Azərbaycan-Ermənistan təmas xəttində gərginliyi Rusiya artırır?
4780
12 Dec 2015 | 00:18

Azərbaycan-Ermənistan təmas xəttində gərginliyi Rusiya artırır?

Türkiyənin Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmasından sonra iki dövlət arasında yaranan gərginlik dərinləşməkdədir. Maraqlıdır, belə bir vəziyyətdə Azərbaycanın Türkiyəyə verdiyi dəstək Kremli qıcıqlandıra və onu Azərbaycan-Ermənistan təmas xəttində yeni bir qarşıdurma yaratmağa sövq edə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu artıq bu gərginliyin hiss edilməkdə olduğunu vurğulayıb:

“Belə bir gərginlik artıq baş verir. Rusiyanın Azərbaycana əsas təzyiq vasitələrindən biri Qarabağ münaqişəsidir. Hər kəs anlayır ki, Rusiya hər zaman Azərbaycandan narazı olanda bu kartı işə salır. Bu gün də bu siyasət açıq şəkildə görünür.

Son vaxtlar təmas xəttində gərginliyin artmasının səbəblərindən biri kimi Azərbaycanın Türkiyəyə verdiyi dəstək və bu dəstəyin Rusiyada doğurduğu qıcıq ola bilər. Lakin bu, yeganə səbəb deyil. Rusiya Yaxın Şərqə, xüsusilə də Suriya prosesinə müdaxilə üçün bölgədə öz hərbi kontingentini artırmaq niyyətindədir. Rusiya artıq bu niyyətini həyata keçirir. Düşünürəm ki, bu amil də məlum məsələdə rol oynayır”.

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər