Xəbər lenti
19/06/2018 [10:13]:
Tramp Çini 200 milyard dollar ziyana salacaq
19/06/2018 [10:09]:
Rusiyadan gəldiyi gün Bakıda bıçaqlandı
19/06/2018 [10:08]:
Dünya Çempionatında bu gün daha 3 oyun keçiriləcək
19/06/2018 [09:38]:
Xorvatiya millisində ara qarışdı - Hücumçu komandadan qovuldu
19/06/2018 [09:38]:
İsrail həbsxanasında 18 yaşlı müsəlman gəncin gözləri tutuldu - FOTO
19/06/2018 [09:25]:
2018-Dünya Çempionatının çılğın qadın azarkeşləri - FOTOLAR
19/06/2018 [09:22]:
Sarkisyan və Koçaryanın fəxri adları ləğv olundu
19/06/2018 [09:20]:
Futbolçuları daşıyan təyyarə alovlandı - Dünya çempionatında
19/06/2018 [09:20]:
Bir məsciddə eyni vaxtda 2 milyon müsəlman Quran oxudu...- İbrətamiz- FOTOLAR
19/06/2018 [09:13]:
Göyçayda xırdabuynuzlu heyvanlar kütləvi tələf olur - VİDEO
19/06/2018 [09:10]:
Kürdə 16 yaşlı gənc batdı
18/06/2018 [23:45]:
Uduşa qoyulan maşın xeyriyyə məqsədilə verilərsə...
18/06/2018 [23:24]:
Şəkil çəkdirmək üçün şəlaləyə dırmaşdı, yıxılaraq həyatını itirdi - VİDEO
18/06/2018 [23:16]:
İranda etirazlar: qadın küçədə hicabı açdı və... - Video
18/06/2018 [23:10]:
İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18/06/2018 [23:01]:
"Zamin Hacının telekanalizasiya anlayışı özünü doğrultdu": MÜDRİK PROQNOZ...
18/06/2018 [22:56]:
Maykl Ceksonun fili zooparkdan qaçdı - FOTO
18/06/2018 [22:55]:
Bakı metrosunda geyiminə görə qızı döymək istədilər - VİDEO
18/06/2018 [22:23]:
Millət vəkili dünyanın nüfuzlu təşkilat rəhbərlərinə ölkəmizlə bağlı geniş məlumatlar verib
18/06/2018 [22:23]:
Anasının tabutunun altında qalaraq həyatını itirdi - FOTO + VİDEO
18/06/2018 [22:17]:
Hadisənin bilinməyən xəstəliyi...
18/06/2018 [22:11]:
Tramp: "ABŞ-da qaçqın düşərgəsi olmayacaq"
18/06/2018 [22:09]:
Kənd Təsərrüfatı Nazirliyində daha bir təyinat...
18/06/2018 [22:09]:
DÇ-2018: Belçika yığması Panamaya qalib gəlib
18/06/2018 [22:05]:
“Mübariz mövzusu bir zəncirdi...”- Milli Qəhrəmanın qardaşı...
18/06/2018 [21:53]:
Qırğızıstanın sabiq baş naziri həbs edildi
18/06/2018 [21:47]:
Erməni dığa və harsınları Daşaltı dərəsində ilk asma ayaqkörpüsü saldıqları üçün sevindilər - FOTOLAR
18/06/2018 [21:21]:
Abşeronun ən təmiz çimərliyindən- Reportaj+FOTOLAR
18/06/2018 [21:08]:
Nikola Kaliniç Xorvatiya yığmasından qovuldu
18/06/2018 [21:04]:
İndoneziyada göyərtəsində 80 sərnişin olan gəmi batıb
18/06/2018 [21:02]:
Argentinalı senatorun arvadı və oğlu ölü tapılıb
18/06/2018 [20:40]:
“Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”
18/06/2018 [20:25]:
Ət kəsiminin sanitar normaları açıqlandı
18/06/2018 [20:04]:
Gürcüstanda “qanuni oğru” əməliyyatı: “Çalbaş”, “Drel” və “Odo”nu Lotu Quliylə nə birləşdirib? - TƏFƏRRÜAT
18/06/2018 [20:02]:
Xudatda narkotacir ələ keçdi - FOTO
18/06/2018 [20:01]:
Quşadasında fahişə əməliyyatı: Azərbaycanlı qadınlar tutuldu
18/06/2018 [19:59]:
Sürücünün ürəyi getdi, avtobus ən son anda qəzadan qurtuldu - VİDEO
18/06/2018 [19:58]:
Xızıda çobanları ildırım vurdu
18/06/2018 [19:50]:
Ağsu və İsmayıllıda işıq hər yerdə bərpa ediləcək - “Azərişıq”
18/06/2018 [19:11]:
Günay Bank qalmaqalı ilə bağlı yeni iddialar və məlumatlar
18/06/2018 [19:03]:
Salyanda DƏHŞƏT: İki gənc intihar etdi
18/06/2018 [18:59]:
“Ermənilərin Manvel Qriqoryanla bağlı “razborkasına” qarışmamalıyıq”
