“Rusiyanın informasiya siyasəti bir çox dövlət üçün əsl başağrısına çevrilib”
Gündəm
3705
08 Apr 2016 | 19:11

“Rusiyanın informasiya siyasəti bir çox dövlət üçün əsl başağrısına çevrilib”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev Moderator.az-a açıqlamasında Rusiya mediasının Azərbaycanla bağlı informasiya təxribatını şərh edib. A.Əliyev bu təxribatı önləməyin mümkün üsul və vasitələrinə toxunub.

Ekspertin sözlərinə görə, Rusiyanın informasiya siyasəti yalnız Azərbaycan üçün deyil, bir çox dünya dövləti üçün də ciddi təhlükə doğurur:

“Məsələ bundadır ki, Rusiyanın son vaxtlar həyata keçiriyi informasiya siyasəti yalnız Azərbaycan üçün deyil, Rusiyaya qonşu olan dövlətər, habelə Rusiyadan uzaqda olan bəzi Avropa dövlətləri və ABŞ üçün də başağrısına çevrilib. Rusiyanın istər Ukrayna, istərsə də Gürcüstan məsələsində həyata keçirdiyi informasiya siyasəti də göstərdi ki, Kremlin informasiya təbliğatı dünya əhəmiyyətli bir problemdir.

Qarabağla bağlı məlum məsələdə isə iki amil diqqəti cəlb edir. Bunlardan biri ondan ibarətdir ki, bu vaxta qədər Rusiya KİV-ləri 50% Ermənistan, 50% isə Azərbaycana diqqət yetirirdilərsə, bu hadisələrədn sonra bu diqqətin 90%-ni Azərbaycanın üzərində cəmləşdirdilər. Sanki onlar gözləyirdilər ki, Qarabağla bağlı təmas xəttində belə bir aktivlik olsun və onlar da Azərbaycanla bağlı bu cür informasiyaları gündəmə gətirsinlər. İkinci məsələ isə Azərbaycana Rusiyanın bri neçə rəsmilərinin ard-arda reallaşdırılan, realalşdırılması gözlənilən səfərləridir. Bütün bunlar göstərir ki, Rusiyada baş verənlərlə bağlı böyük maraq var və bu maraq əsasən Azərbaycan üzərində cəmləşib”.

A.Əliyevin qənaətincə, Rusiya mediasının anti-Azərbaycan təbliğatına qarşı bütün resurs və strukturlar birgə, əlaqəli şəkildə mübarizə aparmalıdır:

“Informasiya təzyiqinə, informasiya qarşıdurmasına hesablanan müdafiə sistemi qarşılıqlı əlaqələr şəklində, birlikdə təşkil edilməlidir. Çünki bu məsələdə həm medianın, həm rəsmi qurumların, həm QHT-lərin, həm də diasporun üzərinə mühüm məsuliyyət düşür. Onların hamısı xarici KİV-lərin apardığı informasiya təbliğatına qarşı mübarizəni əlaqəli və sistemli şəkildə həyata keçirməlidirlər. Ancaq bu da bir həqiqətdir ki, bütün bu müdafiə sistemi, müdafiə səsyləri sonda gəlib yenidən media müstəvisində qərarlaşır”.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər