Gecə qonağı ”“ “Unutmadığım adamlar” silsiləsindən
Oxunub: 6505
22 Feb 2016 | 11:01
Gecə qonağı  ”“ “Unutmadığım adamlar” silsiləsindən
Moderator.az gənc yazıçı Mövlud Mövludun yeni hekayəsini təqdim edir. 

Yox idi, evimizdə dinclik yox idi. Dava-şavasız günlərdə belə qara-qorxuda olurduq. Deyirdik indicə tır-toy qopacaq, stollar aşacaq, qab-qacaq çiliklənəcək, söyüş-qarğış, şillə-təpik havada uçacaq.

Ən rahat, sakit günün axırında bir pəstəha çıxırdı; Axşam yorğun-arğın qayıdan atam üzündən zəhrimar yağa-yağa içəri girəndə məlum olurdu ki, bu gün iş tamama yetə-yetdə ”“ qürub vaxtı daşkəsənlə əlini yaralayıb.

Coğrafiya müəllimi idi. Müəllimliklə fatıya tuman olmayacağını görüb, bir-iki dostunu, müəllim yoldaşını başına yığıb ustalığa girişmişdi. Anam onun işinə ad qoymuşdu: “Onun-bunun qapısında nökərçilik”. Arvad bizə hirslənəndə deyirdi: “Dədəniz onun-bunun qapısında nökərçilik eləyib sizi saxlayır, siz də dərsinizi oxumursuz, evə gec gəlirsiz, ayaqqabınızı cırırsız, konturunuzu qızlara xərcləyirsiz...”

Şər qarışmışdı. TRT-dən futbol göstərirdilər. Həyət qapımız vəhşi bir hikkəylə açıldı. Dik atıldım. Atam idi ”“ səntirləyirdi. Hər gün işin axırında boğazlarına dolan toz-torpağı təmizləmək üçün yoldaşlarla 100-150 qram atırdılar. Bu dəfə, deyəsən, bir az çox dezinfeksiya olunmuşdular. İçəri girən kimi bir bəhanə eləyib (Deyəsən, “Niyə çay dəmləməmisən?”, ”“ dedi) anamı söydü, qardaşım evdə yox idi. Bildim ki, hərlənib-fırlanıb mənə çatacaq. Kirimişcə sıpıxdım ”“ düz xalamgilə.

Belə günlərdə xalamgilin evi bizim üçün azadlıq adası olmağa başlamışdı. Bir balaca dava qoxusu olan kimi özümüzü verirdik onlara. Onların evinə sığınırdıq, orda canımızı dincə qoyurduq.

...Xalam məndən heç nə soruşmadı. Əri də evdəydi. Onun yanında bacısının ocağındakı söz-söhbətdən danışmaq istəmirdi yəqin. Sual yağışına düşməməyim məni xeyli sevindirdi. Orada olan hər şeyi unutmaq istəyirdim. Məktəbdə də beləydim ”“ evdən-ailədən söhbət düşəndə narahat olurdum, istəyirdim mövzunu dəyişsinlər. Sinif yoldaşlarım da bizim ailənin onlarınkına bənzəmədiyini hiss eləmişdilər. Tez-tez suallar verirdilər:

”“ Papan məktəbdən niyə çıxıb?

”“ Maman niyə işləmir?

”“ Qardaşın niyə səni özüylə futbola aparmır?

Onların evində gedən söz-söhbətlərin ovqatını duyurdum. Ailəmizdən sual verəndə gözlərini mənə zilləyir, elə bil əzab çəkməyimdən həzz alırdılar. (Uşaqların qəribə qəddarlığı olur).

Bir azdan xalamın əri “Sabah mən işə gedəcəm”, ”“ deyib qalxdı. Azca toxdayıb rahatlıq tapandan sonra futbolun yerdə qalanına baxmaq istədim. Televizorun pultunu götürüb kanalı çevirdim.

Bayaq mətbəxə çay süzmək üçün gedən xalam telefonla danışa-danışa qayıtdı:

”“ Gəl ay Söylü, niyə gəlmirsən? Narahat olma, gəl, gəl...

O, telefonu söndürəndən sonra üzünü turşudub alçaldıcı bir səslə “Bir sən çatmırdın” dedi.

”“ Kimdi gələn? ”“ soruşdum. 

”“ Sən tanmırsan, Söylüdü. Qara Nəsibin qızı. Boyunu yerə soxum, getdi bir bivec gədəyə, dədəsini də vərəmlədib öldürdü, anasını da. İndi türmələrə yemək daşıyır. Yəqin ərinin dalınca gəlib ağzına sıçdığım!..

İki cümlənin içində iki adamı öldürmək, bir adamı türməyə salmaq, bir qadını başsız qoymaq xalam üçün çətin olmadı.

Həmin səs idi. Yadıma düşdü. Bizimlə də belə danışmışdı. Bir dəfə olmuşdu belə şey.

Xalamqızının ad günü idi. Bir şey alıb apara bilmirdik. Axırda elə-belə, dilxoşluq üçün zefir aldıq. Olur adamda belə şeylər. Getdik, zefiri qoyduq stola, yaxşı da yeyib-içdik, oxuduq, oynadıq. Axşam evə gedəndə  xalam gətirib zefiri çantamıza dürtüşdürdü: 

”“ Aparın, çaynan içərsiz, vallah heç nə lazım döy!..

Hə, deyirəm axı, həmin səs idi. Tanımışdım.

”“ Uşaqları-zadı varmı? ”“ Bu sualı özümdən soruşdum.

Cavabı əlində çay mətbəxdən qayıdan xalam verdi:

”“ Yox, olmadı, narkoman köpəkoğlundan nə uşaq?