18/06/2018 [18:54]:
“Şahzadəyə dedim ki, qızıma əl qaldırma...”
18/06/2018 [18:38]:
Paşinyanın yeni səngər fotosessiyası yayıldı – Azərbaycan torpaqlarında... (Fotolar)
18/06/2018 [18:06]:
Palata: ““Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır”
18/06/2018 [17:42]:
Təbii fəlakət Xankəndidə dağıntılara səbəb oldu- FOTOLAR
18/06/2018 [17:34]:
Yatağından yıxılan “Yeşilçam” ulduzu xəstəxanalıq oldu
18/06/2018 [17:32]:
Türk əsgərləri Suriyanın Menbiç şəhərinin ətrafına daxil oldu
18/06/2018 [17:29]:
Dünya Çempionatını izləyən aktyorun beyninə qan sızdı
18/06/2018 [17:16]:
Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi - VİDEO
18/06/2018 [17:05]:
Xoyskinin anasının Nərimanova yazdığı məktub: ”Oğlumu mənə qaytarın”
18/06/2018 [17:02]:
Raket-artilleriya bölmələrimiz istənilən anda aeroportun infrastrukturunu məhv edə bilər - HƏRBİ EKSPERT
18/06/2018 [17:00]:
V Beynəlxalq Qarabağ Forumu keçiriləcək
18/06/2018 [16:58]:
Britaniya kral ailəsində ilk “mavi” toyu
18/06/2018 [16:56]:
“Audi” şirkətinin rəhbəri həbs olunub
18/06/2018 [16:49]:
Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik” - VIDEO
18/06/2018 [16:45]:
Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18/06/2018 [16:43]:
Ekspert: "Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir"
18/06/2018 [16:34]:
İstanbulda göydən pul yağdı, vətəndaşlar axın etdi – VİDEO
18/06/2018 [16:32]:
"Bu faktlar bizə onu deyir ki, Qərb Ərdoğanın qələbəsini satın alır..." - TƏHLİL...
18/06/2018 [16:32]:
İŞİD Suriyada əsas istinadgahını itirib
18/06/2018 [16:20]:
Son 3 gündə yollar 4 can aldı - 18 yaralı
18/06/2018 [16:19]:
Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu
18/06/2018 [16:18]:
Türkiyənin keçmiş naziri dünyasını dəyişdi
18/06/2018 [16:16]:
“Atasının ölümünə səbəb Aytacdır” - Müğənninin ögey anası+Video
18/06/2018 [16:14]:
“Mübariz Mənsimovu şər-böhtanlara hədəf seçmək – ERMƏNİ DƏYİRMANINA SU TÖKMƏKDİR...”
18/06/2018 [16:02]:
"Paşinyan siyasətlə yox, Feysbukda "layk" yığmaqla məşğuldur"
18/06/2018 [15:54]:
Atasının tualetə zəncirlədiyi 4 yaşlı qızı evə gələn qonaq xilas etdi- FOTOLAR
18/06/2018 [15:29]:
Seks-robot naz edir, inciyir, “yox” da deyə bilir...- FOTO
18/06/2018 [14:29]:
Putin mübahisələrə nöqtə qoydu: “Rus qadınları Dünya Kubokuna gələn turistlərlə...”
18/06/2018 [14:23]:
“Şəhid olsam, ağlamayın...”- Mübariz İbrahimovun şəhadətindən səkkiz il ötür...
18/06/2018 [14:16]:
“Ermənistanda heç kimin idarə edə bilməyəcəyi xaos baş verəcək” – MÜSAHİBƏ
18/06/2018 [13:59]:
Kütləvi çılpaq çəkilişə icazə verildi - FOTOLAR
18/06/2018 [13:58]:
Metro stansiyasındakı qadının etdikləri hər kəsi heyrətə gətirdi
18/06/2018 [13:54]:
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT...
18/06/2018 [13:32]:
Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: kimlər gəldi, nələr etdi...
18/06/2018 [13:29]:
Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18/06/2018 [13:21]:
Gürcüstanda "Lotu Quli"nin adamları saxlanıldı
18/06/2018 [13:20]:
Bakıda intihara cəhd - Özünü damdan atmaq istədi
18/06/2018 [13:06]:
Erməni general əsgər azuqələrini öz ayılarına yedirib - VİDEO
Bütün arxiv bir sırada
09/01/2017 [16:06] - Ədəbiyyat - ( 1910 dəfə baxılıb)

Hamilə qadının özünü yandırmağı...



Moderator.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.


Romandan parça (I)

Romandan parça (II)

Romandan parça (III)

Romandan parça (IV)

Romandan parça (V)

Romandan parça (VI)

 

Zərbə zərbə üstündən gəlirdi. Anladım ki, qəbula getməyim asan başa gəlməyəcək. Hakim elədikləriylə yetinmədi, düz yaylağa hücum çəkib atamla anamı geri qaytardı. Artıq bütün sirlərim faş olunmuşdu. Gələcək gəlinimiz qardaşımın mənlə rəftarından sonra guya nişanı qaytarmaq istəmişdi. Atam-anam, qardaş-bacım çaş-baş qalmışdı, evdə hamı mənə düşmən gözüylə baxırdı. O birilərinə baxanda az-çox atam, bir də Musa əmim səbirlə, təmkinlə davranırdı mənlə. Əmim Hakimə belə deyirdi:

 

”“ Ay bala, adam bacısını elə dostuna verər də. Heç olmasa dostunu tanıyırsan ki, necə adamdı”¦

 

Əmim bunu dedikcə qardaşım ilan çalmış kimi atılıb düşürdü ki, yox, o əclaf bacımı istəməklə mənim namusuma toxunub. Onda əmim gülə-gülə ona sataşırdı:

 

”“ Hanı, göstər görüm hardadı sənin namusun, göstər baxım”¦

 

Musa əmim belə deyən kimi o qansız yenə üstümə atılıb məni döyməyə başlayırdı. Mən də eləcə yarı huşsuz, yarı anlaqsız halda günü batırırdım.

 

Daha Əlidən məktub da ala bilmirdim. Qəbul imtahanlarına sanılı günlər qalırdı. Sənədlərimi pedaqoji instituta vermişdik. Umudumu ali məktəbə bağlamışdım ki, bəlkə qəbul olunsam bu xarabadan canımı birtəhər qurtararam. Elə bu günlərdə qəlbimə bir yara da vuruldu: Musa əmimin bir gəlini vardı, bostanımızdan nanə yığmağa gəlmişdi. Mən ağlamaqdan şişmiş gözlərimlə, döyülməkdən axsayan ayaqlarımla bu, nənəm demiş, dodağı muncuqlu gəlini itdən ötürürdüm. Gəlin birdən dayanıb məni başdan-ayağa süzdü, qayıtdı ki:

 

 

”“ Zəmanəniz dağılsın, utanmırsan qardaşlarını belə qırğına verirsən?!..

