Siyasət
6016
16 May 2016 | 19:53

"Erməniləri başa salmaq lazımdır ki, onlar ordunu çıxarmasalar qan töküləcək"

Xəbər verdiyimiz kimi bu gün Avstriyanın paytaxtı Viyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilir. Maraqlıdır, bir zamanlar Azərbaycan xarici siyasətinin əsas fiqurlarından olmuş politoloq Hikmət Hacızadə bu görüşdə iştirak etsəydi ermənilərə və beynəlxalq təşkilatlara hansı təklifləri verərdi?

Politoloq Moderator.az-a açıqlamasında bildirib ki, o, ermənilərə Azərbaycanın planına uyğun hərəkət etməyi təklif edərdi:

“Mən təklif edərdim ki, ermənilər Azərbaycanın Qarabağla bağlı olan planına uyğun olaraq hərəkət etsinlər. Ermənilərə bildirmək lazımdır ki, onlar ordunu çıxarmasalar qan töküləcək, erməni anaları ağlar qalacaq bu nə qədər davam edə bilər ki?”  Ermənilər əgər razılığa gəlməsə onda biz növbəti belə əməliyyata başlamalıyıq. Ondan sonra bəlkə ağılları başlarına gəldi. Beynəlxalq təşkilatlara gəldikdə isə onların bu probelmi həll etmək iqtidarında deyillər. Bu konflikti yalnız Rusiya idarə edir.”
Link kopyalandı!
Son xəbərlər