İstanbul terroru:“Dünyanın ürəyi” uğrunda savaşın ilk atəşi
Oxunub: 3105
29 Jun 2016 | 22:56
İstanbul terroru:“Dünyanın ürəyi” uğrunda savaşın ilk atəşi

İstanbulun Atatürk hava limanında dünən törədilən terrorun qurbanlarının sayı artır. İlk açıqlamada terror nəticəsində 28 insanın öldürüldüyü bildirilirdisə, bu gün ölü sayının artıq 36-ya yüksəldiyi, yaralananların isə 147 nəfər olduğu xəbər verilir. Nə yazıq ki, bu sayın getdikcə artacağı güman olunur.

Rəsmi Ankara terroru İŞİD-in törətdiyindən şübhələnir. İŞİD-in bundan əvvəl Avropanın bir sıra şəhərlərində hava limanlarını hədəfə alması və hadisələrin törədilmə şəkillərinin bənzərliyi  bu şübhələrin yaranmasında əsaslı rol oynayır.

Törədicisinin kimliyindən asılı olmayaraq, Türkiyənin ən böyük hava limanını qana bələyən bu terrorun zamanlaması olduqca ilgincdir və hadisənin  sifarişçisi haqqında müəyyən ipucları verir.

Məlum olduğu kimi, hadisədən bir gün qabaq Türkiyə Prezidentinin rusiyalı həmkarına yazdığı məktub “təyyarə böhranı”ndan sonra iki ölkə arasında gərginləşən münasibətləri yenidən normallaşdırmış, iqtisadi əlaqələri əvvəlki səviyyəyə gətirmək üçün yeni fürsətlər yaratmışdı. Elə həmin gün İsraillə Türkiyə arasında illərdən bəri davam edən gərginlik də sona çatmış, hətta iki dövlət “barışıq sazişi” bağlamışdı. Türkiyənin yeni baş naziri Misirin çevrilişlə taxta oturmuş hökumətinə də “zeytun budağı” göstərərək, münasibətləri düşmənçilik siyasətindən dostluq əlaqələrinə keçirmək istədiyini bildirmişdi. Bir müddət əvvəl isə kürd separatizmi təhlükəsinin Suriya ilə Türkiyəni yaxınlaşdırdığı xəbərləri yayılır və qısa müddətdən sonra bu gərginliyin də ortadan qaldırılması ehtimalları dartışılırdı. Bir növ, kompasın əqrəbi Türkiyənin illərdən bəri yer tutduğu ABŞ liderliyindəki Yeni Yaxın Şərq Proyektindən tamamilə ayrıldığını, yenidən “qonşularla 0 problem” siyasətinə qədəm qoyduğunu göstərirdi.

Atatürk hava limanında baş verən terror hadisəsi də məhz bu dövrə təsadüf etdi. Zənnimizcə, hadisələrin bu cür inkişafı terror hadisəsinin sifarişçisi barədə də aydın təsəvvür yaradır.

Sual oluna bilər: Türkiyənin qonşularıyla iqtisadi əlaqələrini yenidən bərpa etməsi dünyanın super güclərini niyə bu qədər narahat edir?

Fikrimizcə, bu sualın cavabı dünya geopolitikasını müəyyənləşdirən nəzəriyyələrdə gizlənib.

avrasya-birliyi












Bir çox geopolitik nəzəriyyələrə görə, dünyanın ürəyi Avrasiyadır. Xüsusilə Orta Asiya və Sibir coğrafiyasına hakim olan qüvvənin dünya ağalığına sahib olacağı düşünülür. Fəqət dünya hegemoniyası üçün təkcə ürəyə nəzarət də böyük məna kəsb etmir. Bununla yanaşı, həm də "ürəkətrafı bölgələr" ələ keçirilməlidir.Həmin bölgələr isə Qara dəniz sahillərində yerləşən Balkan yarımadası, Asiya və dünya neft rezervlərinin 60%-nə yaxınını özündə birləşdirən Yaxın Şərqdir. Kim bu bölgələrə sahib olsa, dünyanın ürəyinə yaxınlaşacaq və dünya ağalığını təmin edəcək.

