Son günlər Rusiya-Türkiyə gərginliyi fonunda ermənilərin əhəmiyyətli dərəcədə fəallaşması, həm Naxçıvana, həm də Türkiyənin Qars, Diyarbəkir və s. şəhərlərinə qarşı ərazi iddiaları ilə çıxış etməsi müşahidə edilir. Maraqlıdır, ermənilərin bitmək bilməyən ərazi iddiaları və təxribatlarına qarşı mübarizə məqsədi ilə Azərbaycan və Türkiyə öz səylərini birləşdirməlidirmi? Erməni məkri və təxribatlarına qarşı iki dövətin mübarizəsinin koordinasiyalı şəkildə təşkilinə ehtiyac varmı?
Məsələ ilə bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən millət vəkili Elman Məmmədov Türkiyə
və Azərbaycanın bu müstəvidə birgə fəaliyyətinin zəruri olduğunu vurğuladı.
Millət vəkilinin sözlərinə görə, belə bir fəaliyyətin vacibliyini bugünə qədərki
tarixi olayların analizi də sübut edir:
“Ermənilərin torpaq
iddiasına qarşı Türkiyə və Azərbaycanın birgə mübarizə aparması, bu mübarizəni
koordinasiya etməsinə ehtiyac var. Bu, olduqca vacib bir məsələdir. Tarixdə
bununla bağlı çoxlu faktlar var ki, bu faktlar erməni təhlükəsinə ciddi
yanaşmağı tələb edir. Dərbənd qalasını ruslar işğal edəndə, bu qalanın sirlərini
ruslara gizli şəkildə ötürən ermənilər oldu. Irəvan qalasının ruslar tərəfindən
alınmasında bu qalanın sirlərini, müdafiə qüdrətini, su yollarını bilən ermənilərin
verdiyi informasiya mühüm rol oynadı. I Dünya müharibəsi zamanı Türkiyə bir neçə
cəbhədə savaşdığı zaman dinc türklərə qarşı qırğın həyata keçirən də ermənilər
oldu. Onlar qadınları, qocaları, uşaqları qətlə yetirdilər, dövlətə arxadan zərbə
endirdilər.
Ermənilərin təbiətində pusquda
durub, marığa yatıb fürsət gözləmək var. Məkr, hiylə ermənilərin təbiətindədir.
Bu gün Rusiya və Türkiyə arasındakı münasibətlərin gərginləşməsi zəminində ermənilər
yenidən fəallaşıblar. Onlar ərazı, soyqırım iddiaları səsləndirir, təmas xəttində,
sərhəd rayonlarında müxtəlif təxribatlar həyata keçirməyə çalışırlar. Hesab
edirəm ki, hər bir dövlət, hər bir millət çalışıb özünü erməni məkrindən
qorumağı bacarmalıdır. Bu baxımdan Azərbaycan və Türkiyə arasında bu məsələdə də
birlik və həmrəyliyin olması vacibdir”.
Seymur Əliyev