Bugünlərdə Kreml Türkiyəyə qarşı mövcud sanksiyalaın siyahısını genişləndirəcəyini bildiirib.
Maraqlıdır, Rusiyanın Türkiyəyə
qarşı tətbiq etdiyi və ya edəcəyi sanksiyalar türk iqtisadiyyatına ciddi mənada
ziyan vura bilərmi? Bu sanksiyaların zərəri Türkiyə, yoxsa Rusiya üçün daha çox
olacaq?
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiyanın məlum siyasətinin
onun özünə hər kəsdən daha çox ziyan vurduğuna diqqət çəkdi:
“Türkiyə ilə bağlı
sanksiyalar Rusiyaya daha çox ziyan vurur. Bu sanksiyaalrın ağrısını sadə rus vətəndaşları
çəkir. Anti-Türkiyə sanksiyaları Türkiyəyə 1-2% ziyan vurursa, bu sanksiyaların
ziyanının 98%-ni Rusiya tərəfi çəkməli olur. Odur ki, Rusiyanın bu cür siyasətlə
nəyəsə nail olması mümkün deyil. Bu, boş, mənasız, Rusiyanın öz əleyhinə işləyən
siyasətdir”.
Seymur Əliyev