“Putin bu illüziyadan qurtulmasa, Türkiyə ilə müharıbə qaçılmaz olacaq”
6328
03 Dec 2015 | 09:09

“Putin bu illüziyadan qurtulmasa, Türkiyə ilə müharıbə qaçılmaz olacaq”

Siyasi icmalçı, professor Qulu Məhərrəmli Moderator.az - a açıqlamasında kəskinləşməkdə olan Türkiyə - Rusiya münasibətlərinin ehtimal olunan nəticələrindən danışıb:

 Türkiyə ilə Rusiya arasında qarşıdurma arzuolunmaz istiqamətdə gedir. Düzdür, indiki halda müharibə ehtimalı yüksək deyil, amma dövlətlərarası münasibətlərin kəskinləşməsindən, xüsusən iqtisadi sanksiyalardan hər iki tərəfdə minlərlə insan əziyyət çəkir.    
    
Bəzi arxayınlaşdırıcı proqnozlara baxmayaraq, indiki halda hərbi toqquşmanın olmayacağını əminliklə demək çətindir. Bəd əlamətlər göz qabağındadır, psixoloji müharibə bütün cəbhə boyu genişlənir, Putinin və Ərdoğanın xarakter etibarilə oxşar olmaları, hadisələrə emosional reaksiyaları da hadisələrin gözlənilməz məcraya doğru getməsində öz rolunu oynayır. Hər iki ölkənin sərhədlərində ordular döyüş hazırlığı vəziyyətinə gətirilib. 
     
Məncə, Qərb bu iki dövlət arasında münasibətlərin gərginləşməsində, hətta hərbi əməliyyatların başlanmasında maraqlıdır. Onların ssenarisinə görə, Rusiyanın Suriyaya və ümumiyyətlə Şərqə uzanan əlini  kəsə biləcək ölkə kimi Türkiyə ən münasib oyunçudur. Bu mənada Ərdoğan cızılmış ssenaridən xəbərdar, Putin isə tələyə düşmüş kimi görünür. Rusiya prezidentinin impulsiv davranışlarını düşünülmüş qərarların nəticəsi kimi qiymətləndirmək olmaz. Onun bir az da Ukrayna eyforiyası ilə yaşadığı aşkar görünür. Məhz bu eyforiya onda belə bir qənaət formalaşdırıb ki, Qərb hərbi məsələlərdə qətiyyətli deyil və o, istədiyini edə bilər. Putin bu illüziyadan qurtulmasa, Türkiyə ilə müharıbə qaçılmaz olacaq".

Link kopyalandı!
Son xəbərlər