Azərbaycan prezidentinin İran səfəri bir çox hallarda həm Rusiya və Türkiyə münasibətlərinin nizamlanmasında vasitəçi qismində çıxışı kimi, həm də Rusiyanın dırnaqarası müdafiə etdiyi şiə İran və Suriyanın Əsəd hökuməti , ya da türk-ərəb sünni koalisiyası arasında dilemma etməsi kimi anlaşılır.
Məsələnin tədqiqi üçün mövzuya bir qədər kənardan yaxınlaşmaq lazımdır. Sual doğur : Görən hansı səbəbdən ideoloji mənsubiyyətinə görə xristianlığın sünnə təriqəti kimi xarakterizə olunan Rusiya pravoslavlığı bu qədər müsəlman şiəliyi üçün canfəşanlıq eləyir?
Məlumdur ki, Bəşər Əsəd Suriyanın cəmisi 10 faiz əhalisinin təşkil etdiyi şiyəliyin ələvi firqəsinə mənsubdur. Həmçinin Azərbayacanın da böyük əksəriyyəti şiə sayılır.
Çox qəribədir, ABŞ sünnəni , Rusiya şiəni himayə edir. ABŞ əhalisinin 51 faizi protestant, 24 faizi isə katolikdir, müsəlmanlar isə cəmisi 0,7 faizə yaxındır. Rusiyada isə əhali arasında 41 faiz pravoslav, təxminən 10 faiz isə müsəlman var.
Bildiyimə görə, İran İslam Respublikasının ali dini lideri Ayətullah Xamenei prezident İlham Əliyevlə görüşdə məzhəb məsələsini xüsusi olaraq önə çəkmişdir. O, “təkfirçi qrupların xalqlar arasında saldığı fitnələrin qarşısını islami dəyərlərin gücləndirilməsi ilə almaq olar “ deyib. Deməli, məzhəb ziddiyyətlərinin ortaya atılması ilə əlaqəli yuxarıda qeyd etdiyimiz siyasi qütbləşmə barədə təxminlərimiz əsassız deyil.
Təsadüfi deyil ki, ABŞ radikal islamçıların törətdiyi vəhşiliklərin və insanlığa qarşı cinayətlərin görüntülərinin yaymaqla Avropada islamofobiya yaradır. Digər tərəfdən isə, Yaxın Şərqin sünnə təriqətlərinin Avropa ilə kütləvi assimilyasiyasına şərait yaradır.
Diqqət edin, Almaniya səkkiz yüz min qaçqın qəbul etmiş və təkrar beş yüz min də qəbul etməyə hazırlaşır. Ortaya belə bir sual çıxır. Bəlkə alkoqoldan genetik və əxlaqi deqradasiyaya məruz qalan Avropa genetik saflaşdırma aktını həyata keçirir?
Amma bu, məntiqlə bir qədər düz gəlmir. Lakin digər gizli məqam da ortaya çıxır. ABŞ təriqətlərin konseptual təlimatına görə, daha itaətkar olanı, yəni özünün himayə etdiyi vəhabi cərəyanının toxumlarını Avropaya səpməklə bəlkə nəyəsə nail olmaq istəyir? Siyasətdə elə oyun ardıcıllığı var ki, bir çox hallarda oyunun gedişi iştirakçılarla razılaşdırılmır. Çünki oyunun kombinasiyası elə qurulur ki, gözlənilən ardıcıllıq onsuz da baş verir. Heç kəs ümumi konteksdən kənara çıxa bilmir. Bəzən isə təbii qanunauyğunluqlar üzündən nəticələr gözlənildiyi kimi olmur.
Bilirsinizmi, ABŞ-ın iqtisadi maraqlarının qayəsində heç də həmişə dini mənsubiyyət rol oynamır. Daha çox itaətkar olan ərəb etnosu ilə assimilyasiya iddialı avropa təfəkkürünü dəyişə bilər. Bu qisasa daha çox oxşayır. Hər halda hadisələrin ardıcıllığı belə düşünməyə əsas verir. Əgər İran səfərinin nəticələri bizim Putin Rusiyasının diktəsi ilə qütbləşmədə iştirak etməyimizə səbəb olacaqsa, onda biz böyük bir oyunun içərisinə sürüklənə bilərik. Bu oyun olduqca təhlükəlidir. Bu zaman ABŞ siyasi himayəçiliyinin kənarında qalmış zərərçəkənlərdən ola bilərik.
“Biz kimin yanında olmalıyıq” sualına gəlincə, çox maraqlı dilemma qarşısında manevr etmək və münaqişələrdən qaçmaq üçün səy göstərməkdən başqa hələlik bir yol görünmür.
Eyni zamanda Türkiyənin İran və Rusiya münasibətlərinin qənaətbəxş olmadığını nəzərə alsaq bizimlə qardaş Türkiyə arasında sərinləşmənin yarana bilməsi gözlənləndir. Regionda ən iddialı iki əsas ölkə, qardaş Türkiyə və Almaniyanın tarixi ənənəvi və bugünkü münasibətləri müzakirə mövzusudur.
Belə qənaətə gəlmək olar ki, münaqişələrin batinində anglosaksonlarla masonların çəkişməsi yer alır . Bu çəkişmə dünyada vahid hökümranlığın mütləqlik həddində möhkəmləndirilməsidir. Ona görə də dollar $ (snake) üçün təhlükə törədən istənilən maneə məhv edilməlidir. Əgər sıradan çıxarılmış ərəb ölkələrinin liderlərinin məhv edilməsi səbəbini araşdırsaq, bu qənaətin doğru olduğuna şahid olarıq.
İran səfərinin iqtisadi tərəfinə gəlincə isə, bildiyimə görə görüşdə iki ölkə arasında bir çox əməkdaşlıq sazişləri də imzalanmışdır. Batincə isə görüşün iqtisadi anlamı gözlənilə bilən iqtisadi təzyiqlərin neytrallaşdırılması barədə tədbirlər planın bir hissəsi ola bilməsidir. Hər halda mən belə fikirləşirəm.
Uzun müddət iqtisadi sanksiyalara məruz qalmış İran dolayı yolla vəziyyətdən çıxa bildi. Yəni Azərbaycan neft ixracı ilə bağlı fors major hallarına hazırlıq tədbirləri görməlidir. Çünki gələcəkdə İranın bu məsələdə qismən yardımçı ola biləcəyi mümkün hesab edilir.
Elçin Qurbanov