Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Zirə” ”“ “Xəzər Lənkəran” oyunu baş tutub.
“Qafqazinfo” xəbər verir ki, “Xəzər Lənkəran”ın rəqibə 0:1 hesablı məğlubiyyətindən sonra XL azarkeşləri stadionun girişində klub prezidenti Mais Mənsimov, vitse-prezident Tuyqun Nadirov və LÓ™nkÓ™ran stadionunun direktoru Höccət Hacıyevlə qarşılaşıblar.
Azarkeşlərin sosial şəbəkələrdə yaydığı məlumata görə, klub prezidenti ilə onlar arasında maraqlı dialoq da yaşanıb:
“Azarkeşlər həmin anda “rəhbərlik istefa” şüarları səsləndirməyə başladılar. Mais Mənsimov isə gülə-gülə “puluvuz var, gəlin komandanı verim siz gedim”-, deyə azarkeşlərə səsləndi”.