeyir-dua verdi: Amerikanın hərbi yükləri Azərbaycandan keçəcək
20/05/2018 [14:29]:
Yataqda bu hərəkətlər münasibətlərə soyuqluq gətirir - XƏBƏRDAR OLUN...
20/05/2018 [14:19]:
I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb - YENİLƏNİB
20/05/2018 [14:07]:
Ağdaşda ev əşyaları ilə birgə yanıb külə döndü
20/05/2018 [13:23]:
Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı
20/05/2018 [13:17]:
Honkonqda dünyanın ən bahalı viskisi satıldı
20/05/2018 [13:10]:
Diqqət! Ən düzgün iftar yeməkləri...
20/05/2018 [13:08]:
“Qızıl Palma”nı bu il yapon rejissor aldı - Siyahı
20/05/2018 [13:07]:
“LG” şirkətinin prezidenti dünyasını dəyişdi
20/05/2018 [13:06]:
Azərbaycanda əhali 4 ayda 16 milyard manat qazanıb
20/05/2018 [13:03]:
İmtahan başladı - Valideynlərin həyəcanı fotolarda
20/05/2018 [12:19]:
Bakının mərkəzində “Dodge” mağazaya girdi – FOTO + VİDEO
20/05/2018 [12:16]:
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görüldü
20/05/2018 [11:58]:
Ramazan ayının beşinci gününün – DUASI və TƏQVİMİ
20/05/2018 [11:55]:
Rusiyada “pomidor kralı” kimi tanınan azərbaycanlı həbs edildi
20/05/2018 [11:49]:
Berluskoniyə katibəsindən milyonlar miras qalıb
20/05/2018 [11:43]:
Özcan Dəniz yeni doğulan oğlunun şəklini paylaşdı - FOTO
20/05/2018 [11:42]:
Birləşmiş Ərəb Əmirlikləri Yəmənin Ədən şəhərini işğal etdi
20/05/2018 [11:33]:
Maral Tahirqızı avtomobilini divara çırpdı, qəza törətdi - VİDEO
20/05/2018 [11:32]:
Havay adalarında vulkan püskürdü: Xəsarət alan var
20/05/2018 [11:27]:
Bakının mərkəzində 17 yaşlı oğlan bankı yarmaq istədi - ƏMƏLİYYAT
20/05/2018 [11:27]:
Bulvarda təkəri deşilmiş velosipedə ikiqat cərimə ödəyən ərəblərin suçu nə?!
20/05/2018 [11:25]:
Oruc tutmayana iftar vermək olar?
20/05/2018 [11:23]:
AKP-də deputatlığa namizədlərin açıqlanacağı tarix DƏYİŞDİ
20/05/2018 [11:13]:
"Sizinlə nə kəşfiyyata getmək olar, nə də hansısa "döyüş tapşırığı"na..."
20/05/2018 [11:07]:
33 yaşlı Şirvan sakini intihar edib
20/05/2018 [11:06]:
“Geri çəkilmək Rusiya üçün daha faydalı olacaq” -Poroşenkodan XƏBƏRDARLIQ
20/05/2018 [11:04]:
Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir
20/05/2018 [10:54]:
Pentaqon: Rusiya terrorçuluqla mübarizə üzrə kifayət qədər səy göstərmir
20/05/2018 [10:51]:
“Vışinskinin mənə sataşmasına qarşı çıxdı...”- Rəsulzadənin Stalin haqqında xatirə yazısı...
20/05/2018 [10:50]:
“Yüz yaşa demək istərdim, amma heyif ki...”- Doğum günü olan şəhid zabitimizin qızı...
20/05/2018 [10:48]:
Poçtdan beş min manat dəyərində əşyalar oğurlandı
20/05/2018 [10:38]:
Rəşad Mahmudov: “Hər zaman xalqımızın sağlamlığının keşiyində durmağı alın yazısı kimi qəbul etmişəm"
20/05/2018 [10:21]:
Şahzadə Harri anasının üzüyünü həyat yoldaşına hədiyyə edib
20/05/2018 [10:02]:
Gəncədə avtomobil durduğu yerdə yandı - Xəsarət alan var
20/05/2018 [09:59]:
Biri 435 minlik, digəri isə 135 minlik gəlinlik geyinib -“Savaşa çıxarılan” gəlinlər
20/05/2018 [09:50]:
Atəşkəs 93 dəfə pozuldu
20/05/2018 [09:49]:
Midlton yenə gündəmdə - Qaynının toyuna köhnə libasını geyindi
20/05/2018 [09:41]:
Alpinistlərlə bağlı şok iddia - “Meyitlər şübhəli şəkildə, anidən tapılıb”
20/05/2018 [09:35]:
I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilir
20/05/2018 [09:15]:
Ərdoğana sui-qəsd hazırlandı...
20/05/2018 [01:37]:
Tramp həyat yoldaşının adını səhv yazıb
19/05/2018 [23:48]:
Azərbaycanlı tələbə İsveçrədə keçirilən idman yarışında qızıl medal aldı
19/05/2018 [23:18]:
“Hökumət təhsil sahəsində təxirəsalınmaz ciddi qərarlar qəbul etməlidir”
19/05/2018 [22:47]:
Günün toyunun görünməyən tərəfləri...- FOTOLAR
19/05/2018 [22:40]:
“Xəzər və Qara dəniz arasında kanalın çəkilməsi ideyası maraqlıdır, amma…”
19/05/2018 [22:38]:
"Qalatasaray" 21-ci dəfə Türkiyə çempionu oldu
19/05/2018 [22:33]:
İranda 700-dən çox insan göbələkdən zəhərlənib
19/05/2018 [22:32]:
Telman İsmayılov hücuma keçib
19/05/2018 [21:45]:
Paşinyan: Ermənistanda heç kəs hakimlərə göstəriş verə bilməz
19/05/2018 [21:15]:
Ayrılıq Aslı Enveri pis günə qoydu –Ölkədən gedir
19/05/2018 [21:13]:
Musa Yaqubun vəziyyəti ağırlaşıb - "Ümid Allahadır”
19/05/2018 [21:12]:
Həbsdə olan MTN rəhbəri əfv üçün müraciət edib - Vəli Əsgərov bağışlanmasını istəyir
19/05/2018 [21:09]:
Abituriyentləri imtahan həyacanından necə qorumaq olar - PSİXOLOQ MƏSLƏHƏTİ
19/05/2018 [21:05]:
Əfsanəvi qapıçı karyerasını başa vurdu
19/05/2018 [21:02]:
700 bal toplamış tələbədən abituriyentlərə -7 MƏSLƏHƏT...
19/05/2018 [20:58]:
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasımda Ukraynanı məğlub ediblər
19/05/2018 [20:50]:
İran Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəyəcək
19/05/2018 [20:48]:
Rusiya XİN-dən Azərbaycanın tənqidinə REAKSIYA
19/05/2018 [20:07]:
Qida Təhlükəsizliyi Agentliyi işçi axtarır
19/05/2018 [20:00]:
Sabah 33139 abituriyenti imtahan verəcək
Bütün arxiv bir sırada
10/01/2017 [23:42] - Cəmiyyət - ( 13492 dəfə baxılıb)

“Bunların son niyyəti Azərbaycanda şəriət hakimiyyəti yaratmaqdır”



Biz dünyəvi bir dövlətdə yaşayırıq. Konstitusiyamız var və hər birimiz ona əməl etməyə borcluyuq. Azərbaycanda din dövlətdən ayrıdır. Əlbəttə, bu məsələ ətrafında bir çox mübahisələr də var. Amma Konstitusiya bizim ali qanunumuzdur. Bu o demək deyil ki, dindarlar da istədiklərini edə, siyasətə qarışıb zərərli fikirlərini cəmiyyətə sırıyaraq sabitliyi poza bilərlər. Vəziyyət bu həddə çatanda dövlət öz gücünü göstərməli və belə etməkdə tam haqlıdır.  Dövlətin işinə müdaxilə edən, onun dünyəviliyinin əleyhinə çıxan, məmləkətdə qeyri-sabit vəziyyət yaratmaq istəyən hər bir dini qruplaşma yerində oturdulmalıdır. Yoxsa, gec olur.

