4806
28 Apr 2016 | 12:46

"Ərazilərimzin işğalında Moskvanın birbaşa əli var, amma..."

Moderator.az xəbər verir ki, bir qrup müxalifət partiyasının və qurumlarının təmsil olunduğu müxalifətin Antiböhran Koalisiyası Beynəlxalq Mətbuat Mərkəzində özünün növbəti toplantısını keçirir. 

Qurum son zamanlar cəbhə bölgəsində yaşanan olayları müzakirə etməkdədir. Tədbirdə ilk çıxış edən Müsavatın fəxri başqanı bildirdi ki, Azərbaycan torpaqlarının işğal olunmasının əsas səbəbkarı Moskvadır. 

"Hazırda cəbhə bölgəsində atışmalar davam edir. 2 apreldə başlayan qısa müharibə onu göstərdi ki, Azərbaycan ordusu torpaqlarımızı azad edə bilər.  Bizim ərazilərimizin işğal olunmasında Moskvanın birbaşa əli var. İqtidarımız Moskvadan çəkinir. Amma bu belə olmamalıdır. Rusiya əvvəlki Rusiya deyil, onun gücləri dükənib."
Link kopyalandı!
Son xəbərlər