Əvvəl Söylüyə, sonra özümüzə yazığım gəldi. Mənə elə gəldi ki, qardaşımla mən evimizdəki qaranlıqdan qaçıb bura gələndə bizim haqqımızda da belə danışırlar, bizim də əlimizdən beziblər.

Qara-qura düşüncələr beynimi yeyirdi: Hə, xalamın əri ona görə məni kefsiz qarşıladı. Özü də xalam uşaqları evdədi, mənim üzümə çıxmaq istəmirlər, yatmaq adıyla yuxarı çıxıblar ki, qaramatımı üstlərinə tökməyim. Xalam da mənə yemək demədi, heç içəri girəndə öpmədi də. Çayı özü içmək istəyirdi. Ona görə mənə də süzdü.

Qarnım buruldu, ürəyim bulandı. ”“ Qara-qura fikirlərə düşəndə belə olurdum ”“ Başım qarnımın ağrısına qarışmasa, ağlayardım bəlkə də. Qulaqlarım uğuldayırdı: “Bir sən çatmırdın, Aparın, çaynan içərsiz!..”

Qapının zəngiydi. Yalançı öpüşmə mərasiminin töhməti altında əzilən Söylü içəri edama gedən məhbus kimi girdi. Əlində tutduğu şalının ucu yerlə sürünürdü. 

Mən ayağa qalxdım, qarnımın sancısını unudub, qonağın üzünə var gücümlə gülümsədim. Bacardığım qədər onun üzünə gülmək, aradakı pərtliyi götürmək istəyirdim, ancaq bir-birimizdən utanıb ikiqat pərt olduq.

Üzbəüz oturmuşduq. Gözlərimi Söylünün əllərindən çəkə bilmirdim. Anamın əlləri kimiydi: Boyanın yarısı silinib, yarısı qalmışdı.

Divar saatının çıqqıltısı xalamın mətbəxdə yuduğu qab-qacağın şaqqıltısına qarışmışdı. Elə bil bütün hirsini-hikkəsini qablara tökürdü. Səsini aldığım televizorda futbolçular o yan-bu yana qaçırdılar. Barı yemək təklif eləsə, heç olmasa dilucu. Bəlkə, yazıq acdı. Vallah, abırlı, utancaq adama oxşayır. Ac olsa da deyəcək toxam. Amma dilucu da olsa nəsə deməmək lap pis çıxar. Bəlkə, mətbəxə keçib xalama deyim qonağa bir şey versin? Birdən o da qayıdıb dedi ki, apar evinizə, atan versin? Onda necə olacaq? Deməzmi? Deyər. Zefiri qaytaran bunu da deyər.

Bir variant da var: Qonağın qulağı eşidə-eşidə deyəm ki, ay xala, gətir görək, qonağımıza nə verirsən, biz də qolundan-qanadından yeyək! Guya xalam çox qonaqpərvərdir. Söylünün qabağına löyün-löyün yeməklər düzəcək, mən də onun qolundan-qanadından yemək istəyirəm. Guya  səhərdən məni də ”“ dos-doğma bacısı oğlunu da unudub, əziz qonağına yemək hazırlayır.

Yox, bu da olmazdı. Elə qonağın qulağı eşidə-eşidə qayıdıb deyərdi ki, apar, atan bu gün bişirdiyi yeməkdən versin, bir yerdə yeyin. Deməzdi? Deyərdi! Bir dəfə ondan aldığımız borcu gecikdirəndə qulağım eşidə-eşidə anama: “Getdiyin ərlə qoşa basdırım səni” deməmişdimi? Demişdi. Onu deyən bunu da deyərdi.

Xalam əlində bir stəkan çayla mətbəxdən qayıtdı. Çayı stola qoyub, ”“ “Konfetlə i甝, ”“ dedi.  Söylü “sağ ol” deyəndə evin yanındakı stansiyadan keçən qatarın fit səsi qulağımda əks-səda verdi: “Aparın, lazım döy! Bircə sən çatmırdın, getdiyin ərlə qoşa basdırım səni, apar, atan bişirəndən yesin...”

Kanalı dəyişmişdi xalam. Türk serialına baxırdı. Söylü, az qala, boğula-boğula soruşdu:

”“ Mən harda yatacam?

”“ Budu bax, burda ”“ xalam ona arxa otağı göstərdi. Azca sevindim. Bu otaq ikimərtəbəli evin ən balaca gözü olduğuna görə həmişə isti olurdu.

Söylü hamamda əynini dəyişib, əl-üzünü yuyub çıxmışdı. Saçlarını yığmışdı. Mən onun uzun boynuna baxdım. Gözəlliyinə indi fikir verirdim. Gözəl qadınların taleyi gətirməyəndə adamı ikiqat ağrıdır.

Gəlib bizə “Gecəniz xeyrə qalsın”, - dedi.

Xalam başını qaldırmadı:

”“ Gecən xeyrə.

O, yatacağı otağa keçən kimi gileylənməyə cəhd elədim:

”“ Yazığa yemək də vermədik...

Xalam üzünü turşutdu, yanını bir balaca qaldırıb qaz buraxdı:

”“ Sən burda yatacaqsan, ”“ mənə divanı göstərib yatmağa getdi.

Bu xasiyyət ona nənəmdən keçmişdi. O da sərf eləməyən söhbət olanda üzünü turşudub yanını bir balaca qaldırır, qaz buraxırdı.

Səhər mən oyananda Söylü qapının ağzında ayaqqabısını geyinirdi. Gülümsəyib baxışlarımla ondan üzr istədim. O da gülümsədi, baxışlarıyla mənə “Sən yaxşı insansan”, ”“ dedi.
Oxşar xəbərlər
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI