Xəbər lenti
23/07/2019 [19:31]:
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb
23/07/2019 [19:27]:
Lənkəranda ağır qəza: bir ölü, iki yaralı
23/07/2019 [19:27]:
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
23/07/2019 [19:10]:
Gülşən Rəvan qızının nakam Cəbrayıl sevgisi
23/07/2019 [19:07]:
Azərbaycanın qızıl medallarının sayı səkkizə çatdı
23/07/2019 [18:57]:
Allahşükür Paşazadə Argentina səfiri ilə görüşdü
23/07/2019 [18:57]:
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
23/07/2019 [18:49]:
Bərdədə azyaşlıların xəstəxanaya atılması ilə bağlı cinayət işi başlandı - RƏSMİ
23/07/2019 [18:44]:
"Forsaj 9"un çəkilişləri zamanı bədbəxt hadisə - FOTO
23/07/2019 [18:33]:
21 cinayətin üstü “isti izlər”lə açıldı
23/07/2019 [18:25]:
Ermənilərin Rusiyaya “böyük qaçışı”
23/07/2019 [18:23]:
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
23/07/2019 [18:21]:
Nazir: “Azərbaycan MDB-də ən təhlükəsiz dövlətlərdən biridir”
23/07/2019 [18:19]:
Xəzər dənizində daha bir nəfər batdı
23/07/2019 [17:58]:
Bu sahədə çalışanların maaşı artırıldı
23/07/2019 [17:57]:
“Biz  “Şuşa”, “Ağdam” adı altında konyaklar yox, toplar, tanklar istehsal etməyə qadir olmalıyıq...” 
23/07/2019 [17:56]:
“Yaşamaq və yaşatmaq üçün bu məkana inteqrasiya etməliyik”
23/07/2019 [17:55]:
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir -FOTOLAR
23/07/2019 [17:53]:
Qəbul imtahanlarında nəticələri ləğv edilən abituriyentlərin sayı açıqlanıb
23/07/2019 [17:51]:
Eminlə dominikanlı modelin rəqsi - FOTO
23/07/2019 [17:51]:
“Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi
23/07/2019 [17:50]:
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23/07/2019 [17:41]:
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
23/07/2019 [17:40]:
6 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi
23/07/2019 [17:35]:
“Keşikçidağ”la bağlı təxribatların arxasında ermənilər dayanır
23/07/2019 [17:31]:
Küçəni zibilləyənlərə 50 manat cərimə: amma qanun işləmir - FOTO
23/07/2019 [17:23]:
306 milyon dollarlıq "Ferrari"ni buldozerlə əzdilər - FOTOLAR
23/07/2019 [17:20]:
Avstriyada SOCAR-ın ilk YDM-i açıldı
23/07/2019 [17:18]:
Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu
23/07/2019 [17:18]:
İstanbulda qorxunc cinayət - Qonşular gənc qadının qışqırıq səslərinə oyandı -FOTOLAR
23/07/2019 [17:12]:
Əvvəl mer, sonra XİN rəhbəri, indi isə Baş nazir - DOSYE
23/07/2019 [17:05]:
Ağstafada top və minaatan mərmi aşkarlandı - FOTO
23/07/2019 [16:50]:
Zenfira İbrahimova: “Qızımın atası ərimdir, başqası deyil”
23/07/2019 [16:46]:
Tramp Boris Consonu təbrik etdi: “Əla olacaq! ”
23/07/2019 [16:44]:
“Azərkosmos”un gəlirləri 45 milyon olacaq
23/07/2019 [16:38]:
Kamal Abdulla: "Tam azad vəzifə yoxdur, vəzifə insanı qəfəsə salır" - MÜSAHİBƏ
23/07/2019 [16:32]:
Prezident Murad Köhnəqalaya mənzil hədiyyə etdi
23/07/2019 [16:29]:
Venesuela işıqsız qaldı, ölkədə qeyri-iş günü elan olundu
23/07/2019 [16:17]:
Uşaqları oğurlayıb dilənçi edirlər - Keçmiş polis rəisi
23/07/2019 [16:10]:
"Hesab etmirəm ki, ölüm hökmünün bərpa edilməsi cinayətlərin qarşısını ala bilər..."
23/07/2019 [16:08]:
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı
23/07/2019 [16:05]:
Güclü külək Bakıda üç ağacı aşırdı
23/07/2019 [16:03]:
Boris Conson Britaniyanın yeni Baş naziri seçildi
23/07/2019 [16:01]:
Məleykə Abbaszadə: "Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir"
23/07/2019 [15:59]:
Aygün Mahmudova: "Öləndə məni bu xalla tapacaqlar"
23/07/2019 [15:31]:
Şirvanın su təchizatı yaxşılaşdırılır
23/07/2019 [15:23]:
Bakıda bu yollar bağlanır - Sürücülərin diqqətinə!
23/07/2019 [15:13]:
Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət etdi
23/07/2019 [15:11]:
İyul ayında 8 qida zəhərlənməsi qeydə alındı
23/07/2019 [15:09]:
ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
23/07/2019 [15:07]:
Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:59]:
QAT BMT-nin Bakıdakı nümayəndəliyi qarşısında aksiya keçirdi
23/07/2019 [14:56]:
Tibb bacıları bu gün səhərdən  tətilə başladı 
23/07/2019 [14:54]:
Rövşən Rzayev vətəndaşları qəbul edib
23/07/2019 [14:48]:
"Son illərdə bizdə mükafatları sağa-sola paylayır və gözdən salırlar, ona görə də..."
23/07/2019 [14:43]:
“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları
23/07/2019 [14:38]:
Azad söz, azad media hər bir milləti irəli aparan əsas faktorlardandır
23/07/2019 [14:34]:
Xanımını 5-ci mərtəbədən atan Taxvelinin vəsatəti təmin edildi
23/07/2019 [14:33]:
Gömrük Akademiyasının tələbələri ölkəmizi beynəlxalq yay məktəbində təmsil ediblər
23/07/2019 [14:30]:
Müəllimlərin işə qəbulu imtahanları başa çatır
23/07/2019 [14:29]:
Ən çox nikah bağlanan ay - Azərbaycanlılar mifi dağıtdı
23/07/2019 [14:25]:
Maşın oğrusu ələ keçdi: Gəzmək üçün qaçırmışdım
23/07/2019 [14:22]:
Keçmiş müavin Ukraynanın Baş naziri ola bilər
23/07/2019 [14:14]:
Elnur Hüseynov: “Mənə insanların dəyər verməyi lazım deyil” -FOTO
23/07/2019 [13:51]:
Ermənilər Tovuzda “Şuşa” konyakı buraxılmasıyla bağlı şivən qopardı, amma... 
23/07/2019 [13:45]:
Ali məktəblərdə antinarkomaniya mövzusu tədris ediləcək
23/07/2019 [13:40]:
“Contra Magazin”: “Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…”
23/07/2019 [13:37]:
Ermənistan müxalifəti Paşinyanın üstünə hücuma keçdi
23/07/2019 [13:36]:
Narkomanlığa qarşı mübarizə məqsədilə “Qaynar xətt” yaradılacaq
23/07/2019 [13:34]:
Bərdədə xəstəxanaya atılan azyaşlı uşaqların atası tapıldı
23/07/2019 [13:32]:
Ərini baltaladığı üçün yeddi ildir həbsdə yatan qadınla söhbət - Qaynı ilə yatırmış?
23/07/2019 [13:28]:
Azərbaycanla Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımaların həcmi artdı
23/07/2019 [13:26]:
Şəki Xan Sarayına giriş bərpa edilə bilər
23/07/2019 [13:20]:
10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər - FOTO
23/07/2019 [13:17]:
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
23/07/2019 [13:11]:
Elmar Vəliyevi güllələyən Yunis Səfərovla bağlı yeni qərar verildi
23/07/2019 [12:36]:
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı
23/07/2019 [12:34]:
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
23/07/2019 [12:23]:
Prezident İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnaməsini qəbul edib
23/07/2019 [12:19]:
lham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi
Bütün arxiv bir sırada
19/11/2016 [11:00] - Cəmiyyət - ( 1951 dəfə baxılıb)