 

Elə bildim altında dayandığım tutdan asılmış boranılar indicə qırılıb bir-bir təpəmə düşəcək. İçimdə nə vardısa çat verdi, çilikləndi. Bu qadın mənə həyan olmaqdansa üzümə ölüm hökmü oxuyurdu.

 

”¦Dostum, elə buradaca deyim ki, sonralar həmin gəlinin doğmaca qızı oxumağa getdiyi şəhərdən bətnində anonim uşaqla qayıtdı. Anası öz əlləriylə uşağı abort elətdi. Gəlinin doğmaca bacısı bu xəbəri bütün kəndə yaydı. İndi bütün bunların məndən ötrü zərrə qədər isti-soyuğu qalmayıb. Bircə bunu demək istəyirəm ki, mənim saf, məsum sevgimə bir tozca lağ eləyən, buna görə məni aşağılayan hər kəsə fələk dağ boyda dərd verdi. Yeri gəldikcə bunları bir-bir açıqlayacam”¦

 

Ailə şurasının növbəti toplantısında mənə ölüm hökmü kəsdilər: mən qəbul imtahanına getməyəcəm! Dostum, bu “ölüm hökmü” ifadəsini rəngləri tündləşdirmək, vəziyyətimin ağırlığını şişirtmək üçün işlətmədim. Əgər bu işgəncədən sonra sağ qaldımsa, bunun bircə səbəbi vardı: rahat intiharın nə olduğunu, asan ölməyin üsullarını bilmirdim. O vaxtlar o ətrafda mənim eşidib-bildiyim bircə intihar hadisəsi baş vermişdi, o da bibimin ərə getdiyi qonşu kənddə olmuşdu.

 

Nənəm danışırdı ki, bibimgilin qonşuluğunda anası ölmüş bir qız varmış. Əzazil gəlinlər ”“ qızın qardaşlarının arvadları o biçarəni təpəqapaz eləyib canından bezdirirmişlər. Bir gün qonşunun yetkin oğlu bu qəlbisınıq yesir qızın saqqızını oğurlayır, sevgi, qayğı möhtacı qıza mehribanlıq göstərib onun bakirəliyini pozur. Az keçmiş qız uşağa qalır, məsələni açıb oğlana danışanda namərd oğlu kənddən qaçıb gedir uzaq şəhərlərin birinə. Bibim qızın havalı gəzdiyini görüb onu dilə tutur. Qız başına gələni Telli mamaya söyləyir. Bibim qıza yalvarır ki, sən razılıq ver, mən oğlanın ata-anasıyla danışım. Qız razılaşmır. Beləcə, gün-gündən böyüyən qarnıyla, it yemi olmuş bakirəliyinin acısıyla adam dolu bir kənddə çarəsiz, köməksiz, əlacsız qalır. Bir gün də köynəyini benzində isladıb geyinir əyninə, bir kibritlə bu həyatdan aldıqlarının hamısına ”“ öz canına da, bətnindəki uşağa da od vurur.

 

Sonralar mən o qızı oda atmış kişini gördüm (arsız-arsız hələ indi də yaşayır). Avtomobil qəzasında sağ gözünü itirmişdi. Onun bu bədbəxtliyinə el hamılıqla sevinmişdi, hətta yetimin ahını yerdə qoymayan Allahın ədalətindən vəcdə gəlib qurban kəsənlər də olmuşdu”¦

 

”¦Mənim hökmüm üzümə oxunanda bir anlıq neyləyəcəyimi bilmədim. Atama sarı çevrildim, o da qardaşlarımın qərarını təsdiqlədi. Səbəbini soruşanda mənim səhhətimə görə narahat olduğunu dedi: deməyəsən, başımda nəsə şiş varmış, şəhərə oxumağa getsəm, xəstəliyim daha da şiddətlənə bilərmiş, qəfil bayılıb maşın-zad altında qalarmışam.