Son vaxtlar bizim sələfilərin içərisində parçalanmanın yaranması, Qamət Süleymanovla Adil Rəcəbov tərəfdarları arasında qarşıdurmanın olması barədə yazdıqlarımız heç də çoxlarının xoşuna gəlmir. Hizbilər sözünün ilk dəfə olaraq mətbuatda açıqlanması bəzilərinin canına vicvicə salıb. Misirdəki “Müsəlman qardaşları” kimi hərəkat formalaşdırmaq istəyənlərin iç üzləri açılır, niyyətləri ürəklərində qalır. İndi ömürlük həbs cəzasına məhkum edilmiş  Məhəmməd Mursinin hakimiyyətə gəlişinə nəzər salsaq çox şey aydınlaşar. Əslində Misirdə də hakimiyyət çevrilişi hizbilərin əli ilə həyata keçirilmişdi. Misirin indiki rəhbəri Abdulfəttah əs-Sisi yaxşı ki, tez tərpəndi və ölkəsini radikal dini cameənin əlindən xilas etdi. Bunu elə-belə yazmırıq. İndi bir çoxları əl-ayağa düşüblər ki, guya hizbilər sözünü biz özümüzdən çıxarmışıq. Bu sözü ortaya atmaqla aranı qızışdırırıq.  İnanın, bunu deyənlərin özləri bu hərəkatın müdafiəçiləridir, alt qatda hizbilərə dəstək verənlərdir. Əlimizdə olan audio yazılar da sübut edir ki, belə bir problem dəqiq mövcuddur. Hörmətli oxucular onlara qulaq asanda hər şeyi başa düşəcəklər. Bunu isə etmək məcburiyyətindəyik.  Bir jurnalist olaraq özümə borc bilirəm ki, yaşadığım rayonda və regionda şeytani əməllərlə məşğul olanlar, dövləti kafir adlandıranlar, onun rəhbərliyi haqqında hədyan yağdıranlar, namaz qılmayan vətandaşlarımıza çəkinmədən kafir deyənlər və s bu kimi dini dəllalları hamı tanısın. O ki qaldı sələfilərin parçalanmasına və hizbi məsələsinin ortaya çıxmasına, təbii ki, bunun arxasında xaricdən və daxildən müəyyən qüvvələr dururlar. Özlərini “alim” sayan , islam dinini istədikləri kimi “fırladan” bəzi üzdəniraq ərəb şeyxləri himayədarlarının və ölkəmizin daxilindəki iblislərin əli ilə sələfilərin bir hissəsini siyasətə soxmaq istəyirlər. Niyə açıq danışmayaq? Kimdən və nədən çəkinməliyik?  Belə qruplaşmaların son niyyəti Azərbaycanda şəriət hakimiyyəti yaratmaqdır. Doğrudur, bunu görməyəcəklər, arzuları ürəklərində qalacaq. İndi bu xalqı aldatmaq mümkün deyil. Əyinlərinə əba geyinmişlərin fırıldaqlarının, dini-siyasi oyunlarının üstü açılıb. Artıq xalq belə üzdəniraq dini qruplaşmaların alətinə çevrilməyəcək. Öz məmləkətini kafir adlandırana necə müsəlman demək olar? İkincisi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçənləri namaz qılmadıqlarına görə şəhid adlandırmamaq hansı əndazəyə sığır? Məgər şəhidlik bir namazla ölçülür? Bunlar onların çirkin düşüncələridir. Bəzi ərəb şeyxlərinin Azərbaycandakı qruplara yeritdiyi məqsədyönlü fikirlərdir. Söhbət o ərəb şeyxlərindən gedir ki, vaxtilə Azərbaycana humanitar yardım göstərmək adı altında soxuldular. Qaçqınlara və məcburi köçkünlərə bir-iki kisə makaron verib altda öz işlərini gördülər. Yaxşı yadımdadır, Xudatda molla Ömər adlanan bir əfqan vardı. Camaatın uşağını başına yığıb guya Qurani Kərimdən dərs deyirdi. Əslində əsl araqarışdıranın biri idi. Camaata və uşaqlara elə fikirlər təlqin edirdi ki, tamamilə ənənəvi islamdan qıraq idi. Çox qısa bir zamanda camaat onun riyakar və fırıldaqçı olduğunu