Əsası 1919-cu ildə ingilis geostrateqi Halford Makinder tərəfindən qoyulan, sonralar müxtəlif strateqlər tərəfindən bəzi əlavələrlə dəyişdirilərək, başqa-başqa adlarla təqdim olunan bu nəzəriyyəyə görə, Rusiya dünya ağalığına hər kəsdən daha yaxın olsa da, onun qarşısını kəsən manelər də yox deyil.Başlıca maneə isə bu ölkənin kommunist nəzəriyyələrlə sənayeləşmə prosesində geriqalmışlığı, İran, Türkiyə, Asiya və Şərqi Avropa ilə münasibətlərinin gərginliyidir.

Doğrudan da kommunist nəzəriyyəsinin dünya xalqları üzərində yaratdığı xof və iqtisadi cəhətdən Rusiyanı geri salması bu potensialın reallaşmasına imkan vermədi. SSRİ dağıldıqdan sonra isə "dünyanın ürəyi"ni ələ keçirmək uğrunda dünya dövlətlərinin yarışı başladı.

ABŞ və İngiltərə dövlətlərinin söykəndiyi dəniz hakimiyyəti isə bu yarışın tam qələbə çalması üçün kifayət etmirdi. Necə ki, bunu haqqında bəhs etdiyimiz ingilis geostrateq Makinder də  1919-cu ildə yazdığı “Demokratik prinsirlər və gerçəklər” adlı əsərində etiraf edərək deyirdi: "Hakimiyyət qurmaq istəyən bir dövlət üçün ən önəmli güc quru qüvvələridir. Həm quruda, həm də dənizdə güclü olan dövlət ən güclü dövlətdir". (Makinderin zamanında hava gücü zəif olduğundan, o, hava qüvvələrini hesaba qatmamışdı.)

İstər İngiltərənin, istərsə də ABŞ-ın “dünyanın ürək nahiyəsinə” coğrafi cəhətdən uzaqlığı, Almaniya və Fransanın isə quru əlaqələrində daha avantajlı durumda olması yeni nəzəriyyələrin ortaya atılmasına səbəb oldu. Bir tərəfdən Almaniya və Fransa genişlənən Avropa Birliyi layihələrilə Balkanlara yayılmağa çalışarkən, bir tərəfdən də ABŞ “mədəniyyətlər çarpışması” nəzəriyyəsilə və bu istiqamətdə apardığı siyasətlərlə həmin yayılmanın Yaxın Şərqə doğru uzanmasının qarşısını almağa çalışırdı.

Yaxın Şərqdə məzhəb savaşlarının körüklənməsi və bunun nəticəsində artan neft qiymətlərilə Rusiyanın yenidən "ehya" edilməsi də, zənnimizcə, təsadüfi deyildi.Hər şey anqlosakson imperializminin əsl təhlükə hesab etdiyi alman və fransız hədəflərini heçə endirməyə hesablanmışdı. Alman və fransız imperialist hədəflərinə söykənən "Genişləndirilmiş Avropa Birliyi" layihəsilə Rusiyanın əlindən çıxarılan və düşməninə çevrilən Balkan dövlətlərinin mövqeyi də Moskvanın söykənə biləcəyi ortodoks-slavyan ittifaqını dağıtdığından və Qərblə Rusiyanı üz-üzə qoyduğundan, anqlosaksonlar bir güllə ilə iki quş vurmuşdular. Əslində İngiltərənin referendumla AB-dən ayrılması və ABŞ-ın bu qərara soyuqqanlı yanaşması da, görünür, Avropa Birliyi layihəsinin anqlosakson strategiyalara cavab verməməsindən irəli gəlirdi.

avrasiya

Dünyanın “ürək nahiyəsində” yerləşən digər coğrafiyalarda yeni ziddiyyətlərin yaradılması regional qüvvələrin Avrasiya düşüncəsi ətrafında birləşməsinin qarşısını ala bilərdi. Yaxın Şərqdə yürüdülən məzhəb savaşları bunun ən gözəl vasitəsi ola bilərdi. Ərəb dünyası ilə eyni cəbhədə çıxış edən Türkiyə ilə Rusiyanın yanında yer alan İran yarana biləcək Avrasiya ittifaqının qarşısını kəsirdi.

