“Qarabağ sammiti”, yoxsa rus imperializminin “yumşaq güc” nümayişi?
Oxunub: 2463
21 Jun 2016 | 22:50
“Qarabağ sammiti”, yoxsa rus imperializminin “yumşaq güc” nümayişi?

Prezidentlərin Sankt-Peterburq görüşü arxada qaldı. Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları jurnalistlərə Qarabağ probleminin həll olunacağına ümid və arzularını çatdırdıqdan sonra qapalı müzakirəyə çəkildilər. Bu qapalı görüşdən hər hansı məlumat verilmədiyindən, problemin perspektivləri barədə də mülahizə yürütmək mümkün deyil. Bilinən yeganə mətləb isə ondan ibarətdir ki, üçtərəfli görüşdə konfliktin danışıqlar yoluyla həllinə və bu istiqamətdə müzakirələrin intensivliyinin artırılmasına qərar verilib.Başqa sözlə desək, atəşkəs elanından bu yana sürdürülən “nə sülh, nə hərb” siyasətinin davam etdiriləcəyi və Qarabağdakı mövcud vəziyyətin dəyişdirilməyəcəyi gün kimi aydındır.

Əslində burada qeyri-adi bir hal da yoxdur. Zatən, Sankt-Peterburq görüşündən nəsə gözləməyə də dəyməzdi. Həm Rusiya, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirlərinin ümiddolu açıqlamasına baxmayaraq, Kreml üçün Qarabağ probleminin həlli qətiyyən maraqlı deyil. Moskva bu problemə Cənubi Qafqazın “qulpu” kimi baxır və bu qulpdan yapışaraq onu əlində saxlamağa çalışır. Sözsüz ki, həmin “qulp” qırılarsa və ya Kremlin əlindən çıxarsa, Rusiya Qara dənizdən Xəzərə qədər uzanan böyük bir ərazini itirmiş olar. Bu “arzuolunmaz” perspektivin qarşısını almaq üçün isə o, illərlə gah səngiyən, gah da aktivləşən münaqişəni həll etməyə çalışmayıb və çalışmayacaq.

Deməli, prezidentlərin Sankt-Peterburq görüşünün əsas məqsədini tamamilə ayrı mətləblərdə axtarmalıyıq.

Bəs, söhbət hansı mətləblərdən gedir?

Sözügedən görüşün Sankt-Peterburqda təşkil olunan Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilməsi əslində yuxarıdakı suala cavab verir və əsil məqsədə işıq tutur. Adını zorla “Qarabağ sammiti” qoymağımıza baxmayaraq, həmin forum çərçivəsində keçirilən bütün görüşlərin hədəfi Rusiya ilə iqtisadi əməkdaşlıq potensialını artırmağa yönəlmişdi. Prezident İlham Əliyevlə Vladimir Putinin təkbətək görüşündə də bu mətləb öz əksini tapıb. Xatırladaq ki, Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin son zamanlar azaldığına diqqət çəkən Vladimir Putin bunun obyektiv səbəblə bağlı olduğunu vurğulayıb:

“Bu gün müzakirə edəcəyimiz problem bəllidir. Bu, bizə çoxdan qalan Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edib ikitərəfli münasibətlərimiz haqqında danışmaq istəyirəm. Bizə məlum olan səbəblərdən, təəssüf ki, ticarət dövriyyəmizin aşağı düşməsini müşahidə edirik. Ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin ucuzlaşması və eləcə də milli valyutaların məzənnəsi arasındakı fərqdir".

Putinin dilə gətirdiyi bu fikirlər Qarabağ probleminin əslində bəhanədən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Görüşün əsil səbəbinin isə bu bəhanədən istifadə edərək, xatırladılan iqtisadi amillə bağlılığı ortaya çıxır.

Putinin İlham Əliyevlə görüşdə gündəmə gətirdiyi digər bir məsələ isə ikitərəfli əməkdaşlığın humanitar perspektiviylə bağlı olub. Azərbaycanda rus dilinin qorunması və inkişafına göstərilən diqqətə görə həmkarına təşəkkür edən Rusiya prezidenti deyib:

"Bilirik ki, Azərbaycanda rus dilinin öyrənilməsinə necə həssas yanaşılır. Bizim ali məktəblərin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Bütün bunları yüksək qiymətləndiririk. Ümid edirəm ki, belə işlər bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək".

Fikirimizcə, ikitərəfli münasibətlərin iki fərqli aspekti kimi görünsə də, əslində iqtisadi əməkdaşlıq ilə humanitar, mədəni əlaqələrin yaradılması eyni siyasətin tərkib hissəsidir. Söhbət "yumşaq güc" siyasətindən gedir.

Bəs, "yumşaq güc" nədir?

yumshaq

İndiyə qədər bütün imperialist qüvvələrin müstəmləkələr üzərində apardığı siyasətlərə nəzər salanda iki əsas güc amilinə söykəndiklərini görürük. Bu amillərdən biri zorakı, digəri isə "yumşaq güc"dür.

Zorakı güc amili imperializmin ən klassik formasıdır. Demək olar ki, 20-ci əsrin ortalarına qədər bütün imperialist qüvvələr bu amilə söykənərək, ərazilərini böyüdür, xalqları və millətləri zorla özlərinə tabe etdirirdilər. 19-cu əsrin alman dövlət adamlarından olan Otto Fon Bismarkın 1862-ci ildə parlamentdə etdiyi ilk çıxışında dilə gətirdiyi fikirlər zorakı gücün mahiyyətinə tam mənasilə işıq tutur:

“Hədəflərimiz almanların milli birliyini qurmaq siyasətlərini müzakirə etməklə, nəğmələr söyləməklə reallaşa bilməz. Məqsədimizə gedən yol qan və qılıncdan keçir”.

20-ci əsrin əvvəllərində ölkəsinin bütövlüyü uğrunda mübarizəyə başlayan Çin Kommunist Partiyasının lideri Mao Zedonq da “gücün yalnız silahların lüləsində toplandığına” inanırdı.

II Dünya müharibəsindən sonra isə yalnız zorakı güc faktoruna əsaslanmağın böyük problemlər yaratdığını, bu mübarizədən həm də imperialist qüvvələrin ciddi zərər gördüyünü anlayan böyük dövlətlər müstəmləkəçilik siyasətlərini dəyişməyin, əllərində saxlamağa çalışdıqları xalqlar və millətlərlə həm də yumşaq dillə danışmağın vacibliyini anladılar. Beləcə, "yumşaq güc" anlayışı ortaya çıxdı”¦

Yeni siyasətin ortaya çıxmasında ABŞ imperializminin xüsusi rolu oldu. Çünki ABŞ dövlət adamları zorakı güclə yanaşı, yumşaq gücü birgə həyata keçirməyin vacibliyinə inanırdılar. Bunun başlıca səbəblərindən biri də ABŞ-ın “kommunizm kabusuna” qarşı Rusiyayla girdiyi soyuq müharibədə özünə tərəfdar qazanmaq istəyiylə bağlıydı. Bununla belə, dünyanın digər böyük dövlətlərindən fərqli olaraq, yumşaq gücə daha çox əhəmiyyət verən ABŞ-ın dünya hegemonluğu uğrunda mübarizəsində də zorakı metodlar ön planda dayanırdı. Bu iddianı ölkənin 36-cı prezidenti Lindon Consonun çıxışlarından birində söylədiyi aşağıdakı fikirlər də təsdiqləyir: “Əgər bir şeyi mərmi sayəsində ələ keçirməyi bacarırsansa, qəlblər və fikirlər də bu nailiyyəti təqib edər”.

Sabiq prezidentin bu fikirləri zorakı gücə daha çox əhəmiyyət verdiyini, amma silahla əldə edilən qələbəni davamlı qılmaq üçün mütləq qəlb və fikirləri qazanmağın da vacibliyini göstərirdi.

Maraqlıdır ki, Rusiya da son zamanlar öz keçmiş hegemonluq məkanlarında hər iki gücdən istifadə etməyə çalışır. Bir tərəfdən bölgələrdə yaratdığı konfliktlərlə keçmiş müstəmləkələri üzərində zorakı basqılar qurur, digər tərəfdən isə həmin ərazilərdə öz mədəniyyətini yaymağa, dilini qorumağa can atır.

Rus dili və mədəniyyətinin inkişafı və qorunması müasir rus imperializminin təkcə hədəfi yox, həm də bəhanəsi kimi ortaya çıxır. İki il bundan əvvəl Ukraynanın müəyyən ərazilərini işğal edən və onun Qərbə yönəlməsinin qarşısını almağa çalışan Moskvanın əsas bəhanəsi də elə Kiyevin rus dilini və rusdilliləri sıxışdırması faktı olmuşdu. Kremlin Qazaxıstanda eyni ssenarini həyata keçirmək istiqamətində sərgilədiyi mövqedə də dil amilinin ön plana çıxarıldığını görürük. Müstəqillik illərindən sonra Qazaxıstanda getdikcə rusdillilərin sayının azalması, etnik rusların ölkə əhalisinin 50%-dən 30%-ə düşməsi Moskvanı “narahat edən” əsas məsələlərdən biridir.

Keçmiş müstəmləkələrdə rus dilinin inkişafı və qorunması kimi amillərin müasir rus imperializminin əsas hədəflərindən biri olduğunu, bunun üçün lazım gələrsə müharibəyə belə girməkdən çəkinməyəcəyini ölkənin ən nüfuzlu siyasət adamları da etiraf edirlər. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun verdiyi bir bəyanat bunun ən bariz nümunələrindədir. Xanım siyasətçi iyun ayının 4-də səsləndirdiyi açıqlamasında vurğulayırdı ki, keçmiş SSRİ respublikalarında dil və mədəniyyət sahələrində rusdilli əhali təzyiq obyektinə çevrilib və Moskva buna laqeyd qala bilməz.

Göründüyü kimi, Matviyenkonun bu fikirlərinin üzərindən az keçməmiş, onun bir zamanlar merlik etdiyi Sankt-Peterburda sammit keçirilir və Rusiya prezidenti həmin sammit çərçivəsində görüşdüyü Azərbaycan prezidentinə ölkəmizdə rus dilinin qorunması və inkişafı üçün göstərilən səylərə görə minnətdarlığını bildirir. Biz isə hələ də bu görüşü “Qarabağ sammiti” adlandırırıq”¦

 

Heydər Oğuz

Strateq.az

Oxşar xəbərlər
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib"
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
GÜNLÜK
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"