bilib övladlarını onun kurslarından geri çəkdilər. Özü isə aradan çıxdı. Bundan sonra Xaçmaz rayonuna Küveyt İslam İrsinin Dirçəlişi Cəmiyyətinin nümayəndələri gəldilər. Təxminən yeddi-səkkiz məscid tikdilər. Elə əsl həngamə də bundan sonra başladı. Məscidlərin tikintisinə məsul olan iş icraçısı deyirdi ki, bu dələduz şeyxlər bəzi yerli məmurlarla əlbir olub külli miqdarda pul oğurlayıblar. Yazıb-pozmadığı yer də qalmadı. Bəli, bu da islamı yayanların hərəkəti. Bunlardan nə ibrət götürəsən? Müəyyən dövrdən sonra hakimiyyət bu məscidləri qapatdı. Lakin onların pulla satdıqları “islam dini” hələ də baş bəlası olaraq qalır. İndi də əl çəkmək istəmirlər. Səhrada oturub cürbəcür planlar qururlar. Öz məzlumları, didərginləri, qırılanları, aclıqdan səfalət çəkənlərinin yox, guya bizim ölkənin qeydinə qalırlar. Ən maraqlısı da budur ki, əsarətdə olanda da və müstəqillik qazanandan sonra da öz dinini və tarixi ənənələrini yaşadan azərbaycanlıları islama “dəvət” edirlər. Guya biz müsəlman deyilik. Min dörd yüz il bundan qabaqki həyat tərzini 21-ci əsrin adamlarına tətbiq etmək istəyirlər. Onlara sual verirəm: Sizlər insanları haraya dəvət edirsiniz? Cavab verəcəksiniz ki, islama. Onda biz kimik? Bəlkə elə siz dəvətçilərin özləri dindən kənarsınız? Niyə siz müsəlman olursunuz, bizlər yox? Əsl cahil və nadanlar elə sizlərsiniz. İndi də başlamısınız bir-birinizi ittiham etməyə. Orada-burada yığışıb az-qala küçə söyüşlərinə çıxırsınız. O həddə gəlib çıxmısınız ki, bəziləriniz bir-birinizə Allahın salamını belə vermirsiniz.

Ötən ilin sonlarında sələfilərin lideri Qamət Süleymanova qarşı yetmiş nəfər dindar bəyanat verdi. Özlərini Adil Rəcəbovun tərəfdarları sayanlar sələfi liderini müəyyən hərəkətlərdən çəkinməyə çağırdılar. Onların içərisində Xudatdan da bir nəfər vardı. Elə dartışmalar da bundan sonra başladı. Ötən il noyabrın 4-ü Xudat şəhərində dindarlardan birinin evində təxminən əlli nəfərin iştirakı ilə hər iki qanadın tərəfdarları arasında ciddi mübahisə baş verdi. Bir-birilərini nələrdə ittiham etmədilər? Dörd saata yaxın davam edən mübahisədə çoxlu adlar çəkilir. Belə məlum olur ki, ikiyə bölünmüş bu insanlar bir-birini hizbilikdə ittiham edirlər. And içirlər, arvad kimi qarğış tökürlər, söyüş söyürlər, lənətləşirlər, daha nə bilim nə(Yerli polisin müdaxiləsindən sonra dağıdılan bu “razborkan”ın audioyazısından bəzi hissələri təqdim edirik. Yaxın vaxtlarda isə, audioyazını tam təqdim edəcəyik). Bununla da kifayətlənmirlər. Noyabrın 6-da məhdud sayda yığılan dindarlar mübahisələrini davam etdirirlər(audioyazıdan bəzi hissələri təqdim edirik). Yenə də hizbi məsələsi, eyni ittihamlar və s. Söhbətlərdən belə aydın olur ki, bu dindarlar çox çirkin bir oyun aparırlar. Pərdə arxasında gedən belə oyunlardan isə ictimaiyyət xəbərsizdir. Sən demə bunlar özlərinə belə inanmırlar. Harada kiminlə danışırlarsa səsini yazırlar. Sonra həmin səslər öz-özlərinə qarşı dəlil və ittihama çevrilir. Məscidlərdə rəhbər vəzifələr tutmaq üçün bir-birini qırırlar. Biri naib olmaq istəyir, digəri imam. Ən maraqlısı da budur