Millət vəkili Beynəlxalq Qadın Konfransında köçkün qadınlardan danışıb - Fotolar





İstanbulda TÜRKONFED-in təşkilatçılığı ilə keçirilən “Dayanıqlı iqtisadiyyatda qadınların rolu” adlı beynəlxalq konfransda çıxış edən millət vəkili Q.Paşayeva dünyanın bir sıra bölgələrindən gəlmiş siyasətçi, millət vəkili, QHT, KİV rəhbərləri və İş dünyasının tanınmış qadınlarına köçkün qadınlarla bağlı çağırış edib. "Köçkünlərin artması, onların problemləri bizi ciddi narahat etməlidir və biz birlikdə harada baş verməsindən asılı olmayaraq insanları köçkün salan səbəblərlə ciddi mübarizə aparmalıyıq" deyən millət vəkili Q. Paşayeva Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində evindən köçkün düşmüş, evini, işini itirmiş və 20 ildən artıqdır ki öz torpağına, yurduna dönə bilməyən qadınlarımızdan danışıb. 

Azərbaycan dövləti tərəfindən köçkünlərlə bağlı həyata keçirilən geniş layihələr barədə də danışan millət vəkili Q.Paşayeva dünyanın fəal qadınlarını köçkün qadınların acılarına daha duyarlı olmağa çağırıb. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçir deyən millət vəkili Qənirə Paşayeva “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir,” - deyib. "Savadlı cəmiyyət savadlı anadan keçir", - deyən millət vəkili Qənirə Paşayeva "qadın haqlarına sayğı duymayan, onu qorumayan, qorunmasına dəstək verməyən, qadın haqlarının pozuntusuna qarşı səsini ucaltmayan, mübarizə aparmayan bir insan cəmiyyətin, dünyanın və insanlığın bu günü və sabahını düşünməyən insandır", - deyib . "Məndən bəzən soruşurlar. Sizcə aydın kişi necə olmalıdır? Mənim isə cavabım belə olur. “Qadın haqlarına sayğı duyan, onu pozmayan, qadın haqlarını müdafiə edən, onu tapdalayanlara qarşı etirazını söyləyən, qadının inkişafına dəstək verən kişi aydın kişidir. Çünki o insanlığın, cəmiyyətin və dünyanın bu günü və gələcəyini düşünür”.