 

İçimə batmış döşlərimin alovu kürəklərimi yandırdı. Böyük həyətimizdə havalı-havalı o baş-bu başa qaçmağa başladım. Özümü qapılara, divarlara, ağaclara vururdum ki, bəlkə canımın halovuşu alına. Handan-hana gördüm, yox, çatlayıram, qaçıb özümü paltarlı-palazlı evin gerisindən axan arxa atdım. Canımı bürümüş cəhənnəm alovu yenə sönmədi, alışıb yanan iliklərim soyumadı. Əmim əlini atıb məni bir oyuncaq kimi sudan çıxardı, canım-başım sulu-sulu qucağına basdı, partlayış ərəfəsində olan ürəyimi qollarının arasında sıxıb yerinə oturtmağa çalışdı. Sonra da mənə qoşulub uşaq kimi ağladı, sakitləşim deyə mənə yalvardıqca yalvardı.

 

Ürəyimə dammışdı ki, məni lap çox da Əliyə görə qəbula buraxmırlar. Hə, beləydi, əlbəttə, beləydi. Əyin-başımdan, saçlarımdan su süzülə-süzülə atamın, qardaşlarımın qarşısında diz çöküb yalvardım, tanıdığım bütün müqəddəslərə, bütün övliyalara and içib söz verdim ki:

 

”“ Siz məni bircə bu il qəbula aparın. İnstituta girə bilməsəm, qayıdıb burda ömürlük sizə qul olacam. Əli deyilən adamı da biryolluq yaddan çıxaracam, ta heç vədə onun adını tutmayacam.

 

Anamla iki qardaşım kəskin etiraz elədilər. Yenə böyük qardaşım Səməndər mənim uğrumda təkbaşına mübarizəyə qalxdı, məni buraxsınlar deyə ata-anama yalvardı. Atam “dediyim dedik” deyib durdu. Ancaq içimdə aciz bir ümid işarırdı ki, bəlkə də son məqamda yola gələcəklər. Çox keçməmiş ümidimin son közərtisini də tapdalayıb külə döndərdilər. Bundan sonra başımda dolanan zəhərli külək daha da şiddətləndi.

 

Qəbul günü əmim məni götürüb dağlar qoynundakı kurort şəhərciyinə ”“ şəfalı sularıyla ad çıxarmış qəsəbəyə qaçırdı. Mən uduzmuş, göylərdən yerə çırpılmışdım. Canımdakı qızlıq duyğusu soğulmuşdu, içini qurum tutmuş müqəvvaya dönmüşdüm. Sevginin dadını büsbütün unutmuşdum. Əlinin mənə poçtalyonluq eləyən əmisi qızını da bizimkilər qapıdan qovmuşdular.

 

Getməmişdən atam mənə söz verdi ki, gələn il hökmən özü məni qəbula aparacaq. Kurort şəhərciyində qaldığımız on günü eləcə yatılı keçirdim. Hərdən güc-bəla gözümü açıb ağzıma bir tikə alandan sonra yenidən yatırdım. Əli haqqında düşünmək belə istəmirdim, elə bilirdim düşdüyüm bəlalara o səbəb olub.

 

Artıq havalar da soyuyurdu. Oktyabrda nənəmin ilini verib qardaşım Kamilin toyunu çaldırasıydıq. Ancaq heç bir xoş xəbər məni həyata qaytara bilmirdi. Əlinin atası Musa əmimgilə gəlib demişdi ki, uşağı (yəni məni) incitməsinlər, istədiyiniz an elçi daşının üstündə oturmağa hazıram. Əmim onun dediyini atama çatdıranda anam bomba kimi partlamışdı:

 

”“ Mənim Naqqal Əhmədin oğluna veriləsi qızım yoxdu!

