İranda bir neçə gündür ki, türklərin təhqir edilməsinə etiraz əlaməti olaraq soydaşlarımız keçirdiyi aksiya davam edir. Maraqlıdır, Türkiyə, Azərbaycan və digər türk dövlətləri türklərin mətbuatda açıq şəkildə təhqir edilməsinə etiraz əlaməti olaraq Tehrana rəsmi şəkildə öz etirazını bildirməlidirmi?
Bununla
bağlı Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi
işçisi, tanınmış tarixçi-pedaqoq, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər
Əzimli belə bir münasibətin ortaya qoyulmasının vacib olduğunu vurğuladı:
“Bu çox ciddi məsələdir. Hesab edirəm ki, mütləq olmalıdır. Söhbət qədim mədəniyyətə
malik və dünya mədəniyyətinin yaradıcısı olan Türklərin aşağılanmasından gedir.
Milllətin təhqir olunması insanın namusunun təhqir olunmasıdır. Millət bir
namus məsələsidir. Heç bir milləti, xalqı təhqir etmək olmaz. Çox qəribədir ki,
bu gün Azərbaycanın özündə bu məsələyə güclü reaksiya yoxdur. Təsəvvür edin ki,
bir açıqlama yazdım. Çox az bəyənən və paylaşanlar oldu. Demək olar ki, münasibət
aşağı səviyyədə ifadə olundu. Amma islama aid, şiəliyə və sünniliyə, sələfiliyə,
vəhabiliyə, nurçuluğa aid bir status yazanda adamın üstünə tökülüşürlər. Sələfisi bir
yandan, vəhabisi bir yandan. şiəsi bir yandan, nurçusu bir yandan, sünnisi də bir yandan... Gör nə bədbəxt gündəyik! İranda irticaçı fars
rejimi türkləri təhqir edir, bunlar münasibət bildirmir. Yaxud, məmurları götürək.
Bunlar düşünürlər ki, dövlət işində çalışıram və məni cəzalandırarlar. Amma
düşünmürlər ki, həm də bir fərd olaraq münasibət bildirə bilərlər, bir türk
olaraq münasibət bildirə bilərlər. Çox təəssüf! Gözləyirlər ki, kimsə göstəriş
versin. Təsəsvvür edin ki, mənim ailəmi təhqir edirlər, mən də dinmirəm və gözləyirəm
ki, həmin adama qarşı çıxmaq üçün hansısa ağsaqaqlımız göstəriş versin.
Mənim
üçün dörd məsələ ciddi məslədir: Dövlət, Millət, Torpaq və Dil. Bunların üstünə yeriyəndə dayanmaq bağışlanmır. Bu gün Türkiyə İranla
münasibətlər baxımından Azərbaycanın Güneyinə fərqli münasibət sərgiləyir.
Bunun altını çəkə bilər. Türkiyə proseslərə daha çox dini baxımdan yanaşır. Bu
mənada heç bir zaman orada da münasibət bildirmirlər. Amma düşünürəm ki, proses ciddiləşəcəkdir. İran irticaçı fars rejimi ağlını itirib. Onu
SSRİ-nin aqibəti gözləyir... Azərbaycanın güneyində yaşayanlar bundan ciddi
ziyanlar çəkə bilərlər. Bu mənada Azərbaycanın Quzeyinin üzərinə böyük məsuliyyət
düşür. Bu tayda o tayla bağlı təşilatlanma sürətlənnməlidir. Hesab edirəm ki, biz yaxın zamanlarda o tayda milli və insan haqlarının pozulaması ilə
bağlı imza kampaniyasına başlayıb onu dünyanın beynəlxalq təşkilatlarına təqdim
etməliyik. Bu bizim müqəddəs borcumuzdur. Çünki türkü təhqir edən bizim ata-bablarımızı təhqir edir!”
Seymur
Əliyev