Mediada yer alan məlumata görə, bugünlərdə Rusiyanın Kostroma şəhər sakini banka olan borcunu ödəmyə bilmədiyi üçün meşəyə qaçıb. Orada qurduğu sığınacaqda yaşayan 38 yaşlı şəxsi yalnız polis əməkdaşlarının köməyi ilə meşədən çıxartmaq mümkün olub.
Özlüyündə
maraqlı olan bu hadisə Azərbaycanda ikiqat maraqla qarşılanıb. Buna səbəb borc
probleminin Rusiya ilə müqayisədə Azərbaycanda dəfələrlə kəskin olması,
insanların qaçmağa, gizlənməyə daha ciddi ehtiyac duymasıdır. Bu baxıman
Rusiyada baş verən məlum olayın yaxın gələcəkdə ölkəmizdə kütləvi hal alacağı, insanların bankların,
problemli kreditlərin əlindən meşələrə, dağlara, cəgəlliklərə çəkiləcəyi
ehtimalı böyükdür. Çünki bu gün kreditlərlə bağlı yaranmış vəziyyət vətəndaşı
ya intihar, ya oğurluq, ya da qaçış məcburiyyəti qarşısında qoyub ki, bunlardan
qaçış variantı “daha az zərərli” hesab oluna bilər.
Bu
baxımdan Azərbaycan ictimaiyyəti üçün problemli kreditlərdən müvəqqəti yaxa
qurtarmağın yeni variantı olan Rusiya nümunəsinin yaxın günlərdə ölkəmizdə əhəmiyyətli
dərəcədə populyarlaşacağı şübhəsizdir. Əminliklə demək olar ki, bəlli bir müddətdən
sonra Azərbaycanda şəhərlərdən meşə və cəngəlliklərə yeni bir axın, əsl köç
başlayacaq ki, bu da yeni, əlahiddə sivilizasiya növünün ”“ meşə
sivilizasiyasının təşəkkül tapmasına səbəb olacaq.
Çox
güman ki, bütün dünyanın kosmosa, yeni sivilizasiya və mədəniyyətlərə can
atdığı, elm və texnologiyanın heyrətverici dərəcədə inkişaf etdiyi bir dövrdə
insanlarımızın meşələrə axını, meşə sivilizasiyasına qayıdışından da mövcud
idarəetmə sistemi təbliğat məqsədi ilə istifadə etməyə çalışacaq, bunu insanların
keçmişə, öz əcdadlarına, qədim adət-ənənlərinə bağlılığı kimi dəyərləndirəcək. Başqa
sözlə desək, dünya kosmosun fəthini genişləndirdiyi, planetlərdə hərbi, elmi,
iqtisadi məqsədlərlə bazalar quran zaman, meşə sivilizasiyasına qayıdış edən insanlarımız
ibtidai icma dövrünə məxsus texnologiyalarla ov edəcək, kaha və sığınacaqlarda
gecələyəcək, heyvan dərisindən paltarlar geyəcək.
Lakin Azərbaycanda
meşə sivilizasiyasənın geniş inkişaf və tətbiqnə maneə doğuran əngəllər də
mövcuddur ki, bu əngəllərdən ən başlıcası Azərbaycanın meşə resursunun az
olması, mövcud meşələrin isə məmurlar tərəfindən zəbt edilməsi həqiqətidir. Ölkənin
məhdud meşə massivini dəmir-beton hasarlarla əhatəyə alan, çay, göl və
dağlarını şəxsi təsərrüfat və mülkiyyət sahəsi elan edən məmurların şəhərlərdən
meşə və cəngəlliyə qaçan insanlara təbiətin qoynunda belə yaşamağa icazə verəcəyi
inandrcı görünmür. Çox güman ki, meşələrə axın edəcək bu insanlar ən yaxşı
halda məmurlarda yeni bir əyləncə növü kimi maraq doğuracaq, məmur kontingenti
öz azğın köpəklərinin iştirakı ilə sözün həqiqi mənasında bu meşələrdə insan
ovu təşkil edəcəklər.
Bir sözlə,
Rusiyadan fərqli olaraq bankların qaçaq saldığı Azərbaycan insanına meşədə belə
rahatlıq və dinclik olmayacaq.
Bəli, görünən
odur ki, hakimiyyətin cənnət elan etdiyi Azərbaycanın şəhər və kəndlərindən cəngəlliklərə
qaçışın reallaşıb-reallaşmadığından asılı olmayaraq, insanlarımızı hər yerdə
zülm, təqib və mühakimə gözləyir. Bu, çağdaş Azərbaycan insanının aqibətidir. Bizim
sadəcə kiçik bir seçim haqqımız var: bu qaçılmaz aqibətlə harada ”“ meşədəmi, şəhərdəmi
üzləşəcəyimizi özümüz müəyyən edə bilərik. Çünki əlimizdən alınmayan yeganə
azadlıq yalnız budur.
Seymur Əliyev