Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketləri artıq bir neçə gündür ki, ölkəmizdə ciddi şəkildə müzakirə edilməkdədir. Siyasi şərhçilərin, hərbi ekspertlərin irəli sürdüyü mülahizələrdə bu raketlərin ölkəmiz üçün doğurduğu təhlükə hərtərəfli təhlil edilməkdə, bu təhlükəni neytrallaşdırmaq yolları müzakirə olunmaqdadır. Lakin bu müzakirə və mülahizələrdə diqqətdən yayınan basilica bir məqam var ki bu da “İsgəndər” raketlərinin sadəcə Azərbaycan üçün deyil, həm də Türkiyə və NATO üçün ciddi təhlükə mənbəyi olmasıdır.
Əslində Rusiyanın erməniləri təhlükəli “İsgəndər” raketləri ilə silahlandırmasında əsl məqsəd Türkiyə və onun simasında NATO-ya qarşı Ermənistan cəbhəsini möhkəmləndirmək, bu cinahın dirəniş gücünü artırmaqdır. Çünki heç kimə sirr deyil ki, Azərbaycan-Ermənistan hərbi qarşıdurmasını yönləndirmək, bu qarşıdurmanı dayandırmaq və ya qızışdırmaq üçün Rusiyanın “İsgəndər” nəhəngliyində raket texnologiyasına ehtiyacı yoxdur. Bu məsələdə Rusiya diplomatiyası hər cür raket texnologiyasından daha effektivdir. Rusiya bu miqyasda konfiliktləri bir güllə belə atmadan, bir telefon zəngi ilə həll etmək gücünə sahibdir.
Bu vaxta qədər Rusiyanın Ermənistanı orta və uzaqmənzilli raketlərlə silahlandırmasında məqsəd məhz Türkiyə faktoru olub. Məhz Türkiyə təhlükəsi Rusiyanı Ermənistanın hava sərhədlərinin toxunulmazlığını öz üzərinə götürməyə məcbur edib. Ermənistanı müasir raket texnologiyası, aviasiya və artilleriya sistemləri ilə təmin etmək, lazımi məqamda ondan Türkiyəyə qarşı təxribat mqəsədi ilə istifadə etmək Rusiyanın uzun illərdir ki, yürütdüyü siyasətin nüvəsini təşkil edir.
Məhz bu baxımdan da Ermənistanda “İsgəndər” raketlərinin yerləşdirilməsinə ən çox etiraz etməsi gərəkən güc mərkəzləri Türkiyə və NATO olmalıdır. Çünki qeyd etdiyimiz kimi, Rusiya “İsgəndər” salamını” Azərbaycana deyil, daha çox Türkiyə və NATO-ya ünvanlayıb. Bu “salamın” qarşılığı da adıçəkilən güc mərkəzləri tərəfindən verilməlidir. Halbuki, bu gün nə Türkiyə, nə də NATO düşərgəsində bununla bağlı hrə hansı hərəkətlənmə müşahidə edilmir.
Rusiyanın bu raketləri Ermənistana başqa vaxt deyil, niyə məhz indi verməsinə gəlincə, bunun da sadə və anlaşılan səbəbi mövcuddur. Məlum raketlərin Ermənistaan aprel döyüşlərindən sonra ”“ Azərbaycanla gərginləşən hərbi konfilikt zəminində verilməsi diqqəti əsas məsələdən yayındırmaq, bu silahların əsl təyinatına diqqət çəkməmək idi.
Başqa sözlə desək, Azərbaycan və Ermənistan arasında hərbi qarşıdurmanın şiddətlənməsi “İsgəndər” raketlərinin Ermənistana daşınmasıi üçün bir fürsət oldu. Hansı ki, Rusiya bu fürsəti bacarıqla dəyərləndirdi və onun idela zamanlamasının yaratdığı mənzərə bundan ibarət oldu: “İsgəndər”lə bağlı haray-həşir salan, lakin səsi eşidilməyən Azərbaycan və bu təhdidin bir nömrəli hədəfi olduğu halda baş verənləri görməzdən gələn susqun Türkiyə və NATO”¦
Seymur Əliyev
e-mail: [email protected]