Gündəm
12636
02 Apr 2016 | 19:13

"Göstərişi verən də, atəşin dayandırılması üçün hiyləgər müraciət edən də Rusiyanın özüdür"

"Cəbhədə vəziyyətin gərginləşməsi və bunun ağır döyüşlərə gətirib çıxarması təsadüfi sayıla bilməz. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərin getdiyi barədə yayılan xəbərlər narahatlıq doğurur. Açıq demək lazımdır ki, burada Rusiyanın müəyyən izləri görünür. Bəli,  Ermənistan ordusunun qəfil hücumunu şərtləndirən amillər içərisində Rusiya faktorunu diqqətdən kənara qoymaq olmaz".

Bunu Moderator.az-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri, polkovnik Eldar Sabiroğlu bildirib. 

Eldar Sabiroğlu deyib ki, əks təqdirdə düşmən müstəqil şəkildə belə təhlükəli risqə getmək imkanını nümayiş etdirə bilməzdi: "Cavab qəti və kəskin olmalıdır. Zərurət yaranarsa Azərbaycanda hərbi səfərbərliyə start verilməlidir. Prezident İlham Əliyevin nüvə sammitində iştirakı, səfər zamanı Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli şəxsləri ilə görüşü, dövlətlərarası strateji məsələlərin geniş müzakirəsi, prezident Obamanın Azərbaycana çox mühüm tərəfdaş ölkə kimi dəyər verməsi böyük ehtimlla Putin hökumətində ciddi qıcıq əmələ gətirib. Rusiyanın gələcəkdə də bu cür gərgin hadisələr yaratması istisna edilmir. Təhlillər və araşdırmalar bunu göstərir. Rusiyanın belə metodlardan istifadəsi birinci hal deyil. Maraq və niyyətlərini gerçəkləşdirmək üçün Kremlın bu cür pozuculuq işlərinin dəfələrlə şahidi olmuşuq. Bu baxımdan sərhəd yaşayış məntəqələrimizə, gecənin bir vaxtında, dinc əhalinin yuxuda olduğu zaman iriçaplı silahlardan və müasir artilleriya qurğularından atəş açmaq əmrini Ermənistan silahli qüvvələrinə Rusiyanın verdiyi şübhə doğurmur.

Azərbaycan bu hadisənin üzərində möhkəm dayanmalı, vəziyyətin beynəlxaq təşkilatlarda müzakirəsinə nail olmalıdir. Avropanın və Qərbin böyük dovlətlərinə prezident İlham Əliyevin hər uğurlu səfərindən sonra cəbhədə ölüm halları ilə müşayiət olunan bu cür hadisələr baş qaldırıb. Beləliklə, göstərişi verən də, atəşin dərhal dayandırılması barədə hiyləgər müraciətlə çıxış edən də Rusiyanın özüdür. Odur ki, Xarici İşlər Naziri Sergey Lavrovun qeyri-səmimi çağırışına inanmaq olmaz". 
Link kopyalandı!
Son xəbərlər