ki, bütün bu məsələlərdə dövlət orqanlarına söykəndiklərini deyirlər. Qobuqırağı məscidində də belədir, Köhnə Xudat kənd məscidində də. Təqdim etdiyimiz səs yazılarına qulaq asarkən müəyyən həqiqətləri başa düşəcəksiniz. Nəyin ki, məscidlərdə rəhbər vəzifələr tutmaq və öz adamlarını yerləşdirmək, hətta xütbə vermək üstündə də dava-dalaş salırlar. Məsələn, Elxan Misirli adlı bir xudatlı dindar Köhnə Xudat kənd məscidində xütbə verib. O, hizbiliyə qarşı çıxış edib. Bu da Rəcəbov tərəfdarlarının xoşuna gəlməyib. Onu vaxtilə həddadi olmaqda ittiham ediblər. Qeyd edək ki, Elxan Misirli adlanan bu şəxs Misirdə ali dini təhsil alır və hazırda da həmin ölkədədir. Bəzi xudatlı dindarlar da deyirlər ki, o, özü  həddadilərdən dərs alıb. Yeri gəlmişkən, çoxlarınızın bəlkə də bilmədiyi həddadilik haqqında qısa məlumat verək. Həddadiliyin banisi Misirdə doğulmuş Mahmud əl-Həddaddır. Sonradan bu şəxs Səudiyyə Ərəbistanında yaşayıb və bu firqəni yaymağa başlayıb. Həddadilər xavariclərin qollarından biri də sayılır. Onların ən böyük qaydası keçmiş alimlərə tən etməkdir. Əgər kimin fikirləri onlara uyğun gəlmirsə onu tən edirlər. Onlar Buxarinin və Müslimin hədis kitablarını zəlalət sayırlar. Keçmiş din alimlərinə rəhmət oxumurlar. Həddadilər insanların xətalarını müzakirə etmədən birbaşa hökm çıxarırlar. Onlar üçün ancaq önəmli olan öz şeyxlərinin fikirləridir və s. Maraqlısı budur ki, elə həmin Elxan Misirli xavaric və həddadilərə qarşı çıxışlar edir, deyilənə görə, indi Qamət Süleymanovun tərəfdarıdır. Nə isə. Sələfilərin lideri ilə Adil Rəcəbov arasındakı qarşıdurmaya ərəb şeyxi Şeyx Saleh əs Süheymi guya son qoyub. Qamətdən əvvəl Rəcəbov tərəfdarları onun yanında olublar. Şeyx də müəyyən fikirlər söyləyib. Sonradan bu kişinin fikirlərini təhrif edərək onun Qamətə qarşı olduğunu yayıblar. Bundan sonra Şeyx Saleh ötən il dekabrın sonlarında açıqlama yayaraq söylədiklərinin təhrif olunduğunu və Qamətə aid olmadığını bildirib. Mən şeyxin fikirlərini oxuyarkən onun ikibaşlı danışdığını gördüm. Onun Azərbaycanın şiə icması haqda söylədiklərini obyektiv səbəblərə görə qeyd etmirəm. Qaməti nəyə görə müdafiə etməsi isə öz işidir. Lakin onun çıxışını Azərbaycan dindarları arasına yalnız fitnə-fəsad  salmaq cəhdi kimi qiymətləndirirəm. Nə yazıq ki, hər iki qanadın nümayəndələri “şeyxin” dediklərini dəlil-sübut kimi təqdim edirlər. Elə bunun özü bütün bu dini cameənin Səudiyyə Ərəbistanından, Misirdən və digər ərəb ölkələrindən idarə olunması ilə bağlı dediklərimizin sübutu deyilmi? Biz görmüşük ki, ölkəsinin nüfuzlu dindarı xaricdə olarkən öz vətəninin dərd-sərini anladar. Bizim məmləkətin isə Qarabağ kimi dərdi var. Elə olmazmı ki, əlaltdan erməni daşnaklarına hörmətlə yanaşan belə üzdəniraq şeyxlərə Qarabağ həqiqətləri çatdırılsın. Hansısa ərəb şeyxinin Azərbaycandakı “qardaşları”na guya öyüd-nəsihət verməsi çox alçaldıcıdır.  Görəsən bunu qarşı duran tərəflər dərk etmirlərmi? Allahdan, onun peyğəmbərindən(s.a.v) və Qurani Kərimdən danışan belələri ərəb ölkələrindən təlimat alarkən xəcalət hissi keçirmirlərmi?