Fəqət bu sahədə də ABŞ-ın hesaba qatmadığı hadisələr yaşanırdı. Onun 1980-ci illərdə Rusiyadan ayrılmaq üçün iqtisadi yardımlar göstərdiyi və iqtisadiyyatını gücləndirdiyi Çin gözlənilməz iqtisadi artım sürətilə ABŞ-a yaxınlaşır, dünya hegemonluğuna iddia etməyə başlayırdı. Bu prosesin qarşısını almaq üçün supergücün həyata keçirdiyi siyasətlər isə Rusiya və Çini yaxınlaşdırırdı. İllərdən bəri sanksiyalar tətbiq etdiyi İran da həmçinin Rusiyayla eyni cəbhədə birləşirdi. Ən gözlənilməz hadisə isə hər iki dövlətin oynanan məkrli siyasəti görüb Suriyadakı proseslərə müdaxilədə birləşmələri oldu. Beləcə, Bzejinskinin illər öncə üzərində durduğu təhlükə reallaşırdı. Söhbət Çin-Rusiya-İran ittifaqından gedir.

Hadisələrin ABŞ-ın istəklərinin xilafına inkişafı onun tələm-tələsik bölgəni başlı-başına və dünyanın ürəyinə tərs istiqamətdən, yəni Şərqdən yaxınlaşma planını həyata keçirməsinə yol açdı. Dünya ÜDM-nun 40%-ni əlində cəmləşdirən Trans Sakit Okeanı İttifaqının Obama hakimiyyətinin əsas hədəfi halına gəlməsi bu mənada təsadüfi deyildi.

Beləcə, girdiyi geoplotik oyunda tamamilə tək buraxılan Türkiyənin dünya güclərinin ölüm-dirim savaşı verdikləri regionda çətin duruma düşməsi məcburən öz xarici siyasətini dəyişməsinə səbəb oldu. Türkiyənin Avrasiyaçıların yanında yer alması isə ABŞ üçün ən böyük təhlükənin yaranması demək idi.

Nədən ki, Türkiyənin Avrasiyadakı potensialı ən azı Rusiya qədər güclüdür.Bölgə xalqlarının, xüsusilə Cənubi Qafqaz və Orta Asiyada yaşayan insanlar arasındakı yumşaq gücü, tarixi-mədəni əlaqələri Ankaraya bu coğrafiyada ciddi uğurlar qazandıra bilər. Xüsusilə iqtisadi təfəkkür və sənaye gücünə söykənən istehsalçı ənənə baxımından Türkiyənin də bu coğrafiyaya qazandıracağı çox böyük dəyərlər var. Rüşvətə meyllilik, dövlət əmlakını talamaq üzərində qurulan sovet iqtisadi təfəkküründən fərqli olaraq, türk insanı alın təriylə pul qazanmaq vərdişinə yiyələnib ki, bu da Avrasiya coğrafiyasının iqtisadi inkişafını təmin edə bilər. Üstəlik, Türkiyə Avrasiyanın həm Avropaya, həm Afrikaya, həm də Yaxın Şərqə açılan qapısı olmaq potensialına malikdir.

Türkiyə Rusiyanın və Orta Asiya ölkələrinin sabah baş ağrısına çevriləcək Çin kimi təhlükəli də deyil. Dünyanın ən qələbəlik insan sayına malik olan və xarici ölkələrə köçə dayanan yayılmaçı siyasət yürüdən Çindən fərqli olaraq, türklər bu coğrafiyaya yabançı deyillər, əhali sayına görə də onların bu əraziləri zəbt etmək potensialları yoxdur. Bu baxımdan Rusiya və Orta Asiya ölkələri üçün Türkiyə nəinki təhlükəli deyil, əksinə gücə güc qatacaq xarakterdədir.

Türkiyənin Avrasiyaçılığa yönəlməsi həm də bu regionda ordodoks-slavyan siyasi üstünlüyünə son qoyar və bərabərhüquqlu rus-türk ittifaqının  yaranmasına gətirib çıxarar. Həm hərbi, həm iqtisadi, həm də təbii sərvətlər potensialıyla dünyanın həqiqətən də ağası halına gələ biləcək Türk-Rus ittifaqı anqlosaksonların qorxulu röyasını çin çıxara bilər. 

Görünür, İstanbulun Atatürk hava limanında baş verən terror hadisəsi də bu xofdan qaynaqlanır və Ankaraya “öz yerində dur!” mesajı vermək məqsədi daşıyır. (Strateq.az)

Oxşar xəbərlər
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 09:05
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 09:05
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO