Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında Rusiyanın baş naziri Dmitri Medvedevin Bakı səfərini şərh edib. Ekspertin sözlərinə görə, Medvedevin səfərində əsas məqsəd münaqişə bölgəsində Rusiyanın təsir gücünü artırmaq, habelə Azərbaycanı Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə razı salmaq olub:
“Medvedevin səfərində
birinci məqsəd Rusiyanın bütün dünyaya sülhprəvər dövlət olduğunu sübut etməkdir.
İkinci məqsəd isə münaqişəni həll etmədən münaqişə bölgəsində Rusiyanın
mövcudluğunu və təsir gücünü artırmaqdır. Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi
məsələsi də Rusiyanın əsas məqsədlərindən biridir. Hansı ki, bu vaxta qədər
buna həm Ermənistan, həm də Azərbaycan etiraz edirdi. Lakin 2-4 aprel əməliyyatından
sonra Serj Sərkisyan rus sülhməramlılarının Qarabağa gəlməsinə razılıq verdi. Lakin
Qarabağ rəsmi şəkildə Azərbaycan ərazisidir. Bunun üçün Azərbaycanın razılığı tələb
olunur. Sözdə atəşkəsdən danışılsa da Kreml rus qarmağını Azərbaycanın qabırğasına
daha dərindən keçirmək üçün rus hərbçilərinin ən azından Laçın və Kəlbəcərdə
yerləşdirilməsini istəyir. Hesab edirəm ki, Azərbaycan siyasi rəhbərliyi buna
razı olmadı və olmayacaq”.
Seymur Əliyev