Azərbaycan dövləti insanların dini etiqad azadlığına hörmətlə yanaşır. Bu haqda Konstitusiyamızda da yazılıb, xüsusi qanunumuz da var. Lakin bu o demək deyil ki, yerindən duranın biri radikal qruplaşma yaradıb düşsün bu dövlətin canına. Əgər bir insan ki, Suriyada ölməyi Qarabağda ölməkdən üstün sayırsa mən onu  bu xalqın nümayəndəsi saymıram. Əgər bir dini qruplaşma ki, islamı əlində bayraq edərək fitnə-fəsadla məşğuldur, ona bu cəmiyyətdə yer olmamalıdır. Belələri yaddan çıxarmasınlar ki, Azərbaycan dövlətinin gücü çatır ki, öz daxili düşmənlərini yerində oturtsun.  DTX-nın və DİN-in son vaxtlar keçirdiyi bir çox əməliyyatlar buna əyani sübutdur. Lakin mən ictimaiyyətdən gileyliyəm. Öz övladlarını belələrinin yanına islam dinini və ərəb dilini öyrənmək üçün göndərənlərin halına acıyıram. Məmləkətimizə bu gün təhsilli oğlan və qızlar, işğal olunmuş torpaqlarımızı azad etməyə igidlər gərəkdir. Daha bəzi ərəb şeyxlərinin əbalarını yalayan mütilər yox. Bu haqda təkcə biz danışmamalıyıq. Rayon icra hakimiyyətlərinin dini komissiyaları, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndələri kəndbəkənd gəzib insnalar arasında dini maarifləndirmə işini aparmalıdırlar. İctimaiyyət telekanallardakı bəzi sarsaq və mənasız şou proqramlardan və bəzi teleseriallardan bezib. Belə proqramların yerin  dini maarifləndirmə proqramları vermək olmazmı? Əhalini ayıltmaq lazımdır. Nə qədər ki, dostumuzu və düşmənimizi ayırd etməyəcəyik, başımız çox bəlalar çəkəcək.

Artıq oyanmaq vaxtıdır!!!


P.S: Yaxın günlərdə dini qruplaşmaların bəzi dövlət qurumları ilə necə oyun qurduqlarından bəhs edən yazı hazırlayacağıq. Yeri gəlmişkən, audioyazıdakı bəzi qeyri-etik ifadələrə görə oxuculardan üzr istəyirik.

Müqəddəs Mehdiyev,
“Şimal xəbərləri” qəzetinin baş redaktoru

Milyonerlər adətən bu ölkələrdə yaşayır - SİYAHI
Nazarbayev xeyir-dua verdi: Amerikanın hərbi yükləri Azərbaycandan keçəcək
Diqqət! Ən düzgün iftar yeməkləri...
Özcan Dəniz yeni doğulan oğlunun şəklini paylaşdı - FOTO
Oruc tutmayana iftar vermək olar?
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Bakıya tələbə kimi gəlib, prorektor və ittifaq sədri kimi qayıdan tatar musiqiçi – ARAŞDIRMA
Dünya
“Terminator”lar dövrü yaxınlaşsa da, hərbi təyyarələr hələ də qəzaya uğrayır - VİDEO
Cəmiyyət
“Yüz yaşa demək istərdim, amma heyif ki...”- Doğum günü olan şəhid zabitimizin qızı...
İqtisadiyyat
“Xəzər və Qara dəniz arasında kanalın çəkilməsi ideyası maraqlıdır, amma…”
Dünya
“İrana qarşı hərbi müstəvidə hər hansı addım atılsa, İsrail məhv olacaq”
Həftənin ən çox oxunanları
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
"Baki Moskvadan Qarabağla əlaqədar xəbərdar olunub" -Ermənistan XİN-nin sabiq müavini
Turş alçanın bu faydalarını bilirsinizmi...?
94 il yatan uşaq oyandı - Səbəb hərkəsi təəccübləndirdi - FOTOLAR
Tofiq Zülfüqarov: “Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı...”
Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq - Xeyriyyə fondları hesabına
Paşinyan İlham İsmayılı məhkəməyə verir - Ona böhtan atdığına görə...
"Rayonda əməliyyat etdirənlər Səlim Müslümovun üstünə yüyürürdü, indi isə..."
“Bəlkə ananızı başqası əmib?” - Mir Şahindən +18 söhbət - VİDEO
"Ermənilər Paşinyana görə peşman olacaqlar..." Jirnovski İranı böldü, bir parçasını da Azərbaycana "verdi" (VİDEO)
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin