“Bizi Rusiyadan iki güc qoruya bilər: ABŞ və NATO”
5511
10 May 2016 | 11:20

“Bizi Rusiyadan iki güc qoruya bilər: ABŞ və NATO”

“Azərbaycan da, Gürcüstan da öz müstəqilliyini Rusiya imperiyasından qazanıblar. Rusiya bu gün də yeni şəraitə uyğun olaraq yeni imperiya siyasəti aparır. Rusiya öz müstəqilliyini elan edən bu dövlətləri öz təsir dairəsinə qatmaq arzusundadır”.

Bunu Moderator.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiya təhlükəsindən yalnız ABŞ və NATO sayəsində qoruna bilər:

“Azərbaycan və Gürcüstanın suverenliyini qoruması, hərbi təhlükəsilziyini təmin etməsi üçün gerçəkdən də militarist Rusiyanın hərbi qüvvəsini balanslaşdıracaq bir gücə ehtiyac var. Rusiyanın post-sovet məkanında, qonşu regionlarda apardığı siyasətin əsasında hərbi güc amili durur. Xarici siyasətində də hərbi gücə və enerji ehtiyatlarına əsaslanır. Enerji faktoru qüvvədən salınıb. Bu, dünya bazarında neftin qiymətinin aşağı salınması və Rusiyaya qarşı bir sıra sanksiyaların tətbiqi hesabına baş verib. Rusiyadan kənar neft və qaz kəmərlərinin inkişaf etdirilməsi də bu məsələdə mühüm rol oynayıb. Indi qalır Rusiya Silahlı Qüvvələrini neytrallaşdırmaq. Bunu isə neytrallaşdıracaq iki güc var. Bunlardan biri super güc olan ABŞ, digəri isə NATO-dur. Rusiyanı dayandıra biləcək üçüncü bir güc yoxdur. Ona görə də Gürcüstan və Azərbaycan ya ABŞ-la NATO-dan kənar əsas müttəfiq statusu qazanmalı, ya da NATO-ya üzv olmalıdır”.

 

Seymur Əliyev

Link kopyalandı!
Son xəbərlər