 

Sonra da əl altından xalama xəbər göndərmişdi ki, gəlib atamdan məni oğluna istəsin”¦

 

***

 

Cəhənnəmin astanasındaydım, Dostum. Nənəm qiyamətdən çox qorxardı. İndi mən də elə bilirdim canıma qiyamət küləyi dolur. Dörd-beş yaşım olanda gecələr nənəmin dizinə baş qoyub onun bir az sehirli, bir az da qorxulu nağıllarına qulaq asardım. İndi də beynimdən silinməyib o dadlı anlar. Böyüdükcə nənəm danışan nağılların çoxunu kitablardan oxudum. Ancaq o gecələrin sehirli tamını, nənəmin səsindən daman o ləzzəti ömrümün heç bir xoşbəxt günündən-saatından qopara bilmədim. O gecələrin ovqatını çağırmağa çox çalışdım, Dostum, ancaq Sənin qapını döyənə qədər o qapı üzümə bir də açılmadı. Çox tez usandırdılar məni yaşamaqdan, cənnət qapısı açılmamış qapandı üzümə”¦

 

Beləliklə, mənə qarşı ikinci cəbhə açıldı. Xalam gəlib oturdu ocağımızın qırağında ki, bəs deməzsənmi, Bircə mənim oğlumun göbəkkəsdisidi. Bunu hardan tapdılar, kim uydurdu, haçan uydurdu ”“ bilmədim. Təkcə onu bilirdim ki, xalamın mənə deyikli çıxartdığı oğlunu görəndə səksənirdim. O yekəpər, köntöy məxluqdan, nə gizlədim, qorxmaq da yox, iyrənirdim. Əlinin valideyinləri bizə tez-tez gəlib gedirdilər. Onlar ayağını çölə qoyar-qoymaz xalam özünü çatdırırdı bizə.

 

Sonradan eşitdim, bu arada əmilərim də öz oğlanlarına mənlə evlənməyi təklif eləyibmişlər. Onlar da bir ağızdan belə deyiblər:

 

”“ Boy, Allah sən saxla, heç adam da Bircəni alar?!

 

Bu ifadə sonradan qohum-əqrəba arasında lətifəyə çevrildi. Məni öz bacıları sayan əmim oğlanları mənlə evlənməyi ağıllarına belə gətirməzdilər.

 

Uzun mübahisədən, Əlinin valideynlərinin uzun get-gəlindən sonra böyük əmimin sərt üzündən çəkinən anam geri çəkilməyə məcbur oldu. Mənim “hə”mi verdilər. Xalamla oğlu işi belə görəndə yırtıcıya döndülər.

 

Əlinin atası xalamgilin özlərini əməlli-başlı həyasızlığa qoyduğunu görəndə toyu tezləşdirmək istədi. Atam razılaşmadı, dedi ondan doqquz yaş böyük oğlum iki ildi nişanlı gəzir, əvvəlcə onun toyunu eləyək, sonra qızı köçürərəm.

 

Qardaşlarım hələ də məni dindirmirdilər, fürsət düşdükcə Hakim yenə məni ağladırdı. Səhhətim də bir yandan düzəlmək bilmirdi. Xalam gündə azı bir dəfə məni qarğıyırdı: görüm səni ağ günə çıxmayasan! Ancaq onun qarğışını eynimə almırdım, mən bu davada qələbə çalmaq üzrəydim. Xalam fürsət tapıb Əlinin atasına mənim ciddi xəstəliyimin olduğunu da çatdırmışdı. Kişi bundan qorxuya düşüb geriləmək istəmişdisə də, deyilənə görə, Əlinin dirəşməsindən sonra təslim olmuşdu.

 

Artıq evimizdə Kamilin toyuna hazırlıq gedirdi. Bu arada mən kiçicik bir fürsət qapıb Əliylə görüşə bilmişdim. Bu görüş ruh halıma, səhhətimə çox gözəl təsir göstərmişdi. O mənə:

 

”“ Bir azca da döz, səni burdan çıxaracam, müalicən üçün də nə lazımsa, hamısını eləyəcəm, ”“ demişdi.

 

Onun mənə beləcə arxa-dayaq durması içimi fərəhlə silələmişdi. Əli məni oxudacağına da söz vermişdi, bu da sevincimin üstünə sevinc gətirmişdi.

 

Sirlərimi faş eləyən gəlinimiz də daha pərt-pərt dolanırdı. Kamilə nə demişdisə, qardaşım məndən xahiş elədi ki, toya qədər heç olmasa bir dəfə onlara gedib nişanlısına baş çəkim. Düzü, bütün olanlardan sonra mən onunla üz-üzə gəlməyə utanırdım. Ancaq yenə də canımı dişimə tutub getdim onlara. Görüşməyinə görüşdük, di gəl görüşümüz alınmadı, danışmağa söz tapmadıq. Elə bil yas evində oturmuşduq. İçəri girəndə verdiyim “salam”dan, çıxanda dediyim “sağol”dan savayı onlarda olduğum müddətdə dilimdən bir söz də qopmadı, qopara bilmədim. Susqunluğum gəlinimizə böyük dərs oldu. Başımdan bu qədər qəza-qədər keçəndən sonra hətta bu gün də mən onunla bir kəlmə kəsə, dərdləşə bilmirəm. Zatən o gündən sonra gəlin özü də mənə bir daha can atmadı”¦

 

Kulis.az

ardı var

2018-Dünya Çempionatının çılğın qadın azarkeşləri - FOTOLAR
Şəkil çəkdirmək üçün şəlaləyə dırmaşdı, yıxılaraq həyatını itirdi - VİDEO
Anasının tabutunun altında qalaraq həyatını itirdi - FOTO + VİDEO
Atasının tualetə zəncirlədiyi 4 yaşlı qızı evə gələn qonaq xilas etdi- FOTOLAR
Elastik qız qeyri-adi bacarığı ilə təəccübləndirdi - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
İsrail həbsxanasında 18 yaşlı müsəlman gəncin gözləri tutuldu - FOTO
Hadisə
Maykl Ceksonun fili zooparkdan qaçdı - FOTO
Cəmiyyət
“Şəhid olsam, ağlamayın...”- Mübariz İbrahimovun şəhadətindən səkkiz il ötür...
Müsahibə
“Ermənistanda heç kimin idarə edə bilməyəcəyi xaos baş verəcək” – MÜSAHİBƏ
Dünya
Metro stansiyasındakı qadının etdikləri hər kəsi heyrətə gətirdi
Həftənin ən çox oxunanları
Maşın Rozanın əlindən alındı - SON DƏQİQƏ
Xankəndi səmasına qırıcılar qaldırıldı - Düşmən “gəl-gəl” deyir... Fotolar+Video
Xalq artisti "Maşın" realiti şouda baş verənlərdən danışdı: "Bir Azərbaycan kişisi kimi utanıb yerə girirəm"
Tanınmış aparıcı canlı yayımdan qovuldu, səbəbi hər kəsi təəccübləndirdi - FOTO
Rekord sayda lüt qadın buzlu dənizdə belə çimdi... - (Video+18)
TANAP-dan danışan gənc kimin övladıdır? - FOTO+VİDEO
32 yaşında dövlət quran, 33 yaşında isə öldürülərək cəsədi dənizə atılan qəhrəman Kırım türkü - ARAŞDIRMA
Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkdi- FOTOLAR
Yarıçılpaq səudiyyəli fanat qadın və hicablı rus azarkeş qız - Futbol çempionatındakı təzadlar + VİDEO
"Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı dirəniş göstərməliyik" -Deputatdan çağırış...
Moderator.az-ın arxivi
"MODERATOR.az"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Zülfüqar Hüseynzadə
 
X

Bəyənin və "Moderator.az"-ı Facebook lovhənizdən izləyin