 O, bildirib ki, feminisidin və qadınlara qarşı zorakılığın geniş yayıldığı cəmiyyətdə insan haqlarının qorunmasından danışmaq mümkünsüzdür. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların, zorakılıq qurbanlarının sayı artır. Məsələn, insan alveri qurbanlarının sayının getdikcə daha da çoxalması bizi ciddi narahat etməlidir. Çünki onların əksəriyyətini qadınlar təşkil edir və bu qadınlar zorakılığın qurbanıdırlar. Bundan başqa bu gün qadınlara qarşı zorakılığın daha geniş yayılmış forması olan qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. İnsanlar arasında bu mövzuda daha geniş maarifləndirmə işlərinin aparılmasına, qızların təhsilinə və peşələrə yiyələnməsinə diqqəti daha da artırmağa böyük ehtiyac var. Aparılan araşdırmalar göstərir ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir.

 Qadınlar həm də gənc nəslin tərbiyəçisi, cəmiyyəti quran ailənin özəyidirlər. Onlar gənc nəslə ali dəyərlər və ali prinsiplər aşılayırlar. Bunun üçün isə qadınlar savadlı olmalı və mükəmməl təhsil almalıdırlar. “İnkişaf edən cəmiyyət və dövlət inkişaf edən qadından keçir”, ”“ deyən millət vəkili Qənirə Paşayeva qadınların ictimai həyatın hər bir sahəsində, cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac olduğunu vurğulayıb və Azərbaycanda bu istiqamətdə görülən işlərdən də danışıb. O bildirib ki, dünyanın hər yerində gender bərabərliyi istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsinə böyük ehtiyac var.Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyəti bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

 Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir. Millət vəkili Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində həyata keçirilən işlərlə barəbər Azərbaycanla da bağlı geniş məlumatlar verib və hər kəsi ölkəmizə dəvət edirik, Azərbaycanı yaxından tanımaqdan məmun olacaqsınız deyib.Millət vəkili konfransdan sonra dünyanın müxtəlif ölkələrindən gəlmiş bir sıra nüfuzlu qadınlarla da görüşüb və əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Konfrans və görüşlərdə Tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva, QHT rəhbəri Sürəyya İsmayılova da iştirak ediblər və mövzular ətrafında fikirlərini bölüşüblər.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
loading...
loading...
Məşhur avtomobil markası yarım milyon avtomobilini geri çağırdı - SƏBƏB
25 il sonra yenidən çəkilən film hasilat rekordu qırdı - MARAQLI
Diribaş Samux sakini evinə girən oğrunu yaxalayaraq polisə təhvil verdi - MARAQLI...
"Yaşlı qadınlarla birlikdə olaraq həftəyə 8 min funt sterlinq qazanıram" - QALMAQALLI ETİRAF
Metrlərlə yüksəklikdən başı üstə düşdü - İNANILMAZ...+ VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“Ölkəmizin bank-maliyyə sistemi qlobal sistemə lazımınca inteqrasiya olunmayıb”
Cəmiyyət
"Tanışlıq, dostluq, üzgörənlik həmin mükafatın əsl sahibini tapmasına imkan verməz"
Gündəm
“Mediada pozitiv nümunələrin təbliği pozitiv nəticələrə səbəb olur”
Cəmiyyət
"Bunu deyəndə bəzilərinin xoşuna gəlmir, amma islahatlara rəğmən korrupsiya bitmək bilmir"
Cəmiyyət
Şəhid qardaşının xatirəsinə yol çəkdirdi - İBRƏTAMİZ...
Həftənin ən çox oxunanları
“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi
Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...
Bakirə dövlət başçısının sarayda kişilərlə ağlasığmaz əməlləri - FOTOLAR
Çeçen toyuna qaz hücumu - “İnsanlar milçək kimi yerə tökülürdülər”
"O, sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var"
“Qızımı Bakıya apararaq bir neçə gün orda saxlayıb təcavüz ediblər...” -Yoxa çıxan qızla bağlı təfərrüatlar...
Azərbaycanlı məşhurun qızından Antalya küçələrində çılğın hərəkətlər - FOTO/VİDEO
Yol polisi Bakıda yarım milyonluq maşın saxladı: Sərxoş sürücü 20 manat təklif etdi...
“Həyatımda birinci dəfə belə bir adam gördüm ki..." - Eks vitse-primyer şokda + VİDEO
Masazırda film kimi olay: "BMW" 5 maşını vurdu, sürücü vəhşicəsinə döyüldü+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)